Türk dünyasının böyük oğlu


Maddə 45. Peşəkar yaradıcı işçinin hüquqları



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə88/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   85   86   87   88   89   90   91   92   93

 
284
 
Maddə 45. Peşəkar yaradıcı işçinin hüquqları 
Peşəkar yaradıcı işçinin aşağıdakı hüquqları vardır: 
yaradıcılıq sirrinin mühafizə olunması; 
təxəllüsdən istifadə etmək
fəaliyyətinin nəticələrini nümayiş etdirmək və digər kütləvi 
formalarda təqdim etmək; 
yaradıcılıq ittifaqları yaratmaq və onların fəaliyyətində i
ştirak etmək; 
özünün yaradıcılıq fəaliyyətinin nəticələrindən istifadəyə görə haqq 
almaq; 
mədəniyyəti maliyyələşdirmə fondlarından istifadə etmək. 
 
Maddə 46. Mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları 
Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri üzrə  mədəniyyət işçilərini 
birl
əşdirməklə peşə ünsiyyəti yaratmaq, mədəniyyət təsisatları  və 
mədəniyyət xadimləri ilə  əlaqə yaratmaq, onların mənafelərini müdafiə 
etmək üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən 
edilmiş qaydada mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları yaradıla 
bilər. 
 
Maddə 47. Mədəniyyət işçilərinin sosial müdafiəsi 
Dövl
ət mədəniyyət işçilərinin sosial müdafiəsinə təminat verir. 
Peşəkar yaradıcı  işçilər yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi 
fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və 
telefondan istifadə xərclərini vətəndaşlar üçün nəzərdə tutulmuş miqdarda 
ödəyirlər. 
Milli obyekt statusu almış  mədəniyyət təsisatlarının işçilərinin  əmək 
haqları digər oxşar dövlət mədəniyyət təsisatlarının işçilərinə nisbətən 
daha yüksək ödənilir. 
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə  zərərli iş  şəraitində 
işləyən mədəniyyət işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən 
edilir. 
Mədəniyyətin inkişafında yüksək xidmətləri olan pensiyaya çıxmış 
mədəniyyət işçilərinin sosial təminatı Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilir. 
 
  
 
 


 
285
 
 
IX fəsil 
MƏDƏNİYYƏT SAHƏSİNDƏ BEYNƏLXALQ 
ƏMƏKDAŞLIĞIN HÜQUQİ ƏSASLARI 
 
Maddə 48. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq 
Müvafiq icra hakimiyyəti orqanları, mədəniyyət təsisatları, 
mədəniyyət işçilərinin həmkarlar ittifaqları, yaradıcılıq ittifaqları 
Azərbaycan Respublikasın qanunvericiliyi il
ə müəyyən edilmiş qaydada 
başqa dövlətlərin hüquqi və fiziki şəxsləri ilə, beynəlxalq təşkilatlarla 
mədəniyyət sahəsində əməkdaşlığı həyata keçirə bilərlər. 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
Azərbaycan Respublikası  ərazisində beynəlxalq mədəniyyət fondlarının 
və  təşkilatlarının filialları  və nümay
əndəlikləri yaradıla bilər. Hər bir 
mədəniyyət təsisatının müvafiq beynəlxalq təşkilatlara daxil olmaq, 
habelə öz sıralarına əcnəbi üzvlər cəlb etmək hüququ vardır. 
Azərbaycan Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş 
hallar istisna olunmaqla mədəniyyət sahəsində beynəlxalq  əlaqələrin hər 
hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. 
 
 
Maddə 49. Mədəniyyət sahəsində beynəlxalq mübadilə 
Azərbaycan Respublikası 
mədəniyyət sahəsində beynəlxalq 
mübadilənin inkişafına, milli mədəniyyətin xaricdə yayılmasına, o 
cümlədən peşəkar yaradıcı  işçilərin və kollektivlərin, mütəxəssislərin və 
tələbələrin qarşılıqlı 
səfərlərinə köməklik göstərir, mədəniyyət 
sərvətlərinin və mədəniyyət fəaliyyəti nəticələrinin, habelə mədəniyyətin 
müxtəlif sahələrində iş təcrübəsinin mübadiləsinə yardım edir. 
 
Maddə 50. Mədəniyyət sərvətlərinin mühafizəsi sahəsində 
əməkdaşlıq 
Azərbaycan Respublikası  mədəniyyət sərvətlərinin mühafizəsinə dair 
beynəlxalq  əməkdaşlığı inkişaf etdirir, milli mədəniyyət sərvətlərinin 
mühafizəsi rejiminin Azərbaycan xalqının xaricdə olan nadir mədəniyyət  


 
286
sərvətlərinə  şamil edilməsi və onların qaytarılması üçün mümkün olan 
bütün tədbirlərdən istifadə edir. 
 
Maddə 51. Xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələr 
Müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan azərbaycanlılarla 
mədəni əlaqələr yaradır və inkişaf etdirir, o cümlədən onların mədəniyyət 
və informasiya mərkəzlərinin, fondlarının, təsisatlarının məqsədyönlü 
fəaliyyətinə köməklik göstərir, bu qurumların Azərbaycan 
Respublikasında nəşr olunan kitabları  əldə etmələri, qəzet və jurnallara 
abunəçi olmaları üçün şərait yaradır. 
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 6 fevral 1998-ci il 
 
(Mədəniyyət  haqqında  Azərbaycan  Respublikasının   Qanunu/Xalq 
qəzeti.-1998.-18 aprel.) 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
287
5.6. İNFORMASİYA, İNFORMASİYALAŞDIRMA VƏ 
İNFORMASİYANIN MÜHAFİZƏSİ HAQQINDA AZƏR- 
BAYCAN RESPUBLİKASININ 
QANUNU 
 
I fəsil 
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 1. Qanunun təsir dairəsi 
Bu qanun mformasiyanın yaranması, yığılması, işlənməsı, saxlanması, 
axtarışı, yayılması  əsasında informasiya ehtiyatlarının formalaşdırılması, 
informasiya sistemləri, texnologiyaları, onların təminat vasit
ələrinin 
yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə 
əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya 
proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. 
Bu qanun “Kütləvi informasiya vasitələri haqqında” və “Müəlliflik 
hüququ və  əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının 
qanunları ilə tənzimlənən münasibətlərə şamil edilmir. 
 
Maddə 2. Əsas anlayışlar 
Qanunda aşağıdakı anlayışlar işlədilmişdir: 
İnformasiya-təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, 
hadisə və proseslər haqqında məlumatlar; 
sənədləşdirilmiş informasiya (sənəd)-maddi daşıyıcıda qeyd olunmuş 
və identikləşdirilməsinə imkan verən rekvizitlərə malik informasiya; 
kütləvi informasiya-əldə olunması, işlənməsi, verilməsi və ya 
istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş 
sənədləşdirilmiş informasiya; 
konfidensial informasiya- əldə olunması, işlənməsi, verilməsi və ya 
istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq 
məhdudlaşdırılan sənədləşdirilmiş informasiya; 
informasiya prosesləri-informasiyanın yaradılması, yığılması, 
işlənməsi, saxlanması, axtarışı, yayılması; 
 
  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə