Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə84/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

 
272
ədəbiyyat, teatr və musiqi profilli, memorial, xatirə muzeyləri, muzey 
qoruqlar; 
4. Rəsm qalereyaları və sərgi salonları; 
5. 
Zooparklar, akvariumlar, planetarilər, nəbatət bağları; 
6. Mədəniyyət və tarix profilli arxivlər; 
7. Klub 
və asudə vaxtın təşkili müəssisələri: 
şəhər, rayon, qəsəbə, kənd mədəniyyət sarayları  və evləri, klublar, 
klub tipli müəssisələr; 
mədəniyyət və istirahət parkları, asudə vaxt mərkəzləri
8. Təhsil və tədris müəssisələri: 
mədəniyyət profilli ali və orta ixtisas təhsil müəssisələri, ixtisasartırma 
kursları, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam və xoreoqrafiya 
məktəbləri; 
9. Elmi, 
metodiki 
mərkəzlər və kabinetlər: 
mədəniyyət üzrə elmi-tədqiqat institutları və mərkəzləri; 
m
ədəniyyət, muzey işi üzrə elmi-metodik mərkəzlər, musiqi təhsili 
üzrə metodik kabinet, muzey sərvətlərinin və xatirə  əşyalarının elmi 
bərpa mərkəzi; 
10. Mədəniyyət və incəsənətin təbliği və yayımı müəssisələri: 
mədəniyyət və incəsənət profilli nəşriyyatlar, qəzet, jurnal və bülleten 
redaksiyaları, informasiya mərkəzləri, informasiya-reklam müəssisəsi, 
bədii-istehsalat müəssisələri, kinoteatrlar, kinostudiyalar, televiziya, radio 
və sairə. 
Dövlət mədəniyyət sisteminin başlıca vəzifəsi milli mədəniyyət 
sərvətlərinin, dünya mədəniyyəti nümunələrinin etibarlı  şəkildə toplanıb 
qorunaraq gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş 
təbliğindən, Azərbaycan xalqının adət və ənənələrinə bağlı, milli, mənəvi 
və  mədəni, bəşəri dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən 
vətəndaşlar yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir. 
 
Maddə 21. Mədəniyyət fəaliyyəti və onun növləri 
Mədəniyyət sərvətlərinin yaradılması, toplanması, tədqiqi, təbliği, 
yayılması, nümayişi və qorunması mədəniyyət fəaliyyəti hesab olunur. 
 
  
 
 
 
 


 
273
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 
qaydada bütün hüquqi və fıziki  şəxslər mədəniyyət fəaliyyəti ilə məşğul 
olmaq hüququna malikdirlər. 
Mədəniyyət fəaliyyəti muzey, ədəbiyyat, təsviri və  tətbiqi sənət
kinematoqrafiya, teatr, musiqi, kitabxana, mədəni-maarif, kitab nəşri, 
arxiv, memarlıq, dizayn, televiziya, radio və sair fəaliyyət növlərindən 
ibarətdir. Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri sahəsində 
münasibətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 
 
Maddə 22. Muzey fəaliyyəti 
Elmi, mədəni, mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan
onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin və 
maddi nümunələrin  əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği və 
nümayişi muzey fəaliyyəti hesab olunur. 
Muzeylərin, yaradılma məqsədlərinə  və muzeylərdəki mədəniyyət 
sərvətlərinin nüfuzuna xələl gətirən kommersiya fəaliyyəti ilə  məşğul 
olmaları, digər muzeylərin kolleksiya toplamaq hüquqlarını pozmaları 
qadağandır. 
 
Maddə 23. Ədəbi, təsviri və tətbiqi sənət, teatr, musiqi və konsert 
fəaliyyəti 
Ədəbi, təsviri və  tətbiqi sənət, teatr, musiqi və konsert fəaliyyəti 
vətəndaşların mədəniyyət sərvətlərindən istifadə hüququnu təmin etmək, 
onların bədii-estetik tələbatını ödəmək, səhnə, musiqi və ifaçılıq sənəti 
sahəsində yaradılan bədii əsərlərdən tam və sərbəst surətdə faydalanmaq 
məqsədilə həyata keçirilir. 
Ədəbi, təsviri və  tətbiqi sənət, teatr, musiqi və konsert fəaliyyəti 
sahəsində yeni bədii dəyərli əsərlərin yaradılması və meydana çıxmasını 
təmin etmək məqsədilə dövlət yaradıcılıq sifarişləri tətbiq olunur. 
 
Maddə 24. Kitabxana fəaliyyəti 
Kitabxana fəaliyyəti vətəndaşların sərbəst surətdə informasiya almaq 
hüququnu təmin etmək, onların kitablara, dövri 
 
  
 
 
 
 


 
274
nəşrlərə  və kitabxana fondunu təşkil edən başqa sənədlərə olan 
tələbatını ödəmək məqsədilə həyata keçirilir. 
Nəşriyyat fəaliyyəti ilə  məşğul olan təsisatlar buraxdıqları çap 
məhsullarının iki nüsxəsini  əvəzsiz olaraq qanunvericiliklə müəyyən 
edilmiş qaydada milli obyekt statusu almış kitabxanalara 
göndərməlidirlər. 
 
Maddə 25. Mədəni-maarif fəaliyyəti 
Mədəni-maarif fəaliyyəti özfəaliyyət  əsasında sərbəst yaradıcılıq 
fəaliyyətinin həyata keçirilməsinin təmin olunmasıdır. Mədəni-maarif 
təsisatı ayrı-ayrı növlərdən olan mədəniyyət xidmətləri göstərə bilər, öz 
tərkibində digər mədəniyyət təsisatı (kitabxana, teatr, incəsənət 
məktəbləri və s.) yarada bilər. 
 
Maddə 26. Kinematoqrafiya fəaliyyəti 
Kinematoqrafiya fəaliyyəti kinofilmlərin yaradılmasına, yayılmasına 
və qorunmasına yönəldilən yaradıcılıq, istehsalat, elmi, texniki və  təhsil 
kompleksini əhatə edir. 
 
V fəsil 
MƏDƏNİYYƏT SAHƏSİNDƏ TƏŞKİLATİ VƏ  
MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ 
 
Maddə 27. Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan 
subyektlər 
Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan fiziki şəxslər, 
mədəniyyət təsisatları 
mədəniyyət və yaradıcılıq fəaliyyətinin 
subyektləridirlər. 
Mədəniyyət təsisatları - əsas vəzifəsi mədəniyyət və yaradıcılıq 
fəaliyyəti olan təşkilatlar, idarələr və müəssisələrdir. 
Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri qanunla müəyyən 
olunmuş vergiləri və məcburi ödəmələri verməyə borcludurlar. 
Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri özlərinin 
yaradıcılıq və iqtisadi fəaliyyətlərində sərbəstdirlər. 
 
  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə