Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə81/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

 
261
 
 
ÖZƏLLƏŞDİRMƏYƏ MÜNASİBƏTDƏ 
DÖVLƏT MÜLKİYYƏT OBYEKTLƏRİNİN 
TƏSNİFATI 
 
Dövlət Mülkiyyətində olan müəssisə  və obyektlər 1995-1998-ci 
illərdə özəlləşdirmə imkanlarından asılı olaraq aşağıdakı qruplara 
bölünür: 
1. Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər. 
2. Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən 
müəssisə və obyektlər. 
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 
özəlləşdirilən müəssisə və obyektlər. 
4.  Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, DƏK-in 
qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər. 
5. Özəlləşdirilməsi məcburi sayılan müəssisə və obyektlər. 
Proqrama bu əlavədə göstərilən hallardan başqa, özəlləşdirmənin 
qarşısında məhdudiyyətlərin qoyulmasına yol verilmir. 
 
1.        ÖZƏLLƏŞDİRİLMƏSİ QADAĞAN OLUNAN 
MÜƏSSİSƏ VƏ OBYEKTLƏR 
 
1. Yerin 
təki, meşə fondu, su ehtiyatları, hava məkanı, Xəzər 
dənizinin (gölünün) Azərbaycan Respublikasının məxsus olan sektorunun 
suları  və resursları, geostasionar orbitlərdə peyk rabitəsini yerləşdirmək 
və istifadə etmək hüququ. 
2. Qorunan 
və xüsusi qaydada istifadə olunan təbiət əraziləri. 
3. Azərbaycan xalqının tarixi və  mədəni irs obyektləri (nadir 
mədəniyyət və  təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika 
obyektləri, o cümlədən dövlət muzeylərində, arxivlərdə və kitabxanalarda 
saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələr). 
4. Azərbaycan Respublikasının büdcə  vəsaitləri, milli valyuta 
ehtiyatları, Pensiya fondu və dövlət büdcədənkənar fondları, Azərbaycan 
Respublikasının Milli Bankının vəsaitləri, Ləl-cəvahirat fondu, habelə 
qızıl ehtiyatı. 
  
 
 
 


 
262
 
5. Azərbaycan Respublikasının Milli Bankı, pul nişanlarının, dövlət 
xəzinə biletlərinin, istiqrazların və digər dövlət qiymətli kağızlarının 
buraxılmasını və saxlanmasını təmin edən müəssisə, idarə və təşkilatlar. 
6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, habelə Milli 
Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi qoşunlarının operativ 
idarəçiliyində olan ştat və ehtiyat əmlakı. 
7. Silahların iştənilən növünün sistem və elementlərini hazırlayan və 
təmir edən, hərbi sursat, partlayıcı maddələr və pirotexnika məmulatlarını 
istehsal edən müəssisə və obyektlər, habelə göstərilmiş sahələrdə iş görən 
elmi-tədqiqat və  təcrübi konstruktor idarələri (göstərilən müəssisə  və 
obyektlər dövlət konversiya proqramına uyğun olaraq, Azərbaycan 
Respublikası Prezidentinin qərarı  və Milli Məclisin razılığı ilə 
özəlləşdirilə bilər.) 
8. Mülki 
müdafiə və səfərbərlik təyinatlı obyektlər. 
9. Maliyyələşdirilmə 
mənbəyindən asılı olmayaraq dövlət 
mülkiyyətində olan bütün tip təhsil müəssisələri (Ali və orta ixtisas təhsil 
müəssisələri Azərbaycan Respublikası Prezidentinin qərarı  və Milli 
Məclisin razılığı ilə özəlləşdirilə bilər.) 
10. Büdcə  vəsaiti hesabına maliyyələşdirilən bütün müəssisə, idarə 
və təşkilatlar. 
11.  Geologiya, kartoqrafiya-geodeziya, hidrometeorologiya xidməti, 
ətraf mühiti və təbiəti mühafizə xidməti müəssisə və idarələri. 
12. Sanitar-epidemioloji, baytarlıq, meşə  və bitkilərin mühafizəsi 
xidməti müəssisə  və idarələri, dövlət bitkilərinin karantin müfəttişliyi, 
texniki nəzarət müfəttişlikləri. 
13. Patent xidməti, standartlaşdırma və metrologiya idarələri, habelə 
maşın-sınaq stansiyaları. 
14. Dövlət  əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və 
qurğuları, habelə onların istismarı müəssisə və obyektləri. 
15. Dövlət  əhəmiyyətli avtomobil və  dəmir yolları, körpülər və 
tunellər habelə onlara xidmət edən idarə və təşkilatlar. 
16. Narkotik və zəhərli maddələr istehsalı müəssisələri, habelə onları 
əkən, becərən, emal edən və saxlayan müəssisələr. 
 
  
 
 
 


 
263
17. Tədris, hidroqrafiya, reyd donanması, xilasetmə  işlərini həyata 
keçirən və neft dağılmış sahələri təmizləyən donanma, gəmi hərəkəti 
müfəttişliyinin əmlakı. 
18. Dövlət damazlıq
 
və cins toxumçuluq təsərrüfatları, seleksiya -
hibrid mərkəzləri, dövlət toxumçuluq müfəttişlikləri, kənd təsərrüfatı üzrə 
sort-sınaq laboratoriya və stansiyaları. 
19. Bərk s
ənaye və  məişət tullantılarını, maye və  bərk radioaktiv 
tullantıları basdırmaq üçün müəssisə, obyekt və avadanlıqlar, heyvanlar 
basdırılmış sahələr. 
20. Müalicə-istehsalat və islah-əmək müəssisə və obyektləri. 
21. Bakı metropoliteni. 
22. Qəbiristanlıq və krematoriyalar. 
23.  Əhalinin sosial müdafiə  təşkilatları  və idarələri, uşaq evləri, 
körpələr evləri, qocalar evləri, əlillər, uşaqlar və qocalar üçün qospital və 
sanatoriyalar, habelə psixiatriya, psixonevroloji, yoluxucu, onkoloji, 
narkoloji və  dəri-zöhrəvi xəstələrin,  İÇV yoluxmuşların və  QİÇS 
xəstələrinin müalicə və profilaktikası təşkilat və idarələri. 
(Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət 
mülkiyyətinin özəlləsdirilməsinin Dövlət Proqramı//Azərbaycan.-1995-
ciil.-21noyabr.) 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
264
 
 
5.5. MƏDƏNİYYƏT HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASININ 
QANUNU 
 
Bu Qanun Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət 
siyasətinin  əsas prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, milli 
mədəniyyət sərvəti obyektlərinin qorunub saxlanılmasının və inkişafının, 
mədəniyyət sisteminin demokratik əsaslarla təşkili və idarə olunmasının, 
mədəniyyət sahəsində  fəaliyyətin hüquqi əsaslarını  və beynəlxalq  əlaqə 
for-malarını müəyyən edir. 
Bu Qanun bütün xalqların mədəni özünəməxsusluğunun mənbəyi olan 
şifahi xalq yaradıcılığının, adət-ənənələrin qorunmasına və inkişafına, 
daha çox insanın mədəni irsdən və mədəniyy
ət sərvətlərindən istifadəsini 
təmin etmək məqsədilə bu sərvətlərin yaradılmasına, artırılmasına və 
yayılmasına təkan verir, habelə yaradıcı işçilərin sosial müdafiəsini təmin 
edir. 
 
I FƏSİL 
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 1. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri və 
vəzifələri 
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin 
əsas prinsipləri aşağıdakılardır: 
sosial və maddi vəziyyətindən, miili, irqi, dini və cinsi 
mənsubiyyətindən asılı olmayaraq hər kəsin mədəniyyət sərvətlərinin 
yaradılmasında, istifadəsində və yayılmasında hüquq bərabərliyi; 
hər kəsin istedadının,  əqli imkanlarının üzə  çıxarılmasının və 
yaradıcılıq azadlığının təmin edilməsi; 
milli mədəniyyətin bəşər mədəniyyətinin tərkib hissəsi kimi inkişaf 
etdirilməsi. 
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin 
vəzifələri aşağıdakılardır: 
mədəni həyat tərzinin formalaşdırılması; 
 
  
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə