Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə75/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   71   72   73   74   75   76   77   78   ...   93

 
241
  
Vətən kimi həmişə yad edərək ölkəmizlə əlaqələrini genişləndirəcəklər. 
Bu, indi bizim üçün çox lazımdır. Çünki biz Azərbaycanı dünyaya 
açmışıq, indi Azərbaycanın həm ərazisi, iqtisadiyyatı, həm də intellektual 
potensialı dünya üçün açıqdır.  İqtisadi və ticarət  əlaqələrimizdə tam 
açıqlığı  təbliğ edir və bunu genişləndirməy
ə çalışacağıq. Bayaq qeyd 
etdiyim addımlar, böyük olmasa da, xarici ölkələrlə, dünya iqtisadiyyatı, 
dünya mədəniyyəti ilə birləşməyə,  əlaqələri inkişaf etdirməyə olan 
meyllərimizə kömək edir. Ona görə  də  mən bu təşəbbüsü bəyənir və 
güman edirəm ki, o, gələcəkdə də davam edəcəkdir. 
Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyy
ətlə, 
mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk 
növbədə ancaq kitab vasitəsilə  təhsil almış, elmlərə yiyələnmiş, həyatda 
yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə  də  hər birimiz 
kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları  nəşr 
etmək  əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün 
t
ədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas 
vəzifələrimdən biri sayıram. 
Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə, respublikamızın 
iqtisadiyyatında yaranmış  çətinliklərlə  əlaqədar və başqa ölkələrlə 
əlaqələrimizin məhdudlaşdığı bir vaxtda nəşriyyat işi də çox çətinliklərlə 
qarşılaşır. Bu təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq, 
bunun üçün yeni-yeni yollar axtarmalıyıq. 
Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişikliklər prosesinin 
içindəyik. Keçmişdə  nəşriyyat işi dövlətin  əlində idi, onun tərəfindən 
maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox 
genişlənmişdi. 
İndi, dövlətin imkanları  məhdudlaşdığı, sərbəst 
iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda, özəl 
bölməyə geniş imkanlar yaratmağa çalışdığımız və Azərbaycanda, kiçik 
də olsa, özəl bölmə-nin meydana çıxdığı bir vaxtda biz onun bütün 
imkanlarını  nəşriyyat işinin canlandırılmasına, inkişaf etdirilməsinə, 
xüsusən kitab nəşrinin genişləndirilməsinə cəlb etməli, yönəltməliyik. 
 
  
 
 
 
 
 
 


 
242
Bu sahədə başqa ölkələrdə, xüsusən Rusiyada yaxşı  təcrübə var. 
Məsələn, Rüsiyada bəzi firmalar, şirkətlər uşaqlar, gənclər üçün, 
ümumiyyətlə, cəmiyyət üçün, o cümlədən məktəblilər üçün lazım olan 
kitabların nəşrini öz üzərinə götürür, bu işə sponsorluq edirlər. Mən bir 
neçə nümunə ilə tanış oldum və deyə bilərəm ki, keçmişdəkind
ən də 
yaxşı kitablar buraxırlar. 
İndi respublikamızda xeyriyyəçilik fəaliyyəti genişlənir. Arzu edərdim 
ki, bizim iş adamları, imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik 
fəaliyyəti göstərdikləri kimi, bu işdə - kitabların yazılması  və  nəşri 
sahəsində  də köməklərini  əsirgəməsinlər. Zənnimcə, bu xeyriyyəçilik 
sahəsində  ən yaxşı  iş ola bil
ər. Mən iş adamlarını buna dəvət edirəm. 
Şübhəsiz ki, dövlətin imkanlarından da daha səmərəli istifadə 
olunmalıdır. Ancaq bayaq dediyim kimi, indi biz mülkiyyət formasını 
dəyişdiririk, bazar iqtisadiyyatı yolu ilə gedirik, özəl bölməyə geniş 
imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona görə də bunların 
hamısı ümummilli əhəmiyyət kəsb edən kitab nəşrinə  səfərbər edilməli, 
cəlb olunmalıdır. Ümidvaram ki, belə də olacaqdır. 
Buradakı  sərgidə Azərbaycanın görkəmli yazıçı  və  şairlərinin, 
alimlərinin  əsərlərinin miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd 
edirəm ki, bu, əlamətdar hadisədir. Yazıçı  və  şairlərimiz, alimlərimiz, 
mədəniyyət xadimlərimiz böyük potensiala malikdirlər. Onların 
indiyədək yazdıqları  əsərlər Azərbaycan xalqının təhsillənməsində, 
biliklənməsində, elm və  mədəniyyətimizin, mənəviyyatımızın inkişaf 
etdirilməsində öz rolunu oynamışdır. Ancaq xalqımız Azərbaycanın elmi, 
mədəni potensialından, ümumiyyətlə, intellektual potensialından bundan 
sonra daha çox bəhrələnməlidir. Ona görə  də çalışmalıyıq ki, belə 
yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək 
etməliyik, şərait yaratmalıyıq. 
Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına 
qalmalıyıq. Bilirəm ki, yazanlar və yazmaq istəyənlər çoxdur. Bu adamlar 
- alimlər, yazıçılar, mədəniyyət xadimləri yazdıqlarının bir çoxunu çap 
etdirə bilmirlər. Bu çətinliyi hamımız dərk etməliyik. Ancaq bununla 
kifayətlənmək olmaz. Hər bir çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bu 
yolu birlikdə axtarmalıyıq. Dövlət də bütün imkanlardan istifadə 
edəcəkdir. Ancaq  
  
 
 
 
 


 
243
 
 
ayrı-ayrı 
cəmıyyətlər, təşkilatlar, iş adamlarımız da bu işə 
qoşulmalıdırlar. Arzu edərdim ki, bu tövsiyənin əməli nəticələri olsun. 
Bu günkü mərasim münasibətilə hamınızı bir daha təbrik edirəm. Belə 
hesab edirəm ki, bu mərasim təkcə  mənim nitqimin miniatür nəşrinin 
təqdimatına yox, ümumiyyətlə, respublikamızda miniatür kitabların sər-
gisinə  həsr olunmuşdur. Bu sərginin açılışı münasibətilə Sizi təbrik edir 
və çox böyük məmnuniyyətlə onunla tanış olmaq istəyirəm. 
Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, 
bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli 
olan ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün 
deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın böyük 
xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu təşəbbüs də 
davam ed
ə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar kitabxanamızı 
zənginləşdirmək üçün yəqin ki, ona kitab bağışlayacaqlar. Bilirəm, bizim 
bu kitabxananın çox böyük fondu var. Kitabxananın direktoru bu barədə 
məlumat verdi. Ancaq kitabxana elə bir yerdir ki, gərək daim onun fondu 
genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar 
insanlara yeni biliklər, yeni məlumatlar gətirir. Ona görə  də bizim bu 
mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə  təmin olunsun. 
Vaxtilə biz bunu planlı  şəkildə edirdik. Dövlət planı var idi, heç kəsi 
narahat etmədən bu kitabxananı yaradıb inkişaf etdirmişdik və o, indi də 
fəaliyyət göstərir. Ancaq gərək indi buraya hərə öz payını versin. 
Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm. 
Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim 
üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən 
Səudiyyə  Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam 
aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq. 
Orada-islam dininin mərkəzi olan Məkkədə  mənə Quranın nüsxələrini 
bağışlamışlar. Çox nəfis  şəkildə buraxılmış bu nüsxələrdən birini də 
Dövlət kitabxanasına verirəm. 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə