Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə50/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

 
155
kompüter dəsti ilə  təchiz etdi. Kitabxananın  İnternet və elektron poçt 
sisteminə qoşulmaq üçün texniki baza hazırlandı. 
Kitabxana işinin kompüterləşdirilməsini həyata keçirmək üçün ayrıca 
“Diferensial məlumat xidməti və tədqiqat işləri” şöbəsi yaradıldı. Bu şöbə 
bütün növ oxucu sorğularını araşdırır, elm sahələri üzrə kompüterin 
yaddaşına daxil edirdi. Şöbədə elektron kataloqun yaradılmasına 
başlanmışdı. Neft ədəbiyyatına olan böyük tələbat nəzərə alınaraq neft 
ədəbiyyatının elektron kataloqunun yaradılması üçün intensiv iş 
aparılırdı.  Şöbə  həmçinin tərcümə  mərkəzi ilə birlikdə UNIMARC-ın 
Azərbaycan dilinə  tərcüməsi və redaktəsində yaxından iştirak etmiş  və 
kompüterdə çap etmişdir. 
Azərbaycanda kitabxana işinin avtomatlaşdırılması problemləri ilə 
hələ 80-ci illərdən məşğul olmağa başlayan kitabxana son illərdə 
kompüterləşdirilmə sahəsində mühüm təcrübə qazanmışdır. Bu 
təcrübənin təkmilləşdirilməsinə  və yayılmasına böyük ehtiyac hiss 
edilməkdədir. 
Müstəqillik illərində RETK elmi-texniki kitabxanalar şəbəkəsinin 
metodik mərkəzi kimi öz işini davam etdirmişdir. Kitabxana müasir 
şərait, kitabxana işinin demokratikləşdirilməsi ilə  əlaqədar metodik 
təminat sistemini yenidən qurmuş, inzibati amirlik metodundan 
uzaqlaşaraq tövsiyə  və  məsləhət xarakterli yeni üsullardan istifadə 
etməyə, metodik tədbirlər keçirərkən hər bir kitabxananın  şəraitini və 
durumunu nəzərə almağa çalışmışdır. 
Uzun illərdən bəri elmi-texniki kitabxanalar şəbəkəsinin metodik 
təminat bazası kimi formalaşan RETK bu sahədə böyük təcrübə 
qazanmışdır. Kitabxanada metodik təminat işini təşkil etmək üçün ayrıca 
şöbə yaradılmışdır. Bu şöbə 1990-cı illərin əvvəllərində 125 kitabxanaya 
metodik köməklik göstərirdi. Bu şöbədə kitabxana işini çox yaxşı bilən 
təcrübəli kadrlar toplanmışdı. Şöbə təkcə kitabxanalara metodik köməklə 
kifayətlənmir,  şəbəkəyə daxil olan kitabxanaların illik hesabatlarını 
toplayır, təhlil edir, həmçinin mərkəzi kitabxananın illik fəaliyyətinin 
təhlili  əsasında respublika texniki kitabxanalar şəbəkəsinin hesabatını 
hazırlayırdı. Bu hesabatlar kitabxanalarda aparılan işin təhlili, mənfi və  


 
156
müsbət cəhətlərin aşkara çıxarılması kitabxana işinin gələcək inkişaf 
istiqamətlərini müəyyənləşdirmək üçün böyük əhəmiyyətə malikdir. 
Həmçinin bu hesabatlar respublikada texniki kitabxanaların tarixinin 
arxiv fondudur. Şöbədə kitabxanaşünaslığa, biblioqrafiyaşünaslığa dair 
elmi və metodik ədəbiyyatın zəngin kitabxanası yaradılmışdır ki, bu da 
tədqiqatçılar üçün böyük axtarış bazası rolunu oynayır. 
Kitabxanada ayrıca elmi-metodik şöbənin fəaliyyət göstərməsi 
metodik işin məqsədyönlü təşkilini asanlaşdırmış, metodik işlərin elmi 
əsaslara söykənərək aparılmasına imkan yaratmışdır. 
Müstəqilliyin ilk illərində respublikamızda yaranmış böyük 
çətinliklərlə  əlaqədar zavod və fabriklərin bağlanması, ayrı-ayrı 
nazirliklərin ləğv olunması  və ya strukturlarında dəyişikliklər edilməsi 
elmi-texniki kitabxanalar şəbəkəsinin azalmasına gətirib çıxarırdı. 
1993-cü ildə respublikamızda böyük öndər Heydər  Əliyevin 
hakimiyyətə  gəlməsi ilə yaranan sabitlik, dövlət strukturlarının 
möhkəmlənməsi bu prosesin qarşısını aldı. Bağlanmaq təhlükəsindən 
qurtaran kitabxanalar öz işlərini davam etdirməyə başladılar. 
1994-cü ildə RETK 124 kitabxanaya metodik köməklik göstərirdi. 
Metodik  şöbə  çətinliklərə baxmayaraq öz fəaliyyətini davam etdirmiş, 
texniki kitabxanaların işini yaxşılaşdırmaq üçün ayrı-ayrı idarələr, 
müəssisələr və nazirliklər qarşısında məsələ qaldırmışdır. Sovet dövründə 
metodik fəaliyyətə dair hazırlanıb təsdiq edilmiş  sənədlər ideoloji 
cəhətdən köhnəlib öz aktu-allığını itirdiyinə görə kitabxana metodik 
işlərin bütün forma və üsullarından istifadə edirək, metodik sənədlərin 
hazırlanmasına xüsusi diqqət yetirməyə başlamışdır. Kitabxananın yeni 
tərtib etdiyi sənədlərə misal olaraq “Dövlət sirrinə aid edilən məlumatları 
özündə əks etdirən ədəbiyyatın saxlanması qaydaları”; “İllik hesabatların 
tərtibi qaydaları”; “Yeni kitabxanaların yaradılması qaydaları”; 
“Köhnəlmiş,  əhəmiyyətini itirmiş  ədəbiyyatın kitabxanadan çıxarılması 
qaydaları”; “Kitabxana fondunun komplektləşdirilməsi xüsusiyyətləri” və 
s. kimi nümunəvi sənədləri göstərmək olar. 
 
 
 
 
 
 


 
157
Bu dövrdə kitabxananın həyata keçirdiyi metodik tədbirlər içərisində 
seminarlar, fərdi və qrup halında məsləhətlər, icmallar, yeni metodik 
ədəbiyyatın sərgiləri geniş yer tuturdu. Komplektləşdirmə günlərinin 
keçirilməsi və yeni texniki ədəbiyyat haqqında kitabxanalara məlumat 
verilməsi mühüm əhəmiyyət kəsb edirdi. 
2002-ci ildə Dövlət Elm və Texnika Komitəsinin ləğv edilməsi ilə 
əlaqədar RETK Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan 
Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 
Agentliyinin tabeçiliyinə verildi. Agentlik kitabxana işinə diqqəti xeyli 
artırdı. Kitabxananın maliyyə  vəziyyəti yaxşılaşdırıldı, rəhbərliyi 
möhkəmləndirildi. Kitabxananın direktoru vəzifəsinə gənc alim, pedaqoji 
elmlər namizədi, dosent Nadir İsmayılovun təyin edilməsi kitabxananın 
işində əhəmiyyətli dəyişikliklərin baş verməsinə səbəb oldu. 
Qısa zaman kəsiyində kitabxanada müşahidə edilən mövcud reallıqlar 
və digər konkret faktlar əsasında dərin və  hərtərəfli təhlil aparılmış, 
nəticələr və qarşıda duran işlər nəzərə alınmaqla geniş müşavirə 
keçirilmişdir. Müşavirənin yekunu olaraq kitabxananın cari və perspektiv 
vəzifələrinin əsas aspektləri müəyyən olunaraq, dövlətimizin elm, təhsil, 
kitabxana siyasəti sahəsində  tələbləri nəzərə alınmaqla ciddi 
müzakirələrdən sonra geniş tədbirlər planı qəbul edilmişdir. Bu tədbirlər 
planının əsas istiqamətləri bunlardan ibarətdir: 
1. Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi və 
daha da təkmilləşdirilməsi; 
2. Oxucularla 
işi günün tələbləri səviyyəsində təşkil etməklə, onlara 
müasir standartlar səviyyəsində xidmət göstərilməsi; 
3. Kitabxanada 
müasir 
avadanlıqların və müasir texnologiyaların 
tətbiqi; 
4.  Kitabxana fondunun oxucular tərəfindən daha çox tələb olunan 
yeni və aktual ədəbiyyatla zənginləşdirilməsi; 
5. Biblioqrafik fəaliyyətin canlandırılması, biblioqrafik xidmətin 
keyfiyyətinin yüksəldilməsi; 
6. Elmi-metodik 
və biblioqrafik nəşrlərin çap edilməsi; 
7. Kitabxana işçilərinin peşə biliklərinin müntəzəm olaraq 
artırılması sisteminin yaradılması; 
 
  
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə