284
Maddə 45. Peşəkar yaradıcı işçinin hüquqları
Peşəkar yaradıcı işçinin aşağıdakı hüquqları vardır:
yaradıcılıq sirrinin mühafizə olunması;
təxəllüsdən istifadə etmək;
fəaliyyətinin nəticələrini nümayiş etdirmək və digər kütləvi
formalarda təqdim etmək;
yaradıcılıq ittifaqları yaratmaq və onların fəaliyyətində i
ştirak etmək;
özünün yaradıcılıq fəaliyyətinin nəticələrindən istifadəyə görə haqq
almaq;
mədəniyyəti maliyyələşdirmə fondlarından istifadə etmək.
Maddə 46. Mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları
Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri üzrə mədəniyyət işçilərini
birl
əşdirməklə peşə ünsiyyəti yaratmaq, mədəniyyət təsisatları və
mədəniyyət xadimləri ilə əlaqə yaratmaq, onların mənafelərini müdafiə
etmək üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları yaradıla
bilər.
Maddə 47. Mədəniyyət işçilərinin sosial müdafiəsi
Dövl
ət mədəniyyət işçilərinin sosial müdafiəsinə təminat verir.
Peşəkar yaradıcı işçilər yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi
fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və
telefondan istifadə xərclərini vətəndaşlar üçün nəzərdə tutulmuş miqdarda
ödəyirlər.
Milli obyekt statusu almış mədəniyyət təsisatlarının işçilərinin əmək
haqları digər oxşar dövlət mədəniyyət təsisatlarının işçilərinə nisbətən
daha yüksək ödənilir.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə zərərli iş şəraitində
işləyən mədəniyyət işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən
edilir.
Mədəniyyətin inkişafında yüksək xidmətləri olan pensiyaya çıxmış
mədəniyyət işçilərinin sosial təminatı Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
285
IX fəsil
MƏDƏNİYYƏT SAHƏSİNDƏ BEYNƏLXALQ
ƏMƏKDAŞLIĞIN HÜQUQİ ƏSASLARI
Maddə 48. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq
Müvafiq icra hakimiyyəti orqanları, mədəniyyət təsisatları,
mədəniyyət işçilərinin həmkarlar ittifaqları, yaradıcılıq ittifaqları
Azərbaycan Respublikasın qanunvericiliyi il
ə müəyyən edilmiş qaydada
başqa dövlətlərin hüquqi və fiziki şəxsləri ilə, beynəlxalq təşkilatlarla
mədəniyyət sahəsində əməkdaşlığı həyata keçirə bilərlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
Azərbaycan Respublikası ərazisində beynəlxalq mədəniyyət fondlarının
və təşkilatlarının filialları və nümay
əndəlikləri yaradıla bilər. Hər bir
mədəniyyət təsisatının müvafiq beynəlxalq təşkilatlara daxil olmaq,
habelə öz sıralarına əcnəbi üzvlər cəlb etmək hüququ vardır.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
hallar istisna olunmaqla mədəniyyət sahəsində beynəlxalq əlaqələrin hər
hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir.
Maddə 49. Mədəniyyət sahəsində beynəlxalq mübadilə
Azərbaycan Respublikası
mədəniyyət sahəsində beynəlxalq
mübadilənin inkişafına, milli mədəniyyətin xaricdə yayılmasına, o
cümlədən peşəkar yaradıcı işçilərin və kollektivlərin, mütəxəssislərin və
tələbələrin qarşılıqlı
səfərlərinə köməklik göstərir, mədəniyyət
sərvətlərinin və mədəniyyət fəaliyyəti nəticələrinin, habelə mədəniyyətin
müxtəlif sahələrində iş təcrübəsinin mübadiləsinə yardım edir.
Maddə 50. Mədəniyyət sərvətlərinin mühafizəsi sahəsində
əməkdaşlıq
Azərbaycan Respublikası mədəniyyət sərvətlərinin mühafizəsinə dair
beynəlxalq əməkdaşlığı inkişaf etdirir, milli mədəniyyət sərvətlərinin
mühafizəsi rejiminin Azərbaycan xalqının xaricdə olan nadir mədəniyyət
286
sərvətlərinə şamil edilməsi və onların qaytarılması üçün mümkün olan
bütün tədbirlərdən istifadə edir.
Maddə 51. Xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələr
Müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan azərbaycanlılarla
mədəni əlaqələr yaradır və inkişaf etdirir, o cümlədən onların mədəniyyət
və informasiya mərkəzlərinin, fondlarının, təsisatlarının məqsədyönlü
fəaliyyətinə köməklik göstərir, bu qurumların Azərbaycan
Respublikasında nəşr olunan kitabları əldə etmələri, qəzet və jurnallara
abunəçi olmaları üçün şərait yaradır.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 1998-ci il
(Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu/Xalq
qəzeti.-1998.-18 aprel.)
287
5.6. İNFORMASİYA, İNFORMASİYALAŞDIRMA VƏ
İNFORMASİYANIN MÜHAFİZƏSİ HAQQINDA AZƏR-
BAYCAN RESPUBLİKASININ
QANUNU
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun təsir dairəsi
Bu qanun mformasiyanın yaranması, yığılması, işlənməsı, saxlanması,
axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması,
informasiya sistemləri, texnologiyaları, onların təminat vasit
ələrinin
yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə
əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya
proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir.
Bu qanun “Kütləvi informasiya vasitələri haqqında” və “Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının
qanunları ilə tənzimlənən münasibətlərə şamil edilmir.
Maddə 2. Əsas anlayışlar
Qanunda aşağıdakı anlayışlar işlədilmişdir:
İnformasiya-təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt,
hadisə və proseslər haqqında məlumatlar;
sənədləşdirilmiş informasiya (sənəd)-maddi daşıyıcıda qeyd olunmuş
və identikləşdirilməsinə imkan verən rekvizitlərə malik informasiya;
kütləvi informasiya-əldə olunması, işlənməsi, verilməsi və ya
istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş
sənədləşdirilmiş informasiya;
konfidensial informasiya- əldə olunması, işlənməsi, verilməsi və ya
istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq
məhdudlaşdırılan sənədləşdirilmiş informasiya;
informasiya prosesləri-informasiyanın yaradılması, yığılması,
işlənməsi, saxlanması, axtarışı, yayılması;
Dostları ilə paylaş: |