Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

 
 
 
65 
 
-
 
Olqa,  canım  mənim,  bu  böyük  riskdir!  Sovetə  inanmaq  olmaz! 
Bizim  başımıza  gələn  müsibətlərin  böyük  payı,  bu  üzdə  dost 
görünən  dövlətin  üzərinə  düşür!  Bunlar,  səni-məni  həb  kimi 
udarlar!  Mən  bu  barədə  səninlə  eyni  fikirdə  deyiləm.  Bu  saata 
qədər sənin bir sözünü iki etməmişəm. Amma bu dəfə səninlə razı 
deyiləm. Sənin riskə soxulmağına razı ola bilməm! Səndən sonra 
mənim başıma nə gələcəyi heç düşünmürsən? 
-
 
Cəvanşir, mən səni, uşağımızı və özümü düşünürəm. Öncə səni 
düşünürəm. Sonra körpəmizi, ən sonda özümü! Mən, sənsiz heç 
yerə  getmərəm.  Ya  səninlə  gedərəm,  ya  getməkdən  imtina 
edərəm. Sən necə desən, elə də edərəm! 
-
 
Bu iş sənin əlində olmasa necə? Pusquya düşsən necə? Sən bir 
dövlət 
məmurusan! 
Bəlkə 
də 
Sovet 
Gizli 
Polisinin 
nəzarətindəsən. Bəlkə sənə həbs hökmu kəsilib. Hardan bəlli olar 
ki? 
-
 
Cəvanşir, bir düşün! Düşün ki, İran Savakı əlində tutuqluyuq. Bir 
düşün  ki,  qarnımda  8  aylıq  uşaqla  məmurların  təcavüzü 
altındayam! Sən də əli-qolu bağlı bu göstərini izləyirsən! 
-
 
Olqa  daha bəsdi! Keçmişləri xatırlatma  mənə!  O anda  nəfəsimi 
içimdə saxlar, özümü içdən boğaram! 


 
 
 
66 
 
Olqa  bizim  qədər  rusları  tanıya  bilməzdi.  Hələ  onların  əmrləri 
altında  olan  əmniyyət  orqanlarında  olarkən.  Başqa  yandan  isə, 
Təbriz zindanında başımıza gələnləri ikimiz də unuda bilməzdik. 
Çox  çətin  iki  yol  ayrıcında  qalmışdıq.  Ya  ikimiz  birlikdə 
getməliyik, ya da Olqayla qarnındakı uşağımız? Biz bir-birimizi 
dəlilər kimi sevirdik. Hər keçdikcə də bu sevgi dərinlərə varırdı. 
Hələ  uşağın  gəlməsilə  aramızda  olan  bu  sevgi  bağının  daha  da 
möhkəmlənməsi gözlənirdi. Sovet Elçiliyinə gedib qəbul olacağı 
halda,  Olqanın  əlimdən  gedəcəyinə  şübhəm  yox  idi.  Amma 
getməsə  necə,  şahlıq  irticasının  əlilə  tutulsa  necə?  Haşa,  iraq 
olsun,  ağzıma  daş-qum!  Mən  Olqanın  hər  zaman  doğru 
düşündüyünə inanmışdım. Ancaq, bu kəz inanmaq üçün əlimdə 
heç  nədənim  yoxdur.  Yəhyanın  ortaya  çıxmasıyla  şərtlər  də 
dəyişmişdi.  Olqa,  onun  haqda  düz  düşünürdü.  O,  indi  yaralı 
canavar  kimi  bizim  üzərimizə  düşəcəkdir.  Onun  əlində  bir  də 
Qulam  var.  O,  bizi  tapmaq  üçün  Qulamı  etirafa  çəkməyə 
çalışacaq. Mənimlə Qulamın bütün işlərdə əlbir olduğumu bilir. 
Qulam  sınarsa,  Maşallahxanın  da  ələ  keçməsi  an  məsələsidir. 
Olqa  ruslara  gedərsə  nə  olar?  Mənim  də  gözlərdən  itməyim 
asanlaşar. Maşallahxan da dükanını və evini satar, ailəsilə birlikdə 
başqa bir şəhərə köçərdi. Ancaq, onun işi biraz çətindir. Səkkiz 
uşaq, üstəlik üçü məktəb öyrəncisi.  


 
 
 
67 
 
Olqayla birlikdə Tehranda yerləşən Sovet Böyük Elçiliyinə sarı 
yola  düşdük.  Hər  aldığım  nəfəs,  milyon  kərə  “getmə  Olqa!” 
hayqırırdı!  Olqanın  mənə  sarı  hər  dönüşü  bir  foto  anısı  kimi 
beyinimin sızğın bəlləyində qazılırdı! Onun gözündən daman hər 
bir inci, leysan yağmuru kimi varlığımı sel altına alırdı! Deməyə 
sözüm  qalmamışdı!  Sanki,  bundan  sonra  qarşılıqlı  yasda 
olacağımız hökmu almışdıq. Sürəci kəsilməz üfuğu bükük qara 
bir  alaçığın  yağmuruna  tutulmuşdum!  Nə  edəcəyimi,  kimə 
yalvaracağımı bilmirdim. Bu özgə hisarlar arxasında çığısaydım 
nə olardı, bağırsaydım nə!? 
Artıq qapıya yetişmişdik. Olqa ağlar gözlərini çadrasının ucu ilə 
silə-silə mənə gülümsəyirdi. Onun hər acı gülüşü rus ruletindən 
çıxacaq ölüm qurşun kimi beyinimi qazırdı!       
-
 
Cəvanşir, işimiz biraz uzun sürə bilər. Bəlkə də, məni aparan yerə 
səni  qoymasınlar.  Mən  yəqin  Sovet  vətəndaşı  olduğum  üçün 
sorğu-suala çəkiləcəyəm! Sənin də yanımda olmanı istəyəcəyəm. 
Ancaq,  izn verməklərinə  inanmıram!  Səni  içəridə  saxlamasalar, 
dön burada məni gözlə! İşim bitər-bitməz burada görüşərik! 
-
 
Olqa! Gəl qayıdaq desəm...! 
-
 
(Əlini  dodağıma  qoyur,  sol  əlilə  əlimi  oxşur)  Cəvanşir,  bax  bu 
göz  yaşlarım  sənin  üçündür.  Bu  sızğınlığım  canımdan  çox 


 
 
 
68 
 
sevdiyim  bir  təndaşım  üçündür!  Sən  də  yaxşı  bilirsən  ki,  başqa 
yolumuz yoxdur. Bunu etməmiz gərəkdir. Bu günə qədər birlikdə 
bütün çətinlikləri aşdıq. İndi qarşımızı kəsən dev boyda bir əngəl 
var! Səncə, devi devlə yıxmaqdan başqa yolumuz varmı? 
Qapının zilini basdıq! Qarşılıqlı səs gəldi. Olqa rusca cavab verdi! 
Qapı  açıldı.  Ürəyimin  döyüntüsü  daha  da  artmağa  başladı. 
Ayaqlarım yerdən qalxmırdı. Özümə toxtaqlıq verərək, Olqanın 
əlindən  tutub  içəri  girdik.  Dalana  bənzər  həyətin  küncündə  tək 
kişilik  bir  kioskda  biri  qız  iki  məmur  dayanmışdı.  Qız  bizi 
görüncə, yaxına gəlib salamlaşdı. Olqa onunla danışığa başladı. 
Qız mənə işarə edərək, Olqaya bir sözlər söylədi. Olqa başını yerə 
salaraq mənə sarı gəldi! 
-
 
Cəvanşir, burada gözləməliyik. Birazdan qız geri dönəcək. 
-
 
Nə danışdınız Olqa? 
-
 
Məndən kimliyimi soruşdu. Sənin kim olduğunu soruşdu. Ərim 
olduğunu dedim! Artıq başqa sorğular içəridə olacaq! 
-
 
Səncə məni də içəriyə alacaqlarmı? 
-
 
Bilmirəm! Mən onlardan bunu istəyəcəyəm. Baxaq görək nə olar, 
nə olmaz! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə