Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə78/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

 
251
Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar 
qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının 
milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimdə mühafizə 
olunur. Onların mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər. 
Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət 
mülkiyyətidir. 
 
Maddə 14. Kitabxana fondlarının təchizi 
Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, 
profilinə uyğun çap məhsullarını  və digər informasiya daşıyıcılarını 
birinci növbədə almaq hüququna malikdir. 
Bu hüquq müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəy-
yənləşdirilmiş qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri, 
nəşriyyat orqanları, ayrı-ayrı  şəxslərlə aparılan müvafiq əməliyyatlar, 
məcburi nüsxələrin alınması, abunə, bağışlama və  vərəsəlik  əsasında 
miras qalmış  nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab 
mübadiləsi yolu ilə təmin edilir. 
Təhsil müəssisələrinin kitabxanalarının dərsliklərlə komplekt-
ləşdirilməsi müvafıq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən 
olunmuş qaydalarla tənzimlənir. 
Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana 
fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar. 
 
Maddə 15. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı 
Milli Kitabxana, qanunvericilik və müvafiq icra hakimiyyəti 
orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi 
kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra 
hakimiyyəti orqanı  tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə  nəşr 
edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir. 
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə rnəşğul 
olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan  


 
252
çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, 
qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, 
respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanalara, Azərbaycan Elmlər 
Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət 
Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz məcburi 
nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal 
redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər. 
 
Maddə 16. Kitabxanaların mübadilə fondları 
Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil 
olmayan çap məhsulları  və digər materiallar müəyyən olunmuş qaydada 
bir kitabxanadan digərinə əvəzsiz verilə bilər. 
Qeyri-profıl, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə 
fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər sənədləri həmin 
fonda verilir. 
Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab 
mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları üçün əlavə 
kitab alınmasına vəsait ayırırlar. 
 
Maddə 17. Depozitar kitabxanalar 
Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə 
edilən, lakin elmi, tarixi və  bədii  əhəmiyyətini saxlayan nəşrlər müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar 
fondlara verilir. 
 
Maddə 18. Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və 
onlardan istifadə edilməsi 
Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər 
materialların uçotu, mühafizəsi və istifadəsi müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. 
 
Maddə 19. Dövlət kitabxana fonduna vurulmuş ziyana görə 
məsuliyyət 
Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və fiziki 
şəxslər yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla 
 
  
 
 


 
253
vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar. 
İtirilmiş  və ya yararsız vəziyyətə salınmış çap əsərləri və digər 
materiallar kitabxana ilə razılıq  əsasında başqa müvafiq çap əsərləri və 
materiallarla  əvəz edilə bilər. Bu qayda Azərbaycan Respublikasının 
milli-mədəni sərvətlər reyestrinə daxil edilən nadir nüsxələrə  şamil 
edilmir. 
Nadir nüsxələr fonduna vurulan zərərə görə  məsuliyyət mövcud 
qanunvericiliklə tənzimlənir. 
Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və istifadə 
qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
 
IV fəsil 
KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ 
 
Maddə 20. Kitabxana xidməti v
ə onun vəzifəsi 
Kitabxanalar çap əsərlərindən və digər informasiya daşıyıcılarından 
səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya və 
informasiya xidmətləri göstərir. 
Bu xidmətlər abonentləri  ədəbiyyat və informasiya ilə  təmin etmək, 
informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi 
daşıyır. 
Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası  və 
beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və 
kütləvi, yazılı  və  şifahi, stasionar və qeyri-stasionar, qiyabi, kompleks 
vasitələrlə təşkil edilir. 
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya 
ədəbiyyatı nümunələrinin etibarh şəkildə toplanması, qorunması  və 
gələcək nəsillərə çatdırılmasından, onların  əhali arasında geniş 
təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən 
vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir. 
 
Maddə 21. Kitabxanaların hüquqları 
Kitabxanaların hüquqları aşağıdakılardır: 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə