Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
 
236 
 
təhdidilə buradan çıxması bizim əl-qolumuzu bağladı! 
Yoldaş  Nüsrət C.:  Çox qəribədir! İranın  şimal  nefti qarşısında 
Azərbaycan! Mənim ağlım bunu almır. Necə ola bilər ki, Stalin 
yoldaş  bir  dost  hakimiyyəti  bəlirsiz  bir  neft  yataqlarına  qurban 
versin! Bu işin içində bir iş var! Bizim bilmədiyimiz çox şeylər 
var!  Yoldaşlar,  bizim  yeni  dostlara  üz  tutmamız  gərəkdir!  Elə 
deyilmi? 
Nəriman S.:  Hansı dost ölkə, bəylər? Hansı güc? İngiltərə bizə 
qarşı, Amerika dərbar yanında, Rusiya isə bizdən üz döndərmiş! 
Daha kimlər qaldı ki? 
Mərdan  Q.:    Türkiyə!  Artıq  onlarla  ilişgiyə  girmə  zamanı 
gəlmişdir! Bəs nə zaman bizlərə yardım edəcəklər! Bizim bu gün 
yeni  dosta  ehtiyacımız  var.  Məncə,  yoldaş  Pişəvəri  Ankaraya 
qarşı  bir  az  daha  siyasətşi  olmalıdır!  Hətta  türklərin  mürtəce 
olmasını  bilə-bilə!  Bəlkə  də,  başda  oturan  dostların  bir  çox 
şeylərdən  xəbərləri  vardır.  Bəlkə  də,  yoldaş  Stalin  şəxsən 
Firqənin möhkəm bir dost olduğunu sınayır. Keşkə belə olsun və 
biz bu gün özgə bir dövlətin müzakirəsini etməsək! 
Nüsrət C.:  Yoldaş Mərdanın sözlərini inanmaq istərdim. Amma 
ağlım,  belə  olmadığını  deyir!  Ruslara  bundan  sonra  bel 


 
 
 
237 
 
bağlamağın bədəlini daha çox ödəyəcəyik. Stalin birbaşa Yoldaş 
Bağırovu  hədələyir.  Moskva  Sovet  Azərbaycanın  Güney 
hökumətindən  ötrü  istədiyi  bütün  yardım  siyahısını  ağır 
alçatmaqlarla  rədd  edib.  Biz  isə,  burda  rusların  Firqəni  sinağa 
çəkməkdən danışırıq! Başqa yandan isə, “yoldaş rus -yoldaş rus” 
deməklə  Moskvanın  bir  dediyini  iki  etməmişik.  Ankaranı 
büsbütün  Amerika  nökəri,  Alman  yanlısı,  İngilis  dostu,  Tehran 
yavəri 
deyib 
günahlandırmışıq! 
Arxadaşlar, 
Firqənin 
rəhbərliyinin  başı  elə  Qəvama  bağlanıb  ki,  doğru  yönün  nə 
olduğunu belə, düşünmür! Məncə də, genəl siyasətimizdə böyük 
dəyişiklik vermənin zamanı gəlmişdir. Cabbar müəlim, buna siz 
nə deyirsiniz? 
-
 
Arxadaşlar, hər zaman dediyim kimi, indi də deyirəm ki, bizim 
dərdimiz siyasət deyil, biz ideoloji dəyişməyə keçməliyik. Bu isə, 
rusların  bizə  nə  etdiyindən  asılı  deyil!  Bir  millət  olaraq,  öz 
varlığımıza söykənməliyik. Elə örnəyin ruslar olsun! Ruslar heç 
zaman rusluğu mürtəce adlandırmazlar! Rus heç zaman özlərinə 
gerizekalı, dalıqalmış deməzlər! Ruslar heç zaman Mərdan bəy 
kimi  özlərini  alçaltmazlar!  Ruslar  ilk  öncə  rus,  sonra  ideolojik 
olarlar!  Tam  Mərdan  bəyin  tərsinə,  öncə  ideoloji  qulu  olmalı, 
sonra  isə  ideoloji  hara  çəkərsə...!  Onlarda  rusdan  qeyri  dünya 


 
 
 
238 
 
görüşü  yoxdur.  Liberalı  da,  kommunisti  də,  kilisası  da  öncə 
rusdur.  Çünki,  onların  kültüründə  alçaqlıq  deyə  bir  qavram 
tapılmaz! 
Mərdan Q.:  Sən aşkarca mənə və Firqə başçılarına iftira atırsan! 
Ağzından çıxanı qulağın duyurmu?! 
Mən:  Mən sənə də, özümə də, öz kimliyini özgə ideologiyasına 
qurban  edən  hər  kəsə  xitab  danışıram!  Məni  ruslar  kimi  təhdid 
edirsən,  ağaye  Mərdan!  Belə  təhdidlərdən  qarnım  toxdu!  Mən 
burada  səninlə  danışıram,  Firqə  liderliyində  oturan  bəzilərinin 
yaltaqlığının  savunması  kimsəyə  qalmayıb.  Unutma  ki, 
Firqəmizin  ortaq  kimliyi  demokrat  sözü  ilə  bəzənmişdir.  Yəni, 
bizlər bir demokratik firqəyik. Bunu unudub, məni susdurmağa 
çalışma ümidsiz qardaşım! 
Nəriman S.:  Cabbar bəyin sözlərinin üstündən beləcə keçirilməz, 
yoldaşlar!  Bu  sözlər  bizi  dərindən  düşündürən  suallardır! 
Düşündüyüm  doğru  olarsa,  Cabbar  bəyin  dərdi  beyin  dərdidir! 
İdeoloji  bağlılığından  demək  istəyir.  Mənə  görə,  bir  az  səbrli 
olub,  bu  müəllim  dostumuzu  diqqətlə  dinləməliyik.  Buyurun, 
Cabbar bəy! 
Mən: Mənim birinin kommunist olub olmaması ilə işim yoxdur. 


 
 
 
239 
 
Baxın,  bu  Firqənin  içi  minlərcə  kommunizmin  nə  olduğunu 
bilməyənlərlə doludur. Firqənin təməli milli əsaslar üzərindədir. 
Firqənin təməli kəndə, köyə, yerə, tarlaya, əkinçiliyə, dam-davara 
bağlıdır. Firqəni qoruyan, canlarını ovuclarına qoyan millətimizə 
baxın!  Bunların  kökü  türklüklərindədir.  Minlər  ilcə  bu  sadə 
kütləni bir arada tutan soykök, türk kimliyidir. İndi, özləri türk 
olan  milli  başçılar,  türk  dilini,  kimliyini  dilə  gətirməkdən 
qaçırlar! Bunun illəti nədir? Özlərilə danışanda türk oğlu türkük 
deyirlər.  Meydana  çıxanda  türklüklərini  az  qala  danırlar!  Bu, 
hansı yazıqlıqdır görəsən? Bu “Azeri” sözü hardan çıxıb!? Bunu 
biri  çıxıb  doğru-düzgün  tarixi  sübutlarla  anlada  bilərmi!? 
Arxadaşlar,  Azərbaycan  bizim  köklü,  təməlli  türk  soykökünə 
bağlı  vətənimizdir.  Ona  canımızı  da,  varımızı  da  verməkdən 
çəkinmərik.  Zatən  Azərbaycan  davası  türk  davasıdır.  Millətin 
dililə başlayan özəl fəlsəfəsini duyub duydurmaq gərəkir. Yoxsa, 
özgələrin  meylilə  millətin  kimliyini  yaşmaqlı  eybəcərliyə 
bənzətmənin  sonu  fəlakətdən  başqa  olamaz!.  İnanın  ki,  Sovet 
rusları, rus kimliyi üçün Sovet məkanını yerlə bir edərlər. Onlar 
“Pyotr”un  torunlarıdır.  Mən,  kimsəylə  düşmən  deyiləm.  Ancaq 
kimsəylə  də  öz  millətim  qədər  dost  deyiləm.  Mən  burada  sizin 
hüzurunuzda  “Nə  Mutlu  Türküm  Deyənə!”  deməklə,  böyük 
Atatürkün  yaşam  anlamını  dilə  gətirirəm!  Arxadaşlar! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə