Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

 
 
 
93 
 
1965 “Bədiabad zəncirinin son həlqəsi” 
Heç bir şey 10 il öncəki kimi deyildi. Maşallahxan bəlli olmayan 
bir cinayət üzündən öldürülmüşdü! O, bir gün dükanına girərkən, 
iki  kişinin  çox  saylı  biçaq  zərbəsindən  yerində  can  vermişdi. 
Olayı anladan Barış polisə belə ifadə vermişdi: 
-
 
Atamla saat 10 radələrində dükana yetişdik. Hər gün olduğu kimi, 
atam dükanı açarkən, mən də Məşdi Qəhvəçidən iki çay gətirmək 
üçün  döngəyə  getdim.  Birazdan  çaylar  əlimdə  əmlakçı 
dükanımıza girdim! Hər yer qan idi! Əlimdəki çay bardaqlarını 
tullayaraq  atamın  yerdə  olan  qanlı  bədəninə  yaxınlaşdım! 
“Öldürdülər! Öldürdülər!” – deyə bağıraraq qəhvəçiyə qaçdım! 
Arxadan  bir  motorsikletlə  iki  kişinin  uzaqlaşmasını  gördüm. 
Qəhvədə  çay  içən  bir  kişi  maşınıyla  motorçuların  arxasına 
düşdü! Nə təqibçidən, nə də qatillərdən heç xəbər olmadı! 
“Mən  bu  dükanda  qazanmışam!  Bu  dükan  çox  uğurludur!  Bu 
dükanda mənə bir şey olmaz! Buradan çıxarsam, çarpılaram! Bu 
dükan  mənim  nəzərdaşımdır!”-  deyən  Maşallahxan  əminin  də 
yaşam dəftəri beləcə bitmiş oldu! Onun məzar daşı üstündə çox 
sevdiyi Cabbar əminin ona dediyi bu bayatını yazdırdım:  
“Bu dünya gələr keçər, 


 
 
 
94 
 
ömürü ələr keçər, 
Maşallah bir güldü ki
poladı dələr keçər!”  
Sayğısıyla, sevgisilə, gülər üzü, pambuq ürəyilə  bu Lək insanı, 
məni  tərk  edən  ən  son  Bədiabadçı  oldu!  Polisin  araşdırmaları 
sonucsuz buraxıldı! Bərəkətağanın canı sağolsun! Ömrünün son 
cəlladlığını  yapan  Bərəkətağa,  bəlkə  də  indi  məzarında  rahatca 
yatmışdır! 
Maşallahxan əmidən qalan pullar, illər boyu Gülnaz xanıma və 
səkkiz balasına yetərli sayılsa da, mənimlə İlyasın məsləhəti ilə 
banka yatırılmışdı. Bankdan gələn bəhrə hesabına Barışla Gülyaz 
yüksək lisansla üniversiteti bitirmişdilər. Başqa uşaqlarsa çeşidli 
aşamalarda  oxumaqla  məşğul  idilər.  Gülnaz  xanım  axşamlar 
yaşlılar məktəbini bitirib, savadlı xanım olmuşdu! Böyük ölçüdə 
Maşallahxan ailəsinin yaşamı təpədən-dırnağa dəyişmişdir. İlyas 
isə ailədən biri olmuşdu. Rəhmətlik Maşallahxan sağ ikən, İlyasla 
Gülyaz  arasında  gizli  sevgi  yaşanırmış!  Sonralar  onlar  öz 
sevgilərini  üzə  çıxardılar.  Bu  sevgi  mənim  önərim,  Gülnaz 
bacının  da  rizasi  ilə  evliliyə  dönüşdü.  Çox  keçmədən  İlyasla 
Gülyazın bir oğulları oldu. İlyas, çalışqan bir türk kimi eyitimlə 


 
 
 
95 
 
çalışmağı birləşdirərək ekonomi təməlini möhkəm basdırmışdır. 
O, bütün bu işlərə rəğmən, Maşallahxan əminin işini daha yüksək 
formada  sürdürürdü.  İlyasın  ortaqlığıyla  Gülnaz  bacı  dükanı 
sataraq,  “Xaniabad  Nov”da  bir  alış-veriş  və  tikinti  şirkəti 
qurmuşdular. İlyas, evin ən sevilən üzvü olmuşdu. Gülnaz xanım 
onu  öz  uşaqlarından  ayırmayırdı.  Barış,  baş  mühəndis  olaraq 
Tehranın Elektirik və Su idarəsində işə alınmışdı. O, isfəhanlı bir 
qız əməkdaşıyla evlənməyə qərar vermişdi. 
 
Qoşa ötən çalıquşlarım! 
Yer  kürəsi  günəşin  çevrəsinə,  mən  isə  öz  başıma  fırlanırdım! 
Sanki Bədiabadın son közü olaraq mənim də kül olmağım gərək 
imiş! Nə etsəm də, normal bir yaşamı yaxalaya bilmirdim. Sanki 
başımın üstündə sürəkli cadu büyüsü dolaşırdı! Olqanın dilədiyi 
çalıquşları  dinib  ötmədən,  çalıb-oynamadan  ardı-ardına  düşüb 
ölürdülər.  Çalıquşu  almaqdan  yorulmuşdum.  Hər  çalıquşunun 
ölümüylə  mən  də  ölüb-dirilirdim.  Otağımın  arxa  kərdisində 
çalıquşu  məzarlıqı  salmışdım.  Hər  gün  teatrdan  evə  gəlincə 
məzarlığa baş çəkmədən otağa girmirdim. Artıq, bir neçə aydan 
bəri quş qəfəsi boş idi. Açığı, quş almaqdan qorxurdum. Bir neçə 


 
 
 
96 
 
dəfə  quşçu  dükanına  girib  almadan  çıxmışdım.  Ancaq,  bir  gün 
evə girərkən quşların ötməsi ağlımı çaldı! Budaqlara baxdım! İki 
sərçə  dimdik-dimdikə  verib  ötürdülər!  Sərçələr  məni  duyunca 
uçub getdilər. Mən isə, evə girmədən təkrar geri döndüm: 
-
 
Cəvanşir! Oğlum hara? 
-
 
Gülnaz bacı, bir azdan dönəcəyəm! 
-
 
Gəl yeməyini ye bizimlə! 
-
 
Sağol, bacı! Olması gərəkən işim var. Quşçu birazdan bağlanar! 
-
 
Yenə quş? Bəs hanı almayacağıdın? 
-
 
Bacı, söz verirəm! Bu son olacaq! 
-
 
Tanrı özü yar olsun, bala! 
-
 
Ya haqq, bacı! Görüşərik! 
Demək ki, doğa kimi öyrətmən yoxmuş bu evrəndə!  O axşam iki 
çalıquşu  ilə  evə  döndüm.  Biri  qırmızı,  biri  isə  sarı  çələngli! 
Bundan öncə aldığım quşların hamısı tək dişi idi. Bu dəfə isə, bir 
cift  dişi-erkək aldım! O gecə çalıquşular durmadan çalıb, ötdülər! 
Son yeddi-səkkiz ildə belə sevincli yuxusuzluq keçirməmişdim. 
Hər  gün  quşlar  ötərkən,  sanki  ruhum  cilalanırdı.  Bu  üzdən 
quşların yerini böyütməyi düşünərək, otağın bir devarını bir metr 
boyunca quş otağı etdim. Quşlar üçün gərəkən doğal əşya aldım. 
Çalı  ağacının  haralarda  olmasını  öyrənib,  alıb  quş  otağına 


 
 
 
97 
 
gətirdim.  Bir  il  keçmədən    dişi  quş  yumurtlamaya  başladı.  4-5 
həftə sonra çalıquşuların balaları dünyaya gəldi. Onların “böyük 
ailə” olması mənim üçün dünyanın ən dadlı röyalarından biri idi. 
Artıq  mən  deyil,  Gülnaz  xanımın  özü  və  uşaqları  da  mənim 
sevincimə  ortaqlıq  edirdilər.  Tam  bir  quşbaz  usta  olmuşdum. 
İlyas qımızı kakil atanın adını Cəvanşir, sarı kakilin adını isə Olqa 
qoymuşdu. Tanrıdan gizli deyildi, bu, mənim də xoşuma gedirdi! 
Bir  axşam  ağa  Səlimin  ailəsi  Gülnaz  xanımın  qonağı  olmuşdu. 
Həmin  günlərdə  ağa  Səlimin  ikinci  qızı  Çiçək  isə,  uğursuz  bir 
evlilikdən sonra atası evinə dönmüşdü. O axşam, uzun zamandan 
sonra  Çiçək  xanım  da  ata-anasıyla  birlikdə  Gülnaz  xanımın 
qonağı oldu. Çiçək xanım boy-buxunlu, ərdəmli, çox sevimli və 
incə bir xanım idi. O, hər görüşdə öz ərdəmilə məni valeh edirdi! 
O axşam, Çiçək bam-başqa görünürdü! Sadə, vüqarlı, gözəl, tam 
bir məlayilə!  Onun baxışları mənə  yeni  bir yolun açılış  izlərini 
buraxırdı.  Olqanın  baxışlarına,  duruşuna,  gülüşünə,  süzgün 
tərləməsinə  çox  oxşayırdı  Çiçək  xanımın  davranışları!  O,  hər 
kəsdən  öncə  quşları  görmək  üçün  ata-anasından  izn  istədi. 
Maraqlısı bu ki, onu heç zaman yalnız buraxmayan Çinar, bizimlə  
birlikdə    mənim  otağıma  gəlmədi!  Çiçək  quşları  görüncə,  əlini 
ağzının önünə qoyaraq dedi: 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə