Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə77/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

 
248
siplərinə  əsaslanan universal, ixtisaslaşdırılmış dövlət və qeyri-
dövlət kitabxanaları təşkil edir. 
 
Maddə 6. Kitabxana sisteminin tərkibi 
Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət və 
qeyri-dövlət kitabxanaları daxildir. 
Dövlət kitabxanalarına aşağıdakılar daxildir: 
Milli Kitabxana; 
Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası; 
şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi 
kitabxanalar, gənclər, uşaqlar, korlar üçün və sair kitabxanalar) və onların 
filiallari, mərkəzləşdirilmiş kitabxana sistemləri
respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar; 
dövlət idarə, müəssisə və təşkilatlarının kitabxanaları; 
Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası  və 
onun filialları; 
dövlət təhsil müəssisələrənin kitabxanaları. 
Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir: 
bələdiyyə kitabxanaları; 
ictimai birliklərin kitabxanaları; 
özəl və digər kitabxanalar; 
xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar. 
 
Maddə 7. Milli Kitabxana 
Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində 
dövlət siyasətini həyata keçirən, milli nəşriəri, xarici ölkələrdə  nəşr 
olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin  əsərlərini, 
dünya  əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər 
məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi 
və dövlət kitab saxlayıcısıdır. 
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq 
sahəsində elmi-tədqiqat işləri üzrə apancı müəssisə  və  əlaqələndirici, 
ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks 
kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, 
kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq 
və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. 
 
 


 
249
  
Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı  tərəfindən təsdiq 
olunan əsasnaməyə uyğun fəaliyyət göstərir. 
Milli Kitabxananın fondu və  əmlakı milli sərvət hesab olunur və 
xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur. 
Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin  əmək 
haqlarına müvafiq əlavələr müəyyən edilir. 
Milli Kitabxananı  ləğv etmək, mülkiyyət formasını  dəyişm
ək 
qadağandır. 
Milli Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün 
qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahəsi verilə bilər. 
 
Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar 
Respublika  əhəmiyyətli elmi sahəvi kitabxanalar elm sahəsinə görə 
ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş 
kitabxana-biblioqrafiya və informasiya müəssisələridir; 
Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə 
fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya, kitabxanalararası 
abonement və metodik mərkəz funksiyasını yerinə yetirir. 
Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanaları  fəaliyyəti bu 
Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 
Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan 
Elmlər Akademiyası  Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, 
Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin  əmək haqlarına 
müvafiq əlavələr müəyyən edilir. 
Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
 
Maddə 9. Kitabxanaların digər informasiya orqanlan ilə əlaqələri 
Kitabxanalar sənəd-informasiya ehtiyatlarından səmərəli istifadə 
məqsədi ilə elmi-texniki və digər informasiya orqanları, arxivlər, başqa 
idarə və müəssisələrlə qarşılıqlı əlaqə yaradır.  


 
250
Bu əlaqələr birgə fəaliyyət proqramları və müqavilələr əsasında həyata 
keçirilir. 
 
Maddə 10. Kitabxanaların yaradılması və yenidən təşkili 
Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının 
qanunvericiliyində müəyyən olunmuş qaydada yaradılır və yenidən təşkil 
olunur. 
Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna 
hallarda (təbii fəlakət, silahlı münaqişə, müharibə  təhlükəsi və s.) 
müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 
 
Maddə 11. Kitabxanalann özəlləşdirilməsi və icarəyə verilməsi 
Tipindən, tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında 
fəaliyyət göstərən kitabxanaların (kitabxanalarda saxlanılan sərvətlərin
onların yerləşdiyi binaların və sahələrin) özəlləşdirilməsi və icarəyə 
verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir. 
 
III fəsil 
KİTABXANA FONDU 
 
 
Maddə 12. Kitabxana fondunun tərkibi 
Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap 
məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar, 
əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir. 
Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola 
bilər. 
 
Maddə 13. Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu 
Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu kitabxana-
lararası  əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar 
mühafizə  və mübadilə prinsipləri  əsasında təşkil edilən, məlumat-axtarış 
sisteminə malik olan kitabxana fondlarından ibarətdir. 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə