Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə87/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

 
281
müvafiq icazə olmadan mədəniyyət sərvətləri ilə  əlaqədar  əqdlər 
bağlanmasma yol verilmir. 
Milli mədəniyyət  əmlakı sayılan mədəniyyət sərvətinə aid sənədlər 
baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına verildikdən, onların 
bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilmiş qaydada Azərbaycan 
Respublikasının milli mədəniyyət  əmlakının Dövlət Siyahısına daxil 
edilməsi məsələsinə iki ay ərzində baxılmalıdır. 
 
Maddə 38. Azərbaycan Respublikasının milli mədəniyyət 
əmlakının Dövlət Siyahısı 
Azərbaycan Respublikasının milli mədəniyyət  əmlakının Dövlət 
Siyahısına bu Qanunun 33-cü maddəsində nəzərdə tutulan milli və bəşəri 
əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri daxil edilir. Xilas edilməsi 
üçün təcili tədbirlərə ehtiyacı olan milli mədəniyyət əmlakı obyektlərinin 
uçotu ayrıca aparılır. Obyektlərin milli mədəniyyət əmlakına aid edilməsi 
məsələsini müvafiq icra hakimiyyəti orqanı həll edir. 
Müvafiq icra hakimiyyəti orqanları milli mədəniyyət  əmlakı 
obyektlərinin qorunmasına nəzarət edirlər. 
Azərbaycan Respublikasının milli mədəniyyət  əmlakının Dövlət 
Siyahısına daxil edilmiş obyektlər mülki dövriyyədən çıxarılır və 
müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan onları  ləğv etmək, 
başqa yerə köçürmək, surətini çıxarmaq və ya bərpa etmək olmaz. 
 
Maddə 39. Mədəniyyət sərvətlərinin ixrac rejimi 
Mədəniyyət sərvətləri xüsusi rejim əsasında, verilmiş mühafizə 
dərəcəsinə müvafiq surətdə ixrac edilir. İxracın mümkünlüyü müvafıq 
icra hakimiyyəti orqanının verdiyi mühafizə  şəhadətnaməsi ilə müəyyən 
edilir. 
Mühafizə  dərəcəsi verilməmiş  mədəniyyət sərvətləri sərbəst ixrac 
edilə bilər. 
Müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, 
beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla 
milli mədəniyyət  əmlakı olan sərvətlərin Azərbaycan Respublikasının 
hüdudlarından kənara aparılması qadağandır. 
 
  
 
 
 


 
282
Bu sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda 
olması müddəti, bir qayda olaraq, il ərzində altı aydan çox olmamalıdır. 
Dövlətə  məxsus milli mədəniyyət sərvətlərindən istifadə  nəticəsində 
əldə edilən vəsaitlər milli mədəniyyət sərvətlərinin qorunmasına və 
saxlanmasına sərf edilir. 
 
VII fəsil 
MƏDƏNİYYƏT SAHƏSİNİN 
MALİYYƏLƏŞDİRİLMƏSİ 
 
Maddə 40. Maliyyələşdirmə mənbələri 
Mədəniyyət təsisatları mülkiyyət formasından asılı olaraq dövlət 
büdcəsindən, yerli büdcələrdən, xüsusi mülkiyyətçinin vəsaitləri, habelə 
özlərinin fəaliyyətindən 
əldə edilmiş  gəlirlər və Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış digər mənbələr 
hesabına maliyyələşdirilirlər. 
Dövlət büdcəsindən dövlət mədəniyyət sisteminin maliyyələşdirilməsi 
üçün ayrılan vəsaitin miqdarı  əvvəlki il üçün ayrılmış  vəsaitin 
miqdarından az olmamalıdır. 
Mədəniyyət təsisatları istənilən hüquqi və fiziki şəxsdən, beynəlxalq 
təşkilatlardan hədiyyələr, ianələr və digər maliyyə yardımı almaq 
hüququna malikdirlər. 
 
Maddə 41. Mədəniyyəti maliyyələşdirmə fondları 
Mədəniyyət sahəsinin maliyyələşdirilməsinə  əlavə  vəsait cəlb etmək 
üçün müvafiq icra hakimiyyəti orqanı milli mədəniyyət fondu yaradır. 
Həmin məqsədlə yerli özünüidarə orqanları, ictimai birliklər, hüquqi 
və fiziki şəxslər mədəniyyətin maliyyələşdirilməsi fondlarını yarada 
bilərlər. Bu fondların təşkili və  fəaliyyəti Azərbaycan Respublikasının 
müvafiq qanunvericiliyi ilə tənzimlənir. 
 
Maddə 42. Mədəniyyət sahəsində vəsaitin xərclənməsi 
Mədəniyyətin qorunmasına, saxlanılmasına və inkişafına yönəldilən 
vəsait: 
mədəniyyət təsisatlarının; 
 
  
 
 


 
283
mədəniyyət sahəsində beynəlxalq və milli dövlət proqramlarının; 
mədəniyyət sahəsində dövlət sifarişlərinin; 
mədəniyyət sahəsində sığorta işinin təşkilinin; 
mədəniyyət sərvətlərinin alınması, saxlanması və mühafizəsinin; 
mədəniyyət sahəsində əmək veteranlarına, mədəniyyət xadimlərinə və 
yaradıcı  gənclərə  təqaüdlər, mükafatlar verilməsinin və  fərdi köməklik 
göstərilməsinin; 
mədəniyyət təyinatlı obyektlərin layihələşdirilməsi və tikilməsinin; 
mədəniyyət sahəsində 
fəaliyyətin maddi-texniki təminatının 
maliyyələşdirilməsi üçün istifadə olunur. 
Mədəniyyət təsisatları onlara ayrılan v
əsaitin təyinat üzrə 
xərclənməsində sərbəstdirlər. 
 
Maddə 43. Mədəniyyət sahəsinin maddi-texniki təminatı 
Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan subyektlərin və 
mədəniyyət təsisatlarının fəaliyyət göstərməsi üçün zəruri olan 
avadanlığın, texnikanın, texnologiyanın alınması, müəyyən edilmiş 
qaydada tikinti işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti və 
yerli özünüidarə orqanları şərait yaratmalıdırlar. 
Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları mədəniyyət və 
yaradıcılıq fəaliyyəti üçün zəruri olan studiyaların, emalatxanaların, 
laboratoriyaların yaradılması üçün mədəniyyət və yaradıcılıq fəaliyyəti 
ilə  məşğul olan subyektlərə  və  mədəniyyət təsisatlarına yardım 
göstərməlidirlər. 
 
VIII fəsil 
MƏDƏNİYYƏT İŞÇİLƏRİ VƏ ONLARIN 
SOSİAL MÜDAFİƏSİ 
 
Maddə 44. Mədəniyyət işçiləri 
Peşəkar yaradıcılıq fəaliyyətilə  məşğul olan və ya mədəniyyət 
təsisatında işləyənlər mədəniyyət işçisidirlər. 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə