Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

 
 
 
197 
 
demişdir. Ona görə, Əyaləti-Vilayəti Əncümənlərin yaranmasıyla 
geyri  fars  etniklərin  öz  doğma  yurdlarında  rahat  və  özgür 
yaşaması saxlanacaqdır. Habelə “Vilayəte Mütləqeye Fəqih” isə 
insanların iradəsini sıfırlamaqla, başda oturan diktarorun gücünü 
Tanrı  qədər  edəcəkdir.  Ağanın  son  zamanlarda  olan  kəskin 
çıxışlarını durdurmaq üçün Xomeyni və başqa böyük ayətullahlar 
onun evinə getməsi də işə yaramamışdı. Ağa, iç və dış mediyada 
hər  zamandan  artıq  Azərbaycan  və  Kürdistan  muxtariyyatını 
müdafiə  edərək,    Xomeyni  rejimini  ağır  durumda  qoyurdu. 
Tehran  mediyası  isə  hər  gün  Ağa  Şəriyyətmədarıya  qarşı  ağır 
itihamlar  işlədərək,  Azərbaycanın  dözümünü  zorlayırdılar.  Bu 
xəbərləri  hər  kəs  kimi,  arxadaşlarla  mən  da  izləyirdik.  Artıq, 
bizim  də  yönümüz  bəlli  olmuşdu!  Xalq  Müsəlman  Partiyasının 
bütün əksiklərə rəğmən, üzərində inadla durduğu yeri parlament, 
yerəl  şuraların  istənilməsi  biz  tərəfdən  də  bəyinilmişdi.  Mən, 
Rubab  xanım  və  ağa  Sərdar,  Müstəqil  Firqəçilər  adına  Xalq 
Müsəlman  Partiyasının  Təbriz  mərkəzinə  gedərək,  Azərbaycan 
Demokrat  Firqəsi  orqanı  adına  yayılan  “Azərbaycan”  qəzetinin 
Şəriətmədari  və  Xalq  Müsəlman  Parityası  ünvanına  yaydığı 
düşməncə  ifadələrini  qınamışdıq.  Üstəlik,  Azərbaycanın  özərk 


 
 
 
198 
 
olmasının yolunda onların yanında olduğumuzu bəlli etmişdik. 
Bu günə qədər gördüyüm ən böyük mitinq Namaz Meydanında 
düzənlənmişdi.  Mitinqin  bir  ucu  Bazar  Ağızı,  o  biri  ucu  isə 
Əngəci  Məscidinə  qədər  uzanmış,  bir  milyondan  artıq  insanın 
toplandığı  təxmin  edilirdi!  İlk  öncə  danışıqlar  arasında  “Allahu 
əkbər”  və  salavat  səslənsə  də,  sonradan  çəpik  çalma  və  ya 
“düzdü-düzdü” sözləri onların yerini aldı! Aşırı həyəcan içində 
istəklər  oxunur,  millət  isə  səs  birliyilə  “düzdü-düzdü”  sözü  ilə 
təsdiqləyirdi. Sevinc yaşından gözlərim dol-boş olurdu! Əlimdəki 
yaylığım cim-cilaq su olmuşdu! İndi ağlamayım, bəs nə zaman 
ağlayım! Bütün düşmənçiliklərə, ideoloji əsarətlərə qarşı ulusum 
bir  daha  ayaqdaydı!  Azərbaycanın  ürəyi  Təbrizdə  atırdı! 
Ayaqdayık deyə, Təbrizimin yumruğu Tehrana qarşı qalxmışdı! 
“Ey Göktanrım! Bu düşmənlik nə zamana qədər davam edəcək! 
Nə zaman Tehran mafiyasının qorxunc əli mənim ana vətənimdən 
çəkiləcək!  Ey  Göktanrım!  Nə  zaman  ulusumun  özgürlük  diləyi 
bağımsız Azərbaycanın cümhur departamentinin baş bayrağına 
çevriləcək!  Bu  millətin  çiləsi  nə  zaman  bitəcəkdir!  Ey 
Göktanrım!” 
Və  sonunda  Qumdan  yayılan  bir  xəbər  Azərbaycanı  ayağa 


 
 
 
199 
 
qaldırdı. Təbrizdə bu xəbər bomba kimi partladı: 
“Ağanın evinə Xomeyniçilər tərəfindən yürüş edilib! Ölənlər və 
yaralı  olanlar  var!  Damda  qoruculuq  edən,  üç  övlad  atası  28 
yaşlı bir təbrizli ilməkçi gənc qurşuna tuş gələrək, şəhid olub”! 
Güclü  silahlı  atışmadan  sonra  düşmən  geri  çəkilməyə  məcbur 
olub! Ağanın durumu normaldır. Ancaq, hər an yeni hücüm ola 
bilər.  Ağa  Təbrizə  gəlməyi  düşünmür.  Ağanın  Qumdakı  evi 
qoşatılmaqdadır! Xomeyni Ağa Şəriyyətmədarının ölüm hökmunu 
imzalayıb!” 
Bu  olaydan  dərhal  sonra  mən,  Rubab  xanım  və  ağa  Sərdar 
Hökmavar  məhəlləsində  yerləşən  Ayətullah  Hökm  Abadının 
evinə  yollandıq.  Təbrizə  yayılan  bütün  birinci  xəbərlər  bu 
mərkəzdə  toplanırdı.  Bir  də,  hədəfimiz  ilk  kəz  olaraq  Ağanın 
Azərbaycanda  olan  ən  yaxın  təmsilçisilə  görüşməyimiz  idi. 
Hökmavaya  gedən  yollar  tıkım-tıkım  idi!  Təbrizin  vağzal 
yolunda  olan  trafikinin  açılması  gözlənilmirdi.  Rubab  xanımın 
məsləhətilə  Sərdar  bəy  maşının  yönünü  Qonqa  Başından  Küçə 
Bağa, oradan isə Çeşmə Başına dəyişdirərək Axuni yolunu tutdu! 
Qarağac  Axunı  yolunda  bütün  maşınlar  dayanmışdı.  Bəlli  olan 
Hökmavara  qədər  maşın  park  etmişdi.  Biz  də,  başqaları  kimi 
orada  park  edib  ayaqda  yürüməyə  məcbur  qaldıq.  Millət 


 
 
 
200 
 
Hökmavara  tərəf  yürüyürdü!  Millətimin  içində  olduğum  üçün 
sevincimin  həddi-hüdudu  yox  idi!  O  anda  dünyanın  ən  gözəl 
duyğuları  içində  üzürdüm!  Dünyanın  heç  bir  canavarı  artıq  bu 
milləti yıxa bilməz! Millətimin birliyi varkən, nəinki İran adlanan 
yerin farsçı rasizmi, hətta dünyanın ən “vəhşi ayısı” olan rus belə, 
onu yenə bilməz! Yol boyu, mənə vurulan rus casusu damqasını 
düşünürdüm! Öz-özümə düşünürdüm ki: “Bir Azərbaycan türkü 
nə qədər rəzil, alçaq və manqurd olmalıdır ki, bu gözəl ulusuna 
deyil, rus “ayısı”na qulluq etsin!?”. Və nə qədər xoşbəxtəm ki, bu 
coşub-daşan  millətimin  bir  kiçik  parçasıyam!  Nə  qədər 
xoşbəxtəm  ki,  bu  ulusun  yolunda  ailəmin  qanını  qurban 
vermişəm!  O  qanlar  millətimə  halal  olsun!  Keşkə,  mənim  də 
xalqımın  bir  Atatürkü  olsaydı!  Keşkə,  bu  ulusun  da  uğrunda 
bayraq olan öncüllərimiz olsaydı! 
Artıq  yol  getməyə  imkan  yox  idi!  On  minlərlə  ziyarətci 
Hökmavar məhəlləsinin geniş həndəvərini  doldurmuşdu.  Sinirli 
kütlə  üsyan  üçün  bir  bəhanə  axtarırdı.  Təkcə  Təbrizdən  deyil, 
Azərbaycanın  çeşidli  yerlərindən  gələn  toplum  qatmanları 
əllərində  təmsil  etdiyi  yer  və  sinif  plakatları  ilə  mitinqə 
qatılırdılar.  Ordunun  çoxlu  əskəri  və  zabiti  də  mitinqin  içinə 
sızmışdırlar! Böyük Ayətullah Şəriətmədarinın şəkilləri əldən-ələ 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə