Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

 
 
 
55 
 
-
 
Doğru  iş  yapdın,  əmi!  İnan  ki  ən  düzgün  davranış  sərgilədin. 
İnşallah ki, uzun zaman ailənin başında olasan. 
    
 
Mühacirlər axtarışda! 
Firqənin  və  milli  hakimiyyətin  çöküşünün  10-cu  il  dönümünü 
Azərbaycanın  qurtuluş  günü  adı  ilə  Naziabadın  bələdiyyə 
salonunda qeyd olunurdu. Giriş sərbəst olduğundan, mən Olqa ilə 
salona  girdik.  Salonun  kənarlarında  qarayaxa  məmurlar 
dayanmış,  gələn-gedənləri  gözdən  keçirirdilər.  Bazara  yeni 
gəlmiş qırmızı çadralar, bir çox gənc tərəfindən istifadə olunurdu. 
Olqa  da  toplumdan  biri  olsun  deyə,  o  çadralardan  birinə 
bürünmüşdü. Artıq Olqa 6 aylıq hamilə idi. İkimiz də çox sevincli 
idik. Çünki bu uşağın yaşamımıza rəng qatacağına ümıd edirdik. 
Doktorun dediyinə görə, ananın da, uşağın da durumu çox normal 
idi.  Mən  hər  zaman  olduğundan  daha  çox  Olqa  üçün  həssas 
davranırdım.  Bu  üzdən  salonun  arxasında  qapı  ağzında  oturub, 
gərək  olduğu  an,  tez  çıxmağı  düşündük.  Törən  hələ 


 
 
 
56 
 
başlamamışdı.  Salonu  boğuntulu  tüstü  bürümüşdü.  Küncdə 
dayanan  bir  məmurun  gözü  bizə  zillənmişdi.  Demək  olar  ki, 
gözünü bizdən heç çəkmirdi. Mən Olqaya işarə edib: 
-
 
Sevgilim, getmək istəyirsənmi? Salonu tüstü bürüyüb. Sənə ziyan 
olar. Nə düşünürsən? 
-
 
Gedək,  Cəvanşir.  O  adam  məni  qorxudur.  Gedək!    Savak 
məmurudu o! 
Salondan çıxmaq istəyirdik ki, biri arxadan səsləndi! 
-
 
Cəvanşir, Cəvanşir! 
Biz  özümüzü  görməməzliyə  vuraraq  qapıdan  çıxıb  Mədayinin 
aşağı məhəlləsinə sarı yola düşdük. Çox keçmədən, ilk döngədə 
qarşımızı bir kəsdi: 
-
 
Salam Cəvanşir bəy, salam Olqa xanım! Məni tanıdınızmı? Mən 
sizi tanıdım! Sizi Təbrizdən tanıyıram. Məni xatırlaya bildinizmi? 
Yoldaşlar! 
-
 
Yox,  siz  kimsiniz?  Sizi  heç  tanımadıq.  Üstəlik  mənim  adım 
Cəvanşir, xanımımın adı isə Olqa deyil.  
Olqa:  Sizi polisə verərik, ağa. Lütfən bizi rahatsız etməyin! Bizi 
rahat buraxın! 


 
 
 
57 
 
Kişi:  Olqa xanım, farscanı da yaxşı öyrənmişsiniz! Bəs Tərlan 
hanı? Öz balanı əldən verəndən sonra, Tərlanı balan olaraq qəbul 
etmişdin ha Cəvanşir  bəy, bu 10 ildə çox düşmüsən. Şahın əfv 
fərmanından sonra sizi hey gözüm axtarırdı. Ancaq indi tapdım! 
Bu adam bizim hər şeyimizi bilirdi. Mən onu birisinə oxşatsam 
da,  tanıya  bilmədim.  Olqa  gözlərimə  baxıb,  sanki  bir  şeyləri 
anlatmağa  çalışırdı.  Bəlli  olan,  başımızın  üstünü  qara  buludlar 
almışdı!  Mən  özümdən  daha  çox  Olqanı  düşünürdüm!  Olqanın 
daha çox dincəlməyə ehtiyacı olan  zamanda, başımızın üstündə 
gəzən bu bəla hardan gəldi? Bu adamı niyə tanımıram. Tanış gəlir 
bir yerlərdən, ancaq hardan? 
-
 
Siz kimsiniz, bizi hardan tanıyırsınız, adınız nədir? 
-
 
Cəvanşir  qorxma!  Olqa  xanım  sən  də  qorxma!  Mən  Yəhya! 
Tanıdınızmı?  Həmədan  dağlarında  qaçarkən  qurd  parçalamışdı 
ha!  Tanıdınızmı?  Nə  ağır  günlərimiz  oldu!  Kimləri  qurban 
vermədik! O gecə az qala mən də donacaqdım. Bilirəm ki, qanlı 
köynəyimlə  hər  kəsi  ölü  olduğuma  inandırmışdım.  Amma, 
əslində, mən ölmədim. Yolda bir çobandan quzu aldım. Onu kəsib 
yedim,  köynəyimlə  şalvarımı  onun  qanına  bələşdirərək  param-
parça edib, jandarmanın durağına yaxın bir neçə yerdə buraxdım! 
Bütün olay bundan ibarətdir. Ancaq əfv fərmanından sonra artıq 


 
 
 
58 
 
qorxmağa  nədən  qalmamışdı.  Başqa  iş  tapmadığım  üçün  polis 
olmağa  baş  vurdum.  İndi  sitvan  dərəcəsilə  gizli  polisəm.  Sizin 
bildiyiniz  Savak  polisiyəm!  Ancaq,  məndən  qorxmayın,  sizi 
qoruyacağam.  Olqa  bacı,  sən  də  qorxma!  Heç  də  qorxma! 
Yaxşısı, sənə Fatimə adında bir kimlik alaq! Bu işdə sizə yardım 
edərəm! 
Həmən  an  bir  damla  suda  boğulmaqda  olan  qarışqaya 
bənzəyirdik.  Dilimiz  ağzımızda  qurumuşdu.  Yəhya!  Qurdların 
yemi olmuş param-parça olmuş Yəhya! İndi Tehranın Naziabad 
bölgəsində kiralıq bir otaqlı evimizdə oturaraq, Olqanın süzdüyü 
çayı içməkdədir. O, beş il bundan öncə araşdırma yapmaq üçün 
Bədrabada və Bədiabada getməsindən danışırdı: 
-
 
Sizin  yaşadığınız  Bədiabad  kəndin  kəndağasına  qonaq  oldum. 
Onu  Bərəkətağa  səsləyirdi  jandarmalar!  O,  qızının  qatili  olan 
kürəkənini  axtarırdı.  Diridirsə,  hələ  də  axtarılır.  O,  məndən  də 
yardım  istədi!  Polisdə  də  axtarışdadır.  Bərəkətağa  böyük  bir 
qadından söz açdı. O, qadının adını çəkərkən yerində oynaxladı. 
Bəlli  ki,  ona  çox  sayğılı  idi.  Mən,  orada  olmadan  öncə,  Səkinə 
ana deyilən o qadın ölmüşdü! Yazıq dağda bir ac qurdun zavalına 
gəlmişdi! Kənd əhalisi onu igid bir qadın kimi yad edirdilər. Sizin 
dördünüzün  Bədiabaddan  qaçdığınızın  da  dəstanı  ağızdan-ağıza 


 
 
 
59 
 
gəzirdi.  Başçavuşun  ölümünü  çavuş  Dərvişludan  öyrəndik.  O, 
çox  dirəndi!  Gəncliyinə  yazıq  oldu!  Dirənə-dirənə  öz  qanında 
boğuldu! Bir qafasız türk kimi rejimə qarşı gəldi! Qocaman bir 
SAVAK-ı  aşağıladı.  İşkəncə  altında  şahı  söydü!  Ölümü  üçün 
məmurları  təhrik  etdi!  Doğrusu  daşqafalı  bir  türk  kimi  öldü. 
Ölüncə  də  güldü!  Sizinlə  birlikdə  Tehrana  gəldiyini  və 
Bayramının  xəstəlikdən  öldüyünü  dedi!  Hətta  ilk  başda 
Xaniabadda bir evdə yaşadığınızı da etiraf etdi. Daha sonra ayrı-
ayrı  yaşadığınızı  və  bir-birinizi  itirdiyinizi  söylədi.  Bunlardan 
sonra  ağzına  qıfıl  vuraraq  heç  danışmadı!  Sizin  könlünüzcə, 
dostunuz qəhrəmanca öldü! 
Olqa:  Səkinə anadan de? 
-
 
Bilirəm  onu  hamınız  sevirdiniz.  Bir  gün  payız  axşamı  Sara 
xanımın  Aygül  qızı  qızdırmadan  ölüm  döşəyinə  düşür. 
Qızdırması  gündən-günə  artır!  Var  olan  ilaclar  karsız  qalınca, 
sizin qəhrəman ananız dərman tapmaq üçün yamaclara yol alır! 
Ayaqdan düşmüş Səkinə ananızı yalnız buraxmayan Saranın oğlu 
Babək  də  onunla  təpələri  aşır!  Onların  dönüşü  uzun  sürür. 
Jandarmaya  xəbər  salınır.  Jandarmadan  öncə  Bərəkətağanın 
tüfəngçiləri  onların  yeyilmiş  nəşlərini  meşəlikdə  tapırlar! 
Deyilənlərə görə, ac qurdların tələsinə düşmuş Səkinə və Babəkin 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə