Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
 
218 
 
kimi  qurcalamazdı  kəsin!  Çünki,  mənim  yaşamımla  Olqanın 
yaşamı eynidi. Bəlli ki, hər yaşam öyküsü onu yaşayan üçün yox, 
yaşamayanlar üçün maraqlıdır. Mən də Bəyim xanımın yaşamını 
bilmədiyim  üçün  onun  öyküsünü  sevə-sevə  dinləyirdim.  Onun 
öyküsündə İran deyilən yerdə yaşayan türklərin eyni alın yazısına 
sahib  olduqları  aydınca  görünürdü.  Azərbaycanda  yaşayan  bir 
türkün, Qaşqay elində yaşayan bir türklə yaşadığı eynilik, çeşidli 
salonlarda  səhnə  alan  bir  teatr  pyesinə  bənzəyirdi,  mənimlə 
Bəyimin öyküsü!  
İsveçə  gəldiyim  ilk  ayların  bulantısından  sonra,  yaşama  olan 
umudumu böyük ölçüdə əldən verməyə başladım. Həftənin yeddi 
gününü sinir gərginliyi ilə keçirirdim. Təbrizdən çıxdığım günə 
lənət  edirdim.  Keşkə  qalıb  millətimin  düşmənləri  əlində  edam 
olsaydım.  Keşkə  mən  də  atam,  qardaşım,  əmim  və  şəhid 
arxadaşlarım kimi faşist panfarsizmin qarşısında dim-dik durub 
millət və vətən adına ayaqda can versəydim! Qurulub Avropaya 
gəldiyimin adını yaşam qoyacaqsamsa, ölüm olsun bu yaşama!... 
Günü-gündən özümü birbaşa hiss edirdim. Kimsənin dostluğunu 
qəbul etmirdim. Nə bahasına olursa-olsun dönməyi düşünürdüm! 
İran-İraq  savaşından  yana  dövlət  orqanlarının  başının  qal 
olmasını  düşünürdüm.  Belə  durumda,  vətənə  dönəcəyimin  az 


 
 
 
219 
 
riskili  olduğunu  düşünürdüm.  Aylarca  buna  bənzər  fikirlərlə 
qorxumu  yenməyə  çalışırdım.  Dönmə  yollarını  uzun-uzun 
düşünürdüm! Yavaş-yavaş mənim qorxuya deyil, qorxunun mənə 
qalib gəlməsini qəbul etməyə başladım. Anladım ki, bütün bunlar 
sadəcə  darıxmaqdan  irəli  gələn  sərsəmlərdir!  Mənim  buraya 
gəldiyimin  təməlində  qorxu  yatmışdı.  Büs-bütün  qorxu!  Mən 
yaşamla ölüm arasında olan yılmazlığı çözəmədiyim üçün burda 
idim.  Hər  kəs  kimi,  ölümdən  qaçmaq  üçün  mücadilə  edirdim. 
XMP-dən  sonra  başverənlərin  hamısı  yaşmaqlı  bahanalardan 
başqası deyildir! İç mənimlə çöl mənimi birləşdirəmədiyim üçün 
bu  gün  buralardaydım!  Buna  bir  çox  nədən  yükləmək 
gərəkməzidi.  Mən,  varsayım  edamdan  qorxuya  düşdüm!  Xalq 
Müsəlman  Mərkəzinin  və  Daşmağazalarının  çöküşündən  sonra 
Tehran  qəzetlərində  yan-yana  qanına  bələşmiş  soydaşlarımı, 
səngərdaşlarımı  gördüyümdə  qorxunun  dərin  çalarlarını  bütün 
varımla duydum! Bu qorxunu Səlim, Əşrəf, Rubab, Barış deyil, 
mən öz-özümə yaşatdım! O gənc arxadaşlar da mənim yaşadığım 
qorxunu  yaşadıqları  üçün  doğma  torpağı  düşmənə  buraxıb 
qaçdılar! Onlar da, öz qorxularına yenildilər!  
Qısası, özümü ortaq dəyərlər içində anlamağa çlışırdım. “Arada 
suç  varsa,  suçlu  aranar!”    məntiqilə  özümü  qorxudan  siyirmək 


 
 
 
220 
 
istəyirdim!  Özümdən  küsməyin  anlamsız  olduğunu  düşünməyə 
başlamışdıq. Niyə ki, ömür boyu zillətə, sürgünə uğramış həsrətli 
bir  milli  kimliyin  özündən  küsməsi  son  bir  trajedi  olur  kəsin! 
Bizim  ulusun  dönüb-dolaşma  sevgisi  sonsuzdur.  Örnək  alacaq 
keçmişlərimizə  baxınca  çoxunun  son  məzarı  ana  torpaqlardan 
uzaqlardadır. Yerində qalıb ağır daş olan örnək babamız barmaq 
sayıdır. Şah İsmayıldən sonra bütün Səfəvi şahları, Qacar şahları, 
Səttarxan,  Şəriətmədari  və  bir  çoxları  öz  milləti  və  torpağının 
dışında  dünyalarını  dəyişdilər.  Çünki,  biz  öz  torpağımızdan 
qaçmaqda yüngülayaq millətik!  Mən, Səlim, Əşrəf və  minlərcə 
bizim  kimilər  öz  babalarımız  övladı  deyilikmi?  Bizdə,  torpağı 
təslim  etmək  bir  gələnək  olmuşdur!  Yaşam  dadlıdır.  Bu  dadı 
ancaq bir kərə dadarsan! Biz, demək ki, yaşam boyu bu dadı heç 
dadmadığımız  üçün,  buralara  qədər  gəldik!  Əlbəttə,  yaşam  bir 
seçimdir deyənlər də vardır! Bu deyimə görə, seçimin ən doğrusu 
bütün  insanların  vazgeçməz  haqqıdır.  Bu  seçim  üçün  bir  ovuc 
torpaq deyil, bütün dünya sənin vətənindir deyənlərin sayı da az 
deyil!  Gəncliyimdə  Bakıdan  Təbrizə  gələn  bir  çox  siyasətçinin 
ağzından bir söz əskik olmurdu: “Sosializm Vətəni”! O zaman da, 
indi  də  bu  vətənin  haralarda  olduğunu  anlamadım.  Ancaq  bir 
gərçəyi  gördüm ki,  siyasi  hava  dəyişincə  “Sosializm Vətəni” 
dönən qardaşların ardından bayram edən fars faşizmi, on minlərcə 


 
 
 
221 
 
Güneyli  əliyalını  qurşununa  və  dar  ağacına  düzdü!  Demək 
vətənlilər  üçün  sosializm  vətən,  vətənsizlər  üçün  sosializm  dar 
ağacı və qurşun olurmuş! Yox, inadla dar ağacını qəbul etmərəm, 
deyənlərə  isə  bir  yol  qalır:  Cihanvətənli  olmaq!  Mən,  öz 
taleyimdən küsərsəm nə olar, küsməzsəm nə olar! Bundan sonra 
qorxumu  qınamaqla  deyil,  onu  qəbul  edərək,  içimi  fərah 
tutmalıyam! Beş-on günlük qürbət yaşamını sürmək üçün bütün 
ağ-bozundan uzaq qalmalıyam! Yetər artıq! 
Bir  neçə  il  dostluq  edəndən  sonra  qızlarının  önərisilə  Xatun 
Bəyimlə ortaq evə daşınıb, illərcə bir yatağa baş qoyduq! İkimiz 
də əməkli olduğumuz üçün əlimizə gələni xərcləyirdik. Bununla 
belə,  pulun  yarısından  çoxu  əlimizdə  qalırdı.  Yaşımız  olduqca 
irəliləmişdi.  Bəyim  xanımın  tansiyonu  çox  yüksək  olurdu.  O, 
zaman-zaman bölgənin ən önəmli xəstəxanası olan Salqreniskada 
yatırdı.  Bu  yaşımda  yenə  yalnız  qalacağımdan  qorxurdum. 
Sonunda qorxduğum başıma gəldi! Xatun Bəyimin ölüm xəbəri 
xəstəxanadan gəldi! Azərbaycan Dərnəyində yas törəni keçirildi.  
İsveç toplumu 2000-ci ilin gəlməsini böyük coşqu ilə qarşılamağa 
hazırlanırdı.  Bir  neçə  ay  qalandan  Yöteburq  şəhərinin  üzərində 
işıq  saçan  göy  qurşağı  quraşdılılmışdı.  Hər  gecə  pəncərənin 
arxasında saatlarla göy qurşağı ilə birlikdə Yöteburqun səmasını 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə