Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 
 
 
214 
 
çağında  bəlkə  də,  belə  süslü-sırmalı  meşəliyi  tək  buralarda 
görmək  olar!  Bir  azdan  isveç  dili  kursuna  getməliydik.  Burada 
insanlıq üçün düşünülən hər bir imkan var idi. Gələnlərə qarşı çox 
gözəl  davranırdılar.  Özəlliklə,  gənclərin  eyitimi  üçün  çoxlu 
zaman  qoyulurdu.  Mənim  kimi  yaşa  dolmuşlara  çox 
yüklənmirdilər. Yaşadığımız kampda bir çox afriqalı, asiyalı hətta 
avropalı var idi! Burda bir-birini tanımayan insanların qarşılıqlı 
sayğısı inanılmaz idi. Ən azından, bizə belə gəlirdi. Bütün çeşidli 
dilləri, kültürləri, rəngləri bir araya gətirərək insanlığı yaşadan bir 
ölkə görüntüsü var idi burda! Düşünürəm ki, İran adlanan yerə 
qaçan  olarsa,  xomeyniçilərin  bu  insanlara  qarşı  davranışı  necə 
olardı?  Bu  isveçlilərin  bizi  qorumaqda  dərdləri  nədir?  Səlimə 
görə, bu isveçlilərin işçi qüvvəsinə ehtiyacları olduğu üçündür! 
Buna görə, gələnləri belə rahat qəbul edirdilər! Məncə, bu doğru 
deyildir.  Ən  azından  tam  belə  düşünmək  doğru  deyildi.  Doğru 
olsa belə, insan üçün işdən gərəkli nə var ki? İnsan yaşamaq üçün 
işləməlidirsə, burada iş var, demək ki, yaşam vardır! Insanlar, 60 
dan sonra burada əməkli olabilirlər. Belədirsə, Səlimi qəbul edər, 
məni etməzidilər. Mənim bu devlətə nə xeyrim ola bilər? Xəstə-
yorğun  canımı  alıb  bura  qaçmışam.  Dil  öyrənməm  çətin, 
uyğunlaşmam  çətin,  işləməm  ondan  da  çətindir!  Bundan  sonra 
mənə  qalan  yaşamaq,  İsveç  dövlətinə  qalan  isə  yaşatmaqdır! 


 
 
 
215 
 
Burda  olduğumuz  altı  ay  su  kimi  axar  keçdi.  Günlər  saat  kimi, 
aylar  günlər  kimi  keçdi.  İşimiz  ancaq  və  ancaq  bəslənmək  idi! 
Günümüzün yarısı məktəbdə, yarısı da dincəlməklə keçirdi. 
1980-ci  ilin  sonlara  doğru  Yöteburqun  bütün  mərkəzi  kücələri 
işıq içində yanırdı. Şəhərin içində kiçik bir ev tutduğumuza görə, 
axşamlar mərkəzdə dolaşırdıq. Dövlətdən verilən maddi yardımın 
yarısıyla  rahatca  yaşayırdıq.  Səlimi  praktik  olaraq  şəhərin 
mərkəzi  kitabxanasına  almışdırlar.  Mən,  sadəcə  dil  kursuna 
gedirdim. Səlim, isveçcəni gündən-günə çözürdü. O, dil kursunun 
birinci  aşamasını  keçərək,  çox  tez  bir  zamanda  dili  qavramağa 
başlamışdı.  Səlim  Təbrizdə  üniversiteni  bitirmişdi.  Bu  üzdən 
onun yolu çox açıq görünürdü! Səlimlə ata-bala kimi dolanırdıq. 
O, 30 yaşlı dəliqanlı bir igid türk idi. Buna baxmayaraq, biz iki 
arxadaş kimi hər dərdimizi qarşılıqlı paylaşırdıq. Həmin günlərin 
birində Səlim mənə söylədi:  
-
 
Cəvanşir  əmi,  mən  bir  qız  arxadaş  tapmışam!  Türkiyəli  qızdır, 
İstanbuldan  gəlib.  Burada  bilimyurdu  bitirmək  üzrədir.  Adı 
Benizdir.  Ümid  edirəm  ki,    sən  də  bəyənərsən.  Görmək 
istəyirsənmi? 
-
 
Nə gözəl! Bundan xoş xəbər ola bilməz. Həmən görmək istərəm. 


 
 
 
216 
 
İndi hardadır? Nədən özünlə gətirmədin ki? 
-
 
Əslində, yataqxanada yaşayır. Ancaq gələn aydan ordan çıxması 
gərəkdir. Çünki ünivesiteti bitirmək üzrədir.  
-
 
Nə zamandır tanışırsınız? 
-
 
Artıq altı ay olur! 
-
 
Altı ay içində də, bundan mənim xəbərim yoxdur! 
Səlimlə Beniz başqa bir evə daşınmışdırlar. Mən olduğum evdə 
qalırdım.  Artıq  Səlimlə  Benizi  beş-on  gündən  bir  görürdüm. 
Günümün  çoxunu  yaşlılar  dərnəyində  keçirirdim.  Yavaş-yavaş 
isveç  dilində  danışmağa  başlamışdım!  Öz  yaşıdlarımla  dostluq 
edir,  oturub-durmağa  alışırdım!  Çətinliklə  də  olsa,  İsveç  dili 
kursunun 1-ci bölümünü bitirmiş oldum.  
Artıq 1985-ci ili də yola salırdım. Səlimlə Beniz evlənmiş və bir 
gözəl oğulları dünyaya gəlmişdi. Ata-anasının istəyilə adı Umud 
qoyulmuşdu.  Bizdən  keçdi,  barı  övladlarımızın  umudu 
baltalanmasın!  Bu  illərdə  İrandan  qaçaq  çoxlu  qaçqın  qəbul 
olunmuşdu. İraq-İran savaşı üzündən ölkədən qaçanların sayı hər 
gün  artırdı.  Təbii  ki,  Yöteburqa  gələnlərin  sayı  da  az  deyildi. 
İnqilabdan sonra gələnlərin  bir çoxu gənc  insanlar  olsa da, son 


 
 
 
217 
 
gələnlərin çoxunu yaşlılar oluşdururdr. 
Benizlə Səlim Yöteburq bilimyurdunda işə alınmışdılar. Onların 
işə  alınmasıyla  Umud  bütün  günü  uşaq  baxcasında  olurdu. 
Zaman-zaman  onu  almaq  üçün  mən  də  baxçaya  gedirdim.  Bu 
gediş-gəliş  əsnasında  İrandan  gələn  əslən  türk  bir  qadınla  tanış 
olmuşdum. Onun adı Bəyim, yaşı isə hardasa 55 idi! O İsfəhanın 
Fəridən  şəhərindən  idi.  Öz  dediyinə  görə,  Qaşqay  türklərindən 
idi. O, praktik kimi baxcanın mətbəxində çalışırdı. Bəzi axşamlar 
Ümidi  almaq  üçün  getdiyimdə,  onun  da  işinin  bitməsini 
gözləyirdim.  O  da  işdən  çıxınca  birlikdə  parka  gedərək  zaman 
keçirir, sonra isə, yemək üçün onun və ya mənim evimə gedirdik. 
Bəyim  xanım  da  mənim  kimi  yalnız  yaşayırdı.  Onun  iki  qızı 
Stockholmda dərs oxuyurdular. Mənim kimi o da ortaboy, incə 
bədən,  az  gülən  və  əsmər  idi.  Bəlkə  də,  bizi  uzaqdan  görən 
arxadaş  deyil,  bacı-qardaş  sanardı.  O,  çox  sevimli,  duyğulu  və 
yüksək  anlayışlı  bir  xanım  əfəndi  idi.  Mənim  öykümü  dərin 
mətanətlə  dinləyir  və  nota  alırdı.  Nə  zaman  yorulduğumu  hiss 
edərsə, qarşıma bir şəkərsiz qəhvə, ya da şokolatla çay qoyurdu. 
Zaman-zaman  düşünürdüm  ki,  Bəyim  həmən-həmən  Olqadır. 
Olqa  da  burda,  yanımda  olsaydı,  yəqin  ki,  Bəyim  kimi  məni 
qoxlar-qoruyardı! Ancaq Olqa olsaydı, mənim keçmişimi Bəyim 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə