81
1990-1992-ci illərdə respublika hökuməti kitabxanaları məhv olmaq
təhlükəsindən qurtarmaq üçün heç bir tədbir görmədiyindən kitabxana
şəbəkələri olan digər nazirliklərdə də belə hallar kütləvi surətdə baş
vermiş, kitabxanalar bağlanmışdı.
Kitabxanalarla yanaşı, mədəniyyət evlərinə, muzeylərə, idman
komplekslərinə və digər müəssisələrə də hücum başlanmışdı. Gələcək
nəsillərə bir faktı söyləməklə kifayətlənəcəyəm. Hamıya məlum olduğu
kimi, Bakıda çox böyük, xüsusi muzey layihəsi ilə tikilmiş V.İ.Lenin
adına bir muzey var idi. 90-cı illərin əvvəllərində bağlanmış həmin binanı
Mədəniyyət Nazirliyinə vermək əvəzinə o dövrdə Ali Məhkəmənin sədri
işləyən Tahir Kərimlinin təkidi ilə Ali Məhkəməyə vermişdilər. Çox
şükürlər olsun, Heydər Əliyevin respublikaya qayıdışından sonra
“bəylər” öz istəklərini yerinə yetirə bilmədilər, bina Mədəniyyət
Nazirliyinə qaytarıldı. Heydər Əliyevin yenidən respublika rəhbərliyinə
qayıdışı Azərbaycan dövlətçiliyi ilə yanaşı, kitabxana işini də böyük
bəlalardan xilas etdi. Elm və mədəniyyət müəssisələrinə dövlət
budcəsindən vəsait ayrılmaqla yanaşı, onların dövlət mülkiyyəti,
ümumxalq sərvəti kimi qorunub saxlanması haqqında qərarlar qəbul
edildi, sərəncamlar və fərmanlar verildi.
1995-ci il sentyabr ayının 29-da “Azərbaycan Respublikasında 1995-
1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı
fərman imzalandı. Bu fərmanın birinci bölməsində “Özəlləşdirilməsi
qadağan olunan müəssisə və obyektlərin siyahısı” verilmişdir. Bu
bölmənin 3-cü bəndində göstərilir: “Azərbaycan xalqının tarixi və mədəni
irs obyektləri (nadir mədəniyyət və təbiət abidələri, təbiət, tarix,
mədəniyyət, elm və texnika obyektləri, o cümlədən dövlət muzeylərində,
arxivlərdə və kitabxanalarda saxlanılan sərvətlər, onların yerləşdiyi
binalar və sahələr”.
1
Fərmandan aydm olur ki, kitabxanalarda saxlamlan sərvətlərin,
onlarm binasımn və sahələrinin özəlləşdirilməsi qadağan edilir. Bu
fərmanm imzalanması kitabxanaların qorunub saxlanmasma şərait
yaratdı. Kitabxanalar müstəqil dövlətimizin
1
“Azərbaycan” qəzeti.-1995.-12 noyabr.- S.l-3.
82
əsas atributlarından biri kimi dövlət müəssisəsi statusuna malik oldu.
Əsrlərdən bəri xalqımızın arzusunda olduğu müstəqilliyin əldə
edilməsi Azərbaycan Respublikasının qarşısında tarixi, milli
ənənələrimizə əsaslanan demokratik, hüquqi, dünyəvi dövlət qurmaq
vəzifəsini qoymuşdu. Yeni yaranan cəmiyyət keçmiş sosialist cəmiyyəti
prinsiplərindən, marksizm-leninizm ideologiyasından tam azad olmuş,
ictimai-siyasi sahədə demokratik prinsiplərə, ümumbəşəri dəyərlərə,
iqtisadi sahədə isə bazar iqtisadiyyatına keçidə əsaslanırdı.
Bu məsələlərdən danışarkən Heydər Əliyev deyir: “Azərbaycan
keçmiş sovet, kommunist ideologiyasından tamamilə ayrılmışdır və bu
ideologiyanın həm ictimai-siyasi sahədə, həm də iqtisadi sahədə
Azərbaycana yenidən qayıtması daha mümkün deyildir. Azərbaycanın
milli dövlət ideologiyası ölkəmizin müstəqilliyini təmin etməkdən və
Azərbaycanda demokratik dövlət qurmaqdan ibarətdir.
İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına
keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda
bütün sahələrdə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı formalarını tətbiq
etməkdən ibarətdin”
1
Keçid dövrünün hər cür çətinliklərinə baxmayaraq ulu öndərin qarşıda
qoyduğu bu vəzifələr ardıcıl olaraq həyata keçirilməyə, əsl vətəndaş
cəmiyyəti quruculuğuna başlandı. Respublikamızda çoxsaylı ictimai
təşkilatların, siyasi partiyaların, müxtəlif cəmiyyətlərin və fondların
yaranması, senzuranın ləğv edilməsi, yerlərdə müstəqil qəzet və
jurnalların nəşri, özəl televiziya və radio kanallarının fəaliyyətə başlaması
fikir azadlığı, mətbuat azadlığı, söz azadlığı, siyasi plüralizm üçün
əlverişli zəmin yaratmış, ölkənin demokratik imicini formalaşdırmış,
siyasi, ideoloji və mədəniyyət müəssisələrinin inkişafını təmin etmişdir.
Keçid dövründə ölkə vətəndaşlarının informasiya təminatında, kitabxana-
informasiya xidmətinin təşkilində, informasiya cəmiyyəti quruculuğunda
mühüm əhəmiyyət kəsb edən kitabxana işi də mühüm dəyişikliklərə,
islahatlara məruz qaldı.
1
Heydər Əliyev. Müstəqillik yollarında. -B., 1997. IVcild.- S. 355.
83
Sosialist quruculuğu dövründə kitabxana işi sahəsində formalaşan,
əsasən ideoloji xarakter daşıyan prinsiplərdən imtina edilməklə,
formalaşmaqda olan yeni müstəqil Azərbaycan cəmiyyətinin demokratik,
dünyəvi prinsipləri kitabxana işinə tətbiq edilməyə başlandı. Kitabxana
işi ideoloji buxovlardan azad edildi. Kitabxana işinə demokratikləşmə,
milliləşmə və azərbaycanlaşma ab-havası gətirildi. Kitabxanalar milli
ideologiyanın formalaşmasında və təbliğində yaxından iştirak etməyə
başladılar.
Məhz bu illərdə Heydər Əliyevin bilavasitə rəhbərliyi və qayğısı
sahəsində kitabxanalar ləğv edilməkdən xilas oldular, kitabxanaların
qorunub saxlanılması uğrunda dövlət mübarizəyə başladı.
1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə
kitabxanaların qorunub saxlanılması uğrunda mübarizə illəri kimi daxil
olmuşdur. 1993-cü ilin əvvəllərində dövlətin rəsmi orqanlarıda kiçik
kitabxanaların bağlanması haqqında qeyri-sağlam səslər ucaltmağa
başlamışdılar. Yüksək vəzifəli rəsmi şəxslərin bu fikri müdafiə etməsi
cəmiyyətdə birmənalı qarşılanmamışdı. Çoxminlik kitabxanaçılar ordusu
ilə yanaşı, respublikamızın görkəmli yazıçıları, şairləri, alimləri,
müəllimləri, ümumiyyətlə, bütün ziyalıları kitabxanaları müdafiə etməyə
başladılar. Ona görə də müvəqqəti olsa da kitabxanalara qarşı aparılan
kampaniya sönməyə başladı. 1993-cü ilin iyulunda Heydər Əliyevin
respublika rəhbərliyinə qayıdışı bu prosesi tamamilə dayandırdı.
Bütün mədəniyyət ocaqlarının, o cümlədən kitabxanaların özəl-
ləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə olunması
prezident fərmanı ilə qadağan edildi. Ölkədə mövcud kitabxana
şəbəkələrinin qorunub saxlanılması uğrunda mübarizə illəri başlandı.
Kitabxana işi tarixində bu illər 1993-1999-cu illəri əhatə edir. Məhz bu
illərdə Azərbaycan dövləti keçid dövrünün hər cür çətinliyinə
baxmayaraq, bir sıra ictimai təşkilatların kitabxana şəbəkələri istisna
olmaqla, dövlət kitabxana şəbəkələrini qorumağa müvəffəq oldu.
1996-cı ildə Azərbaycan Nazirlər Kabineti “Kitabxana işi haqqında”
qərar qəbul etldi. Bu qərarda kitabxana şəbəkələrini
Dostları ilə paylaş: |