Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

 
 
 
201 
 
gəzərək sloqanlar  atılırdı! Bu  millət ayaqdaykən, ortada  doğru-
düzgün  bir  yolbaylıq  yox  idi.  Hər  cür  fədakarlığa  hazır  kütləni 
yönləndirən  doğru  bir  lider  ortada  olmayınca,  millət  öz  başına 
gəlir-gedirdi! Ortada dərin bir bəlirsizlik hakim idi. Hər kəs bir-
birindən  “nə  olacaq?”,  “nə  etməliyik?”,  “Hizbin  düşündüyü 
nədir?”soruşurdu! Millət təpədən dırnağa qədər haqlı idi. Milləti 
küçələrə  çəkənin,  bu  milləti  yönləndirməyə  cəsarəti  çatmırdı! 
Ordu millətilə, sindikalar millətilə, bazar millətilə, hava qüvvəsi 
millətilə,  uçuşun  izni  millətilə,  bütün  xidmət  alanları  millətilə 
olandan sonra nə etməmək olmaz ki? Bu gücü birləşdirəcək təkcə 
ünsür  liderdir.  Azərbaycanın  ayaqlanmasında  siyasi  liderin 
olmaması  məni  çox  rahatsız  edirdi.  “Xalq  Müsəlman  Partiyası” 
Şəriətmədari  karizmasından  yaranan  bir  liberal  qurum  olaraq, 
Azərbaycanın  istiqlal  və  demokratik  azadlığının  iradəsini 
yönətməyə qadir deyildi! İçində olduğum bu toplantı bunun isbatı 
idi! Həmin günlərdə mənim istəyimə yenidən bir ayara gəldik. 
-
 
Arxadaşlar xoş gördük! Bildiyiniz kimi, Azərbaycanın son iki-üç 
günkü  durumu    öncəki  günlərlə  görə  dəyişmişdi.  Artıq  xalq 
ayaqlanmadadır.  Xomeyninin  seçdiyi  baş  nazir  “Mehdi 
Bazərqan”ın  Azərbaycan  xalqına  ap-aydın  qafatutması  bəllidir. 
Bu  manqurt  türk,  Xomeyniyə  göstərdiyi  yaltaqlıq  üzündən  öz 


 
 
 
202 
 
millətini  satqın,  şurəvidən  gəlmə  elan  etməsi  çox  anlamlıdır. 
Xatırlayırsınızsa, iki il öncə 29 Bəhmən ayaqlanmasında da Şahın 
nökərlərindən olan “Amuzeqar” Bazərqanın bu sözlərinin eynini 
demişdi. Dostlar, artıq bu milləti evlərdə tutmaq olmaz! Amma 
nə yazıq ki, baş tutacaq üsyanın liderliyi millətin dərin istəklərilə 
bağdaşan deyil! XMP-nin liderliyi Azərbaycan üçün deyil, İrana 
düşünür.  Doğrusu,  biz  çarəsizlikdən  bu  Partiyaya  ümid 
bağlamışıq. Elə deyilmi, arxadaşlar? 
Barış:  Mən Cəvanşir əminin fikirlərinə qarşı deyiləm. Amma bu 
qədər umudsuzluğa da qatılmıram! Ortada bir hərəkət var. Biz bu 
hərəkətin harasındayıq? Biz olsaq da, olmasaq da, XMP-i öz işini 
görür. Ancaq, bu Xalq Müsəlman olmasa necə? Artıq millət onun 
arxasındadır.  Bu  gün  Azərbaycanda  nə  Xomeyni  vardır,  nə  də 
Xomeyniçi  Hizbullah!  Hamı  Şəriətmədari  deyib  Tehrana 
sinəgərir!  Ən  yaxşısı,  biz  də  umudsuz  olmayaq.  Mən  bu 
ayaqlanmanın qələbəsini indidən görürəm. Azərbaycan gedir ki, 
xudmuxtar olsun, inanın mənə! 
Sərdar ağa:  Barış bəyin xoşgörüsü gözəldir, amma tələskəndir! 
Mən, dünya təcrübəsi bizdən artıq olan Pişəvəri, Müsəddiq, Şah, 
Savak görmüş Cəvanşir bəyə  daha  çox inanıram!  Cəvanşir  bəy 
demir  ki,  üsyana  qatılmayaq!  O,  ömrü  boyu  canını  bu  yolda 


 
 
 
203 
 
qoymaqdan  qaçmayıb!  Sadəcə  təcrübəsini  bizimlə  paylaşır. 
Gərəkirsə,  mitinqə,  göstəriyə  və  inqilaba  bizdən  qabaq  qoşar 
Cəvanşir bəy! 
Rubab xanım: Xomeyni, XMP-nin son istəklərini qəbul edəcəkmi 
sizcə?  Anayasanın  düzəlişinə  fərman  verəcəkmi?  Yoxsa, 
demokrasi yerinə despotizmi hakim edəcək, hansısı!? 
Səlim:  Xomeyni  öz  məqamını  qoruyub  saxlamaq  üçün 
Azərbaycanı da, bütün dünyanı da od vurub yaxar! Onun gözündə 
qorxu deyilən şey yox! İnqilabdan 8-9 ay keçir! Amma kimsənin 
üzü  gülmür.  Gülən  varsa,  özü  və  çevrəsidir!  Qatil  Xalxali 
Tehranda, Mir Hüseyn Müsəvi Təbrizdə milləti qırır, o da gülür! 
Əfəndilər, ortada barış-filan yoxdur. Bu savaş kəsin baş tutacaq! 
Burda  demokratiya-diktatora  savaşı  var.  Xomeyni  hər  gün 
diktator  olduğunu  bağıra-bağıra  bəyan  edir!  Mücahid,  Fədai, 
Tudeyi isə əsrin diktatorunun yanında yerləşirlər! Xalqın içindən 
olan bu yazıq manqurdlara yazıqlar olsun! Hələ adlarını da xalqın 
qorucuları qoyublar! Yaxşı! Hizbi Tudəni anlamaq olar! Deyək 
ki,  onların  liderləri  uzun  zaman  rusların  çörəyini  yeyiblər! 
Onların  ruslara  olan  nökərçiliyi  bu  üzdən  anlaşılır!  Məni 
yandırıb-yaxan  birlikdə  boya-başa  çatan  fədailər  və 
mücahidlərdir. Axı, sizə nə olub, ay yazıqlar! Budurmu xalqdan 


 
 
 
204 
 
müdafiə? Diktatorun toruna düşmək! Xalqçılıq, mürtəce birisinin 
murdar  quyruğu  olmaqdımı!?  Mən  də  gərçək  bir  kommunist 
olaraq,  bu  Xalq  Müsəlmanın  başçılarına  inanmıram!  Yoldaşlar, 
bu  milləti  od-alov  içində  buraxıb  qaçacaqlarından  şübhəm  belə 
yoxdur! Ancaq, kəsib-basmaqdan başqa məntiqi olmayan despot 
allahçıların əlindədir rejim. İnsan allahın quludur deyən Xomeyni 
insanlığın anlamı yoxdur. O, 110, 105 kimi antibəşəri maddələrin 
götürülməsinə izn verməz. O, kütlə səsilə seçilmiş şuraların söz 
sahibi  olmasına  göz  yummaz.  Lakin,  bizə  düşən  görəv, 
despotizmin  qarşısını  almaqdır.  Bu  alanda  milyonlarca 
Azərbaycan  türkünün  sevgisini  qazanan  Şəriətmədarinin  də 
şiəliyini  unutmamaq  gərəkir.  O  da,  Xomeyni  kimi  dinsəl  sınır 
içindədir.  Elə  deyilmi!?  Yoldaşlar!  Bu  bir  ideolojik  böhrandır. 
Biz yanarsaq, arxamızca bütün demokrası və azadlıqlar da yanar! 
Keşkə  Səmədlər,  Oktaylar,  Həniflər,  Behruzlar  diri  olsaydılar! 
Ancaq,  qorxaram  ki  sağ  qalsaydılar,  arxadaşları  kimi  onlar  da 
ağıllarını Xomeyni despotuna verərdilər! 
Mən:  Səlim bəy, sənin illər öncədən tanıdığın bəzi dostların var! 
Onların  durumu  necədir?  Onlar  da  Xomeyni  despotizminə 
aldanıblarmı? 
Səlim:    Keçmişdə  Səməd  Behrəngi,  Behruz  Dehqanı,  Səadəti 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə