Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

 
 
 
117 
 
Hər  gün  birisinin  gəlib  məni  yenidən  əzməyə  götürəcəyini 
güdürkən,  iki  polis  və  qarayaxa  məmuru  qarşımda  gördüm. 
Məmur  pis  qoxulu  otağıma  girmədən  burununu  tutub,  zindan 
polislərinə işarə edib qayıdmaq istədi. Ancaq, iki addım atmadan 
geriyə dönüb soruşdu: 
-
 
Cəvanşir Adeli-e Sərabi, İttihamlar: 
Rus casusluğunda, 
Rus casusəsinin qaçmasında yardımçı olmaqda, 
Separatçılıqda, 
Xain və qanunsuz Azərbaycan Demokrat Firqəsində üst düzeydə 
üzv olmaqda, 
İrana və nizam-e Şahənşahi-e xəyanət etməkdə
Sürgündən qaçmaqda, 
Dövlət polisinə və məmurlarına qarşı dirənc göstərməkdə
Bir  il  boyunca  nizam-e  şahənşahının  büdcəsinə  ağır  həzinə 
yükləməkdə suçlu sayılırsan!  
Doğrudur bunlar, Cəvanşir? 
-
 
Yox qurban, doğru deyil, doğru deyil, yalan, yalan! 
Hakim:  Sənin  suçların  kəsindir!  Etiraz  haqqın  yoxdur!  Bundan 
sonraki  həyatını  zindanda  keçirəcəksən.  Casusluğunla  bağlı 
araşdırmalar  sürür.  Casusluğunu  etiraf  edib,  şahənşahımıza 


 
 
 
118 
 
sığınarsan durumun dəyişər! Yoxsa, inadına çürürsən! Məhkəmə 
bitmişdi! Səni bu gündən “Evin Dustağına” götürəcəklər!  
Məmur:  Götürün bu xaini! 
-
 
Hara aparırsız məni? 
-
 
“Evin dutsağına” eşitmədinmi? Dədənin evinə! Apartmana! 
-
 
Bəs bura haradır? 
-
 
Sən  bu  günədək  harda  olduğunu  bilməmisənmi?  Yəni  o  qədər 
qanmazsan?  (üz  tutaraq  polislərə)  Doğrudanmı  bu  rus 
casusudur!? Buna mənim böyük şübhəm var! 
-
 
Demədiniz bura haradır!  
-
 
Boş ver! Sənə nə bura haradır! Dədənin məzarı! 
Məmur otaqdan çıxıb gedəndən sonra polislər mənə: 
Birinci  Polis:    Doğrudanmı  bilmirsən  ki,  bura  Qəsr  zindanıdır? 
Bir  ildir  burdasan,  hələ  də  adını  bilmirsən!  Özünü  bir  az  adam 
göstər “Türk-e Xər”! Bura hotel də deyərlər. Bir neçə saat sonra 
əsl türmənin nə olduğunu görəcəksən! 
İkinci polis:  Artıq bundan sonra Savak zindanına gedirsən. Orada 
səni  209-cu  bənd  gözləyir.  Artıq  hər  şeyi  bülbül  kimi  ötərsən! 


 
 
 
119 
 
Bundan sonra hotel deyil, qrand hotel gözləyir səni! (ucadan gülə-
gülə!)  
 
 
Evin Dustağında!  
1969-70-ci illər. 
Mənim üçün bu zindan, o zindan fərq etmədi. Gözü və əlləri bağlı 
uzun  yolculuqdan  sonra  bir  dəmir  parçasından  endirib,  az  yol 
gedəndən sonra yeni qaranlıq bir otağa salındım. Bu gətir-götürün 
mənə olan yeganə xeyri yeni geyim və bir hamam olsa da, yazıq 
bitlərim  üçün  fəlakətlə  sonuclandı.  Başımı  dibdən  qırxdılar, 
paltarlarımı  dəyişdilər,  hamam  etdirdilər!  Bundan  da  gözəl  şey 
ola  bilərmi?  Mən  bu  qədər  “iltifat”ı  görəsən  nə  zaman  haqq 
etmişdim!?  Polisin  dediyinə  görə,  Evin  zindanı  doğrudan  da, 
hotel yox, qrand hotel imiş! 
Bir həftə boyunca məni dindirən belə, olmadı! Hər gün bir kərə, 
günbəzə bənzər başı yarıq bir yerdə addım atmağa götürürdülər. 
Yemək yedirdib, kilo almağıma yardım edirdilər. Ayaq altlarının 
ağrısı  az  da  olsa,  azalmışdı!  Alətimin  ağır  sancısı  olduğu  kimi 


 
 
 
120 
 
qalırdı.  Gecələr,  özəlliklə,  bu  ağrıdan  qıvranırdım.  Bədənimdə 
olan əzinc izləri azacıq yüngülləşsə də, ağrılarım sürəkli canımı 
yaxırdı! 
Təxminən  bir  həftə  sonra,  məni  gözü  bağlı  uzun  bir  dəhlizdən 
keçirərək, pillələrdən aşağı qata apardılar. Biraz gedəndən sonra 
dəmir  qapının  açılmasını  hiss  etdim.  Məni  bir  səndəl  üstündə 
oturtdular.  Qarşıdan  birisi  gözlərimin  açılmasını  əmr  etdi. 
Gözlərimi açan insanlar arxada olan pərdənin arxasına keçdilər. 
Qarşıdan gələn səs də pərdə arxasında idi: 
-
 
Adın nədir? 
-
 
Cəvanşir. 
-
 
Kamil adını de! 
-
 
Cəvanşir Adeli Sərabi. 
-
 
Bir ildir ruslarla olan ilişgini danırsan! Biz bu saata qədər səninlə 
adam  kimi  davrandıq.  Ancaq  burası  Evin  dustağının  209-cu 
bölümüdür.  Buraya  gəldinsə,  adam  olmalısan!  209-da  halva 
paylamazlar,  adamın  halvasını  çalarlar!  Burada  görmədiyin 
xidmətlərin  ən  üstününü  görəcəksən!  Gedib  gözəl-gözəl 
düşünərək etirafını edərsən, yoxsa buradan param-parça cəsədin 
çıxar!  Öncə  dişlərindən  başlayan,  sonunda  ayaqlarının 
kəsilməsilə  sonuclanar!  Biz,  burada  səndən  daha  çox  inadçıları 


 
 
 
121 
 
ötdürmüşük! Burası Qəsr deyil, burası 209-cu bölümdür! Unutma 
dostca, yoxsa düşməncə! Bunu sən seç! 
-
 
Mənim canımın hər yeri inciyir! Mən bir daha əzinc istəmirəm. 
İnanın ki, mənim ruslara nifrətim var! Axı onlarla necə ilişgim 
ola  bilər?  Məni  istədiyiniz  qədər  zindanda  saxlayın,  ancaq 
işgəncə etməyin. Mən bir ildir əzinc altındayam. Vallah, Quran 
haqqı, 14 məsum haqqı mənim ruslarla işim olmaz! Olqa bir rus 
qız  deyildi.  O,  tər-rəmiz  Azərbaycan  türkü  idi!  O,  müsəlman 
olduğu üçün Fatimə adını seçmişdi! 
-
 
Gözlərini bağla! Bunu yerinə götürün! Sabah bu zaman buraya 
gətirin!  Adam  olarsa,  yedirdib-içirdin,  olmazsa  bildiyiniz  kimi 
edin! Mən özüm də olacağam! 
Burası Evin dutağının 209-cu bəndi! 6 aydan sonra ağzımda cəmi 
8  dişim  var  qalmışdı.  Iki  kəz  burnum  sındırılaraq,  zindanın 
xəstəxanasında yatmışdım. Sol ayağımın diz qapağı ayaq darbası 
üzündın  yerindən  çıxmışdı.  Kürəyimdə  ütü  qabarları  bişərək, 
artıq  ətə  çevrilmişdi.  Dəfələrlə  elektirik  şoka  məruz  olduğum 
üçün əl-qoluma titrəmə gəlmişdi. Bir dəri - bir sümük qalmışdım. 
Ayaqda  durmağa  belə  gücüm  qalmamışdı!  Artıq  yediyimi  də 
qusurdum!  Özümü  ölümə  hazırlamışdım!  Kimsənin  məndən, 
mənim də kimsədən xəbərim yox idi! Məndən iqrar istəyirdilər. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə