Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə82/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

 
265
 
 
milli və dünya mədəniyyəti sərvətlərinə qovuşmağa yönəldilən təhsil 
sisteminin inkişaf etdirilməsi; 
mədəniyyət sahəsində inhisara yol verilməməsi; 
dövlət mədəniyyət sisteminin müxtəlif mənbələrdən maliyyə-
ləşdirilməsinin uzlaşdırılması; 
yaradıcılıq fəaliyyətinin bütün sahələr üzrə yüksəlişi üçün şərait 
yaranmasına kömək etmək məqsədilə ictimai müzakirələrin müxtəlif 
formalarından, ekspertiza və müsabiqələrdən istifadə etməklə 
mədəniyyətin inkişaf istiqamətlərinin hazırlanması; 
mədəniyyət sərvətlərinin qorunması və artırılması; 
Azərbaycan Respublikasının mədəniyyət potensialının inkişafına, 
mühafiz
əsinə  və ondan hərtərəfli istifadə olunmasına, mədəniyyət 
sahəsində geniş miqyaslı beynəlxalq əməkdaşlığa şərait yaradılması; 
dövlət mədəniyyət sisteminin elmi və mütərəqqi metodlarla 
idarəçiliyinin təmin edilməsi
tarix və  mədəniyyət abidələrinin qeydiyyata alınması, qorunması  və 
bərpası üçün müvafiq tədbirlərin görülməsi; 
mədəniyyətin inkişafına dair milli proqramların hazırlanması  və 
həyata keçirilməsi, beynəlxalq proqramların hazırlanmasında iştirak 
edilməsi; 
görkəmli mədəniyyət xadimlərinin xatirəsinin  əbədiləşdirilməsi üçün 
tədbirlər görülməsi; 
mədəniyyətin inkişafı fondlarının yaradılmasının təmin edilməsi; 
Azərbaycan Respublikasında milli mədəniyyətin tərəqqisi və müasir 
dünya mədəniyyəti ilə inteqrasiyasını;  
milli  ənənələrin dirçəldilməsi və inkişafını,  əhalinin mənəvi 
tələbatının ödənilməsini təmin edən mədəniyyət  əsərlərinin yaradılması 
üçün hə-vəsləndirici tədbirlərin görülməsi; 
mədəniyyət və incəsənətin nailiyyətlərindən istifadə edilməsində 
vətəndaşların konstitusiya hüquqlarının,  əhalinin zəngin milli və dünya 
mədəniyyəti sərvətlərindən faydalanmasının təmin edilməsi; 
mədəniyyət təsisatlarının normal fəaliyyətinin, onların ma-
liyyələşdirilməsinin və maddi texniki bazasının möhkəmləndirilməsinin 
təmin edilməsi; 
 
  
 


 
266
 
 
mədəniyyətin ixtisaslı kadrlara olan ehtiyacının təmin edilməsi; 
 
Maddə 2. Azərbaycan Respublikasının mədəniyyət sahəsində 
qanunvericiliyi  
Mədəniyyət sahəsində qanunvericilik bu Qanundan və Azərbaycan 
Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 
Mədəniyyət sahəsini tənzimləyən normativ hüquqi aktlarla 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr 
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 
 
Maddə 3. Tarix və mədəniyyət abidələrinin qorunması 
Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər tarix və 
mədəniyyət abidələrini qorumağa borcludurlar. 
Tarix və mədəniyyət abidələrinin qorunmasının qaydaları Azərbaycan 
Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. 
 
Maddə 4. Mədəniyyət sahəsində yerli özünüidarə orqanlarının 
səlahiyyətləri 
Yerli özünüidarə orqanları bu Qanundan irəli gələn bütün hüquqların 
və azadlıqların sərbəst həyata keçirilməsinə şərait yaradırlar. 
 
Maddə 5. Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına 
görə məsuliyyət 
Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına görə  məsuliyyət 
Azərbaycan Respublikasının mülki, cinayət, inzibati və digər 
qanunvericiliyi ilə müəyyən edilir. 
  
 
 
 
 
 
 
 
 
 
 
 


 
267
 
II fəsil  
MƏDƏNİYYƏT SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN  
HÜQUQLARI, AZADLIQLARI VƏ VƏZİFƏLƏRİ 
 
Maddə 6. Mədəniyyət hüququ 
Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin I 
hissəsinə uyğun olaraq hər kəsin mədəni həyatda iştirak etmək, 
mədəniyyət təsisatlarından və mədəni sərv
ətlərdən istifadə etmək hüququ 
vardır. 
Mədəni sərvətlərdən isıtifadə hüququ yalnız Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada 
məhdudlaşdırıla bilər. 
Azərbaycan Respublikasının  ərazisində  əcnəbilər və  vətəndaşlığı 
olmayan  şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə  bərabər 
mədəniyyət hüququna malikdirlər. 
 
Maddə 7. Yaradıcılıq azadlığı 
Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I 
hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq azadlığı vardır. 
Hər kəs öz maraqlarına və qabiliyyətinə uyğun istənilən yaradıcılıq 
fəaliyyəti ilə  məşğul olmaq hüququna malikdir. Bu hüquq həm peşəkar
həm də  həvəskar  əsasda həyata keçirilə bilər. Müəlliflik hüququ, əqli, 
mülkiyyət hüququ, yaradıcılıq fəaliyyətinin nəticələrindən sərbəst istifadə 
etmə  və dövlət tərəfindən dəstəklənmə baxımından yaradıcılıq fəaliyyəti 
ilə məşğul olan şəxslər bərabər hüquqludurlar. 
Hər kəsin özünün yaradıcılıq fəaliyyətinin nəticələrinə mülkiyyət 
hüququ vardır. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən edilmiş qaydada həyata keçirilir. 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 
qaydada Azərbaycan Respublikası  vətəndaşının özünün yaradıcılıq 
fəaliyyətinin nəticələrini nümayiş etdirmək, satmaq, habelə bu məqsədlər 
üçün xarici ölkələrə aparmaq hüququ vardır. 
 


 
268
Maddə 8. Mədəni özünəməxsusluq hüququ 
Hər kəsin özünün milli mədəni özünəməxsusluğunu qoruyub 
saxlamaq, mənəvi, estetik və digər dəyərləri sərbəst seçmək hüququ 
vardır. 
Dövlət şəxsi mədəni özünəməxsusluq hüququna təminat verir. 
 
Maddə 9. Mədəniyyət sahəsində ictimai birliklər və müəssisələr 
yaratmaq hüququ 
Azərbaycan Respublikası  vətəndaşlarının Azərbaycan Respublikası 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mədəniyyət sahəsində 
ictimai birliklər, müəssisələr yaratmaq, habelə bu sahədə sahibkarlıq 
fəaliyyəti ilə məşğul olmaq hüququ vardır. 
 
Maddə 10. Mədəniyyət sahəsində vəzifələr 
Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin 2-ci 
hissəsinə uyğun olaraq hər kəs tarixi, mədəni və  mənəvi irsə hörmətlə 
yanaşmalı, ona qayğı göstərməli, tarix və  mədəniyyət abidələrini 
qorumalıdır. 
Hər kəs: 
mədəniyyət sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin 
tələblərinə əməl etməli; 
xalqın mədəni ənənələrinə hörmət etməli; 
Azərbaycan xalqının, o cümlədən Azərbaycan Respublikasının 
ərazisində yaşayan bütün etnik qrupların mədəniyyətinə, dilinə, adət və 
ənənələrinə hörmət bəsləməli; 
uşaqların və yeniyetmələrin estetik tərbiyəsinə, mədəni inkişafına 
qayğı göstərməli; 
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər 
vəzifələri yerinə yetirməlidir. 
Heç kəs və ya heç bir təsisat bütövlükdə mədəniyyət fəaliyyətini və ya 
mədəniyyət fəaliyyəti növünü inhisarda saxlamamalı  və  vətəndaşların 
sərbəst mədəniyyət fəaliyyətinə mane olmamalıdır. 
Azərbaycan Respublikasının  ərazisində  əcnəbilər və  vətəndaşlığı 
olmayan  şəxslər mədəniyyət sahəsində Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələri yerinə yetirməlidirlər. 
 
  
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə