Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

 
 
 
112 
 
şərindən qurtarsın! Mənim, etiraf edəcək bir sözüm qalmamışdır. 
Firqə  haqqında  olduğunu  dedim.  Olqa  haqda  danışdım. 
Bədiabaddan qaçma məsələsini izah etdim. Məni buraxın gedim! 
Ruslarla bağlı deyəcək heç bir sözüm yoxdur. Sizlər məni yalnış 
yerə tutmusunuz! Məni bundan artıq sıxmayın, bundan sonra sizə 
verəcək  sadəcə  bir  ümidsiz  canım  qalmış!  Mən  necə  yalan 
etirafda bulunum ki! Necə yalan sözlərlə sizi aldadım?  
-
 
Ya...indi oldu ba! Sən bizi düşünmə! Özünü qurtar! Yəhya kimi 
yurdsevər insan ol! Bu bataqlıqdan çıxaraq öz yanımızda yerləş! 
Bax!  Buraya  kiçik  bir  qol  çək,  sonrasını  mənə  burax!  Səni 
Yəhyadan daha uca yerlərə qaldıraram! Sadə bir imza at yetər! 
Hətta  yalan  bir  imza  da  işimizə  gələr!  (kağız  qələmi  qarşıma 
qoyur.) 
-
 
Mən etmədiyim günahın altına imza ata bilmərəm! Məni öldürün, 
lakin yalanı üzərimə atmayın!... 
Doğrudan-doğruya  bilgidən  boş  olduğum  üzündən  qəhrəman 
olmuşdum!  İstər  siyasi,  istərsə  də  ayrı  zindandaşların  içində 
qəhrəman kimi tanınırdım. Özümün isə, bu olaydan xəbərim yox 
idi. Onlar məni döyür, yerdən yerə vurur bilgi almaq istəyirdilər. 
Mən isə, çığır-bağır salaraq bilgisiz olduğumu deyirdim. Bu oyun 
eyni ssenari kimi davam edirdi! Gün keçdikcə, qanmaz məmurları 


 
 
 
113 
 
olan  fars  rejiminin  necə  içi  boş  sistem  olduğu  üzə  çıxırdı. 
Azərbaycan  türklərinin  bu  sistemdən  qopma  diləkləri  də 
aydınlaşırdı!  
On ay boyunca heç bir suç kəsilmədən sinsi və kurnaz çaqqalların 
arasında  alış-veriş  olurdum.  Bu  sürəcdə  məni  ayaqda  saxlayan 
nədənlərin  böyüyü  bilgisizliyim  olsa  da,  görünmədən, 
tanınmadan  çeşidli  bəndlərdə  tutuqlu  bulunan  Səfər  Xan 
Qəhrəmani kimi bir çox gerçək qəhrəmanların salamları da çox 
etgili  olurdu!  Bu  salamlar,  ölüm-qalım  savaşənda  yalnız 
olmadığımı göstərir, doğru yolda olduğumu isbatlayırdı!  
Bu arada tutulma nədənimi bilmək istəyənlərə belə deyə bilərəm: 
“Ağa Səlim əməkli olduqdan sonra, yenicə teatrın müdür vəkili 
seçilmişdim. Mənə verilən bilgilərə görə, tezliklə teatrın müdüri 
seçiləcəkdi. Ağa Səlimin güvənci üzündən, məni də aday olaraq 
tanımışdırlar.  Demə  ki,  belə  önəmli  işdə  adayın  durumu 
araşdırılır.  SAVAKdan  onay  alınırmış!  Həmin  günlərin  birində 
də, başımın üstündə Yəhya və iki yaraqlı polisi gördüm! Yəhya 
gülə-gülə: 


 
 
 
114 
 
-
 
Nə  demişlər?  “Dağ-dağa  yetişməz,  adam-adama  yetişər!”  Qalx 
ayağa xain! Qaçaq yaşamaq buracan imiş! Necə də qocalmısan? 
Başa bax, saqqala bax! Qalanını da qəbirdə ağardarsan! Düş yola! 
O gün məni qandallayaraq, ofisdən qaldırdılar. O gündən bəri, rus 
casusluğundan,  Sovet  Böyük  Elçiliyinə  rapor  verib  əmr 
almaqdan,  NKVD  (KGB)  əmrilə  Olqa  adlı  rus  casusu  ilə 
qondarma  evlənməkdən,  casus  qızın  saxlanılmasından  və 
sonunda  Sovetin  səfirliyinə  tapışırmaqdan,  rusların  əmrilə  teatr 
işinə  girməkdən,  Dövlət-e  Şahənşahının  etimadını  qazanaraq, 
dövlətin  üst  orqanlarına  yol  tapma  cəhdindən,  Firqənin  Gənc 
Təşkilatının  rəhbər  orqanında  üzv  olmaqdan,  Azərbaycanı 
İrandan  ayırmaq  separatizmindən,  azadlıq  bəlgəsi  olmadan 
sürgündən  qaçmaqdan  və  başqa  isbatlanmamış  ittihamlar 
üzündən  Tehranın  Qəsr  Qacar  həbsxanasındada  “dövlətin 
xəzinəsindən yeyib içirəm”. Artıq azad dünyayla hər hansı fiziki 
bağlantım qalmamışdı. Gözaltı tutuqlu olduğum üçün, kimsəylə 
görüş iznim yox idi. Olsaydı belə, kimsənin bir casusun görüşünə 
gəlmə  cəsarətinin  olmasına  inanmırdım.  Əvvəllər  Qəsr 
dustağından hər hansı bilgim yox idi. Belə düşünürdüm ki, kiçik 
bir  zindandayam.  Ancaq  sonradan  burada  minlərcə  siyası 
dustağın  olduğunu  öyrəndim.  İlk  gəldiyim  gündən  iki  nömrəli 


 
 
 
115 
 
dustaq bölümünə verildim. Buna baxmayaraq, mən heç zaman bu 
bölümün nə olduğunu bilmədim. Çünki, ya tək adamlıq kamerada 
qalırdım,  ya  da  qanmaz  məmurların  əli  altında  əzilirdim! 
Anlatdığım  kimi,  üzərimdə  olan  maraqlar  get-gedə  artmağa 
başlamışdı. Açıqcası, ortada yarış oluşduğunu hiss edirdim. Sanki 
dünyanın  ən  böyük  casusu  idim  və  məni  yeni  kəşf  etmişdilər. 
Artıq,  mənə  verilən  ittihamların  qəbulunun    edamla 
qarşılanacağına  şübhəm  belə  qalmamışdı!  Doğrusu,  həyatımda 
etmədiyim  cinayətə  görə  ölmək  ağır  gəlirdi!  Bir  yandan  da 
həftənin bir neçə gününü qanmaz məmurların işgəncələri altında 
əzilməyə  dözümüm  qalmamışdı!  Hər  işgəncədən  sonra,  “keşkə 
ayağım  sınsaydı  və  teatra  getməsəydim!  Keşkə  ağa  Səlim  adlı 
birisilə  heç  tanış  olmasaydım!”  deyərək,  öz-özümə  zülm 
edirdim!  Ancaq,  bütün  bunlara  qarşı  bir  anlığına  da  olsa, 
yaşamıma  son  verməyi  düşünmürdüm!  Nə  üçün  belə  duruma 
düşməliydim  ki?  Onlar  məni  öldürməyə  çalışırkən,  mən  diri 
qalmalı və bu qara yaşamın sonuna tanıq olmalıydım! Mən qara 
yazğımın sonunu bulmaq üçün özümlə ilqar bağlamışdım!  
Ayaqlarımı  yerə  basa  bilmirdim!  Sanki  dərimin  üstünə  bir  də 
qırmızı-qaralı dəri çəkilmişdi. İlk günlər tərli, qoxulu bədənimdən 
qaçmaq  üçün  saatlarla  dizi-dizi  yol  getsəm  də,  bir  neçə  ay 


 
 
 
116 
 
keçdikdən  sonra  özüm  boyda  otaqla  hər  formada  eşləşmişdim. 
Qoxum - otağın qoxusu, havam - otağın havası, çirkim - otağın 
çirkabı,  bitim  -  otağın  biti!  Təbi  ki,  növbəti  soruşdurma 
zamanlarında çeşidli qoxuları da hiss edirdim. Artıq, ayaqlarımda 
hiss qalmadığına görə, işgəncə yerləri də dəyişməyə başlamışdı. 
Ayaq üstü lüm-lüt bəndə çəkərək alətimdən ağır çəki asırdılar. Bu 
işgəncənin daha bir ayrı “dadı” vardı! Bu eyləmə qarşı qışqırma 
gücüm belə, qalmırdı! Bu işgəncələr zamanı bir neçə dəfə bayğın 
düşüb,  ayılırdım!  İşgəncə  bir  yana,  namussuzların  ördək  kimi 
qaqqa  çəkmələri  başqa  psikolojik  əzginlik  yaradırdı.  Təbriz 
zindanında  fars  cəlladlarının  kininə,  nifrətinə  uğrayıb  təcavüz 
acılarını  anımsamaqla  bu  vəhşilərin  də  qarşısından  utanmadan 
qurtulmağa dirənirdim! 
İki-üç həftə boyunca soruşdurmalar dayanmışdı! Canıma biraz su 
gəlmişdi! Hər gün üç dəfə yemək verirdilər. Bəzi günlər gözlərimi 
bağlı tutaraq açıq havaya götürürdülər! Az qala bir il boyunca ən 
ağır  əzinc  (işgəncə)  altında  deməyə  heç  bir  sözüm  olmadan, 
məndən dünyanın ən böyük casusu olma ittihamına imza atmamı 
tələb edirdilər. Elə duruma düşmüşdüm ki, başqasının bilməsini 
belə, diləmirdim! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə