Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
 
231 
 
sonucu nələri göstərmiş oldu:  
1)  Mir  Qəmbər ağanın əminliyi işə yaramamışdı! İçimizdə bir 
deyil, bir neçə rus adamı var idi!  
2)  Nə  qiymətinə  olursa-olsun,  Rus  Dövlətinin  “Sovet 
Azərbaycan” projesi Quzeydə olduğu kimi, Güneydə də antitürk 
ideoloji məktəbinə çevrilməlidir. 
3) Güneydə də, Quzey kimi Türkçü öncüllərin terroru geniş alanlı 
bir eyləmə çevrilməlidir.  
4)  Yoxetmədən  öncə,  susdurma  siyasəti  irəli  götürülməli  idi. 
Ancaq,  Güneydə  olduqca  yumşaq  olması  gərəkir.  Çünki,  yerli 
kadra ehtiyac vardır hələlik.  
5)  Bir  neçə  gün  sonra  mənin  doğranmış  cəsədimi  xayin  kimi 
deyil, Sovet dostu kimi göstərəcəklər! 
Sonuc: Hardasa yüzün üzərində üyəsi olan qurum ləğv olundu! 
Rusların dostluq əli sevə-sevə qəbul olundu!!! Yaranacaq bundan 
sonraki  Azərbaycan  Partiyasına  qaçaraq  üzv  olunacaq!  Mən, 
Bakıya yolanılacaq dəstə içində olacağam!...  
Bir  neçə  gün  sonra  konsulluğa  yenidən  çağırıldım.  Həmin  rus 


 
 
 
232 
 
məmuru mənim əlimi sıxaraq: 
-
 
Cabbar  yoldaş,  sizi  çox  ağıllı  davranışınız  üçün  alqışlayıram! 
İnanın ki, həyatınızın ən doğru qərarını verdiniz! Bu arada, məni 
Asif yoldaş səsləyə bilərsiniz. Asif, Asif! 
-
 
Asif yoldaş, siz bu bilgiləri hardan almısınız? Mən ki, hələ sizə 
bilgi verməmişəm! 
-
 
Biz hər şeyi bilirik. Sizin qarşınızda bir dövlət dayanıbdir, yaldaş 
Cabbar!  Sizin  içinizdə  olan  is,ə  mən  özüm  idim!  Başqasını 
axtarmayın.  Bundan  sonra  nə  fərq  edər  ki,  bir-birimizlə  dost 
deyilikmi?  Getməyin,  bir  çay  için,  sonra  sizi  özüm  yola 
salacağam! 
Sonuc: Cabbar əmi, sənin də güvəndiyin dağlara qar yağdı!!! 
(Nəhavən-Bədiabad Cabbar ... Əlyazma No 20, 1947...) 
Təbrizdən  önəmli  bir  məmuriyyət  üçün  Firqənin  Ərdəbil 
qərargahında  bir  toplantımız  oldu.  Toplantının  hədəfində 
Firqənin  təbliğat  uyğulaması  dayanmışdı!  Belə  ki,  Firqənin 
təbliğat  sistemi  Azərbaycanın  bütün  bölgələrində  vahid  şəkil 
tapmalıdır. Bu üzdən Firqənin üzvü olan dənəyimli öyrətmənləri 
hazırlayır və bölgələrə yollayırdılar. Mən, bu toplantıda alışqanlıq 
üzündən, beş-on kərə türk sözünü ağzıma aldım. Təbrizə dönər-


 
 
 
233 
 
döməz Sovet konsulluğuna çağırıldım! Türk sözünü işlətdiyimə 
görə,  çox  ağır  qınandım!  İki  gündən  sonra  Firqə  üzvlüyümü 
dondurdular.  Ancaq,  izlənim  altında  Firqədə  çalışmağıma  izn 
verdilər! 
Firqənin  iş  başına  gəlməsilə,  bağışlanaraq  üzvlüyüm  özümə 
qaytarıldı.  Təbii  ki,  bir  kiçik  şərtlə!  Bundan  sonra  diqqətli 
olmalıyam,  termin  və  adların  işlədilməsində  yalnışlığa  yol 
verməməliyəm. 
Rus 
yoldaşları 
önəmsiz 
problemlərə 
çəkməməliyəm! Heç yerdə problem yaratmamalıyam! Bir sözlə, 
gözlər üzərimdə olacaq! 
(Nəhavən-Bədiabad, Cabbar ... Əlyazma No 25, 1947...) 
Ə.Qəvam  ömrümdə  gördüyün  ən  usta  fars  siyasətçidir.  O,  Rza 
şahdan üzübəri farsçı siyasətin ən ustalarından sayılırdı. Antitürk 
olması, Qəvamın başqa özəlliyidi! O, siyasətdə ən böyük oyunları 
seçərək  riskə  girməyi  sevən  birisidir.  Ruslarla  rus,  ingilizlərlə 
ingilis,  amerikalılarla  amerikalı,  şahla  sağçı,  kommunistlərlə 
kommunist olurdu. Halbuki, onun öz maraq alanı feodalizm idi. 
O, farsçı siyasətçilər içində ən iri malikanələrə, xanlıqlara, torpaq 
ərazisinə  sahib  idi.  Sözsüz  ki,  bu  böyüklükdə  var-kar  və  kənd 
nüfuzu onu toplumsal yerini bəlli edirdi. Ancaq, bunlara rəğmən 


 
 
 
234 
 
o,  güclü  oyunbaz  olduğundan,  hər  kəsi  yalnışlığa  sürükləyirdi! 
Bunun tərsinə, Firqənin içində buna bənzər siyasətçi yox idi! Bu 
isə, ilk başdan müzakirə masasında yenilgimizi bəlli edirdi! Biz 
türklərin  ən  bariz  və  dəyişməz  özəlliyidir.  Yəni  içimizlə 
eşiyimizin  eynliyidir!  Firqənin  Qəvamla  olan  danışıqları  üst 
qaydalara  tam  uyurdu!  Firqə,  Qəvamın  bir  tülki  siyasətçi 
olduğunu  desə  də,  zaman-zaman  bu  tülkiyə  inanmaqla,  bizi  də 
çaşbaş  salırdı.  Gözümüz  görə-görə,  Qəvam  Firqəni  arxasınca 
çəkirdi! Firqə başçılığı, ona inanmasa da hər görüşdən sonra çaş-
baş  qalırdı!  Qəvam  bir  yandan  Azərbaycanın  başını  qataraq 
zaman qazanır, o biri yandan isə ruslarla saxta bazarlığa gedirdi! 
Moskva  yolçuluğu  da  bu  diplomatik  oyunlardan  biri  idi!  O, 
İngiltərə, Amerika və hətta mən deyərdim ki, Rusiya himayəsinə 
arxalanaraq,  Moskvaya  yollandı!  Stalin  Sovet  Azərbaycanında 
Mir Cəfər Bağırovun arzularını xoş qarşılamırdı. O, Qafqazdan 
Zaqroslara  çəkilən  güclü  və  iri  Azərbaycan  istəmirdi.  Hətta 
Azərbaycan Sovet olarsa belə, kontrolu mümkünsüz görünürdü! 
Stalin, öz əlində olan əmin sınırlar istəyirdi. Moskva milyonlarca 
insan bahasına, ölçüsüz xarabalıq qalıntısına bədəl olmuş savaş 
qalibiyyətini  başıbəlalı  bir  fakta  qurban  verməzdi.  Bunu, 
Azərbaycandan  çıxan  gün,  bar-bar  bağıraraq  car  çəkmiş  oldu! 
Ruslar  Firqəni  də,  Azərbaycan  Demokrat  Hakimiyyətini  də 


 
 
 
235 
 
buraxmışdı. Keşkə buraxmış olsaydı! Açığını demək gərəkdirsə, 
satmışdı. Qəvamən Moskvaya gedişi, sadəcə bu ssenariyaya son 
bir səhnə artırılması idi! Qəvam, Tehran siyasətinin  diplomatik 
qolu olaraq, bu oyunun önəmli parçası sayılırdı. Məncə, işin təməl 
qaynağını  ört-basdır  etməklə,  Azərbaycan  türklərinin  gözünü 
bulandırmaq Qəvamın payına düşən önəmli rol sayılırdı.  
Bir  neçə  fikirdaşımla  mərkəzdə,  rusların  Firqəni  pis  duruma 
saldığı  haqda danışırdıq!  Ruslar gedərkən, Firqənin  əlində olan 
məşrutədən  qalmış  paslı  Berno  və  Beşatanları  belə,  fədailərin 
əlindən  almışdırlar.  Yəni  Firqənin  Tehran  hücumu  qarşısında 
rəsmi  olaraq,  bir  beşatanı  belə  yox  idi!  Baxmayaraq  ki, 
mərkəzdən  uzaqda  olan  fədai  dəstələri  tam  da  Təbriz  kimi 
silahlarını  təslim  etməmişdilər.  Ancaq,  ona  da  mərmi 
gərəkdirsə!? Bəzi atəşin firqəçi “yoldaş”lar tərəfindən pantürkist 
adlanan mənim kimilərin ruslara qarşı tutumunun doğru olduğu 
üzə çıxandan sonra, ümidsizlik o boşuna inanan dostların arasında 
daha çox görünürdü! Həmin görüşdə o dostların ikisi də var idi: 
Yoldaş Mərdan Q.:  Bəylər, bundan sonra kimə inanmalıyıq? Rus 
yoldaşlar  bizi  üzü  aşağı  qoyub  getdilər!  Bizim  onlara  olan 
sədaqətimiz  tam  idi,  amma  onların  Amerikanın  atom  bombası 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə