Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

 
 
 
73 
 
onda yanmayan sərin bulud qoynunda isinməz, sıx-sıx açıb-solan 
gülüstanlıqda  yaşam  marşı  oxunmaz,  cığır-cığır  su  yollarını 
coşduran  daşan  selə  çevrilməzsən!  Vətən  belə  bir  duyğu 
qaynağıdır! 
Laləzar  küçəsində  yerləşən  bir  teatr  salonunda  təmizlik  işi 
tapmışdım.  Savadlı  biri  olduğuma  görə,  Ərdəbildən  olan  teatr 
müdüri  məni  özünə  köməkçi  etmək  istədi.  Ancaq  buna  qarşılıq 
şərt olaraq, saqqalımla uzun saçlarımı kəsdirməli idim! Aylarca 
bu uzun saqqal və saçlarımla açıq havada qorxmadan gəzməyimə 
son verməli, ya da yenə işsiz-pulsuz qalmalıydım. Artıq özümü 
gizli  tutmaqdan,  Olqanın dərdini çəkməkdən yorulmuşdum. Bu 
yaşam mənə görə deyildi. Bir qurtuluş yolu tapmalı, yeni bir yol 
seçməliydim. Artıq özümdən utanmağa başlamışdım! Mütləq bu 
durumdan qurtulmalıydım! İnsanların təmiz geyimiylə özümü bir 
yerdə  tuta  bilmirdim.  Hələ  bu  işi  tapmışkən,  bir  dildaşın  mənə 
yardım əli uzanmışkən belə fürsəti əldən vetmək olmazdı. 
“Dəllək  Əhməd”  deyilən  bərbərdə  üzümə,  saçıma  çəki-düzən 
verərək  hamama  gedib  özümü  “Lotu Əsgər”in  əlinə verdim.  O, 
tənbəl bədənimi gözəlcəsinə əzişdirib, yuxunu başımdan qacırdı! 
Evə  dönər-dönməz  arxa  qapıdan  otağıma  keçib,  başımı  yastığa 
qoydum. Sabah qonşu xoruzunun banlaması məni oyatdı. Qalxıb 


 
 
 
74 
 
güzgüyə  baxdım.  Özümə  dönüşü  salamladım!  Gülnaz  xanım 
məni bağrına basaraq: 
-
 
Maşallah bəy, bax oğlumuz nə gözəl olmuş! 
-
 
Bizim oğlumuz hər zaman gözəldir. İş icabı olaraq bəzən belə də 
olar, elə də olar! 
Maşallahxan  yeni  aldığı  geyim  takımını  və  boyun  qalstukunu 
sevə-sevə  mənə  bağışladı.  Onunla  eyni  ölçüdə  olduğuma  görə, 
geyimlər tam üstümə oturdu. 
Ayrılan vaxtda müdürün qapısını döydüm: 
-
 
Buyurun! 
-
 
Salam. Gün aydın. 
-
 
Gün aydın da! Amma siz tanıya bilmədim. Siz? 
-
 
Mən Cəvanşir! 
-
 
Bəh,  bəh,  bəh,  bəh!  Buna  deyərlər  centlmən!  İndi  mən  deyən 
oldun ba! 
-
 
Sağolun müdür bəy! 
Teatr deyilən bu salonda axşamlar daha çox anlamsız komedilər 
verilirdi. Kütləni boş-boş, mənasiz şeylərə güldürüb, yuxulatma 
kimi tamaşalar, günün siyasətinə uyğun planlardan biri sayılırdı. 


 
 
 
75 
 
İşlədiyim teatrın sahibi üçün qazanc və rüşvət qarşısında alınan 
ödül lövhələri başlıca amac idi. Teatrın baxımsız, çirkin, çəkilməz 
olduğu  kimsənin  vecinə  belə  deyildi.  Hər  gecə  təkrar  görüntü, 
tamaşa və seyricilərlə üzləşirdik. Bunlara rəğmən, bu teatr mənim 
üçün  yeni  bir  aşama  oldu.  Ən  önəmlisi  bir  sayğın  müdür 
yardımçısı olmuşdum. İşimi çox düzənli irəli sürürdüm. Teatrın 
reklam və anons sistemini dəyişmişdim. Teatrın tənirkədən olan 
reklam  tablosunun  çiraqlı  neona  çevirmə  fikrini  müdürə 
vermişdim. Təbrizdə öyrəndiyim anons traktları çap etdirmişdim. 
Əl  boyda  traktların  yayılması  üçün,  yollarda  diləncilik  edən 
azyaşlı  uşaqları  bu  işə  cəlb  etməyi  müdürlüyə  önərmişdim. 
Beləliklə,  Topxanadan  Kərimxana  uzanan  dördyollarda  teatrın 
təbliğatı  yayılırdı.  Sözsüz  ki,  bu  yeniliklərlə  teatrın  salonu  hər 
axşam aşıb-daşırdı. Teatr adına uyan insanların sayı çoxalır, teatr 
sahibi  isə  gündən-günə  varlanırdı.  Bu  arada  da  mənim  üçün 
sadəcə  yerimin  möhkəmliyi  önəm  daşıyırdı.  Çünki,  gecə  geç 
saatlara  qədər  teatrda  olmam  gərək  idi.  Satılan  biletlərin 
düzlüyünü  kontrol  etməli  olurdum.  Hətta  çox  zamanlar  gecələr 
orda  yatırdım.  Beləliklə,  Olqanın  üzərimdə  olan  basqısını 
unutmağa çalışırdım. Bu isə, mənim yenidən yaşama dönməyimə 
yol  açırdı.  Ərdəbilli  müdür  mənim  çalışmalarımı  gözdən 
qaçırmır,  hər  iki-üç  aydan  bir  əmək  haqqımı  artırırdı.  Bəzən 


 
 
 
76 
 
mənim  alışqan  olduğum  Təbrizin  teatr  forması  işimə  yarayırdı. 
Günlərin bir günü müdürə verdiyim bir düşüncəm: 
-
 
Ağa Səlim, bir önərim var! 
-
 
Buyur, Cəvanşır. 
-
 
Deyirəm ki, bu yay teatr salonu təmir olunsun! 
-
 
Nə  deyirsən,  nə  deyirsən!  Ağızından  çıxanı  qulağın  duyurmu 
ağa!? İkimizin də işdən atılmasını istəyirsən? Sənə nə bu işlərdən! 
Görünüşlü,  aydın  düşüncəli  gəncsən,  ancaq  təcrübəsiz  və 
sadəsən! Oğlum! Bu adamlar sənə-mənə rəhm etməzlər. Biraz biz 
türkləri  zəki  görsələr,  anında  savaka  xərclərlər.  Başın  bədəninə 
ağırlıq etməsin! Otur-oturduğun yerdə! Bax! Bu salon üç-beş ay 
bağlanarsa,  hamıdan  öncə  səninlə  mən  işdən  alınarıq.  Çünki  o 
zaman  müdürə  ehtiyac  qalmaz.  İşçiyə  ehtiyac  olar.  Biz  fəhlə 
başında  dura  bilmərik.  Biz,  o  işdən  baş  çıxarmarıq.  Salon 
yeniləşəndən  sonra  isə,  elitasiyon  olar.  Dərbara  yaxın  olan 
teatroçular, yaltaqlar,  bizdən  əvvəl  buranın  idarəsini  ələ  alarlar. 
Əmr üstən gələr! İndi anladınmı? 
-
 
Bağışla  ağa  Səlim!  Mən,  bunları  heç  düşünməmişdim!  Sizin 
sözlərinizi  bundan  sonra  qulağıma  sırğa  edərəm!  Mən  sadəcə, 
Təbriz teatrının təcrübəsini buraya gətirmək istəyirdim. 


 
 
 
77 
 
-
 
Yox,  istəmə!  Ümid  edirəm,  bu  arzularına  Təbrizdə,  Ərdəbildə 
çatarsan!  Mən,  Tehrandan  çox  illər  öncə  Təbrizdə  olmuşam. 
Bəlkə, sənin yadına gəlməz, Xeyriyə Teatrosu, Aramiyan salonu, 
Ərk  Salonu!  Ax,  nə  ünlü  salon  idi.  Üç  il  bundan  öncə  Təbrizə 
getmişdim.  Ərk  salonuna  dəvət  olunduq!  Salona  girər-girməz 
məni  ağlamaq  tutdu!  Özümü  saxlaya  bilmədim.  Yanımda  olan 
təbrizli dostum işarə ilə məmurları göstərərək qulağıma pıçıldadı: 
-
 
“Yoldaş  Səlim  özünə  gəl!  İndi  anıları  ayıltmaq  zamanı  deyil. 
Cəlladın əli baltadadır! Hər an boynunu qıra bilər! Burada tək 
sənin  deyil, bir  çoxlarımızın  anısı  gömüb!  Qoy  gömsün  hələlik! 
Yoxsa  anıların  deyil,  özünü  xatirə  daşı  edərlər  bu  şərəfsizlər! 
Bunlar  30  min  əliyalın  körpə-qarıya  qıymadılar!  Sənə-mənə 
qıyacaqlarını düşünürsənmi!” 
-
 
Demək ki, sənin də Təbrizdən xatirələrin varmış, ağa Səlim! 
-
 
Yox!  Məni  görməmiş  san!  56  yaşım  var!  Biri  evli,  biri  nişanlı, 
biri də yeniyetmə  çağında üç qızım, bir də oğlum var! Ailəmin 
bircə gəlir qaynağı bu işdir. Başımı quzu balası kimi salıb işimlə 
məşğulam! 
Ömrümdə, 
Təbrizə 
getmədim, 
görmədim, 
yaşamadım! 
Ağa  Səlim  bu  sözləri  deyərkən,  üzü  ahar  kimi  ağarmışdı!  Mən 
görməyim  deyə,  üzünü  məndən  gizlətməyə  çalışırdı!  Biraz 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə