Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

 
 
 
108 
 
Bir xəzan, iki xəzan, artıq sayını unutduğum qara illər, qap-qara 
payızlar  ardı-ardına  gəlib  yaxamı  tuturdu.  Olqaya  yaxın, 
Çiçəkdən  uzaq  olmaq  üçün  Təbrizə,  bəlkə  də,  qaçaq  Bakıya 
getmək  fikri  bir  anlığa  məni  tərk  etmirdi.  Çiçəyin  yanağımdan 
qopardığı  sevgini  geri  almaq  üçün  nəhəng  Olqa  əngəli  qarşıma 
dikilirdi.  İki  dünya  arasında  qalmışdım  -  ruhum  yoxsa  cismim! 
Olqa  yoxsa  Çiçək!  Çox  güman  ki,  heç  biri!  Bunları  düşünmək 
üçün  çoxlu  zamanım  olacaq.  Hələ  ölməyə  niyyətim  yoxdur. 
Yaşamadan ölməyin nə dadı var ki!?  
Mən  idealist  insan  deyiləm!  Özümü  daha  çox  bir  materialist 
bilirəm! Ən azından, bunların ikisinin arasındayam! Artıq bundan 
sonra bütün boyaların gözəlliyinə varmağa çalışacağam! Gecənin 
qarasını, gündüzün ağını görüb də, yağmur altında üzünə gülən 
göy  qurşağını  görməməzlikdən  gəlməkdən  daha  əzablı  cahıllik 
varmı? 
Göy qurşağı kimidir mənim göktanrım! Mənim göktanrımla kütlə 
tanrısı  arasında  böyük  uçurum  var!  Mənim  göktanrım  ağlarkən 
yağmur  olub  yer  üzünə  yaşıllıq  sərər!  Gülərkən  isə  günəş  olub 
ürəklərə  aydınlıq  saçar!  Mənim  göktanrıma  qul  olmaq  gərək 
deyil!  Amma  başqalarının  tanrısı  xanlıq,  paşalıq,  əmirlik, 
hökamlıqdır!  Mənimlə  doğular  mənim  göktanrım!    Mənimlə 


 
 
 
109 
 
yaşar, mənimlə ölər, o! Mənim göktanrım mənə təndaş ruhdur! 
Sanki Olqa kimi, içimdəki sevgi sançısı kimi! Mənim Göktanrım 
babamla təndaşlaşmış yer üzünün ilk tanrısıdır. O, mənə “Sumer 
Anu”dan,  “Göktürk  tenqeri”dən  qalan  tindir,  qutlu  ruhdur! 
Mənim göktanrım insanı qul etməz, ağ qanadlı barış kimi özgür 
edər insanı mənim göktanrım! 
Dedim  ki,  bunları  düşünməyə  çox  zamanım  olacaqdır.  Çünki 
məhbəsdə düşünməkdən daha asan nə var ki? 
Öncələr  hər  gün,  sonra  isə,  üç  gündən  bir  işgəncə  nəsnələrilə 
süslənmiş soruşdurma otağına alınırdım! Məni rus dövlətinə qarşı 
casusluqda  suçlayırdılar!  Sanki,  bu  dünyada  türklərə  ən  çox 
düşmən biçilən ruslara casusluq edirmişəm! 
Onuncu ayı da Qəsr həbsxanasında keçirdim! İnanılmaz olsa da, 
ən  üst  düzey  suçlamaya  uğramışdım.  Yaşayışda  quşlarından, 
Olqa  anısından,  Çiçək  bataqlığından  başqa  heç  nəyi  olmayan 
Cəvanşir, dünyanın ən ilginc, dolaşıq və cəsarətli suçu ilə qarşı-
qarşıya qalmışdı! Üzərində dosya açılır, dövlətin ən üst qoruma 
orqanlarında işinə baxılırdı. Özü bilmədən gözlərdə böyüyürdü!  
Rus  casusu!  İstəsəm  də,  istəməsəm  də,  adım  belə  hallanırdı. 
Özümün xəbərim olmadan Qəsr həbsxanasındakı yüzlərlə solçu, 


 
 
 
110 
 
sağçı,  milli-etnik  siyasi  liderin  arasında  dirəniş  simvolu  kimi 
mübahisə motivi olmuşdum! Nə yazık ki, mənə olan quşquların 
yalan olduğunu kimsə bilmirdi! Təbii ki, on ay ağır işgəncələr, 
xəyanətlər  qarşısında  dayanaraq,  basqı  altında  belə  ağzını 
açmayan insan haqda tükürpədici sonuclar əldə olunacaqdı! Mən 
də belə bir durum içindəydim. Ged-gedə bu duruma alışqanlığım 
artırdı.  Can  dərdindən  boşuna  etiraf  etdiyim  gecələrin  səhərinə 
çıxmayacağımdan  iğnə  ucu  qədər  şübhəm  qalmamışdı!  Ya 
canımın  acılarını  çəkərək  nəfəsimi  qoruyacaqdım,  ya  nəfəsimi 
verib  canımın  ağrılarına  son  verəcəkdim!  Beləcə  acı  çəkərək 
yaşamağın  necə  qəhrəmanlıq  olduğunu  Cabbar  əmidən 
öyrənirdim.  O,  gözümün  qarşısında  bir  il  gecə-gündüz  ağrı 
çəkərək,  kimsəyə  bu  acını  bildirmədi!  O,  ağrılarına  inad,  hər 
zaman  güldü!  Ağrısının  inləməsi  üzə  çıxmasın  deyə, 
gülümsəməyi  qəhqəhəyə  çevirdi!  Gecə-gündüz  yazdı!  Yaşamın 
necə gözəl olduğunu, bu gözəlliyin çox baha olmasını anladaraq 
yazdı! Yazdı ki, mənim kimilərin həyatda önü açılsın. Yazdı ki, 
haqq batilə qalib gəlsin! Mən isə, indiki batil qarşısında o insanı 
örnək götürmüşdüm!  Bu tutum isə,  məni  dost-düşmən arasında 
böyük  göstərirdi.  Məmurların  etirafına  görə,  mən  onlara  siyasi 
liderlərdən  daha  da  çox  əzab  verirdim.  Onlar,  öz  məslək 
karyerlərini  mənim  üzərimə  bağlamışdılar.  Sınarsam,  Savak 


 
 
 
111 
 
böyük  uğur  qazanacaqdı.  Mən  isə,  quşlarımı,  anılarımı  öksüz 
buraxıb,  suçsuz  gözümü  yaşama  yumacağam!  Yox,  əgər 
sinmasamsa,  onlar    sınaraq  məni  ən  ağır  işgəncə  altında 
öldürəcəklər! Hətta hər işgəncənin ardından da bir saatlıq öyüd-
nəsihət  olmağa  da  alışmışdım.  Öncə  biriləri  əzib-dağıdır, sonra 
isə bir centelmən qılığında birisi mənə öyüd verməyə çalışırdı: 
-
 
Bunu nədən belə duruma salmısınız! Su gətirin, qanlarını silin! 
Biraz adam kimi davranın! Bunu da aldadıblar da! Bu ruslardan 
nə desən çıxar! Adam deyillər ki! Sən də, bir az ağıllı ol! Adam 
ruslar üçün canını fəda etməz! Dəyməz Cəvanşir, vallah dəyməz! 
İnad etmə! Etiraf et! Həm özünün, həm də bizim canımızı qurtar! 
Yoxsa mən belə, sənin canını qurtara bilməm! Bax Cəvanşir! Sən 
ruslara işlədiyini etiraf edən halda, çox şeylər qazanarsan! Töbə 
etsən,  səni  yanımıza  da  ala  bilərik!  İstərsən  Rus  dövləti  əlində 
olan  casusumuzla  səni  dəyişərik!  Onda  Olqana  da  qovuşarsan, 
balanı  da  qucağına  alarsan.  10-12  il  həsrətə  son  verərsən!  Nə 
deyirsən Cəvanşir? Inanıram ki, bu fürsəti qaçırmayacaqsan! Elə 
deyilmi? 
-
 
Nə rusu, nə dəyişməsi? Ruslar məni niyə qəbul etsinlər ki? Onlar 
məni tanımırlar ki! Mənimlə onlar arasında ancaq nifrət hakimdir! 
Ruslar biz türklərin qanını isti-isti içərlər! Tanrım məni onların 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə