Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə74/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

 
237
Heydər Əliyev ağıllı, möhkəm iradəli və ehtiyatlı olan görkəmli siyasətçidir. 
 
Mixail Qorbaçov, 
 keçmiş SSRİ-nin sabiq prezidenti 
 
Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər  Əliyev qədər sevən ikinci 
adam tanımıram. 
 
Nikolay Baybakov,  
keçmiş SSRİ Dövlət Plan Komitəsinin 
sabiq sədri 
 
XX  əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam olub: Atatürk və Heydər 
Əliyev. 
 
Karen Dəmirçyan,  
Ermənistan KPMK-nin sabiq 
I katibi 
 
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan 
Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda 
hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğuria həyata keçirilməsi
sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm. 
 
II İohan Pavel,  
Roma papası 
 
Sülh yaradanlar müqəddəsdirlər, çünki onlar tanrının övladlarıdırlar. Mənim 
bu fikrim bütünlüklə Azərbaycan prezidenti Heydər Əliyevə aiddir. 
 
Arximandrid Aleksandr,  
Provoslav kilsəsinin başçısı 
 
 
 
 
 
 
 
 
 
 
 


 
238
Prezident Heydər  Əliyev həqiqətən böyük siyasi təcrübəyə malik 
şəxsiyyətdir. 
 
Ayətullah Seyid Əli Xameneyi,  
İranın Ali dini rəhhəri 
 
XX  əsrin siyasi tarixini dünyanın  ən nüfuzlu simalan ilə bir cərgədə duran 
Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. 
 
Şeyxülislam Hacı Allahşükür Paşazadə,  
Qafqaz Müsəlmanları İdarəsinin sədri 
 
Heydər Əliyev cənablan başda olmaqla Azərbaycan dövləti düzgün, xalqların 
arzu və istəyinə uyğun milli siyasət yeridir. 
 
Patriarx II İlya,  
Gürcüstan katalikosu 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
239
5. HEYDƏR ƏLİYEVİN KİTABXANA İŞİNƏ DAİR 
ÇIXIŞLARI, İMZALADIĞI QANUNLAR, 
FƏRMANLAR VƏ SƏRƏNCAMLAR 
 
5.1. M.F.Axundov adına Dövlət Kitabxanasında 
“Vətənə, dövlətə, xalqa sədaqət andı” 
miniatür kitabın təqdimat-sərgisində çıxış 
3 iyun 1995-ci il 
 
Hörmətli xanımlar və cənablar, hörmətli dostlar! 
Bu gün biz büraya - Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən 
biri olan Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana 
xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka 
mənbəyidir. Ona görə  də kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini 
nümayiş etdirən amillərdən biridir. Mən vaxtilə bu kitabxanaya dəfələrlə 
gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət 
və ehtiram hissi duyuram. 
Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək 
istəyirəm. Bugünkü hadisə çox əlamətdardır. Burada Azərbaycanın miniatür 
kitablarının sərgisi keçirilir. Zənnimcə, biz Azərbaycanda belə bir sərginin ilk 
dəfə şahidi oluruq. Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın keçmişdə 
Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə 
məzmununa və formasına görə müxtəlif, çox maraqlı, nəfis kitablar 
buraxılmışdır. Bu nəşrlər dünyanın bir çox ölkələrində  də Azərbaycanı  təmsil 
edir, onun haqqında biliklər verir. Ancaq Azərbaycanda miniatür kitab nəşrinin 
tarixi qısadır. Mən çox məmnunam ki, bu gün Azərbaycanda yazıçılarımızın, 
şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də 
görürük.  Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar 
hadisə, böyük nailiyyətdir. Bununla əlaqədar mən sərginin təşkilatçılarını, 
Azərbaycan Respublikasının “Kitab” Cəmiyyətini, buraya toplaşanları təbrik edir 
və  əmin olduğumu bildirmək istəyirəm ki, bu iş, təşəbbüs gələcəkdə  də davam 
etdiriləcəkdir. 
 
  
 
 
 
 
 
 
 
 
 


 
240
Burada mənim Azərbaycan prezidenti vəzifəsinə başlayarkən andiçmə 
mərasimində soylədiyim nitqin də miniatür nəşri nümayiş etdirilir. Bu 
gün həmin kitabı  mənə  təqdim etdilər. Mən bundan çox məmnunam. 
Doğrudan da, mən nitqlər söyləyirəm, çıxışlar edirəm, lakin bunların 
kitab  şəklində  çıxmasını o qədər də gözləmirəm və hesab edirəm ki, 
haradasa dərc olunur. Ancaq indi belə bir təşəbbüs göstərmi
şlər. Güman 
edirəm ki, ölkəmiz, respublikamız üçün, o cümlədən mənim üçün də çox 
əhəmiyyətli olan andiçmə  mərasimində söylənilmiş nitq nəfis  şəkildə 
buraxılmışdır. Bu, mənim üçün də  əlamətdar hadisədir. Bu işin 
təşəbbüsçülərinə, kitabı  nəşr edənlərə - ilk növbədə Azərbaycan 
Respublikasının “Kitab” Cəmiyyətinə  və onun rəhbəri Zərifə xanım 
Salahovaya təşəkkür edirəm. Eyni zamanda Amerikanın “Stark 
enterprayz” firmasının bu işdə  fəaliyyətini, təşəbbüsünü yüksək 
qiymətləndirir və təşəkkürümü bildirirəm. 
Burada Zərifə xanım xoş sözlər söylədi və arzularını bildirdi. Güman 
edirəm ki, bunlar bizim ümumi arzularımızdır və hamımız çalışmalıyıq 
ki, bu arzular yerinə yetsin. Azərbaycanda kitab nəşri inkişaf etsin, 
miniatür kitablar kolleksiyası da genişlənsin. 
“Stark enterprayz” firmasının nümayəndəsi, həmvətənimiz cənab 
Nisanovun nitqində məni sevindirən cəhət ondan ibarətdir ki, Azərbaycan 
vətəndaşları-burada böyümüş, yaşamış  və bu torpağa bağlı olan insanlar 
Azərbaycanı unutmurlar və indi buradan uzaqlarda olsalar da, ölkəmizə 
kömək edir, Azərbaycanla əlaqələrini saxlayırlar. 
Nisanovlar ailəsi Bakıda məşhur ailədir. Onların bir neçə nəsli mənim 
xatirimdədir. Güman edirəm ki, siz də Nisanovlar ailəsindənsiniz. Mən 
bu ailənin keçmişini də bilir, onları tanıyıram. İndi belə başa düşdüm ki, 
Nisanovlardan biri Amerika Birləşmiş  Ştatlarında yaşayır, ancaq doğma 
Vətəni kimi Azərbaycanı unutmamışdır və  mənsub olduğu firma ilə 
bərabər ölkəmizə kömək edir, iqtisadi və başqa  əlaqələr qurur. Mən bu 
təşəbbüsü bəyənir və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu iş 
davam edəcək, Azərbaycanda doğulub böyümüş, indi ondan kənarda olan 
adamlar Azərbaycanı unutmayacaq, doğma 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə