90
2.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
kitabxana şəbəkəsi müstəqillik illərində
Müstəqillik illərində Azərbaycan Respublikası
Mədəniyyət
Nazirliyinin dövlət kitabxana şəbəkəsi ulu öndər Heydər Əliyevin
misilsiz qayğısı və köməyi nəticəsində əhaliyə kitabxana xidmətinin
təşkilində müstəsna rol oynamışdır.
MDB dövlətlərindən fərqli olaraq Azərbaycanda bir dənə də olsun
dövlət kitabxanasının bağlanmasına icazə verilmədi. Kitabxanalar keçid
dövrünün çətinliklərinə baxmayaraq, dövlət büdcəsindən
maliyyələşdirilməyə başlandı. Doğrudur, kitabxana işinə ayrılan vəsait
olduqca az olduğundan bu vəsaitlə kitabxanaların maddi-texniki bazasını
möhkəmləndirmək, yeni kitablarla təchiz etmək mümkün olmasa da,
kitabxanaları tam vahid kimi saxlamağa imkan yaratdı.
Keçid dövründə kitabxanaların qarşısında çox mühüm və mahiyyətcə
tamamilə yeni vəzifələr qoyulmuşdu. Bu vəzifələr sırasında kitabxana
işinin demokratikləşməsi, milliləşməsi və azərbaycançılıq kimi böyük
elmi-nəzəri və ideoloji əhəmiyyətə malik olan vəzifələr ön plana
çəkilməli idi.
Kitabxanalar qısa müddət içərisində ləngimədən müstəqil Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsinə, dövlətin daxili və xarici siyasətinin
təbliğinə, erməni faşizminə qarşı insanların səfərbər edilməsi ideyalarının
təbliğinə başladılar. Dövlətçiliyimizin möhkəmləndirilməsi, milli
ideologiyanın yaranması və təbliği kitabxana işinin əsas mahiyyətini
təşkil edirdi. Kitabxana fondunun təkmilləşməsində, ədəbiyyatın
təbliğində milli ədəbiyyat fondunun yenidən təşkili, tarixi soykökümüzə,
adət-ənənələrimizə qayıdış ön plana çəkilirdi. Xalqımızın azərbay-
cançılıq, vətənpərvərlik, respublikamızda yaşayan bütün millətlərin,
xalqların dostluq və qardaşlığı ruhunda tərbiyə edilməsinə xüsusi diqqət
yetirilirdi.
Ulu öndər Heydər Əliyev məruzə və çıxışlarında, başqa əsərlərində
yeni azad Azərbaycan cəmiyyətinin, bazar iqtisadiyyatına keçid
prosesinin elmi-nəzəri və ideoloji əsaslarının hazırlanması,
azərbaycançılıq ideyalarının formalaşdırılması yeni cəmiyyət quruculu-
ğunda iştirak edən bütün ziyalılarımızın yolunu
91
işıqlandırırdı. Heydər Əliyevin elmi-nəzəri və mədəni irsindən bacarıqla
istifadə edən və onu dönmədən təbliğ edən Azərbaycan kitabxanaçıları
kitabxana işinin demokratikləşməsində böyük uğurlar əldə etdilər. Məhz
Heydər Əliyevin qayğısı sahəsində Azərbaycan kitabxanaları böyük
uğurlar əldə etməyə müvəffəq oldular.
1994-cü ildən başlayaraq dövlət kitabxana şəbəkəsinin ma-
liyyələşdirilməsinə diqqət artırıldı. Beləliklə də dövlət kitabxanalarının
bağlanması təhlükəsi aradan qalxdı. Doğrudur, kitabxanalara ayrılan
vəsait onların yeni ədəbiyyatla komplektləşdirilməsinə, avadanlıq
alınmasına, binalarının təmir edilməsinə çatmırdı. Mədəniyyət Nazirliyi
bu çətinlikləri aradan qaldırmaq, kitabxanaların işini təşkil etmək üçün
yerli dövlət orqanla-rı ilə birlikdə tədbirlər görür, kitabxanaları kitablarla
və avadanlıqla təmin edirdi.
Müstəqillik illərində Azərbaycan Mədəniyyət Nazirliyi kitabxana
işinin yaxşılaşdırılması sahəsində xeyli iş görmüşdü. Kitabxanaların
fondu ideoloji cəhətdən lazımsız olan ədəbiyyatdan: marksizm-leninizm
klassiklərinin əsərlərindən, Sov.İKP tarixinə dair əsərlərdən, hər cür
siyasi makulaturadan azad edildi. Kitabxanaların milli ədəbiyyatla təmin
edilməsi üçün şərait yarandı. Hər cür çətinliyə baxmayaraq, xidmət işində
yeni iş forma və üsullarından istifadə edilməklə oxucuların sayı
azalmaqdan qorundu. Doğrudur, kitabxanalara yeni ədəbiyyat
alınmadığından oxucular buraya az gəlməyə başlamışdılar. Bu da özünü
kitabxanalarda kitab dövriyyəsinin azalmasında göstərirdi.
Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsində əsas yeri rayon
mərkəzləşdirilmiş kitabxana sistemləri tuturdu. Zamanın sınağından
keçmiş bu sistem müstəqillik illərində də özünü tamamilə doğrultdu.
Kənd yerlərində Azərbaycan mədəniyyətinin dayaq bazası kimi kənd
əhalisinə kitabxana xidmətinin təşkilini uğurla apara bildi. Xüsusilə keçid
dövrünün çətinliyi şəraitində kənd kitabxanalarını qoruyub saxlamaq və
yeri gəldikcə onların işini yaxşılaşdırmaq mümkün oldu.
1990-cı ildə respublikamızda 68 mərkəzləşdirilmiş sistem və onların
4605 filialı var idi. Bu kitabxanaların fondunda 45,3 milyon kitab
92
saxlanılırdı. Kitabxanalar 6386 min oxucuya xidmət edirdi. Sevindirici
haldır ki, ölkəmizdə baş verən böyük iqtisadi, siyasi çətinliklərə
baxmayaraq bu kitabxanalar qorunub saxlanılmaqla əhaliyə xidmət işini
müvəffəqiyyətlə davam etdirmişlər.
Bu dövrdə kütləvi kitabxanalarla yanaşı, uşaq kitabxanaları da öz
fəaliyyətini dayandırmamış, uşaqların təhsil və tərbiyəsində yaxından
iştirak etmişdir. Bu çətin şəraitdə Mədəniyyət Nazirliyinin respublika
əhəmiyyətli kitabxanaları - M.F.Axundov adına Respublika Milli
Kitabxanası, F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanası oxuculara kitabxana xidmətini
təşkil etməklə yanaşı, dövlətin kitabxana siyasətinin hazırlanması və
həyata keçirilməsində, kitabxanaların metodik təminatında yaxından
iştirak etmişlər.
Ulu öndərin on ildə mənəvi sərvətimiz olan kitabxanalara qayğısını,
respublikanın bütövlükdə kitabxana sisteminin və şəbəkələrinin qorunub
saxlanması sahəsində böyük çətinliklə olsa da həyata keçirdiyi tədbirləri
gündəmə gətirmək, onu qiymətləndirmək üçün kitabxana işinin keçdiyi
yola qısaca olaraq nəzər salaq.
Respublikamızda ən böyük kitabxana şəbəkəsinə malik olan nazirlik
Mədəniyyət Nazirliyidir. Dövlət kitabxanasına rəhbərlik edən bu nazirlik,
həmçinin kitabxana işi sahəsində dövlət siyasətinin formalaşmasında
yaxından iştirak etməklə kitabxana sisteminə elmi-metodik təminatın
təşkilində mühüm işlər görür. Hazırda Mədəniyyət Nazirliyi sistemində 1
milli kitabxana, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74 şəhər və
mər-kəzi rayon kitabxanası, 3744 kənd kitabxanası fəaliyyət göstərir.
Orta hesabla əhalinin hər 700 nəfərinə bir stasionar kitabxana düşür.
Kitabxanaların fondunda 35,9 milyon nüsxə kitab (sənəd) toplanmışdır.
Bir il ərzində kitabxanalara 121,76 nüsxə kitab, 22 min nüsxə audiovizual
sənəd daxil olmuşdur. Bu ədəbiyyatın 101,18 nüsxəsini Azərbaycan
dilində ədəbiyyat təşkil etmişdir.
Bu rəqəmlərdən göründüyü kimi, iqtisadi çətinliyə baxmayaraq
kitabxanaların fəaliyyətini davam etdirməsi üçün dövlət
Dostları ilə paylaş: |