Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə92/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   85   86   87   88   89   90   91   92   93

 
297
dövlət sirri təşkil edən və konfidensial informasiyanın məxfiliyinin 
qorunması; 
informasiya proseslərində  və informasiya sistemlərinin, tex-
nologiyalarının və onların təminat vasitələrinin işlənməsi, istehsah, tətbiqi 
zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının təmin olunması. 
 
Maddə 18. İnformasiyanın mühafizəsinin təşkili 
Barəsində qanunsuz əməliyyatlar və davranış 
nəticəsində 
mülkiyyətçiyə, sahibkara, istifadəçiyə  və ya başqa  şəxslərə ziyan vurula 
bilən hər hansı sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır. 
İnformasiyanın mühafizə rejimi, onun məxfilik dərəcəsi və daxilolma 
növündən asılı olaraq “Dövlət sirri haqqında” Azərbaycan 
Respublikasının qanunu ilə, bu qanunla, digər normativ-hüquqi aktlarla, 
habelə mülkiyyətçi tərəfindən müəyyən edilir. 
İnformasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Res- 
publikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi 
üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə  əməl 
edilməsinə  nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə 
işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər. 
Sənədləşdirilmiş informasiyanın mülkiyyətçisi və ya sahibkarı 
informasiya sistemlərindəki ona məxsus informasiyanın mühafizəsinin 
norma və tələblərinə riayət olunmasını müəyyənləşdirmək üçün müvafiq 
orqanlara müraciət edə bilərlər. Bu orqanlar informasiyanın özünün və 
yoxlamanın nəticələrinin məxfiliyi şərtlərinə əməl etməlidirlər. 
 
Maddə 19. İnformasiyanın mühafizəsi sahəsində subyektlərin 
hüquq və vəzifələri 
Sənədlərin, sənəd massivlərinin, informasiya sistemlərinin 
mülkiyyətçisi və ya müvafiq icra hakimiyyəti orqanları informasiyanın 
istifadəçiyə  təqdim edilməsinin qaydalarını bu qanuna uyğun olaraq 
müəyyən edir və istifadəçilərin sənədlərlə  işləməyə buraxılmasını  təmin 
edirlər. 
 
  
 
 
 
 
 


 
298
 
Sertifikatlaşdırılmamış informasiya sistem və vasitələrdən istifadə 
olunması  və xidmətlərin göstərilməsi ilə bağlı  məsuliyyəti bu sistem və 
vasitələrin mülkiyyətçisi və ya sahibkarı, belə sistemlərdən  əldə olunan 
informasiyadan istifadə üçün isə məsuliyyəti istifadəçi daşıyır. 
 
Maddə 20. İnformasiyalaşdırma mühitində subyektlərin 
hüquqlarının müdafiəsi 
İnformasiyanın istifadəçisi informasiya mülkiyyətçisi və ya 
sahibkarının hüquqlarına riayət edilməməsinə görə məsuliyyət daşıyır. 
İnformasiya məhsulları  və xidmətlərinin mülkiyyətçiləri ilə 
istifadəçilər arasında münasibətlər Azərbaycan Respublikasının 
qanunvericiliyində 
nəzərdə tutulmuş qaydalarla, müqavilələrlə 
rəsmiləşdirilir. Onlar arasında yaranan mübahisələr Azərbaycan 
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məhkəmə 
vasitəsilə həll edilir. 
İnformasiyanı korlamaqla və ya dəyişdirməklə onun sahibinə ziyan 
vuran fiziki və hüquqi şəxslər hərəkətlərinə görə Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 
İnformasiya ehtiyatlarının formalaşdırılması, istifadə olunması, 
işlənməsi, informasiya sistemləri, texnologiyaları  və onların təminat 
vasitələrinin istehsalı  və  tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin 
hüquqlarının müdafiəsi qanun pozuntularının qırşısının alınması, 
pozulmuş hüquqların bərpa edilməsi, dəymiş ziyanın ödənilməsi 
məqsədini daşıyır. Bu hüquqların müdafiəsi Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən 
həyata keçirilir. 
İstifadəçinin açıq informasiya ilə  işləməsinə  məhdudiyyətlər 
qoyulması və ya buraxılmaması, bilərəkdən yanlış informasiya verilməsi 
və Azərbaycan Respublikasının qanunvericiliyi və ya bağlanmış 
müqavilələrin şərtləri yerinə yetirilmədiyi hallarda istifadəçi məhkəməyə 
şikayət etmək və bu hərəkətlər nəticəsində  dəymiş ziyanın ödənilməsini 
tələb etmək hüququna malikdir. 
Vətəndaşların informasiya ilə işləmək hüququnun əsassız olaraq  


 
299
məhdudlaşdırılmasında təqsiri olan vəzifəli  şəxslər Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 
 
VI fəsil 
İNFORMASİYA SAHƏSİNDƏ BEYNƏLXALQ 
MÜNASİBƏTLƏR 
 
Maddə 21. İnformasiya sahəsində beynəlxalq fəaliyyət 
İnformasiya sahəsində dövlətlərarası  əməkdaşlıq Azərbaycan 
Respublikasının imzaladığı müqavilələrə uyğun olaraq həyata keçirilir. 
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu qanunda 
nəzərə alınmış qaydalardan fərqlər müəyyən olunduqda beynəlxalq 
müqavilələrin müddəaları tətbiq olunur. 
 
Heydər Əliyev  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 3 aprel 1998-ci il 
 
(İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi 
haqqında Azərbaycan Respublikasının Qanunuf/Azərbaycan.-1998-ci il.-
23 iyun.) 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
300
5.7. MƏMMƏDƏMİN RƏSULZADƏ ADINA 
BAKI DÖVLƏT UNİVERSİTETİ MÜƏLLİMLƏRİNİN 
TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN 
RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin 80 illiyi 
münasibətilə universitetin aşağıdakı müəllimləri elm və təhsil sahələrində 
xidmətlərinə görə təltif edilsin: 
 
“Şöhrət” ordeni ilə 
 
Xələfov Abuzər Alı oğlu 
 
Heydər Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 11 fevral 2000-ci il 
 
(Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti 
müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası 
Prezidentinin fərmanından çıxarış   // Azərbaycan.-2000.-12 fevral) 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə