Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
 
240 
 
Qorxmamalıyıq.  Bu  canı  bizə  kim  veribsə,  O  da  alacaq! 
Gerçəkləri  dostluq  xatirinə  gizləyən,  sonunda  xain  olar! 
Türkiyənin  bundan  sonra  bizi  yanına  alması,  nəyimizə  yardım 
edər  ki!?  Bu  qədər  yaman-yoğuzdan  sonra,  bir  də  dostluq  əli 
uzadacaq bizə!? Özü də, hər şeyi badə verəndən sonra!!! 
(Nəhavən-Bədiabad Cabbar ... Əlyazma No 45, 1947...) 
 
Son  olaraq  Cabbar  əminin  daha  bir  əl  yazmasının  bəlləyimdə 
(hafizə) qalan bölümünü burda xatırlayıram. O, yazmışdı: 
Rusların  namərdcəsinə  Azərbaycanı  yalnız  buraxması  ilə, 
Sədrimiz M.C. ağanın aydın-aşkar çarəsizliyi özünü göstərməyə 
başlamışdı. Bundan öncəki güclü qələm axışı və xarakterilə ümid 
qaynağımız olan Pişəvəri yoldaşın yazıları çaşbaş vururdu. Hər 
gün  “Azərbaycan  Qəzeti”ndə  Pişəvərinin  qələmilə  yazılan 
yazıları oxuyurduq. Əslində, bu yazılarda olumlu enerji yerinə, 
olumsuz enerji itirmə hökm sürürdü! Sözsüz ki, Firqə başqanının 
belə  bir  amacı  yox  idi.  O,  bütün  var  olan  gücü  ilə  Firqənin 
dağılması sürəcinin  qarşısını  almağa çalışırkən, bir  yandan da 
“ya  azadlıq,  ya  ölüm!”  sloqanı  ilə  Tehrana  qarşı  dirəniş 
göstərməyə çalışırdı. Lakin, onun son yazılarında sinir gərginliyi 


 
 
 
241 
 
kağız üzünə, oradan da bizim içimizə axırdı! Burada başçımızın 
iki  yazısına  işarə  edəcəyəm:  1)  Rusların  firqəni  və  millətimizi 
Tehrana  təslim  olmağa  buraxmasından  sonra,  Ankara  Radiosu 
rəsmi  bir  verilişində  əli-qolu  cəviz  qabığında  qalan  Firqə 
liderliyinə  açıq  bir  mesaj  göndərir.  Mesaj  bu  məzmunda  idi: 
“İranda Azərbaycan türklərinin istiqlaliyyət uğrunda mücadiləsi 
sürür.  Bu  milli  davadan  müdafiə  etmək  bütün  demokratik 
qüvvələrin,  o  cümlədən  BMT-nin  borcudur!”  Mən  bu  mətnin 
yaxın formasını Pişəvəri yoldaşın – “Bizcə Azərbaycan və İran 
məsələsi”  məqaləsində  oxudum.  /Azərbaycan  Qəzeti.  Say  212/. 
Başqanımızın  Ankara  radiosunun  bu  verilişinə  qarşı  cavabının 
yadımda qalan bölmələrini birlikdə gözdən keçirək. – “..... Belə 
bir  halda  xaricilərin  çığır-bağır  salaraq,  İranın  kiçik  bir  iç 
məsələsini dünya probleminə çevirməsi, sadəcə, İran üçün gizli 
və zərərli məqsəd daşıyır! Bu arada hamıdan çox Türkiyə radiosu 
ara  qarışdırmaqla  məşğuldur!  Bu  radionun  danışıq  tərzi  bizi 
həddən  artıq  düşündürür.  Onlar  Azərbaycanın  müstəqil  dövlət 
olmasını  irəli  sürürlər!  Onlar  bu  yalanları  ilə  Azərbaycanın 
dünya  toplumu  içində  imicini  qaraltmağa  çalışırlar!  Biz,  milli 
demokratik  hərəkatımızın  başlanğıcından  bəri  demişik  ki, 
Osmanlı  Əfəndilərin  ağzı  sulanmasın!  Bu  keçədən  onlara  börk 
olmaz! Azərbaycan nə istərsə, İranın içində qalmaq şərtilə istər! 


 
 
 
242 
 
Bizim hansı dil və hədəflə danışdığımızın məqsədi irani və İran 
içində  olmaq  şərtilədir.  Mərkəzi  hökumətlə  bizim  aramız 
yaxınlaşdıqca, 
Ankaranın 
qorxusu 
artır!.....Türkiyə 
mürtəcelərinin Türk xalqını Amerika sömürgəçilərinin qucağına 
atması yolunda bizim bir sözümüz yoxdur. Ancaq biz Azərbaycan 
xalqını İrandan ayırmağı düşünmürük. Türklər bunu anlayıb və 
xaincə  səslərini  bizdən  uzaqlaşdıraraq  bizi  öz  halımıza 
buraxsınlar!  Biz,  Azərbaycan  məsələsinin  Azərbaycanda  və 
Azərbaycan xalqı əlilə həll olunmasını dəfələrlə demişik. İranın 
və  Azərbaycanın  qanuni  haqqı  “Əmniyyət  Şurasına”  dəxli 
yoxdur!!!” 
Aşağıdakı Müraciət, Azərbaycan Milli Hökumətinin ilk aylarında 
–Yanvar 1946 (Bəhmən 1324) - BMT-nin Baş Assambleyasına 
Rəsmi başvurusudur. Bu müraciət Azərbaycan məsələsinin tam 
bir  uluslararası  məsələ  olduğunu  bəyan  edir.  Müraciət  tam 
cəsarətlə Azərbaycan Milli Hökumətinin BMT və dünya ölkələri 
tərəfindən  rəsmiyyətə  tanınmasını  istəyir.  Azərbaycanda  və 
Təbrizdə  bu  müraciətlə  bağlı  böyük  şənliklər  keçirilir.  Hər  kəs 
Azərbaycanın müstəqil və bağımsızlığı uğrunda artdığı gərəkən 
diplomatik  addımı  alqışlayır.  Yuxarıdakı  yazının  tam  tərsi  olan 
müraciətin  bəzi  yerlərini  sizə  çatdırıram:“...İran  zülmkarları 


 
 
 
243 
 
Azərbaycanı  öz  hakimiyyətləri  altına  alaraq,  onun  sərvətini 
amansızcasına talayırlar. Sonucda Azərbaycanın çiçəklənən kənd 
və  şəhərləri  dağilmaq  həddinə  gəlib  çatıbdır.  Şovinist  böyük 
dövlətçilik siyasəti yürüdən İran hökmdarları Azərbaycanlıların 
varlığını  tamamilə  inkar  etməyə  cəhd  göstərir,  onların  dilini 
əlindən 
almaqdan, 
hər 
cür 
təhqiredici 
əməllərdən 
çəkinməyirlər.....Azərbaycanda demokratik əsaslara dayanaraq, 
bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya 
məlumat  yayıb.  Beş  milyonluq  Azərbaycan  xalqı  milli  dilinin, 
tarixinin,  mədəniyyətinin  köməyi  ilə  özünün  müasir  bir  xalq 
olduğunu  dərk  etdi  və  bir  də  heç  vaxt  fars  zülmünün  altında 
inləməyə,  fars  dilinin  İrandakı  başqa  xalqların  dilləri  üzərində 
ağalığına icazə verməyəcəkdir.....Azərbaycan xalqının iradəsi ilə 
Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə 
uyğun  olaraq,  qurulan  Azərbaycan  Milli  Hökuməti  artıq 
danılmaz  faktdır.  BMT  Baş  Assambleyasına  müraciəti  ilə, 
Azərbaycan  xalqı  xahiş  edir  ki,  Azərbaycan  Milli  Hökumətinin 
varliği  faktı  tanınsın  və  kənardan  müdaxilə  olmadan,  ona  öz 


 
 
 
244 
 
taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin.  
Cabbar ... Əlyazma No 45, 1947...) 
 
Sanıram  ki,  borcumu  ödəmiş  oldum!  Sürgün  çağlarımdan  bəri, 
millətimə aid olan anıları sizinlə paylaşdım. Yaxşıdan-pisdən bu 
öykünün günü çatmışdı artıq! Çox darıxıram, çox! Bu isveçlilərin 
yaşa dolan zaman, heç nələri də olmasa, ən azından bir köpəkləri 
olur.  Normal  olaraq,  yaşlıların  köpəkləri  də  yiyələri  kimi  qoca 
olar. Ancaq hər nə olursa-olsun, qoca köpəyin də hər gün üç dörd 
kərə  bayıra  çıxması  gərəkdir.  Bu  isə,  yaşlılar  üçün  hava  alıb, 
fikirlərini  dağıtmaq  deməkdir.  Bir  çox  hallarda,  bu  ikisindən 
birinin  son  xəbərini  diri  qalan  qonşulara  çatdırır.  Bu  da  xoş  bir 
gələnəkdir. Ancaq  mən bunu iş-işdən keçəndən sonra anladım. 
Belə  ki,  tək  qalmayım  deyə  arxadaşlarımın  birinə  bir  köpək 
almağı rica etdim. O da, nəvəsi ilə birlikdə mənə köpək almağa 
gedir. Nəvə, ilk öncə internetdən bəyəndiyi köpəyi 12 min krona 
dədəsinə  aldırır.  Köpəyi  böyük  “təntənə”ylə  evimə  gətirirlər. 
Xoşladığım  köpəklərdən  olmasa  da,  qəbul  edirəm.  Bir  illik 
yeməyilə  birlikdə,  təxminən  15  min  krona  başa  gələn  köpəklə 
zamanımı  keçirtməyə  başlayıram.  Köpək  yerdə-göydə 


 
 
 
245 
 
dayanmırdı. İlk günlər ünsiyyətimin az olduğuna görə kimsəylə 
ilişgim olmurdu. Beş-on gün sonra yaşıd isveçlilərlə tanış oldum. 
Onların  köpəkləri  uslu  gəlib-gedirdi.  Amma  mənimki  isə, 
meymun  kimi  məni  arxasınca  çəkirdi.  Bunu  nədənini  bir 
isveçlidən sordum. O, bir mənə, bir də itə baxaraq dedi: 
-
 
Bu köpəyin yaşı nədir? 
-
 
Heç bir şey bilmirəm. Təki bunu bilirəm ki, bu köpəyin üzündən 
çöldə qalar olmuşam! 
-
 
Köpəklərlə  bağlı  bilgili  olmadığın  bəlli!  Sənin  köpəyinin  olsa-
olsa ən çoxu 7-8 ayı vardır. Hətta bir yaşını belə, doldurmayıbdır. 
Bəlli ki, onun olqunlaşmasına zaman gərəkdir. Ən yaxşısı, onu 
ver  bir  gənc  adama.  Özün  də  bir  yaşlı  it  al!  Heç  olmasa  səni 
yormaz! Bir də sənin it kursuna getməyin gərəkdir! 
Artıq ortada it-mit də, gəlib-gedən də yoxdur! Gözlərimin işığı 
yamanca azalıb. Qulaqlarım da həmçinin! Bu qulaqlar gənclikdən 
bəri zatən doğru-düzgün eşitmirdi. İndi də artıq tutulmuş kimidir. 
Bir də, bizim insanımız üçün 85 yaş, uzun yaş sayılır. Ömrümdən 
şikayətçi  deyiləm!  Ən  azından,  buralara  gəlmədən  öncə 
millətimin içində olduğum üçün, gəncliyimi açıqgözlü keçirdiyim 
üçün xoşbəxtəm! Göktanrımın mənə verdiyi fürsət üçün, sizə söz 
verdiyim  yazını  sona  çatdırdığım  üçün  xoşbəxtəm!  Üzgünəm! 


 
 
 
246 
 
Torpağımdan, ana beşiyimdən uzaq düşdüyüm üçün! Üzgünəm! 
Məzar  daşımın  üzərində  gözəl  türkcəmdə  bir  bayatının 
yazılmayacağı üçün!  
Bundan  sonra  günlər-gecələrin  arasında  paylaşıb  qalacağam! 
Yağmur  yağanda  pəncərəmin  arxasında,  günəş  saçanda  isə 
balkondan  tanış  bir  səsin  gəlişini  gözləyəcəyəm!  Bundan  sonra 
sürünərək  küçəmizin  ağzındakı  “Ungbutik”  (gənc  butik)  adlı 
bakkaldan  həftəlik  çörəyimi,  südümü,  sup  tozumu  alıb  evimə 
dönəcəyəm! 
Qapıdan gələn səsi duyuram. Bu bir posta paketi olmalı! Əyilib 
paketi götürüb, qapının yanında yerləşən qoltuğun üstündə oturub 
açıram: 
Grattis  Javanshir!  Grattis  på  födelsedagen!  Du  är  nu  85  år 
gammal! 
(Cavanşir  Təbriklər!  Doğum  günün  kutlu  olsun!  İndi  85 
yaşındasan!)  
Təbrik  məktubu  evin  yaxınında  yerləşən  “Yaşlılar  Evi”ndən 
gəlmişdi!  Doğum  tariximə  baxıram!  İl  1922-01-01!  Demək  bu 


 
 
 
247 
 
gün yeni ilin birinci günüdür. Mən nə böyük insanmışam!  
Qop-qoca  85  il!  Güzgünün  qarşısında  dururam!  Əlimdə  bir 
bardaq  qırmızı  çaxır  ilə  özümü  qutlayıram:  “Ad  günün  qutlu 
olsun  sevimli  ağsaqqalımız  sayın  Cəvanşir  bəy!  Bax  hər  kəsin 
qutlama bardağı göydədir. Bu saysız kütlə sənin üçün ayaqdadır! 
Hura, hura, hura! Badələr sənin üçün, ey dünyanın sevilən insanı! 
Göktanrı  səni  öz  elçisi  kimi  bu  kütlə  içinə  göndərdi!  Sən, 
doğulanda gün doğdu! Sən ulusuna bir günəş ərmağanı oldun! Nə 
yaxşı ki varsan, Cəvanşir bəy! Ey ulu dədə, izninizlə sevimli Olqa 
nənəni də qutlayır, ağ birçəklərindən, əllərindən öpürük! Sizinlə 
bu  günədək  çiyin-çiyinə  savaşmış,  böyük  bir  qadını  qoxlayıb-
öpmək ulusumuz üçün böyük şərəfdir!”... 
Gününü unutduğum gün 
...VƏ  İNDİ,
  yol  kəsik,  xəyal  sonsuz,  düşüncələrim  qısa!  Kimi 
düşünürəmsə, qap-qara bir dalan gəlir gözümün önünə! Beynimin 
dərin  guşəsindən  vəhşi  külək  kimi  bir  ittiham  hayqırtısı  bayıra  
qanadlamağa çalışır!  
Kimin  beyninə  yol  tapmaq  istəyirəmsə,  al-qaralı  bir  “Giriş 
Yasaq” tablosu qarşıma dikilir! Əli çəlikli qaranlıq dalana yola 
düşürəm!  Bəlkə  bir  işıq,  bəlkə  bir  səs!?  Yox!  Yoxdur!  Artıq 


 
 
 
248 
 
qaranlıq  dalanın  sonuna  yaxınlaşıram!  Son  Təbrizdən  çıxanı 
özümlə  4-5  mahnı  da  buralara  qədər  daşımışdım.  Ən  yalnız 
günlərimin yoldaşı olan mızıltım qulağıma səslənir:  
“Gör nə günlərə qaldın, öz cəzandır çək Balaş,  
Hamının üzü döndü, axır qaldın tək Balaş!  
İndi neyləyir, ax! Sevil görən hardadı,  
Onu evdən gedəli, görən nə haldadı!... ”  
An  dostumu,  sevgili  “Sevil”-imi  bir  son  kəz  olaraq  dilimə 
gətirirəm! Sevgilim Olqam! Haralardasan? Varmısan, yoxmusan, 
məni duyursanmı? Mən, sənin Cəvanşirin! Sən isə mənim Olqam 
qalmısanmı!?  Mən,  səninlə  son  kəz  bütünləşmək  istəyirəm! 
Ancaq, bu kəz hər kəsin gözü önündə, utancıma nifrət, namusuma 
nifrət,  şərəfimə  nifrət,  varlığıma  nifrət,  elimə  nifrət,  torpağıma 
nifrət,  sonsuzluğuma  nifrət,  dilimə  nifrət,  türklüyümə  nifrət, 
yasağıma nifrət püskürən nifrətlərin ölümünə sevişmək istəyirəm.  
Mən,  əkiz  tinli  bir  tənəm!  Tənimdə  sevişən  əkiz  tinlərimdən 
sonsuz tin doğar. Bu üzdən mən sonsuzam! Hər zaman da sonsuz 
olacağam!  Sonsuz  Göktanrım  kimi,  ölüb-diriləcəyəm!  Mən 


 
 
 
249 
 
Türkəm, Atatürkəm, sonsuzam! Mən Qurdanayam! Mən ulusam, 
ulu bir ulus!  
Çünki mənim canımda məğrur bir qoca qurdun ruhu dolaşır! Hə, 
onu özüm də görməyə bilərəm. Onu özümdə belə, öldürə bilərəm! 
Məgər mən “Nayman ana”nın igid oğlu, qurd ürəkli “Yalaman” 
deyiləmmi?  Məgər  mən  juvan-juvan  əlində  çeçələnmiş 
“Manqurd” deyiləmmi?    
 
İsveç dövlətinin yardımıyla icarə etdiyim tək otaqlı evimin, günə 
baxan  kiçik  balkonunda,  ayağı  sınmış  bir  qoltuğun  yanında 
oturub, işıqdan düşmuş gözlərimi Yöteborqun uzaq sonsuzlarına 
dikirəm. Özümdən sonra mütləq yaşanacaq incə bir inancı astaca 
mızıldayıram: 
“Orda bir yol var, uzaqda, 
o yol bizim yolumuzdur! 
Dönməsək də, varmasaq da,  
o yol bizim yolumuzdur!” 


 
 
 
250 
 
 
“Dağlar  ardından  yanarquyruq  bir  ulduzun  zamanı  dəlik-deşik 
edərək,  yerə  sarı  axmasını  görürəm!  O,  çox  işıqlıdır.  Gözümün 
qapalı  pərdəsi,  işığın  pöhrələnməsi  qarşısında  yetərsiz  qalır. 
İşığın alovları olduğu yerdən içimə sızaraq, volkan kimi partlaq 
verir.  Hər  an  alovlar  içində  külə  dönə  bilərəm!  Ancaq,  çoşqun 
atışdan  düşən  qəlbimin  astaca  vuruşları  məni  lam  axar  su  kimi 
alovların  içindən  keçirməyə  çalışır.  Çox  ağır  bir  çəlişgi 
içindəyəm.  Bir  yandan  həyəcandan  düşən  tənim,  başqa  yandan 
isə,  hər  an  uçmağa  qalxan  tinim  arasında  yaşantımda  tuş 
gəlmədiyim ləzzət yaşanırdı.  
Axındıqca  devləşən  yanar  ulduz,  yer  üzünü  üzərimə  qapadır. 
Əllərimi  ulduzun  qarşısına  tutur,  “gəlmə-gəlmə!”  deyib 
yalvarıram!  Ulduz  gözlərimin  önündə  dayanır!  Ulduz  üzərinə 
qonan  buludu  sıxır!  Bulud  bir  damlacıq  inci  olaraq  balkonun 
heyrəsinə  qonur!  Damlacığın  ortasından  Savalan,  Savalanın 
ortasından isə, “Qoca Qurd” əlimi tutur! Qoca Qurd, məni özü ilə 
Sultanın  yamaclarına  aparır.  Yamacların  arxasında  milyonlarca 
gənc qurd qarşımızda sayğı duruşu göstərir. Gənc qurdların ardı-
ardına  sıralanmış  omuzları  yılmaz  qala  kimi  Sultanı  araya  alır! 


 
 
 
251 
 
Gənc qurdların “Yaşa Sultanım!” marşı təpə-təpə Azərbaycanın 
hər yerinə yayılır! Qoca Qurd, əlini omuzuma qoyaraq səslənir: 
-
 
Cavanşır,  oğlum,  bax!  Ananı  Quru  Göldə  basdırandan  bəri, 
səni  bir  ana  kimi  sevib  bağrıma  basdım!  Sən  isə,  bir  oğul  kimi 
məni  qoxlayıb-qorudun!  Uzun  illərdir  ki,  bu  çətin  yolları  birgə 
keçdik! Birgə yorulduq, susadıq və birgə bu günə gəldik. Sən bir 
can kimi, mən isə bir tin kimi qoşalaşdıq, bütövləşdik! Birlikdə 
əzildik, ayaqlandıq! Birlikdə ağladıq, güldük! 
İndi bax! Bu gənc bozqurdlarımıza bax!  Özgürlük və qurtuluş 
səsini  dinlə!  Dinlə  ki,  son  soluxunla  üzün  gülsün,  türkülərinlə 
ağlaş, umudunla gözünü yum! 
“Qoca  Qurd”  bunları  deyir  və  ölkəmin  içinə  çəkilir.  O, 
damlacığın bağrından qoparaq göy qanadlarıyla Göktanrıya sarı 
uçur. “Qoca Qurd”dan boşalan damlacıq heyrənin cığırından qara 
torpağa  doğru  axır.  “Dayan,  dayan,  getmə!”  deyə  tinimə 
yalvarıram!  “Qoca  Qurd”  gülə-gülə  gözümün  önündən  itir. 
Getməsin  deyə,  ayaqlanmağa  çalışıram.  Ayaqlarımda  qalxacaq 
güc  yox  artıq!  Torpağa  cummaqda  olan  damlacıqdan  bir  əl 
uzanır! Uzanan əl məni özünə tərəf çəkir!   


 
 
 
252 
 
Gözlərimi  açıram.  İsveç  həmişə  olduğu  kimi  soyuq  və 
qaranlıqdır!  Sönmüş  ocağımı  bir  daha  yandırmaq  istəyirəm! 
Ocağımın  göz  görünmür!  Canım  çox  üşüyür!  Gözlərimi  açıq 
tutma  gücüm  tükənir.  Gözlərim  qapanır!  Nə  üşüyürəm,  nə  də 
isinirəm! Artıq ac belə, deyiləm!  
Əlimdə  ki,  son  nöqtəni  qoyur,  qaralamalarımı  başımın  altında 
yerləşdirirəm.  Son  tinimin  hüzurlu  olması  üçün  bir  daha  uzaq 
odaqlara  dikilirəm.  Damlacıqdan  qopan  tinimdə  Savalan, 
Savalanın  içində  “Qoca  Qurd,  onun  arxasında  “Xoşca  qal, 
Qurdananın  qurd  oğlu,  Cəvanşir  əmi!”  yazısını  əllərində  tutan 
milyonlarca  gənc  bozqur!  “Qoca  Qurd”un  son  baxışlarının 
arxasından ağ saçlarını döşünə sərmiş “Qurd Ana” çıxır!  
-
 
Yahu oğlum! Haqqım halalın! Halalın isə haqqın olsun! Yahu 
sevgili oğlum Cəvanşir! 
O gülə-gülə əl qaldırır! Dilim-dodağım tutulmuş mən isə, ona əl 
qaldırmaq  istəyirəm!  Ancaq,  artıq  gec  olur!  “Sarışın  çalıquş”, 
mənə  qanad  sallayaraq  yerlə-göy  arasında  üzən  inci  damlacığı 
dimdiyinə  alıb  uzaqlaşır!  Qələm  əlimdən  düşür!  Göktanrım 
qələmi əlimə verərək, əlimdə tutduğum beli sınmış çəliyimi alıb, 
sınıq qoltuğun yanına buraxır: 


 
 
 
253 
 
-
 
Cəvanşir, artıq sona gəldik! Son sözümüzü de ucaq!  
-
 
Son sözümüz qurd analar doğan Türk ulusuna olsun!  
Nisgilli vətənimiz can Azərbaycana olsun!  
Bizi mənlikdən qoparan ulus edən Qurd Analara! 
Qoy, bizdən sonra doğan suçsuz umudlar sürgün düşməsin! 
 
SON 
 
 
 
 
 
 
 
 
 
 

Document Outline

  • UCHUNCU_1-4
    • 3-ci-cild bashliq
    • ESBN_3-ci_edited
    • SUNUC
    • Blank Page
  • UCHUNCU_inlaga

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə