Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   2   3   4   5   6   7   8   9   10   ...   53

 
 
 
28 
 
sabah erkən yola çıxmağı uyğun gördü! Hava hələ işıq idi. Ancaq, 
faytonçu  gediş-dönüşü  düşünərək,  doğru  qərar  vermişdi.  Ona 
uşaqların da alınmasının gərəkliyini anlatdım. Özümüzün 4 nəfər 
olduğunu  dedim.  Sadıq  dayı  da  gəlmək  istədiyini  söylədi. 
Faytonçu  bir  başqa  məsləkdaşıyla  görüşüb,  iki  faytonla  yola 
çıxacağımızı  məsləhət  bildi.  O,  ayaqda  dönüşümüzə  izn 
verməyərək, Sadıq dayı ilə birlikdə bizi oturduğumuz məhəllənin 
başına  qədər  gətirdi.  Sabah  üçün  qərar  alındı!  Gülnaz  xanıma 
bilgi vermək üçün Sadıq dayıya rica etdim. 
Şişmiş ayaqlarımı zorla başmaqdan çıxartdım! Yerimdə uzanaraq 
tavandan asılan lampa işığına kilidləndim! Sevincimlə kədərimin 
arasında şaşqınlaşıb qaldım! Nə sevincim acımı unutdururdu, nə 
də  acımdan  sevincimi  anlayırdım!  Olqa,  incə  əllərilə  ehtirasımı 
zorlamağa  çalışırdı!  Onun  sel  kimi  sevgi    dalğaları  her  zaman 
olduğu  kimi,  mənim  beyin  fırtınamı  altına  aldı!  “Sevgi  acının 
ilacıdır!”, demiş atalar! Acıdan acıya qoşan bir yaşam öyküsünün 
ulduz  tökümündə,  gecənin  bitəcəyi  kor  nöqtədə  köksümün 
üzərində  sım-sıcaq  bir  ocaq  alovlandı!  Alovlar,  dəli  səlalədən 
ayrılaraq damarımdan axan sevgini daşar volkana çevirdi.  
Tehranın  havası  yavaş-yavaş  istiləşirdi.  Faytonda  gedərkən, 
soyuq hava azacıq hiss olunsa da, can yaxıcı deyildi. Tehran-Rey 


 
 
 
29 
 
küçəsi gördüyüm bütün küçələrə nisbətən, ən abad və çox insanlı 
görünürdü!  Əbdülsəmi  bəyin  faytonunda  Gülnaz  xanımla  dörd 
uşağı, ikinci faytonda isə bizimlə Sadıq dayı birlikdə oturmuşduq. 
Rey şəhərinin mərkəzinə çatana qədər, irəlidəki planlarımızı bir 
daha  gözdən  keçirtdik.  Maşallahxanın  məsləhətilə  xəstəxanaya 
getmədən  öncə,  günorta  yeməyi  üçün  bir  kababçı  dükanında 
oturduq.  Maşallahxan  heç  bir  xərcdən  çəkinmədən  ac  qarınları 
doyurdu. Uşaqların ürəyindən keçəni qarşılarına qoydurdu. Sevən 
bir ata kimi onları qoxladı, bağrına basdı! Hər zaman olduğu kimi 
uşaqları  görüncə,  özü  də  uşaqlaşmağa  başladı!  Xəstəxanaya 
yaxınlaşdıqca, içimizdə olan həyəcan daha da artırdı. Özəlliklə, 
iki  il  didərginlikdən  sonra  Gülnaz  xanımın  ərilə,  uşaqların  isə 
atalarıyla görüş maraqları olduqca yüksəlmişdi.  
Faytonlar Rey şəhərinin “Firuzabadı Mərizxanası”nın qarşısında 
dayandılar. İlk öncə Əmicanın durumunu bilmək üçün tək başıma 
xəstəxanaya getdim. Əmican cansız cənazə olaraq bayqıncasına 
dünyadan xəbərsiz uzanmışdı: 
-
 
Əmican, Əmican! Oyan mənəm Cəvanşir! Əmican, Əmican! 
(Mənə  yaxınlaşan  tibb  bacısı):  Xəstə  bayğındır.  Ayılması  artıq 
allaha  qalmış!  Üzgünəm,  dünəndən  bayğın  düşmüşdü.  Ayılda 


 
 
 
30 
 
bilmirik!  “Balalarım,  Gülnaz”  deyə  bayıldı!  Əlimizdən  bir  iş 
gəlmir. Bundan sonrası allahın lütfünə qalmış artıq! 
-
 
Onun uşaqlarıyla xanımı burada! Bəs indi mən onlara nə deyim?  
-
 
Biraz dayanın mən dönüm! 
İki əlim, bir başım qalmışdım! Nə düşünəcəyimi belə, bilmirdim! 
Yenə tanrının bizə qarşı olan şakası özünü göstərmişdi! Qarşımda 
bayğın bir xəstə, arxamda isə, məndən işarət gözləyən nisgilli bir 
eş  və  dörd  tifil  uşaq!  Əlimdən  bir  iş  gəlmirdi.  Sərsəmcəsinə 
özümlə dalaşırdım ki: 
Qulam:  Cəvanşir, Cəvanşir? Özünə gəl! Nə oldu? 
Əmican dünəndən ayılmır! Gözləməkdən başqa yolumuz yox! 
Qulam:  Nə demək ayılmır? Yəni.... 
Hələlik yaşayır! 
(Tibb  bacısıyla  bir  doktor  otağa  girərək)  Doktor:  Siz  xəstənin 
yaxınlarısınızmı? 
-
 
O, mənim əmicanımdır! 
-
 
Uşaqları görməyə gəlib dediniz? 
-
 
Xanımı, uşaqları, yaxınları. 


 
 
 
31 
 
-
 
Göründüyü  kimi  xəstənin  durumu  ağırdı.  Bəlkə  də  heç  gözünü 
açmasın bundan sonra! Tibb bacısı bunları sənə demişdi. Onları 
içəriyə ala bilərsən! Çox keçmiş olsun! 
Bitmiş  cəsarətimi  toparlamağa  çalışaraq,  Qulamı  Əmicanın 
yanında  buraxıb  faytonların  yanına  döndüm!  Hamı  mənim 
arxamca böyük xəstə otağına girdilər. Yan-yana yatmış xəstələrin 
kənarından  keçərək,  Əmicanın  yatağına  yetişdik.  Xəstənin 
qıpırdanmaması  hər  kəsi  üzdü.  Gülnaz  xanım  yatağa 
yaxınlaşaraq, ucadan ağlamağa başladı: 
-
 
A  kişi  sənə  nə  oldu!  Bu  nəəə!  Gözlərini  aç!  Əmanətlərini  al! 
Uşaqlarına bax! Burdadırlar, yanında! Sənin yanındadırlar. A kişi 
gözlərini aç! Heq, heq, heq! 
Bizimlə  xəstəxanaya  gələn  Olqa,  Gülnaz  xanımı  tutaraq,  onu 
sakinləşdirməyə çalışırdı:  
-
 
Gəl xanbacı, gəl! Gəl sakinləş biraz! Bir azdan ayılar inşallah! 
-
 
Yox, yox! O indi ayılmalıdır. İndi yatmaq vaxtı deyil, qızım! Onu 
uzun zaman gözləyən tifillərini gətirmişəm. Heq, heq, heq... 


 
 
 
32 
 
Hər  kəsin  gözləri  dolmuş,  ağlayırdı!  Uşaqlar  sanki  buz  kimi 
əriyirdilər. Barış iki qardaşını, bir bacısını qolları arasına alaraq,  
ağlayır, sızlayırdı: 
-
 
Gülyaz  bax!  Ata  burda!  Bax  o  yatıbdı.  Birazdan  ayılacaq,  bizi 
yanına alacaqdır! Sizdə baxın! Aqil, Adil! Atamıza gəldik! 
Gülyaz:  Dadaş hanı? Niyə ayılmayır bəə? Ataya nə olub ki? De 
gözlərini  açsın!  Mən  onu  görmək  istəyirəm.  Onun  üçün  çox 
darıxmışam! 
Bu zaman İlyasla doktor və tibb bacısı bizim yanımıza gəldilər. 
Onların  gəlişilə  Gülnaz  xanımın  duyğuları  patlaq  verərək, 
bayğınlıq keçirtdi! Tibb bacısı onu ayıltmağa çalışırkən, doktor 
Əmicanın əlini tutaraq dilə gəldi: 
-
 
Keçmiş  olsun!  Xəstə  hüzur  içində  ömrünü  sizlərə  bağışladı! 
Başınız sağolsun, yeri cənnət olsun! 
 
 
 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə