Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

 
 
 
192 
 
aldı! 
Türk dini lider Şəriətmədarinın dəstəyilə liberal kimliyi daşıyan 
“İran  Müsəlman  Xalqı  İslami  Cümhuriyyət  Partiyası”  yarandı! 
Bu  partiya  Xomeyninin  adıyla  bağlanan  “İran  İslam  Cümhurisi 
Partiyası”  ilə  birlikdə  iki  irimiqyaslı  təşkilat  forması  aldı.  Gün 
keçdikcə,  Tehran  basqısı  artırdı!  Azərbaycanda,  Kürdistanda 
rejimin  basqılarına  qarşı  daha  çox  hərəkət  gözə  dəyirdi. 
Azərbaycanda  çap  olunan  türk  dilindəki  nəşrlər  sıxışdırılmağa 
başlamışdı.  Xomeynisevərlər  sıxışdırma  olayını  sürdürdükcə, 
onlara olan kütlə içi nifrət də artırdı. Millət arasında sadəcə “Xalq 
Müsəlman”  deyilən  Şəriətmədari  yönlü  qurum  “Azərbaycan 
Partiyası” kimi tanınırdı! “Xalq Müsəlman” Azərbaycanın milli 
problemlərinin  çözümü  üçün  müxtariyyət  formulunu  ortaya 
qoyurdu. Xomeyni irticasına quyruq olan Tudə, Fədai, Mücahid 
təşkilatları  rəsmi  olaraq  Azərbaycan  Türk  Millətinin  milli 
problemləri  qarşısında  farsçı-şiə  Xomeyni  rejimini  müdafiə 
edirdilər!  Mən  və  arxadaşlarıma  görə,  belə  bir  durumda  “Xalq 
Müsəlman”a tərəf olmaq gərək idi: 
-
 
Arxadaşlar, bu durumda biz millilərin üzərinə böyük məsuliyyət 
düşür.  Azərbaycanın  haqlı  istəkləri  rejimin  və  Tudə,  Fədai, 
Mücaid təşkilatlarının düşmənçiliyinə tuş gəlmişdir. Proqramında 


 
 
 
193 
 
Azərbaycana  özərklik  (müxtariyyət)  tanıyan  Tude  Partiyası, 
açıqca Azərbaycanın milli probleminə göz yumaraq, Xomeyniyə 
qulluğunu  ortaya  qoyur.  Mən,  ən  çox  özümüzdən  olan  zavallı 
fədailərə yanırdım! İnsan da bu qədər anlamaz olarmış? İnsan bu 
dərəcə  özündən  çıxarmış?  Yəni  kommunizm  gənclərimizin 
gözünü  bu  qədər  kor  edibdirmi?  A  dostlar,  buna  bir  çarə 
axtarmalıyıq! Bu gənclər bizim millətin ümididir. Bunların belə 
azğınlaşmasına  son  vermək  gərəkdir.  Necə  göz  baxa-baxa  öz 
bacını, ananı, qardaşını, atanı, milli şərafətini, torpağını Tehranda 
oturan milli düşmənlərə qurban etmək olar! Sizcə bu durumda nə 
etməliyik? 
Barış:  Doğru ki, Xalq Müsəlman Partiyasının (XMP) başçılarına 
güvənmək  olmaz!  Hətta  Şəriətmədarinın  özünüə  belə!  30  min 
milli  şəhidimizin  qatili  olan  Şaha  dua  oxuması  bağışlanılmaz! 
Ancaq  ortada  “Xalq  Müsəlman”dan  başqa  alternativ  yoxdur. 
Azərbaycan  türkü  bu  gün  dini  mərcəinin  arxasında  dayanıbdır. 
Dini mərcə isə, Xalq Müsəlman qurumunun arxasındadır. “Xalq 
Müsəlman”  artıq  bir  Azərbaycan  qurumudur.  Mən  də,  bu 
liberallardan  qorxuram,  amma  başqa  yol  tapa  bilmirəm!  Əgər 
Kommunizm  Azərbaycana  xəyanət  etməsəydi.  Durum  dəyişə 


 
 
 
194 
 
bilərdi. 
Rubab: Ağalar Təbrizin bazarında çıxan yanğın təsadif deyildir. 
Bu büs-bütün Hizbullahın işidir. Hizbullah birbaşa Xomeyninin 
əmri  altında  çalışır.  Xomeyni  Azərbaycanın  əyaləti-vilayəti 
müxtarlığını istəmir. O, Azərbaycanı tezliklə susdurmağa çalışır. 
Bazarda  yanan  altmış-yetmiş  dükanın  hamısı  Xalq  Müsəlman 
Patiyası  üyəsi  və  ya  sempatısıdır.  Ağalar,  biz  bunu  qəbul 
etməliyik  ki,  milli  hərəkatın  özünün  yolu  var.  Bu  yolun  öz 
ideologiyası var! Millətçi ideologiyadır millətin yolunu açan! Siz, 
hələ  də  fədai,  tudeyi,  mücahid,  Bazərqan  qonusundasınız!  Biz, 
tez-gec  Firqənin  milli  alternativini  yaratmalıyıq!  Nədən  bugün 
sabah edirsiniz? 
Sərdar:  Mən  də  Rubab  xanıma  qatılıram.  Dediklərinin  hamısı 
düzdür.  Biz,  öz  təşkilatımızı  yarada-yarada  Xalq  Müsəlman 
Partiyanı  da  savunmalıyıq.  Bazar,  bütünlüklə  bu  təşkilatın 
əlindədir. Bəzi komitələrin aparıcıları Xalq Müsəlmana bağlıdır. 
Radio-televiziya  kanallarında  nüfuzları  var.  Məktəblərdə, 
idarələrdə  güclüdürlər.  Umudsuzca  oturmaqdansa,  bir  işlər 
görməmiz  gərəkdir.  Mərağeyinin  Azərbaycan  valiliyindən 
istefası, Tehrana qafa tutmaqdır. O, açıqca basqı altında olduğunu 
dilə  gətirir.  Hətta  Azərbaycanın  iki  hakimiyyətli  sistemdə 


 
 
 
195 
 
olduğunu deyir. 
Səlim  ağa:    Xanımlar,  bəylər  zaman  çox  daralır.  Vilayəte 
Mütləqeye  Fəqih  yoldadır.  Ağaye  Şəriyyətmədarının  gücü 
Xomeyniyə batmayır. Demək olar ki, bütün güc xomeyniçilərin 
əlindədir.  Siz  Təbrizə  baxmayın,  Qumda  ağanın  evinə  yürüş 
olunur. 110-cu maddə təsdiq olunur. Xomeyni açıqca kürd və türk 
xalqlarına  meydan  oxuyur.  Hərəkətə  keçmək  gərəkdir.  Zaman 
əldən  gedir.  Məncə  də,  öz  işimizi  görməklə  birlikdə  Xalq 
Müsəlman Patiyasını da müdafiə etməliyik. 
Rubab xanım:  Dostlar, bir daha söz aldığım üçün bağışlayın! Son 
günlərdə  “Xalq  Müsəlman”  qəzeti  ilə,  “Kar”  qəzeti  arasında 
münaqişə  gedir.  Xomeyni  rejimi  topu  Azərbaycanın  öz 
meydanına atıbdır. Bildiyiniz kimi, fədailərin içində öz millətini 
sevən gənclər az deyil, Xalq Müsəlmançılar içində də həmçinin! 
Ancaq,  aranı  qatan  mənfi  ünsürlərin  də  olduğunu  görmədən 
keçmək doğru deyil. Fədailər kommunistdir, Xalq Müsəlmançılar 
isə kommnismə qarşı! Xomeyniçilər bu yoldan içəri girərək aranı 
qatmağa çalışırlar. Əslində, rejim üçün xalq müsəlmançı və fədai 
fərq etməz. Bunlar ikisi də aradan getməlidir rejimə görə. Bizim 
vəzifəmiz iki tərəfi də ayıq salmaqdır. Buna görə, tezliklə bildiri 


 
 
 
196 
 
yaymağımız gərəkdir.  
Mən:    Sağolun  Rubab  xanım.  Çox  doğru  nöqtənin  üzərində 
durdunuz. 
Bütün  günü  bu  mövzular  etrafında  söhbətlər  oldu.  Təbrizin  bu 
yaxın  günlərdə  qarışma  ehtimalı  vardı.  Harda  durmağımızın 
doğru  olduğu  bəlirləndi.  Öz  durumumuzla  bağlı  geniş  alanlı 
tanıtım  işləri aparılmalı idi. Bununla yanaşı, tək başına hərəkət 
etməyimizin də doğru olmadığı ortaya qoyuldu. Xalq Müsəlman 
Partiyasının  başçılarından  Əlizadə,  Mərağeyi,  Nəzihlə  və 
başqaları ilə görüşlər vacib sayıldı! 
Zaman  keçdikcə  Təbrizin  siyasi  durumu  gərginləşirdi. 
Hizbullahla  Xalq  Müsəlmançılar  arasında  atışmalar  çoxalırdı. 
Ayətullahlar  savaşı  böyüməyə  başlamışdı.  Anayasanın  qəbul 
olunması ilə, Şəriətmədarinın demokratik və çağdaş istəkləri rədd 
olunmuşdu. Xomeyni öz geri zəkalılığını qanun əsasında topluma 
diktə  etmək  üçün,  110-cu  maddəni  qəbul  etdirmişdi.  Habelə, 
Şəriətmədarinın  xalqlara  eşitlik  verilməsilə  bağlı  “Əyaləti-
Vilayəti  Əncümənlər”i  formolu  da  qəbul  olunmamışdı.  O, 
Fransanın ünlü qəzeti olan “Lomond”da verdiyi müsahibədə rədd 
olunan  önərilərini  millətin  ziyanına  və  diktatorluğun  xeyrinə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə