Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
 
227 
 
bağlıdır  arxadaşlar.  Türk  ortadan  qalxarsa  bu  iki  şovinist 
ideoloji  həmən  bir-birinə  düşmən  kəsiləcək!  Bu  iki  canavar 
dövlətin  ortaqlığını  güclədirən  nədən  ikisinin  də  özgə  xalqlara 
olan faşisti baxışlarıdır.  (Nəhavən-Bədiabad Cabbar ... Əlyazma 
No... 1947...) 
Bu  səfər  Çərəndab  məhəlləsinin  arxa  küçələrinin  birində 
toplanmışdıq. Yenə Mir Qəmbər ağa nitqə başladı. Qəmbər ağa, 
gördüyüm ən güclü, savadlı və dərin duyğulu natiqlərdən biri idi. 
Onun bu günkü nitqi “Nə etməliyik” ünvanındaydı
-
 
Aldığımız  dəqiq  bilgilərə  görə,  çox  tezliklə  Təbrizdə  böyük  bir 
milli partiya yaranacaqdır. Millətimizin ən çox ehtiyacı olan milli 
partiyanın  yaranması  məni  çox  sevindirir.  Azərbaycana  özəl 
siyasi qurumun yaranması bu millətin amaclarına xidmət edəcək 
ən ana qurumdur. Bizim cani-könüldən ona qatılmağımız su və 
hava kimi gərəkdir. Ancaq arxadaşlar, bu yaranacaq partiyanın 
ilkələrində “türk” qavramı kəsinliklə olmayacaqdır. Millətimizin 
və  dilimizin  adı  sadəcə  Azərbaycan  adıyla  kifayətlənməlidir! 
Nədəni  isə,  rusların  “türk”  sözünə  qarşı  can  qaşıntılarıdır! 
Ağalar,  arxadaşlar,  qorxduğumuz  başımıza  gəlir!  Milli  kökdən 


 
 
 
228 
 
uzaqlaşdırılmış bir milli partiya hara varacaqdır arxadaşlar!?... 
On gün sonra Mir Qəmbər ağanın dəlik-deşik olmuş ölüsü Qonqa 
Başında tapıldı!!! Türk ulusu, öz oğlunu, Alman casusu, dələdüz, 
xalq düşməni kimi lənətlədi!!! 
Şəhərdə  yayılan  bildirişlərin  arasında  belə  bir  bildiri  də  kütlə 
arasında  gəzişib  dolaşdı:  “...Sovetin  xilaskar  ordusu  gələndən 
bəri dələdüzlər, Alman casusları, faşist Nazı tərəfdarları xalqın 
ayıq  oğulları  tərəfindən  tutulur  məhkəmə  olunur  və  gizlicə 
cəhənnəmə  vasil  olurlar.  Təbii  ki,  belə  əməllərin  xilaskar  barış 
ordusuna  olan  vəfadarlığı  çox  önəmlidir.  Ancaq  belə 
özbaşınalıqların  toplum  içində  olumsuz  etkisini  də  gözdən 
qaçırmaq doğru olmazdı! Bu üzdən soveti sevən yoldaşlardan bu 
məsələlərdə qanunsəl olduqları istənilir...!” 
Bu  ulusu  rusçuluqdan  qurtaran  bir  türkçü  övladı,  dələdüz,  xalq 
düşməni,  Nazi  və  Alman  tərəfdarı  kimi  markalandı!  Millətinin 
qayğısıyla  nəfəs  alan  ulus  vurğunu,  öndər  bir  Türk  dəlik-deşik 
olaraq  aralarda  qaldı.  Rus  əskərləri  geçə  qaranlığında  atdıqları 
qanlı  cəsədi,  gün  işığında  ölü  köpək  kimi  bir  daşqa  arxasına 
ataraq,  gözlərdən  uzaqlaşdırdılar!  Azərbaycanın  bir  igid  Türk 
balası  gizli  göz  yaşları  arasında  etkisiz  boşluğa  uğurlandı!  Ən 


 
 
 
229 
 
yaxınları belə, onun məzarından xəbər ala bilmədilər!  
(Nəhavənd-Bədiabad Cabbar ... Əlyazma No... 1947...) 
 
1943-cü ilin sonlarına doğru yoldaş Dəmirçi mənim evimə gəldi: 
-
 
Cabbar bəy, səni Konsulluqdan çağırırlar. Sabah səhər 11-də bir 
yetgili yoldaşla görüşün olacaq. Ancaq bu görüş çox gizlidir! 
-
 
Yoldaş Dəmirçi, bu görüş nədən ötrüdür? 
-
 
Yoldaş  Cabbar,  bu  sözləri  nə  sən  soruş,  nə  mən  cavbacıyım! 
Sabah saat 11-də konsulluqda ol! Etibarınla bağlı çox önəmlidi! 
Saat  11-də  konsulluğun  qapısında  dayandım.  Qapının  ağzında 
dayanan bir Azərbaycanlı zabit məni xoş qarşıladı! Konsulluğun 
girişinin solunda yerləşən kiçik bir otağa girdik. Otaqda tək bir 
masa arxasında oturan qarayaxa rusdilli məmur, ilk öncə subaya 
təşəkkür edərək yola saldı. Sonra farsca mənə “xoş gədiniz” dedi:  
-
 
“Azəricəni bilmədiyim üçün sizinlə farsca danışacağam. İlk öncə 
başqa  bir  dildə  danışdığım  üçün  üzrümü  qəbul  edin.  Sizin  bir 
yurdsevər  tarixçi  öyrətmən  olduğunuzu  bilirik.  Biz  bilim 
insanlarına  böyük  sayqımız  var!  Sovet  sistemi  bilim,  barış, 
qardaşlıq, insanlıq və əmək üzərində qurulmuşdur. Bizim bu gün 


 
 
 
230 
 
burda olduğumuzun nədəni də budur. Siz, bir xalq olaraq daha 
özgür, bağımsız və özgüvən yaşama layiqsiniz! Yazıqlar olsun ki
bu  tayda  olan  acınacaqlı  Azərbaycanla,  o  tayda  olan  Sovet 
Azərbaycanın  durumu  heç  bir-birinə  bənzəmir.  Siz,  o  taydan 
ilham almalısınız. Siz o tayı yaxından görməlisiniz! Çox baha əldə 
olunan təcrübələrdən yararlanmalısınız! Siz, öz müstəqil ölkənizi 
qurmaq  üçün  hazır  olmalısınız.  Yoldaş  Cabbar,  siz  bu  yolda 
yurdsevər  yoldaşlarınızın  sırasında  yerləşməlisiniz.  Biz,  sizin 
kimi Azərbaycan sevərləri öz dost sıralarımızda görmək istərik. 
Yoxsa, faşıst nazilərin ya onların arxasında duran türk dövlətinin 
yanında olmağın nə faydası olar! Bu yolun sonu əlbəttə ki, xalq 
düşməni, faşist tərəfdarı kimi ölümdür! Sizin xalqın içində Soveti 
sevən  yurdsevər  gənc  az  deyil!  Onların  faşizmə,  Hitlerə  olan 
nifrəti sonsuzdur. Biz hər zaman onların qarşısını ala bilmirik! 
Bunu sizin də bilməyinizi istərik! Bir neçə gün sonra sizinlə bir də 
ilgi qurulacaqdır. Bizim salamlarımızı başqa ev arxadaşlarınıza 
da yetirin. Siz, ağsaqqal öyrətmənsiniz! Sizin sözünüz onlar üçün 
keçərlidir.  Hər  kəsin  xalqın  arxasında  olması  gərəkdir!  Gedə 
bilərsiniz!” 
Mesaj alınmışdı! Bundan net və rus sayağı mesaj ola bilməzdi! 
Biz  öz  aramızda  buna  “Rus  Diplomasiyası”  deyirdik!  Mesajın 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə