Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 
 
 
209 
 
hazırlanırlar.    Millət  harda  varsa,  biz  də  ordayıq.  Səmədlərin, 
Behruzların  qaldırdığı  al  bayrağı  Sazmanın  və  Tudənin 
xəyanətlərinə qurban vermərik! 
Tehranda Azərbaycana qarşı böyük oyuna başlanmışdı! Öncədən 
planlaşmış  ssenari  gündəmə  gəlmişdi.  Xomeyniçi,  Tudəçi, 
Fədaiçi,  Macahidçı,  Şəriətmədaridan  dönmüş  alverçi  kəsim 
alanları  Ağa  Şəriətmədariyə  qarşı  olmazın  ittihamları  irəli 
sürürdülər.  Bu  qrupların  təkcə  ortaqlığını  Ağa  Şəriətmədari  və 
Azərbaycan  düşmənliyi  oluşdururdu!  Şəriətmədari  Amerika 
İmperiyalizminin  amili,  Azərbaycan  isə  inqilabçı  Xomeyniyə 
qarşı  təxribat  alanı  kimi  propaqanda  qonusu  olmuşdu!  Xalq 
Müsəlman  Partiyası  birbaşa  CIA  əlilə  yaranmış,  əks-inqilab 
qurumudur.  Bu  qurum  yaşadıqca,  qudsal  İslam  Cümhuriyyəti 
ciddi  təhlükə  qarşısındadır!  Bu  Partiyanın  təməl  gücü  Təbriz 
qərargahında  olduğu  üçün,  Təbrizi  əks-inqilabçılardan 
təmizləmək gərəkdir! Bu ortaq propaqanda, Azərbaycanın haqlı 
istəklərini 
Amerika 
casusluğu 
adlandırırdı. 
Ayətullah 
Şəriətmədari bu baxışlara istizahla yanaşaraq Məşhəd şəhərindəki 
bir görüşdə belə deyir: “Amerikanın 3 milyon casusu”!!! 
Farsçı rejimin silaha sarılması gündən-günə artırdı! Daş Mağazası 
Komitəsi,  Şəriətmədarçıların,  Amerikanın  işğal  olunmuş 


 
 
 
210 
 
konsulluğu isə, Xomeyniçilərin hərbi qərargahı olmuşdur. Bu iki 
mərkəzin bir-birinə çox yaxınlığı Təbrizin mərkəzi xiyabanlarını 
tam  bir  savaş  alanına  çevirmişdi!  Mən  Səlimlə  birgə  Ayətullah 
İrani  ilə  görüşəndən  sonra,  Daşmağazaları  Komitəsinin  İmdad 
qrupuna əlavə olunduq. 
Xalq  Müsəlman  Partiyasının  istəyilə  yenidən  Televiziyanın  ələ 
keçirilməsi ön plana keçmişdi! Nə olursa-olsun Təbrizin Radio-
TV-si  millətin  əlində  olmalı  idi.  Keçmiş  televiziya  mərkəzinin 
alıb-verilməsindən  25-20  gün  keçirdi.  TV  mərkəzinin  əldən 
verilməsilə, Azərbaycanın haqlı səsi Təbrizdə boğulub qalmışdı! 
Xalq  Müsəlman  Partiyası  TV  kanalının  ələ  keçirməsilə 
Azərbaycanda bütün orqanların millətə təslimini öz stratejisi elan 
etmişdi! Bu, neçə aylardan bəri üsyançı millətimizin ürək istəyi 
idi! 
Dey  (yanvar)  ayının  ortalarında  dörd  bir  yandan  Təbriz  TV 
mərkəzi əhatə olundu. Millətin silahlı qüvvələri ilə farsçı rejimin 
Xomeyniçi pasdarları arasında ağır atışma başladı. İki tərəfdən də 
ölənlər  oldu.  Millətin  sıralarında  döyüşən  bir  Fədai  çirik  şəhid 
oldu.  TV  yenidən  bizim  əlimizə  keçdi!  TV-nin  yayın  sistemi 
işdən  düşmüşdü!  Orda  olan  uzmanların  çalışması  sonuc 
verməyincə,  bəlli  oldu  ki,  təxribat  bayırdandır.  Biz,  o  günün 


 
 
 
211 
 
axşamı  Daşmağazalara  dönər-dönməz  TV-nin  Xomeyniçilərin 
əlinə  düşməsini  eşitdik.  Bu  xəbərin  dərin  üzüntüsü  millətin 
dirənişində  böyük  olumsuzluq  yaratdı!  Rejim  yaraqlıları  ətraflı 
yürüşlərə başladı! Bir neçə günün içində onlarca XMP-na bağlı 
komitə,  Tehran  dövləti  əlinə  düşdü!  XMP-nın  bir  çox  başçısı 
aradan yox oldu! Gəncliyimin ən acı anılarını bu yaşımda bir daha 
yaşayırdım!  
Milləti yalqız buraxıb qaçan başçılar!  
Artıq son hücumların zamanı çatmışdır. Rejim Təbrizdə milləti 
ikiyə  bölməyi  bacarmışdı!  Bütün  xiyavanlarda,  küçələrdə  daş 
davası  davam  edirdi.  Bu  isə,  Tehranı  sevindirirdi.    Getdikcə 
gücümüz  azalırdı.  Tehran  və  başqa  yerlərdən  yaraqlı  inqilab 
pasdarları (qorucular) Təbrizə axınırdı. Hardasa millətin balaları 
sıxışmış  durumdaydı.  Dey  ayının  sonlarına  doğru  hava 
soyuyurdu.  Artıq  küçələrdə  durmaq  əliyalın  dirənişçilər  üçün 
çətinləşmişdı.  Dirənişçilərin  harda  duracağı  bəlli  olmurdu. 
Xomeyni Hizbullahının yürüşü daha çox şəhərin mərkəzinə sarı 
yönəlirdi.  Dirənişçilərin  əsas  qayəsi  Münəccim  Xiyabanında 
yerləşən Xalq Müsəlman Mərkəzini və şəhərin mərkəzində olan 
İrani Komitəsini qorumaq idi. Ancaq hər an keçdikcə yeni silahlı 


 
 
 
212 
 
dəstələrin xomeyniçilərə qoşulmasıyla dirənç meydanı daralırdı. 
Ən  sonunda  gözlənilən  gün  çatdı.  Xalq  Müsəlman  Partiyasının 
qurucuları  qaçdılar.  Millət  əliyalın  qalaraq,  tehran  rejiminin 
qarşısında  ümidsiz  dirənişə  qalxdı.  Pasdarlar  Partiya  mərkəzini 
raket  atəşinə  tutdular.  Bizim  olduğumuz  “Daşmağazaları 
Komitəsi” ağır itgidən sonra dirəncdən düşdü. Mənimlə birlikdə 
Səlim və Barış “Barnavak” yolu ilə, Rubab və Əşrəfin olduğu evə 
qaçdıq!  
Özümü  dimdik  ayaqda  sandığım  altı-yeddi  aylıq  ana  Təbriz 
öyküm də sona çatmaqda idi. Həyatımın axışı yenə də əlimdən 
çıxmışdı. Qarşıma nə gələcək xoş gələcək!!! 
Tehranın  farsçı  rejimi  edamlara  başladı.  Birinci  gecə  qurşuna 
bağlananların  xəbəri  sabah  tezdən  qəzetlərdə  yayımlandı. 
Panfars-şiəçi rejim, Azərbaycan Türk Millətinin qanına susamış 
olduğunu dünyaya göstərmiş oldu! 
On gün evdən çıxmadık. Ondan sonra isə qaçaq yolla Türkiyəyə 
keçməmiz məsləhət göründü! 
Şaxtalı  bir  gecədə  dizə  qədər  qarlı  cığırları  aşaraq,  İraqla 
Türkiyənin kəsişdiyi yerə yetişdik. İnqilabçı iki kürd bələdçinin 


 
 
 
213 
 
yardımıyla Səlimlə mən Türkiyə yolunu tutduq! Son olaraq, qurd 
ürəkli  Əşrəf,  Rubab  və  Barışı  bağrıma  basaraq  hünkür-hünkür 
ağlamağa başladım. Boğazımın hıçqırığına dözəməyən uşaqlar da 
mənimlə birlikdə ağlamağa başladılar. Alışqan olduğum dramatik 
sağollaşmaya son verərək o üçü İraqa, Səlimlə mən isə, Türkiyəyə 
doğru yollandıq. Üç aslanım iri addımlarla ölkəmin torpaqlarını 
geridə  buraxaraq  bəlirsizliyə  doğru  irəliləyirdilər.  Yerimdə 
donaraq, onların gedişini izləyirdim. Ürəyimdən qopan üzüntüm 
dodaqlarımın arasından süzərək dilə gəlirdi: 
“Yolunuz  açıq  olsun  Qurdanaların,  Cabbarların,  Kişixanların 
igid balaları! Yolunuz işıqlı olsun köçəri durnalarım! 
Əlvida nisgillərin tükənməz bulağı canım Azərbaycanım! Xoşca 
qal, diləklərimim biricik yiyəsi türk ulusum. Bir daha ulusumun 
umudları sürgünə düşdü! Sürgün Umudlar!   
 
 (1980-2002) İsveç-Yöteborq! 
Ağ  qanadlarını  yam-yaşıl  çəmənlərin  üzərinə  sərmiş  Yöteborq 
çəminin bir şehli səhərində Səlimlə qollarımızı köksümüzə sərib, 
qarşıdan lam-lam axan meşə sularının axışına baxırdıq. Yazın bu 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə