Türk dünyasının böyük oğlu


Maddə 34. Mədəniyyət sərvətlərinin qeydə alınması



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə86/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

 
278
 
Maddə 34. Mədəniyyət sərvətlərinin qeydə alınması 
Mədəniyyət sərvətləri müvafıq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının milli mədəniyyət 
əmlakının Dövlət Siyahısında və  mədəniyyət sərvətlərinin mühafizə 
siyahısında qeydə alınır. 
Siyahılara mədəniyyət sərvəti  əşyasının, obyektinin mənşəyi, onun 
mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə  dərəcəsi haqqında məlumatlar 
yazılır və bunların  əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə 
şəhadətnamə verilir. 
Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından 
asılı olmayaraq muzeylərin və arxivlərin fondlarında olan mədəniyyət 
sərvətlərinin aşkara çıxarılması, uçotu və mühafizəsi ilə  həmin təsisatlar 
məşğul olurlar. Bu təsisatlar mədəniyyət sərvətinin siyahılara daxil 
edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məlumat 
verməlidirlər. 
Mədəniyyət sərvətinin qiyməti, mühafizə  dərəcəsi və respublikadan 
kənara çıxarılma imkanı, müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
ekspertiza yolu ilə müəyyən edilir. 
 
Maddə 35. Mədəniyyət sərvətlərinin mühafizə dərəcələri 
Mədəniyyət sərvətlərinin mühafizəsinin qabaqlayıcı, konservasiya, 
bərpa və xüsusi dərəcələri vardır. 
Mühafizənin qabaqlayıcı  dərəcəsi, təbii-landşaft, arxeologiya və 
arxitektura obyektlərinin monumental sənət  əsərlərinin tarixi əhəmiyyəti 
və qiyməti müəyyən olunanadək həmin obyektlərə şamil edilir. Müvafiq 
icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan bu mədəniyyət 
sərvətlərinin sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa 
salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi 
qadağandır. 
Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə  çıxarılmalı 
və ya müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında məhdud 
dairədə istifadə edilməli olan mədəniyyət sərvətlərinə aid edilir. Həmin 
mühafizə  dərəcəsi  əlyazmalara, nadir arxiv sənədlərinə, nadir kitablara, 
qoruqlara və sair mədəniyyət sərvətlərinə şamil olunur. 
 
  
 
 


 
279
 
Mühafizənin bərpa dərəcəsi, ilkin mədəniyyət təyinatına qaytarılması 
üçün bərpa işlərinə ehtiyacı olan mədəniyyət sərvətlərinə  şamil edilir. 
Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə 
konservasiya dərəcəsi müəyyən edilə bilər. 
Xüsusi mühafizə  dərəcəsi Azərbaycan Respublikasının milli 
mədəniyyət  əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət 
əmlakı obyektlərinə şamil edilir. 
Mühafizə  dərəcəsi olan mədəniyyət sərvətləri mülkiyyətçisinin və ya 
istifadəçisinin müvafiq icra hakimiyyəti orqanları ilə münasibətləri 
mühafizə müqaviləsi ilə müəyyən olunur. Mühafizə  dərəcəsi olmayan 
mədəniyyət sərvətlərindən sərbəst istifadə edilir. 
Mədəniyyət sərvətlərinin mühafizə  dərəcələri müəllifin sağlığında və 
vəfatından sonrakı otuz il ərzində onun əsərlərinə şamil edilir. 
 
Maddə 36. Mədəniyyət sərvətlərindən istifadə rejimi 
Mədəniyyət sərvətlərindən onların tarixi və bədii təyinatı ilə bir araya 
sığmayan tərzdə istifadə edilməsi qadağandır. 
Tarix, arxeologiya, şəhərsalma, arxitektura və monumental sənət 
abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək 
məqsədilə müvafiq icra hakimiyyəti orqanı  tərəfindən mühafizə zonaları 
müəyyən edilir. Mühafizə zonaları haqqında normativ hüquqi aktlar 
müvafiq icra hakimiyyəti orqanı  tərəfindən qəbul edilir. Şəhərlərin və 
digər yaşayış  məntəqələrinin baş planlarının layihələri, tikinti 
planlaşdırma və yenidən-qurma layihələri, eləcə  də  mədəniyyət 
obyektlərinin başqa yerə köçürülməsi layihələri müvafiq icra hakimiyyəti 
orqanları ilə razılaşdırılmalıdır. 
Arxeoloji qazıntılar aparılması  və arxeoloji abidələrin axtarılması, 
mədəniyyət sərvətlərinə aid olan təmir, bərpa və konservasiya işləri 
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Aparılan işlər 
haqqında ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanlarına hesabat 
verilir. 
Mədəniyyət sərvətlərindən istifadədə müvafiq yönümlü mədəniyyət 
təsisatının üstünlük hüququ vardır. 
  
 
 
 
 


 
280
Dini qurumlara məxsus olan və mədəniyyət sərvəti sayılan əşyalardan 
onların mədəniyyət təyinatı nəzərə alınmaqla istifadə edilir. 
Mədəniyyət sərvətlərinin mülkiyyətçisinin və ya istifadəçisinin, dini 
təyinatlı  mədəniyyət sərvətlərinin isə müvafiq dini qurumun razılığı 
olmadan surətləri çıxarıla, habelə onlardan turizm, ekskursiya və reklam 
məqsədilə istifadə edilə bilməz. 
Mədəniyyət səryətlərinin lazımi vəziyyətdə saxlanılması  və onların 
mühafizəsi ilə bağlı  vəzifələr bu sərvətlərin mülkiyyətçilərinin və ya 
istifadəçilərinin üzərinə düşür. Subyektin mədəniyyət sərvətlərini 
saxlamağa imkanı olmadıqda, mülkiyyətçinin arzusu ilə müvafiq icra 
hakimiyyəti orqanı  mədəniyyət sərvətini onu saxlamağa imkanı olan 
subyektə satılmasını təşkil edir və ya saxlanma xərclərini dövlət hesabına 
götürür. 
Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət 
sərvətləri satılarsa, onları birinci növbədə almaq hüququ qanunvericiliklə 
müəyyən edilmiş həddə və qaydada dövlətə mənsubdur. 
Torpaqdan və su altından, binalardan, tikililərdən, təbii obyektlərdən 
tapılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə 
tutulmuş qaydada müsadirə edilmiş, habelə  vərəsəsiz və sahibsiz 
mədəniyyət sərvətləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət 
mülkiyyətinə daxil edilir. 
 
Maddə 37. Mədəniyyət sərvətlərinin mühafizə sıyahısı 
Ən  əhəmiyyətli mədəniyyət sərvətlərini qorumaq məqsədilə müvafiq 
icra hakimiyyəti orqanları müəyyən  ərazinin (şəhərin, rayonun) 
mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparırlar. 
Mədəniyyət sərvətləri həmin siyahıya mülkiyyətçinin, istifadəçinin 
ərizələri, kitabxanaların, muzeylərin, arxivlərin məlumatları  əsasında 
müvafıq icra hakimiyyəti orqanları  tərəfindən daxil edilir. Mühafizə 
siyahısında mədəniyyət sərvətlərinin qeydiyyatı bu Qanunun 34-cü 
maddəsinin tələblərinə uyğun aparılır. 
Mülkiyyətçiyə və ya istifadəçiyə bir ay ərzində mədəniyyət sərvətinin 
siyahıya daxil edildiyi barədə  şəhadətnamə  və ya onun sərbəst 
istifadəsinə icazə verilir. Belə şəhadətnamə və ya 
 
  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə