Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
 
222 
 
dolaşırdım!  Artıq  təklik  mənim  üçün  ən  yaxın  yoldaş  idi! 
Mənimlə  yalqızlıq  iki  qopulmaz  ruhla  bədən  olmuşduq. 
Cəvanşirlə Olqanın tək ruh, tək can olduğu kimi!      
Gözəl  Yöteborq  1999-cu  ili  2000-ci  ilə  bağlamaq  üçün  şənlik 
içində par-par yanırdı. Azərbaycan Dərnəyi də bu gecənin adına 
böyük  şənlik  keçirirdi.  O  gecə,  ömrümün  ən  al-alvan  gecəsini 
yaşadım.  Azərbaycan  Dərnəyinin  lokalı  insanlarla  dolmuşdu. 
İnsan  uzun  zamandan  sonra  özünü  soydaşlarının  içində  necə 
duyursa,  mənim də  duyğum  tam elə  idi. Doğmalarımla  birlikdə 
sanki bir əfsanəvi gecə keçirirdim. Belə zamanda içməyəcəyəm, 
nə zaman içəcəyəm! O gecə, əlimə gələni içdim! Saat 24-də Yeni 
ilin  başlanğıcı  ilə  bağlı  göy  üzünün  10  dəqiqə  işıq  içində 
yanacağını deyirdilər. Biz hamımız səbirsizliklə 2000-ci ilin necə 
girəcəyini gözləyirdik. Ancaq, hanı o bəkləyiş! Ömrümdə ilk kəz, 
sərxoş  olaraq  bayılmış,  gözümü  12  saat  sonra  xəstəxanada 
açmışdım!  
O gündən sonra, Azərbaycan Dərnəyi mənim adresimə çevrildi! 
Hər  gün  Azərbaycan  Dərnəyinə  gedirdim.  Bəyim  xanımın 
yoxluğunu dərnək büs-bütün doldururdu. Gecələr geç vaxta qədər 
dərnəkdən  tanışdığım  yaşıdlarımla  keçirirdim.  Hər  həftə  sonu 
dərnəyə gələn yeni ailələrlə də tanış olurdum. Çevrəmdə olan bu 


 
 
 
223 
 
ailələri  yaxından  tanımağa  can  atırdım.  Belə  istiqanlı  davranış 
qarşılıqlı  olduqda,  daha  sevincli  olurdum.  Toplum  içində 
“Cəvanşir  əmi”  deyə  səslənməkdən  qurur  duyurdum!  Bəzi 
zamanlar  özümü  Cabbar  əminin  yerinə  qoyurdum!  Saçlarımın 
bəmbəyaz olması, yalnızlıq və yardımsevər insan olduğum üçün 
sevilən birisi olmuşdum! İyirmi illik susqunluq sürəcini bitirmək 
yoluna  düşmüşdüm!  Ancaq  daha  gec  idi!  Ayaqlarım  yerdən 
qalxmırdı. Gözlərimin işığı olduqca azalmışdı. Hafizəmin çəkimi 
qalmamışdı.  Evdən  çıxıb  dərnəyə  gəldiyimdə  çox  yorulurdum. 
Keşkə 20 ilimi geri qaytara bilsəydim. Keşkə, bu zaman içində 
Firqənin  adsız  qəhrəmanlarına  -  atama,  anama,  Cabbar  əmiyə 
olan vəfa borcumu yerinə  yetirə bilsəydim! Keşkə, Qurdananın 
qurd sevgisini, bağrından qopan “Yahu”sunun gerçək fəlsəfəsini 
yeni  nəslimizə  çatdıra  bilsəydim.  Keşkə,  sürgündə  birlikdə 
olduğum  gerçək  qəhrəmanların  yaşadıqları  hər  anı  dünyanın 
“insan-insan” bağıran mərkəzlərinə çatdıra bilseydim. Keşkə, “29 
Bəhməni”, “Xalq Müsəlmanı”, “Ağa”nın Xomeyni diktaturasına 
yox  dediyi  üçün,  farsçı  rejimin  telekanallarında  ağladılmasını, 
işgəncə  olunub  şəhid  edilməsini  dünyanın  kor  gözlərinin 
qarşısına  sərə  bilsəydim.  Keşkə,  Uca  Tanrım,  Göktanrım 
gözlərimə  biraz  işıq,  barmaqlarıma  biraz  güc,  beyinimə  biraz 
açıqlıq, iradəmə biraz inad, ömrümə isə biraz fürsət versəydi. Bu 


 
 
 
224 
 
dünyadan  susqun,  durğun,  usanmış  gedərsəm  əgər,  ulusumun 
qarqışı mütləq məni tutar!  
Artıq qalan ömrümü sizə, ey sevgili millətim, ey sevgili dağım-
daşım, vətənim, sizə verməyə çalışacağam! Ta ölənə qədər!!! 
 
“Təbriz”dən “Yöteborq”a, 1945-dən 1980-ə! 
Çox  gec  olduğunu  bilirəm!  Barmaqlarımın  qələm  tutmaqda 
zorluq çəkdiyini də hiss edirəm! Ancaq içimdə tükənməz ülvi bir 
“Mən”in  də  olmasını  unutmuram!  Məni  yaşadan  o  “Mən”, 
yaşadıqca  mənə  zaval  yoxdur  demək!  Mən  Göktanrımdan  bu 
sətirləri yazmaq üçün fürsət diləmişəm!  Mənim adil, qulçuluğa 
qarşı  çıxan,  bir  insan  boyu  yaşayacaq,  öləcək,  diriləcək 
Göktanrıma  inamım  sonsuzdur!  Bu  fürsəti  mənə  verəcəyinə 
əminəm! Nə olursa-olsun, içimdə yaşayan Göktanrımın hüceyrəsi 
olan  “Mən”  ilə  birlikdə  boyun  borcumu  ulusuma  ödəyənədək 
yaşayacağam!... 
...Və  sonun  sonunda  Cabbar  əminin  SAVAK  əlinə  düşdüyü  əl 
yazmalarından  yadımda  qalanlarını  eynilə  sizə  çatdırmaq 
istəyirəm.  Qoy  gərçək  qəhrəmanlarımızın  ulusuna  olan 


 
 
 
225 
 
rahatsızlığımı  yeni  nəsilimiz  oxusun,  bilsin,  özünə  yol  xəritəsi 
etsin! 
Cabbar əminin əlyazmalarından:  “1941-ci ilin yazında Təbrizin 
Dəvəci  Bazarının  arxa  küçələrinin  birində  10-15  ortayaşlı 
arxadaşlarımla bir araya gəldik. O toplantıda Bakıdan gələn iki 
zabitlə bir şəxsi qardaşımız da bizimlə birlikdəydilər. Toplantının 
hədəfində  təkcə  bir  məsələ  dayanmışdı.  Yaşca  məndən  bir  az 
böyük olan Mir Qəmbər ağa sözü açdı”: 
Mir Qəmbər Ağa: Dəyərli qardaşlar bura toplanan hər kəs əmin 
soydaşdır. Buna şübhəmiz olmasın. Burdakı danışıqların burda 
qalacağından  arxayın  ola  bilərsiniz!  Son  illərdə  türk  düşməni 
Stalinin əmrilə türk varlığına qarşı böyük cinayətlər üz vermişdir. 
Güneydə  gedən  olaylardan  Quzeyin,  Quzeyinsə  hadisələrindən 
Güneyin xəbəri yoxdur. Arxadaşlar! Stalin Quzeydə, Rza şah isə, 
Güneydə  türk  sözünü  yasaqlamışlar!  Bu  iki  türk  düşməni  niyə 
eyni  hədəfə  vururlar!  Bunların  türkdən  başqa  düşmənləri 
yoxdumu? Arxadaşlar, türk kökdü, yaşam fəlsəfəsidir, bəlləkdir, 
beyindir,  yöntəmdir,  dildir,  kültürdür,  tarixdir,  ulusdur!  Bu 
insanlıq  düşmənləri  türk  adı  altında  bizi  bunlardan  qoparmaq 
istəyirlər! Arxadaşlar, əziz soydaşlar, Azərbaycan sözsüz ki bizim 


 
 
 
226 
 
qudsal torpağımızdır.  
Sözsüz  ki,  ana  torpağımıza  canımızı  verərik.  Ancaq  bizim 
kökümüzü qurutmaqla nə Azərbaycan qalar, nə də vətən! Bizim 
davamız  türk  davasıdır.  Düşmənlərimizin  ağlına  diqqət 
yetirməliyik. “Kommunizmə, kök, soy, boy etgi buraxmaz! Bizim 
baxışımız milli deyil, sinfidir” deyən Lenin və Stalinin tapşırığı 
ilə  milyonlarla  Sovet  vətəndaşını  xalq  düşməni  adıyla  qara 
torpağa sərirlər. Bunların çoxunluğu qeyri-ruslardır. Öz kökünə 
bağlı  olan  millətçi  kəsimdir.  Azərbaycanın  payı  çox  dəhşətli 
görünür. Ya Güneydə türk uşağının boynuna “Türk Xər” noxtası 
asılır! Minlərcə aşağılama siyasəti uyqulanır. Güneydə türklərin 
sayca çox olması, farsları qorxutsa da, Quzeydə çoxunluq olan 
rusların edam maşını dayanmadan kəsir-biçir! Bu iki dövlət türk 
millətinə  qarşı  öz  millətçiliyini  gücləndirərkən  bizim 
aydınlarımızın  “azəri”  qusuntusu  hardan  qaynaqlanır 
arxadaşlar!?  Nədən  öz əlimizlə  rusların,  farsların  dəyirmanına 
dən  tökürük?  Nədən  öz  kökümüzü  qazmaqla  məşğuluq?  Millət 
özünü  cəddən  bə  cədd  türk  bilərkən,  nədən  illərini  Rza  Şahın 
dustaqlarında  keçirən  mübariz  arxadaşlar,  Kəsrəvi  kimi 
xayinlərə  uyaraq,  türk  sözünü  yerdən-yerə  vurur  qondarma 
“azəri”  duzağına  düşürlər!  Rus-fars  qardaşlığı,  türk  varlığına 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə