Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

 
 
 
69 
 
Beş-on dəqiqədən sonra kioskun yanında olan qapı açıldı. Qızla 
bir ucaboy ortayaşlı kişi bizə yaxınlaşdılar. Kişi Olqayla əl verdi. 
Mən  əlimi  uzatmaq  istəsəm  də,  kişi  etina  göstərməyincə  geri 
çevirdim.  Kişi  qalın  səsilə  Olqaya  bir  şeylər  deyirdi.  Olqa  əl 
çantasından  pasportunu  çıxararaq,  kişiyə  verdi.  Kişi  pasportu 
vərəqləyərəq gözaltı mənə baxdı və Olqaya bir şeylər dedi. Olqa 
əsnək  dodaqlarıyla  kişiyə  bir  şeylər  dedi.  Olqa  mənə  dönərək 
titrəyə-titrəyə  ağlamağa  başladı.  Mən  Olqanın  əlindən  tutmaq 
istədim. Ancaq...! 
İki gənc rus polisi məni dışarı qapıya, ikisi isə Olqanı içəri qapıya 
yönəldirdi.  Olqanın  mənə  uzanan  əlilə  mənim  Olqaya  uzanan 
əlimin arası durmadan uzaqlaşırdı. İki qapının açılma anı Olqayla 
mənim son baxış anı oldu! Qapılar bağlandı! Qorxduğum başıma 
gəlmişdi!  Dünyam  başıma  yıxılmışdı!  Ah  Olqa,  ah  Olqa!  Nə 
yapdın, həm özünü, həm də məni yandırıb yaxdın!                  
İki  gün  idi  ki,  elçilik  qapısında  quruyub  qalmışdım.  Hər  qapı 
açılanda  “bu  Olqadır!”deyə  sayıqlayırdım!  Nə  bayırdan  biri  – 
“Burada  nə  işin  var?”-  deyir,  nə  də  içəridən  bircə  cık  çıxırdı! 
Ayaqdan  düşməyim  deyə,  axşamlar  gedib  qarşı  xiyabanda 
yerləşən  bir  erməni  bakkaldan  biraz  çörək,  biraz  pendir  alır 
gəlirdim.  Erməni  bakkal  mənim  alkol  düşgünü  olduğumu 


 
 
 
70 
 
düşünmüşdü. Bu üzdən daha ucuzlu vodkaların olduğunu reklam 
edirdi!  Sonunda  dördüncü  günün  ortalarında  bir  Elçılik  polisi 
məni  qapıya  çağırdı.  Mən  pislik  içində  itirdiyim  görünüşümlə, 
qapıya sarı getdim. Polisin ardından Olqanın yanında gördüyüm 
ortayaşlı  məmur,  əlində  bir  məktubla  qapıdan  çıxdı!  O  aydın 
farsca mənim adımı dedi: 
-
 
Cəvanşir bizi anlamağın gərəkdir. Biz dörd gündür səni izləyirik. 
Sən  bir  İran  vətəndaşısan.  İran  qanunlarına  tabesən.  Olqanın 
pasportunda sənin adın yoxdur. Baxmayaraq ki, Olqanın dediyinə 
görə  10  ildir  evlisiniz.  Ancaq  bu  Sovet  qanunlarına  görə  deyil. 
Olqadan  və  uşağınızdan  nigaran  olma!  Onlar  indi  Bakıdadırlar. 
Ümid edirəm bir gün aranızda olan mane aradan qalxar! Bir də, 
Olqadan  sənə  bir  məktub  var.  Al  buradan  get  və  həyatını  yaşa! 
Sən yaxşı oğlansan! Sənin ziyan görməyini istəməzdim. Mənim 
adım  Çernikovdır.  Ladran  Jernikov!  Altı  aydan  sonra  istərsən 
mənə baş vur. Olqadan məktub, xəbər olarsa sənə saxlaram! 
-
 
Bəs!  Olqa  mənsiz...Bakı...  O  mənsiz...  Bu  ola  bilməz,  bu  ola 
bilməz... Bəs Bakının yolları bağlı idi... Olqa Bakıda ola bilməz! 
Mən onsuz... O mənsiz...!!! 
Qapı üzümə bağlanır. Olqanın yazısı əlimdə quruyub qalmışam! 
Bəs  Olqa...Mən...Bakı!  Yazını  oxuya  bilmirəm.  Oxumaq 


 
 
 
71 
 
istəmirəm. Yazını oxuyarsam əgər, hər şey bu gün bitər. Nə qədər 
ki  yazını  oxumamışam,  Olqanın  yaşamımda  olacağına 
inanacağam.  Məktubu  diqqətlə  cibimə  qoyuram.  əlimi  cibimə 
aparır bir daha  məktubu çıxarıram.  Elçiliyə gələndə gözlərimin 
yaşını  silmək  üçün  Olqadan  aldığım  güllü  yaylığı  açaraq, 
məktubu içinə bükürəm! Yaylığı qoxlur, öpürəm. Bu kərə şalvar 
cibində deyil, pencəyimin sol döş cibinə yerləşdirirəm! 
 
 
Olqasız yaşam! 
Üç  ay  içində  eybəcər  qılıfımla  tanınmaz  duruma  düşmüşdüm. 
Gözgü qarşısından qaçar olmuşdum. Bu qılıfımla, Yəhya deyilən 
o canavar savak məmuru belə, məni tanımaz idi artıq! Zatən 55-
60 çəkili 35 yaşlı birisinin 3 ay içində 35-40 kiloya düşməsi ilə 
tanınması  da  zor  görünürdü.  Hələ  buna,  köksünə  qədər  uzanan 
kilkəli  saç-saqqal  artarsa  adamın  tanınması  ağıla  sığmaz  olar. 
Olqanın  son  toxuduğu  qırmızı  toppuzlu  taxma  papaq  qafamın 
ayrılmazı  olmuşdu.  Artıq,  bir  otağın  küncündə  oturub 
Maşallahxanın gətirdiyi gündəlik açıq araqla içimin yanar atəşini 
alovlayırdım. Ruhum kimin toz basmış bir əski qramofon səssiz-


 
 
 
72 
 
səssiz axan gözyaşımın təkcə sırdaşı olmuşdu. Təki ağlatsın deyə, 
gün boyunca sızğın mahnılarla özümə acıyırdım. “Sevginin gücü 
varsa,  əzginliyi  də  var”  gərçəyinin  ən  çılqın  öyküsünü 
yaşamaqdan  coşub-daşırdım!  Gün  günü  qovurkən  Olqanın 
içimdəki  duyğusunun  yerini  sinir  saçaqları  alırdı.  Yavaş-yavaş 
düşünmə  gücümü  toparlamağa  çalışırdım.  Olqa,  mənim  üçün 
simbolik bir qadın idi. O, yaşamımın dadı-duzu, kədəri və acısı 
idi. O, doğabiləcək uşağımın anası olacaqdır. Olqanı düşünmədən 
başımı yastığa qoya bilmirdim. Ancaq, bu da özümü yox etmək 
anlamına  gəlmirdi.  Mən,  Cabbarəminin  əldə  olan  yazılarını, 
Qurdananın  beyinimə  qazılan  həyat  tərzini  topluma  yetirməklə 
borclanmışdım.  Türkoğlu  türk  kimi  sözümü  tutmalı, 
böyüklərimin  yolunu  açmalıydım.  Olqanın  bütün  ağırlıqlarını 
üzərimdən  qaldırmalıydım.  Mən,  keçmişilə,  indisilə,  gələcəyilə 
sorunlar altında olan bir ulu ulusun halən soluxlanan oğlu idim. 
Mən,  insanlığa  qarşı  nifrət  tonqalı  qalayan  bədəvi  bir  qovmun 
alovlarından qurtulan Cəvanşirəm! 
Vətənə  qayıtma  fikri  beynimə  düşmüşdü.  Vətən  havası  bütün 
ümidsizliklərə  dərmandır  deyə  düşünürdüm.  Vətən  nə  qədər  də 
ürəyindədirsə, 
onun 
köksündə 
yatmayınca 
nazlamasını, 
oxşamasını hiss edə bilmərsən! Vətən elə bir alovlu yanğındır ki, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə