Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

 
 
 
103 
 
sevgi  təmənnisi  ələnirdi.  Sava  nar  bağının  gizli  təmənnisi 
hayqırmaq üçün ən ufaq fürsət axtarırdı: 
-
 
Salam  Çiçək  xanım,  xoş  gördük.  Burda  olduğunu  bu  gün 
öyrəndim. 
-
 
Salam ağa Cəvanşir, sizi də xoş gördük. Gələcəyini bilirdim. Bu 
üzdən hazır oturmuşdum. 
-
 
Hardan bilirdiniz Çiçək xanım? 
-
 
Gözlərindən! Bunu bilməyə nə var ki! Mən bilirdimsə, sənin də 
bir  bəhanə  tapıb,  gələcəyin  bəlli  idi!  Burada  gizliliyə  ehtiyac 
yoxdur. 
Ayaqüstü  qıssa  danışıqdan  sonra,  hər  ikimiz  də,  əl  verməyin 
unudulmasını xatırladıq. İkimizin də ovucu tərləmişdi. Ovuc təri 
aramızda dolaşan ilk iliktirik oldu! 
Qarşımızda  olan  dolu  boşqablar  əl  dəymədən  dururdular. 
İkimizdə  utancaq  yeni-yetmələr  kimi  sadəcə  qarşılıqlı 
gülümsürdük. Çiçək xanımı bilmirdim, amma mənim böyük bir 
sıxıntım var idi. Onun gözlərində, sanki Olqa əyləşmişdi. Olqa, 
Olqa,  Olqa!  İndi  restoranın  qapısı  açılacaq,  Olqa  yanındakı  10 
yaşlı bir qızla içəri girəcəkdir!!! 
-
 
Ağa Cəvanşir, Cəvanşir demək olar sizə? (Gülə-gülə) 


 
 
 
104 
 
-
 
Sizə Çiçək deyilərsə əlbətdə! (Gülə-gülə)  
-
 
Sizə sən demək olar Cəvanşir! (Gülə-gülə) 
-
 
Sizə sən demək olarsa, nədən mənə olmasın Çiçək! (Gülə-gülə) 
Çiçək  tam  bir  yüksək  çəkili  aydın  insanın  örnəyini  ortaya 
qoyurdu.  O,  yavaş-yavaş  ortaya  hakim  olan  həyəcanı 
sonlandırmağa  çalışırdı!  Bu  üzdən,  mənim  saxlılarımı 
yumşaqcasına üzə çıxarmaq üçün öncə özündən başladı: 
-
 
Cəvanşir,  bizim  yaşımız  çağlayan  gənc  yaşı  deyil  artıq!  İkimiz 
üçün  yaşama  anlamı  gənclik  iztirabı  və  dəliliyi  deyil!  Biz 
sevginin gözəlliyini üzdə deyil, içdə yaşamalıyıq. Düşünürəm ki, 
ikimiz  də  bunu  başaracayıq.  Mən  nar  bağında  sənin  üstünə 
gəldikcə,  sən  məndən  qaçdın!  O  zaman  mənim  25-26  yaşlarım 
olardı. O, zaman sənin bir sevgilin olduğunu düşündüm. Mən də 
boş  deyildim.  Ancaq,  bu  könül  işi!  Haralarda  döyməsi  bəlli 
olmaz! O zaman mənim ürəyim əsdi! Sən, bu əsintini duymadın. 
Elə deyilmi? 
-
 
Çiçək, sən məni çaşdırırsan! Sən 10 il bundan öncəni, indini və 
gələcəyi bir yerdə yaşamağı necə başarırsan? Məni bağışla! Sənin 
mənim  kimi  yoxsul,  kimsəsiz  birini  sevməyini  necə  düşünə 
bilərdim ki! Mən, sizə o gözlə baxa bilməzdim axı... 


 
 
 
105 
 
-
 
Niyə!  Molla  idinmi?  Üzdə  yerə  baxıb  təsbih  çevirə-çevirə, 
həvəslə döşlərimin, qıçlarımın içinə qədər girəydin! Yoxsa, bizim 
gizli qardaşımız, əmimiz, dayımız idinmi bizi qoruyasan? Yoxsa, 
atamız tərəfindən işə alınan can qoruyanımız idin? Necə olur ki, 
mən bir qız olaraq səninlə olma ehtirası yaşayım, ancaq sən bunu 
yaşamayasan!  Cəvanşir,  səndən  səmimi  olmaq  istəyirəm! 
Mənimlə səmimi ola biləcəksənmi?    
-
 
Çiçək xanım, siz məni utandırırsınız! Doğru, mən sizi ilk görüncə 
sizdən  xoşlandım.  Ancaq,  mən  sizi  sevə  bilməzdim.  Çün,  çün, 
Çünki  mənim  bir  ortaq  yaşamım  olmuşdu...vardı!  Məni 
anladınızmı? 
-
 
Yox! Səni anlamadım! Açiq anlat! Sənin qarşında “səni sevirəm” 
deyəcək  qədər  cəsarətli  bir  dul  qadın  dayanıbdır!  Açıl!  Bir  də 
qərar aldıq ki, ağa-xanımı aramızdan götürək. 
-
 
Çiçək xanım mən evliyəm! Mənim bir də, balam var! İndi bəlkə 
də 10 yaşındadır! Mənim sənə, səni sevirəm deməyə istəyim var
ancaq gərəkən cəsarətim yoxdur. Çünki, cəsarət hər zaman gözəl 
olmur. Gahdan da xəyanətə çevrilir!  
-
 
Cəvanşir!  İndi  burada,  bu  restoranda,  bu  dolu  boşqbacırın 
qarşısında,  duz-çörəyin  hüzurunda  “Səni  sevirəm”  desəm, 
“mənimlə  evlənərsənmi”  desəm,  “bir  ömür  mənim  erim 
olarsanmı” desəm! Yəni toplum və gələnəksəl olaraq sənin mənə 


 
 
 
106 
 
deyəcəklərini mən sənə desəm, qarşımda səssiz-səmirsiz dikilib 
qalacaqsanmı?!  Yoxsa,  səni  atıb  rus  dövlətinin  qucağına  qaçan 
Olqanın tərəfini tutacaqsan?  
“Cavanşir  bir  damla  su  ol!  Əri  yerə  gir!  Bu  hallara  düşən, 
müdafiəsiz  qalan,  iki  od  içində  yanan!  Bu  qız,  Olqa  öyküsünü 
bilir?  Daha  nələr  bilir!  Ən  yaxşısı,  boş  sözlərlə  özünü  daha  da 
çəkisiz etmə, Cəvanşir! Bu dünyada neçə kərə ölmək olar! Sən 
kimsən ki, iki kəz ölmək istəyirsən! Özünə gəl! Bu qədər əzilmə!” 
Artıq silkələnməyə başlamışdım! O mənim doğru içimi görmək 
istəyirdi.  Mənsə  ona  doğrularımı  anlatmağa  çalışırdım.  Olqanı 
kimdən öyrənməsi önəmli deyildi. Onun necə bir qadın olduğunu 
öyrənməsi gərəkdir. Bu mənim Olqaya olan vəfa borcum idi! 
Bir  gün  evdə  oturmuşdum  və  Olqanın  toxuduğu  bir  köynəyə 
baxırdım.  Böyük  bölümü  toxunmuş,  nöqtələnməmiş  buluzun 
ortasına  oluşan  bir  qaçaq  düyün  marağımı  çəkdi!  Toxumanı 
Olqaya göstərdim. Olqa yalnış düyünü görüncə, ən baş düyündən 
çəkərək, bir dəqiqə içində bir günlük işini söküb mənə yuvarlatdı! 
O,  mənim  üçün  bir  canlı  təcrübə  kimi  qalmaqdadır.  Çiçəklə 
olduğum  o  gecənin  düyünü  də  Olqanın  toxuduğu  buluz  kimi 
başdan söküldü! O, gecə Çiçək göz yaşları içində məni dinlədi! 


 
 
 
107 
 
Artıq bir söz demədən  məni otağına dəvət etdi! Əllərimi tutub, 
əllərinin içində saxladı. Yanağımdan öpüb geri çəkildi: 
-
 
Cəvanşir! Səni sevirəm! Sənə aşiqəm! Səninlə bir çatıda yaşamaq 
istəyirəm! Mən bunları desəm də, sən demə! Sən, məni sevdiyini 
demə,  mənə  aşiq  olduğunu  demə,  mənimlə  bir  çatı  altında 
yaşamaq  istədiyini  demə!  Çünki  hamısı  yalan  olar!  Hamısı 
aldatmacı sözlər olar! Sən, ömür boyu Olqanın qolları arasında 
yaşayacaqsan! Səni ondan ayırmaq ən böyük günahdır. Bəlkə də, 
burada olsaydı ayrılmışdınız! Ancaq, artıq o sənin canından bir 
parça deyil, o, sənin ruhunda, tinində yer salıb. Bəlkə, sən də onun 
ruhundasan!  Qalxıb  bu  sevgini  pozmaq  insanlıq  adına  bir 
cinayətdir. Mən, kimsənin kölgəsi altında yaşayan birisi deyiləm! 
Hələ  canlı  olmayan  birisilə  heç  baş  edəməm!  Sevgi,  bir  iç 
savaşıdır. Üzə çıxarsa, artıq sevgi sayilmaz! Səni iç savaşınla baş-
başa buraxıram! Yolunu gözləməyə söz vermirəm. Lakin, gücüm 
varkən  onu  gərçəkləşdirməyə  çalışacağam.  Hələlik  sənin 
yanağından  qopardığım  öpücüklə  qalacağam!  Çalıquşu 
dusdağından qurtulan gün, məni ara!!! 
 
 (1968-69) Qəsr Qacar Dustağında! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə