Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

 
 
 
188 
 
idrakını sadəcə  türkcə danışığında anlayırdı. Əksinə, mən onun 
bu  inancının  milli  inanc  olmadığını,  irançı  və  farsçı  pançılığın 
olduğunu  savunurdum.  Açığı  gedişatın  qalib  ruhu  tehrançılıq 
üzərində  nöqtələnmişdir.  Bizim  kimi  insanlara  yavaş-yavaş 
pantürkist,  turançı,  türkiyəçi  damğası  vurulurdu!  Artıq, 
mitinqlərdə  kütlənin  dilə  gətirdiyi  türkcə  sözlər  anında  basılır, 
yerini farsca şüarlar alırdı! Solçu, sağçı, dinçi kəsimi birləşdirən 
fars  sloqanlar,  Tehranda  deyilən  eyni  sözlərlə  mitinqlərin 
havasını  İraniləşdirirdi!  Bizim  kimi  fars  pusqusu  görmuş  yazıq 
türklərin  kimlik  hayqırtısı  öz  inqilabçı  gənclərimiz  tərəfindən 
boğulurdu! 
Təbrizin  ən  böyük  mitiqlərindən  biri  Amerika  Konsulluğunun 
qarşısında  oldu!  Şəhnaz  xiyabanının  döngəsində  olan  Daş 
Mağazalarda  on-on  beş  firqəçi-türkçü  arxadaşlarla  mitinqə 
qatılmağa  gedirdik  ki,  iyirmi-otuz  kişilik  gənc  solçu  dəstə, 
əllərində  farsca  yazılmış  plakarlarla  qarşımıza  dikildi.  “Sizin 
mitinqə  yaxınlaşma  izniz  yoxdur!  Siz  gedin  Türkiyədə 
pantürkistlərə  qatılın!  Siz  gedin  türkcə  şüarlarınızı  Türkiyədə 
verin!  Bura  vətənsevərlərin  yeridir.  Yaşasın  fars,  kürd,  azeri 
birliyi!  Ölüm  olsun  pantürkizmə!”  Həyəcana  qapılmış  bu  gözəl 
gənclərimizin özlərinə qarşı səsləndirmiş olduğu milli söyüşlər, 


 
 
 
189 
 
tikan  kimi  ürəyimə  batırdı!  Mənə  ən  çox  acı  verən  isə,  bu 
uşaqlardan  biraz  aralı  olan  Tehran  Bilimyurdu  yüksək  lisanslı 
Ənvər  Məsudi  idi!  O,  evlərində  sıxılan  zaman  mənim  yanıma 
gələr, türkcə kitbacır alar, türkcə müzik dinlərdi! Onu öz oğlum 
kimi sevərdim. Ancaq, bir neçə kommunist dost tapandan sonra, 
mənə  qarşı  tutumu  dəyişməyə  başladı.  Onun,  29  Bəhməndən 
sonra mənə qarşı davranışı dəyişərək, sağ qanadlı mürtəce türkçü, 
bozqurdçu,  türkiyəçi,  Amerika  ajanı,  Rusiya  düşməni  adlarla 
yıxmağa çalışırdı! 
Artıq  istibdad  və  Amerikaya  bağlılıq  simgəsi  olan  Şah  qaçmış, 
Xomeyni  gəlmişdi!  Farsçı-şiə  dinsəlliyi  devrimin  təpəsinə 
minmişdi.  Şah  rejimindən  daha  geriçi,  dinçi,  gözü-başı  bağlı 
sistemin  İran  adlanan  yerə  hakim  olma  izləri  görünürdü!  Beyni 
yuyulmuş  kütlənin  gözü  aya  dikilmişdi.  “Bax!  Ayın  sağ  əlində 
dayanıb bizə baxır! Bir əlində olma, bir əlində Quran var, bax!” 
Dinsəl  xurafatın  yeni  sujetinə  guya,  Xomeyni  ayda  dayanıb 
millətin  saqqalına  gülürmüş!  Şahlıq  rejiminin  çöküşündən 
yaranmış  boşluğun  ardınca  siyasi  açıqlıq  yaranmışdı.  Tudə, 
Fədai,  Mücahid  və  bir  çox  sol,  liberal,  dinsəl  qurumların  açıq 
fəaliyyətinə  imkan  yaranmışdı.  Təbrizin  “Nisfrah”  çevrəsində 
“Azərbaycan Demokrat Firqəsi”nin ofisi açılmışdı. Bir neçə dost 


 
 
 
190 
 
olaraq  sevinə-sevinə  ADF-nin  ofisinə  getmək  üçün  iki  taksı 
tutduq. İlk öncə ADF-nin Təbrizdə ofisinin açılmasına inanmasaq 
da,  gərçəyi  görüncə  gözlərimiz  yaşla  doldu!  Bütün  gileylə, 
ümidsizliklə bərabər bu ad bizim üçün qudsal sayılırdı! Özümü 
tanıyandan  bəri  sıralarında  olmuş,  varını-yoxunu,  ailəsini 
uğrunda qurban vermiş biri kimi mənim üçün Firqənin bambaşqa 
anlamı var idi. Çox da kiçik olmayan bir salonda bizi qarşılayan 
orta yaşlı kişilə üzləşdik: 
-
 
Çox xoş gəlmisiniz! Tanış olaq mən Atabay, siz? 
-
 
Mən Cəvanşir! Uğurlar olsun! Çox sevindik! Bilər-bilməz gəldik! 
Bura nə zamandan açıqdır? Bizim yeni xəbərimiz oldu! 
-
 
Uzun zaman deyil. Beş-on gündür! Firqənin bildiriş və kitabları 
ilə tanış olun, yenə görüşərik! 
-
 
Bunlar da arxadaşlar tanış olun... 
Masa  üstündə  yerləşən  Azərbaycan  Demokrat  Firqəsinin 
əsasnamə  və  məramnaməsini  götürüb  oxumağa  başlayınca, 
Pişəvəri  babanın  yaratdığı  Firqəsinin  çoxdan  bəri  öldüyünü 
gördüm!  “İran  Tudə  Partiyasının  Azərbaycan  Əyalət  Təşkilatı 
Azərbaycan Demokrat Firqəsi”!!! 
Bütün  xəyallarım  yıxılmışdı!  30  min  insanımın  qanı  yerdə 


 
 
 
191 
 
qalmışdı!  Milyonlarla  əzgin,  bezgin  ulusumun  umud  evi 
özgələrin  əlinə  düşmüşdü!  Baba  Pişəvərinin  yaratdığı  təşkilat 
KGB-nin İran bölümü olan Tudə Patiyasının yemliyi olmuşdu.  
O duzaqdan necə çıxdığımı deyil, neçə gün içim-içimi yediyini 
xatırlayıram!  Götürdüm  Firqə  əsasnaməsini  arxadaşlarımla 
birlikdə  neçə  kərə  oxuduq!  Artıq  Azərbaycanın  Firqə  adlı  bir 
qurumun  olmadığını  qəbul  etdik.  Bundan  sonra  özümüzün  bir 
özgür təşkilatımızın olmasının altını cizdik. Hər dostumuz üçün 
bir  görəv  tanıdıq.  İlk  görəvimiz,  Tudə  Firqəsi  adlı  tuzağı 
tanıtdımaq oldu. 
Böyük ümidlərlə baş tutan inqilab, ilk günlərindən mollalar əlilə 
mənimsənmiş  oldu!  Soldan  tutmuş  sağa  qədər  inqilab  ortaqları 
Xomeyninin  və  onu  gətirənlərin  qəssablığına  uğramış  oldular. 
Cümhuri  termini  Cümhuri-e  İslamı  oldu!  Markisist-leninist 
kommunist kimliyi daşıyan Tudə Partiyası İslam şəriətinə boyun 
qoyan ilk təşkilat oldu. Bu partiya yarandığından üzü bəri silsiləvi 
xəyanətlərinin birinin də altına imza atdı. Rusların etkisi altında 
Fədai təşkilatı da Tudə xəyanətinin ardına düşdü. Mücahidlərin 
durumu daha acınacaqlı oldu! Xomeyniyə ilk kəs İmam adı verən 
bu genişmiqyaslı müsəlman qurum, qarşılıq olaraq Münafiq adını 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə