Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

 
 
 
146 
 
-
 
Cənab,  mənim  adım  Cəvanşirdi.  Gördüyünüz  kimi  biraz 
yaşlıyam. Bəlkə siz biraz daha cavan birisini istərsiniz! Doğrudur, 
mənim işə ehtiyacım var. Ama...! 
Maykel:  Sözünüz  aydındır!  Üzr  dilərəm,  sözünüzü  yarımcıq 
qoyuram! Mən sizi bəyəndim və işə almaq istəyirəm! Biz bir kiçik 
şirkətik. Səkkiz işçimiz var! Bu binanın hamısı deyil, sadəcə bir 
qatının yarısı bizimdir. Siz burada çox sinsiməsiniz. Sən istərsən 
işə başlaya bilərsən! Sabahdan işə başlaya bilərsən. İngilizcən də 
var! Bu da ayrıca işə alınmağında bir puandır! Bir də deyim ki, 
gecə aylığın ayrı, gündüz də ayrıdır! 
Maykel  bu  şirkətin  sahibi,  həm  də  müdüri  sayılırdı.  O,  mənim 
yaşımda  birisi  olmasına  rəğmən,  ikiqat  məndən  heykəlli  və 
sağlam görünürdü! Çox xoşgülüş və mətin insana bənzəyirdi. Hər 
gün çay vermək üçün qapısını döyüncə, “cənab Cəvanşir buyur”, 
deyib  hörmətlə  məni  qarşılayırdı.  Çox  sevinirdim,  ən  azından 
gecələr üçün bir sığınacaq yer tapmışdım. Şirkətin hamam-tualeti 
sevincimi minə qatlamışdı! İlk kərə vannalı bir hamam görürdüm. 
Bu üzdən sancıya gəlmiş bədənimi hər gecə vannaya tapşırırdım. 
İlk  başlar  burada  olmaq  çox  xoş  gəlirdi.  Uzun  zamanın 
yorğunluğu  canımdan  çıxırdı.  İlk  altı  ayı  sıxılmadan  geridə 
buraxdım.  Bu  müddətcə  vaxtaşırı  dostum  Həsənlu  bəy  gəlib 


 
 
 
147 
 
gecələri  mənimlə  keçirirdi.  Burada  hətta  üç  nəfər  üçün  belə, 
qalmağa  imkan  var  idi.  Burası  artıq  öz  evim  kimi  olmuşdu! 
Yeməyim,  yatmağım,  təmizliyim  hamısı  burdaydı.  Buradan 
aldığım  pulun,  hardasa  hamısını  toplayırdım.  Bütün  işləyənlər 
mənimlə  olduqca  istiqanlı  davranırdılar.  Oğul  Dərvişlu  isə  ilk 
davranışından dolayı hələ də özünə gələ bilmirdi. Atası da hələ 
onu  bağışlamaq  istəmirdi.  Mən  isə  durumu  normala  çevirmək 
üçün  çalışırdım.  Ən  sonunda  ata-balanı  bir  axşam  yeməyində 
birləşdirdim! 
Hayatımın ən şanslı 18 ayımı Amerika şirkətində keçirdim! Bu 
mənim  üçün  inanılmaz  fürsət  idi.  Amerikan  şirkətinin  böyük 
hədəfləri var idi. Maykel doğrudan da bilgin, sosial, işini bilən bir 
tacir  örnəyi  sayıla  bilərdi!  O,  şirkəti  istədiyi  böyük  hədəflərə 
daşıyırdı.  Mən  55  yaşıma  gəldiyim  günədək  belə  bir  müdür 
görməmişdim. Dediyinə görə, artıq İran bazarı böyük hədəflərinə 
uyğun  gəlmirdi.  Bu  üzdən  şirkətini  Güney  Koreyaya  daşımaq 
fikrindəydi.  O,  hətta  yaxın  illərdə  İran  bazarının  təhlükəli 
olduğunu  da  proqnozlaşdırırdı!  Maykel,  İran  bazarında  bundan 
sonra qalma-qalın artmasını düşünürdü. Sözsüz ki, bir uğurlu iş 
adamı  kimi  o  da,  ölkəsinin  bilgi  toplayan  politika  mərkəzlərilə 
sürəkli  ilişkidə  olmalıydı!  Nə  isə,  1975-ci  ilin  sonlarına  doğru 


 
 
 
148 
 
şirkətin  Güney  Koreyaya  daşınması  gündəmə  gəlincə,  mən  və 
oğul Həsənlu işdən azad olduq. 
Artıq  Tehranda  qalıb  “Park  Şəhr”də  yatmağı  özümə  sığışdıra 
bilmirdim.  Təbriz  “dəliliyi”  elə  beynimə  vurmuşdu  ki,  gecə-
gündüz vətən-vətən deyə sayıqlayırdım! Tehrana bağlanacaq heç 
bir  motivim  qalmamışdır.  Ağa  Səlimlə  Zərifə  xanım  İsfəhanda 
olan qızının evindən Tehrana dönərkən yol qəzasında ölmüşdülər. 
Çiçək məndən xəbər almayınca, uyğun birisilə evlənmiş, iki bala 
anası  olmuşdu!  Gülnaz  xanımın  ölməsilə  Maşallahxan  bəyin 
qoyduğu  bütün  irs  uşaqların  arasında  paylanmış,  uşaqlar  isə 
hərəsi  bir  yerə  dağılmışlar.  Mənsə,  işdən  ayrıldıqdan  sonra, 
“Sepəh” xiyabanının aşağı tərəfində bir ucuz pansionda özümü ev 
dustağı etmişdim! Bu üzdən Tehranda qalmaq üçün əlimdə heç 
bir  bəhanə  qalmamışdı.  Artıq  bu  yaşdan  sonra  kimsənin  məni 
vətəndə  tanımasına  da  inanmırdım.  Təbrizə  getməyi  çox 
iarzulasam  da,  çəkingənlik  edirdim.  Lakin  buna  baxmayaraq, 
planımı  Təbriz  üzərində  qurmuşdum!  Belə  ki,  on  səkkiz  ay 
boyunca  topladığım  pulla  Təbrizdə  kiçik  bir  ev  almağı  və  işə 
başlamağı planalaşdırmışdım.  
Azərbaycana vətənimə dönmək xəyalı bir an başımdan çıxmırdı! 
Otuz  il  vətənsiz  yaşamağın  acısını  yalnız  bu  dərdi  çəkən  bilər! 


 
 
 
149 
 
Firqənin Təbrizdə keçən ən son kadrlar toplantısını xatırlayıram. 
O  toplantıda  “ya  azadlıq,  ya  ölüm”  şüarı  verən  liderlərin  bu 
sözləri  ölənəcən  qulaqlarımda  səslənəcək.  Liderlər  bizi 
dirənməyə çağıraraq, bir il içində böyük fatih qoşunla Təbrizdə 
olacaqlarını deyirdilər! Hanı bir ilə dönürdük! Hanı qürbətdə yer 
salmaq  gərək  deyilmiş!  Hanı  azadlıq  nisgili  çox  çəkmədən 
bitəcəkmiş!  Hanı,  30-40  min  insanımızın  qanı  yerdə 
qalmayacaqmış!  Hanı  bir  çox  sorğuların  yerdə  qalan  cavabı? 
Mən, otuz ildən sonra hansı üzlə ana vətənə dönürəm? “Salam 
ana  vətən,  mən  gəldim!  Ömrümün  yarpaqları  ələnərək  sənə 
gəldim!  Mən,  gəncliyimi  qocaldaraq  sənə  gəldim!  Kəldim  ki, 
qoynunda hüzur bulum! Mən, ölmək üçün sənə gəldim! Sözümü 
tuta  bilmədiyim  üçün  məni  bağışla,  doğma  torpağım!  Sənin 
özgürlüyünü,  bağımsızlığını  qoruya  bilmədiyim  üçün  məni 
bağışla!  Ey  Qurdanalar  anası,  ey  əsir  düşmüş  özgür  ruhlu 
vətənim,  ey  Azərbaycanım,  mənim  kimi  qafil,  özgələşmiş,  milli 
damarı donmuş balanı bir daha qoynuna alırsanmı?! Qəflətimi, 
özgəliyimi, donmuş damarımı sıcaq qoynunda dərman edirsənmi! 
Ey vətən...!”       
 
Təbrizli illərim! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə