Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

 
 
 
205 
 
kimi  şəhidlərin  yolunu  gedənlər,  bu  gün  Əşrəfə  daha  şox 
yaxındırlar. Vicdanla demək gərəkdirsə bu devrimçi kəsim xalqın 
yanından  ayrılmır.  Hə,  mənim  kimi  onlar  da,  sonunda 
Şəriətmədarinin  sınmasını  düşünürlər.  Ancaq,  Əşrəf  açıqcasına 
bütün sevənlərini uyarıbdır:“Ya mənimlə xalqımın yanındasınız, 
ya  da  gedib  başqa  xainlər  kimi  Xomeyninin  yanında  yerləşin! 
Xomeyninin“Vilayəte  Mütləqəsinə”səs  verənlər  xalqın  yanında 
deyil,  dini  diktatorun  yanındadırlar!  Silahınız  varsa,  Xomeyni 
despotizminə  qarşı  tutmalısınız!  Əliyalınsınızsa,  yumruqlarınızı 
birləşdirib dinsəl irticasının qafasını dağıdacaqsınız! Bir Fədai 
devrimçinin  Xomeyni  Hizbullahının  yanında  nə  işi  ola  bilər!?” 
Bu dediklərimi Əşrəf yoldaşın ən yaxınlarından eşitmişəm. Bir də 
bu  sözlərə  nə  gərək  var.  Tanıdığım  Əşrəfçilərin  hamısı  xalqın 
yanındadırlar. Onları hər gün görmək olur. 
(Təbriz 1358-09-15/1980-12-06/TV,radio,ordu,valilik... Millət 
əlində!) 
DANIŞIR  AZƏRBAYCANIN  TƏBRİZ  RADİOSU!  SİZ, 
DOĞRU,  SANSORSUZ,  ÖZGÜR  TƏBRİZ  RADİOSUNU 
EŞİDİRSİNİZ! 
Sonunda, neçə həftədən bəri hər gün “barıt”ı artan Tehran-Təbriz 


 
 
 
206 
 
çatışması partlaq verdi. Ağanın evinin olayları, İran başbakanı – 
Mehdi  Bazərqanın  Təbrizdə  dərinləşən  mitinqləri  yerli  və 
Quzeydən  gələn  Kommunizmə  bağlaması  millətin  dözümünü 
bitirmiş  oldu!  Xalq  Müsəlman  Partiyası  İran  adlanan  dövlətin 
radio-televiziyonunu  Azərbaycanın  ziddinə  tək  yönlü  zəhər 
saçması  üçün  baykot  etdi!  Əsəbi  patlaq  verən  kütlə  Təbriz 
televiziyon mərkəzini tutdu! Bazar, ordu, hava alanı kütlənin bu 
eyləmini alqışladı! Başda Təbriz Bilimyurdu olmaqla, bütün bilik 
mərkəzləri  öz  qəhrəman  dirənişçilərini  müdafiə  etmək  üçün 
küçələrə  yayıldılar.  Tehrandan  yayımlanan  bütün  verilişlər 
kəsildi.  Televiziya,  Təbrizdə  milli  inqilab  ruhunun  güzgüsünə 
çevrildi!  Urmu  Təbrizin  yanında  olduğunu  elan  etdi.  Urmunun 
hava  limanı  Tehranın  üzünə  bağlandı!  Tehrandan  silahlı  özəl 
timlər  daşıyan  hərbi  və  daşıyıcı  uçaqlar  Urmuda  oturmaq  izni 
alamayınca,  Tehrana  qayıtmaq  zorunda  qaldılar.  Əhər,  Xoy, 
Muğan, Marağa, Xiyav, Miyana, Qəzvin və Azərbaycanın bir çox 
şəhərlərinin  rəsmi  orqanları,  Təbrizin  yanında  olduqlarını  elan 
etdilər. Biz, Televiziyanı farsçı rejimdən azad edən ilk qruplardan 
olduq.  Səlimlə  iki  çirik  yoldaşı  silahlı  dəstələrin  içində  idilər. 
Bunu da deməliyəm ki, Təbrizdə hardasa 45 İnqilab komitəsinin 
demək  olar  üçdə  ikisi  Xalq  Müsəlman  Partiyasından  yana, 
Şəriətmədarçılardan oluşurdu! Bu olaylardan bir neçə gün sonra 


 
 
 
207 
 
mənim evimdə bir araya gəldik. Doğrusu, biz də Xalq Müsəlman 
Partiyasının  başçıları  kimi  bu  işin  sonunun  hara  varacağını 
bilmirdik. Bu üzdən, bir araya gəlməyimizi gərəkli sandıq: 
Səlim ağa:  Yoldaşlar! Durumun gedişatını heç xoş görmürəm. 
Təbrizdən olan istəklərin hamısı cavabsız qalmaqdadır. Qumun 
Elmiyyə  Hövzəsinin  Ağa  Şəriətmədariyə  qarşı  plan  namərdcə 
davranışlar  hər  gün  artır.  Ağa  Qumda  sıxışıb  qalıbdır.  Onun, 
Azərbaycan  türklərinin  Təbrizə  dönmə  istəklərini  cavabsız 
buraxması  anlaşılmazdır!  Qum  Elmiyyə  Hövzəsinin  yönü 
Xomeyniyə  tərəfdir.  Böyük  Ayətullah  Şəriətmədari  Qumdan 
Təbrizə  gəlməsə,  həm  özünü,  həm  də  Azərbaycanı  yandıracaq. 
Bu  da  açıqcası,  panfarsizmin  Türk  millətinə  qarşı  endirdiyi 
növbəti  zərbə  olacaqdır!  Xomeyni  Ağanın  və  Azərbaycanın 
ölümünü diləyir. Bax, belə! 
Rubab xanım:  Dostlar, televiziya mərkəzinin qaytarılması Xalq 
Müsəlman  Partiyası  üçün  ağır  sonuclar  verəcəkdir.  Tehran  hər 
tərəfli  yürüşə  hazırlanır.  Millətin  güc  potensialı göz  önündədir. 
Lakin  bu  gücün  dərinləşməsi  üçün  partiya  öndərliyi  iradə 
göstəmir!  Xalq  Müsəlman  Partiyası  millətin  gücünü  orqanizə 
etməkdə aciz qalır. Bu milli potensialın küçə-bazarda tükənməsi 
öz izləyini göstərir. Plansız o yana, bu yana gedib-gəlməklə bir 


 
 
 
208 
 
sonuc  əldə  olmaz!  Xomeyni  Televiziyanın  geri  qaytarılmasını 
Şəriətmədaridan  ala  bilərsə,  onu  geri  oturda  bildisə,  yerinə 
dayanmayacaq. Artıq, Xalq Müsəlmanın boş damarı Xomeyninin 
əlindədir. 
Barış:    Dostlar,  biz  sonuna  qədər  Xalq  Müsəlman  Partiyasını 
qorumağa  davam  etməliyik!  Mən,  bir  azdan  dönəcəyəm  Xalq 
Müsəlman  Mərkəsinə,  Daş  Mağazalarının  Komitəsindən  silahlı 
qüvvə  ora  gələcəkdir.  Bildiyimə  görə,  Urmu  Hava  qüvvələri 
oranın Hava Alanını açıq elan edibdir. Tehrandan Urmuya çoxlu 
silahlı  dəstə  gəlib.  Onlar  indicə  Təbriz  yolundadırlar.  Yaxın 
saatlarda Təbrizdə çatışma başlaya bilər. Ağaye İrani  qərargahı 
qorumaq üçün milləti Münəcimə sarı getməyə çağırır! 
Rubab  xanımla  gələn  Əşrəf  xanım:    Bəylər,  bundan  sonrakı 
durum  xalqın  dirənməsinə  bağlıdır!  Şəriətmədari,  Təbrizə 
gəlməməsilə,  özünü  Xomeyninin  pususuna  atdı!  Xomeyni  bu 
yazıq  alimi  darma-dağın  edər!  Şəriətmədari    sınarsa,  Xalq 
Müsəlman Partiyası bir saat belə, özünü müdafiə edə bilməz! Bu 
patiyanın giriş qapılarının genişliyi inanılmaz böyükdür. Baxın! 
Onun qoruyucularından biri kimi tanınan Xisrovşahi kimilər, bu 
partiyanın  içində  az  deyillər.  Onlar  bu  partiyanı,  bu  milləti  bir 
bardaq  suya  satarlar.  Bizim  yaraqlı  gənclərimiz  silahlı  savaşa 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə