Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 
 
 
60 
 
sadəcə sümükləri qalmışdı. Yazıq Sara xanım balasının didilmiş 
paltarlarını  görüncə,  ürəyi  tab  gətirməyib  ölür.  Aygülü 
Bərəkətağa  xəstəxanaya  göndərir.  Sağalandan  sonra  isə,  bu 
sütəmər  qızcığazın  siğəsini  oxudaraq,  özünə  arvad  edir!  Siğəni 
Fatimə ilə Cəvanşirin mollası, yəni Ağaşeyx Sadıq oxuyur! 
Bu xəbərləri sizə kim verə bilərdi ki? Nə yaxşı ki, məni tapdınız! 
Elə deyilmi? Bəs o miyanalı ası Kişixanla ilə bakılı həkim xanım 
Elmiradan nə xəbər var? Onlardan da siz xəbər verin? 
-
 
Bütün bilgilər sizdə, Yəhya bəy! Bizdən niyə soruşursunuz? Bizi 
tapan onları tapa bilməzmi? 
-
 
Yox!  O  çox  ipi  qırıqdır.  Əlbəttə,  onu  da,  qatil  Maşallahxanı  da 
tapacayıq! 
Olqa:  Yəhya bəy siz necə bu işə girdiniz? Axı biz də iş axtarırıq! 
Bizə də kömək edin! Bu qərib yerlərdə çürüdük! Maşallah sizin 
durumunuz yaxşıdı. Birdə, dövlətə xidmət etmək ən gözəl işdi. 
Mənim də bu yolda təcrübəm var! Cəvanşir də savadlıdır! 
-
 
Olqa mənim də ürək sözümü dedi, Yəhya bəy! 
Yəhya:  Nədən olmasın ki, Gözəl takım olarıq. Şaha xidmət, İrana 
xidmət tanrıya xidmət deməkdir. Sizin kimi oxumuş, savadlı və 
azərbaycanlı  gənclərə  iş  çox!  Beləliklə  mənim  kimi  xainlik 


 
 
 
61 
 
damğasını atar, xadimlik rütbəsini qazanarsınız! Olqa xanım, siz 
də  (Olqanın  qarnına  baxaraq)  uşağınızı  dinc  ortamda 
böyüdərsiniz! Toplantı bitmədən mən salona dönməliyəm. Sizin 
dediklərinizə  yüzdə-yüz  inandığımı  düşünməyin.  Salon  bitər-
bitməz  buraya  dönəcəyəm.  Yarım  qalmış  sözümüzü  bitirmək 
istəyirəm. Mən burada yoxkən, bayırda iki gizli məmurun gözü 
üzərinizdə!  Çölə  ayaq  qoymaq  istəsəniz,  şərtlər  dəyişər!  Sakit 
oturub  məni  gözləyin!  Hə  Cavanşir,  sabah  sənin  yenidən 
Nəssaciyə girməyini də düşünək! Bu səfər daha yüksək durumda 
olacaqsan,  anladınmı!  Bir  də,  Qulamın  işi  bizim  əlimizdədir. 
Yardım olunmasa, yeri qəbir dərinliyi olacaq! Yox əgər, yardım 
olunursa,  Şahənşahi  Ordusunun  “2-ci  Rökn”ünə  (təhlükəsizlik 
bölüm) alınar, xoşbəxt yaşar! 
İnanılmaz  bir  bataqlığa  düşmüşdük.  Ölü  bildiyimiz  bu  Savak 
məmuru  bizim  haqqımızda  özümüzdən  daha  çox  bilirdi.  Olqa 
mənim üzümə, mən isə onun gözlərinə baxmaqdan savayi bir iş 
görə bilmirdik.  
Olqa:    Cəvanşir  bu  adam  bizi  bulduğunda  yalnız  deyildimi? 
Bizimlə  birlikdə  yalnız  evə  gəlmədimi?  Məgər  bu  adamın 
arxasında birisinin olmasını gördünmü? 


 
 
 
62 
 
-
 
Yox!  Görmədim!  Bu  adam  bizi  qorxutmaq  üçün  əlindən gələni 
əsirgəmir.  Bədiabaddan  dediklərinə  də  çox  inanmıram.  Hamısı 
yalan ola bilər. 
-
 
Yox!  Sözlərinin  yalnız  son  bölümü  yalan  idi!  İndi  onları 
düşünməyək. Bu adam bizi tələyə salmış! O mütləq qayıdacaq! 
Biz  indi  bu  evdən  çıxmasaq,  heç  zaman  onun  əlindən  qurtara 
bilməyəcəyik. Götür bir səhifə yaz: “Ərzaq almaq üçün bazara 
çıxdıq! Bir saata qayıdarıq!” 
-
 
Bəs əşya! 
-
 
Ancaq üstümüzü geyməliyik. Qalanı qalsın. Zatən qab-qacaqdan 
başqa nə var ki! Bir paketə artıq başmaq qoy! 
Günəşli  payız  çağı  idi.  Günəşin  saçaqları  əlvan  boyalı  qara 
ağacların  yarpaqları  arasından  süzərək,  cığır  yol  kəsmələri 
yaradırdı.  Bir  gözümüz  çevrə  axtarışında,  biri  isə  bu  bəladan 
qurtuluş üçün taksidə! Bir dəfə də olsun, biz də taksı nobarı edək. 
Cibimizdəki  bütün  pulları  versək  belə,  buna  dəyərdi!  Həm 
qurtuluş, həm də taksi nobarı! 
Gülnaz xanımın evinə iki küçə qala taksidan düşdük. Əlimizdə 
olan  pulu  taksiçiyə  uzatdıq.  Taksiçi  bizim  türk  olduğumuzu 
anlamışdı! Bir dənə iki tümənlik götürərək: 


 
 
 
63 
 
-
 
Təbrizdənsiniz?  Yeni  gəlmisiniz?  Vətəndə  nə  xəbər?  Burada 
kimsəyə pul göstərməyin! Başınıza bəla gələr! 
-
 
Hə,  yeni  gəldik.  Vətən  də  yerində!  Məsləhətinə  görə  sağol! 
Oradan buraya iki tümən olarmı? 
-
 
Siz  mənim  canımdan-qanımdansınız!  Mənə  yetər!  Buralarda 
tanışınız varmı? 
-
 
Bir motel var! Tanıdığımdır! O da türkdür! 
-
 
Allah  amanında  gənclər!  Amandı,  bu  namərd  tehranlılara 
tutulmayın! Burada istədiyiniz  sayda türk var! 
Evə  çatınca  dər-devar  üzərimizə  ağnayırdı.  Gülnaz  xanım 
qarşımıza  bir  çay  qoydu.  Başımızdan  keçəni  anlatdıq.  Yazıq 
arvadın  yanaqları  bəm-bəyaz  olmuşdu.  Böyük  bataqlıqdan 
qurtuluşumuzu  Maşallahxanın  aldığı  bir  55  markalı  vodka  ilə 
qutladıq.  Ancaq o gecə mən Maşallahla səhərədək qusduq. Biz 
qusduq, xanımlar isə güldü. Onların gülüşü bir başqa keyfli idi! 
Ailə bütünlüklə, bizim başqa bir yerdə qalmağımıza izn vermirdi. 
Olqa hamiləliyinin son ayını yaşayırdı. Doğrudan-doğruya Olqa 
ana,  mən  isə  ata  olacayık.  Gülnazın  dediyinə  görə,  uşağın  çox 
təknə  atması  oğlanlıq  əlamətidir.  Mənim  sevincimin  həddi-
hüdudu  yox  idi.  30-40  gün  sonra  ata  oluram.  Sonunda  Olqayla 
olan  sevgimiz  meyvəsini  verirdi!  Maşallahxan  uşağın  adını 


 
 
 
64 
 
qoyma haqqını indidən özünə götürmüşdü! Oğlan olursa Ümid, 
qız  olursa  Çiçək  qoyacağını  düşünürdü.  Bu  adların  hardan 
tapdığını sordukda da, susub danışmırdı! 
Maşallahxan Yəhya öyküsündən dərhal sonra ağ saçlarını həna ilə 
boyatmış,  bığlarını  kəsdirmiş,  saçının  formasını  dəyişdirmişdi. 
Artıq  əski  Maşallahxandan  əsər-əlamət  yox  idi.  Üzdə  sadə 
görünən  bu  kişi,  şeytana  papuş  dikməyin  yollarını  dərindən 
öyrənməyə başlamışdı. Onu bu qiyafətlə şeytan belə, tanımazdı! 
Bizə  gəlincə,  Olqanın  beynini  bir  fikir  bütünlüklə  iflic 
etməkdəydi.  O,  SAVAK  əlindən  qurtuluş  yolunu  təkcə,  Sovet 
(Şurəvi) Böyük Elçiliyinə getməkdə görürdü.  
-
 
Cəvanşır,  bax!  Ən  sonunda  uşaq  nisgilimiz  sona  yetməkdədir. 
Uşaq  doğulunca,  onu  da  özümüzlə  “Qacaq  Nəbi”  edəcəyik? 
Düşün Cəvanşir, üstəlik mənim sovet pasım var. Sən də mənim 
ərim, uşağımın atasısan. Həm də, mən vaxtıyla NKVD-nın (Xalq 
İçişlər  Komissarlığı)  Azərbaycan  qolunun  alt  qatında  işçi 
olmuşam!  Yardım  istəmək  bizim  haqqımızdır.  Çəvanşir,  bu 
Yəhya  bizi  rahat  buraxmayacaq.  Bizim  odumuza  bu  zavallı 
uşaqlar da yana bilər! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə