Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə53/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   49   50   51   52   53   54   55   56   ...   92

 
164
zənginləşməsi üçün əlverişli şərait yaradır. Kitabxananın xarici ədəbiyyat 
fondunda kitabların sayı 50 min nüsxəyə çatıb. Kitabxananın çox 
düşünülmüş komplektləşdirmə planı vardır. Bu plana uyğun olaraq komp-
lektləşdirmə zamanı əsas üstünlük siyasətə, hüquqa, tarixə, iqtisadiyyata, 
qanunvericiliyə, azərbaycanşünaslığa dair ədəbiyyatın komplektləş-
dirilməsinə verilir. Çox düzgün olaraq kitabxanada nadir kitablar fondu 
yaradılmışdır. Bu fondda hazırda demək olar ki, dünyanın bütün 
xalqlarının dillərində 4 mindən artıq kitab toplanmışdır. Kitabxana 
oxucuların arzu və sorğularını  nəzərə alaraq geniş dövri mətbuat fondu 
yaratmağa nail olmuşdur. Kitabxananın Azərbaycanda nəşr edilən dövri 
mətbuatla yanaşı, xarici ölkələrdə  nəşr edilən dövri mətbuatı da alması 
dövri  ədəbiyyat fondunun əhəmiyyətini xeyli artırmış, geniş oxucuların 
tələbatını ödəməyə müvəffəq olmuşdur. Hazırda fondda 200 addan artıq 
qəzet və jurnalların komplektləri toplanmışdır. 
Kitabxananın qarşısında Azərbaycan Respublikası Prezidenti İcra 
Aparatının, Katibliyinin, İşlər  İdarəsinin və digər mərkəzi icra 
orqanlarının, həmçinin xalq təsərrüfatının, mədəniyyətin müxtəlif 
sahələrində çalışan görkəmli alimlərə, mütəxəssislərə, yaradıcı ziyalılara 
xidmət üçün kitabxana-biblioqrafiya və informasiya bazası yaratmaq, 
müasir kitabxana-informasiya texnologiyasını  tətbiq etməklə kitabxana 
işini kompüterləşdirmək kimi çox mühüm bir vəzifə qoyulmuşdur. 
Kitabxana həmçinin Azərbaycan dövlətçiliyinin, milli ideologiyanın, 
azərbaycançılığın təbliğat mərkəzi kimi ümummilli liderimiz Heydər 
Əliyevin zəngin irsinin toplanıb saxlanılmasında və  təbliğində mühüm 
rola malikdir. Bu mühüm vəzifələri yerinə yetirmək üçün kitabxanada bu 
şöbələr yaradılmışdır: 
* Prezident 
və dövlət idarəçiliyi şöbəsi 
* Heydər Əliyev fondu 
* Azərbaycanşünaslıq şöbəsi 
* Xarici 
ədəbiyyat fondu 

İncəsənət ədəbiyyatı fondu 
* Dövri 
mətbuat fondu 
* Kitab 
verilişi (abonement) şöbəsi 
 
  
 
 
 


 
165
* Biblioqrafiya 
və informasiya şöbəsi 
* Kitabxana 
işinin avtomatlaşdırılması şöbəsi 
* Komplektləşdirmə və kitabişləmə şöbəsi 
* Kütləvi tədbirlər şöbəsi. 
Bu şöbələr yaradılarkən kitabxananın qarşısında duran bütün vəzifələr 
nəzərə alınmış, hər bir şöbənin vəzifələrini müəyyənləşdirən 
nizamnamələr, normativ sənədlər tərtib edilmiş, hər bir şöbə öz profilinə 
uyğun olan mütəxəssis kadrlarla komplektləşdirilmişdir. Məlum olduğu 
kimi, hər bir kitabxananın işi, onun müvəffəqiyyətləri kadr korpusundan 
olduqca çox asılıdır. Məhz buna görə Azərbaycan Respublikası Prezidenti 
İşlər İdarəsinin rəhbərliyi bu işə xüsusi əhəmiyyət vermiş, kadr seçərkən 
tələsməmiş, respublikanın  ən yaxşı kitabxana və informatika 
mütəxəssislərini seçib yerləşdirməyə müvəffəq olmuşdur. Həmçinin 
kitabxananın işinə siyasətçilər, sosioloqlar, iqtisadçılar, humanitar elm 
sahəsinin səriştəli mütəxəssisləri cəlb edilmişdir ki, bütün bunlar birlikdə 
kitabxananın qarşısında duran çox mürəkkəb problemlərin həyata 
keçirilməsinə qadirdirlər. 
Kitabxanaya Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya 
fakültəsinin yetişdirməsi, respublikamızın bacarıqlı kitabxana 
təşkilatçılarından biri olan Mayıl Əhmədov başçılıq edir. 
Yaxın zamanlardan fəaliyyət göstərən bu gənc kollektiv kitabxananı 
müasir tələbata, dünya standartlarına uyğun formalaşdırmağa, oxuculara 
xidmət işini günün tələbləri səviyyəsində  təşkil etməyə müvəffəq 
olmuşdur. Hazırda kitabxana Prezident Aparatının işçiləri, dövlət 
məmurları ilə yanaşı olaraq demək olar ki, kitabxanadan istifadə üçün 
müraciət edən bütün ziyalılara xidmət edir. 
Bəşəriyyətin informasiya əsri kimi qəbul etdiyi XXI əsr kitabxanaların 
qarşısında olduqca mühüm, keyfiyyətcə yeni vəzifələr qoymuşdur. 
Müasir kitabxanalar ənənəvi kitabxanaçılıq təcrübəsi ilə 
kifayətlənməməli, oxuculara xidmət işini informasiya cəmiyyətinin 
tələbləri səviyyəsinə yüksəltmək üçün dünya informasiya məkanına daxil 
olmağı, ümumbəşəri intellectual potensialdan operativ istifadə etmək  


 
166
imkanlarını yaratmağı bacarmalıdır. Bu məqsədlə kitabxanada müasir 
informasiya texnologiyası 
tətbiq edilməli, kitabxana işinin 
informasiyalaşdırılması və informasiya mühitinin yaradılması üçün şərait 
hazırlanmalıdır.  Bu  da  hər  şeydən  əvvəl kitabxana işinə müasir 
informasiya və kommunikasiya texnologiyalarının tətbiqini tələb edir. 
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab 
İlham  Əliyev 2003-cü ilin dekabrında Cenevrədə informasiya cəmiyyəti 
problemlərinə  həsr edilmiş Ümumdünya sammitindəki çıxışında 
ölkəmizdə informasiya texnologiyalarının inkişafını dövlətimizin prioritet 
vəzifələrindən biri hesab etmişdir. Məhz buna görə dövlət kitabxanası 
kimi fəaliyyətə başlayan Prezident Kitabxanası öz işini dünya 
standartlarına cavab verə biləcək səviyyədə qurmaq üçün kitabxana işinin 
avtomatlaşdırılmasını ön plana çəkmiş, kitabxana işini kompleks halda 
kompüterləşdirməkdən ötrü avtomatlaşdırılmış sistem tətbiq etmişdir. 
Kitabxana bu məqsədlə geniş araşdırmalar aparmış, dünya 
kitabxanalarında tətbiq edilmiş sistemləri öyrənmiş, respublikamızın 
şəraitinə, xüsusilə kitabxananın öz şəraitinə uyğun olanını seçmişdir. 
Kitabxana öz daxili imkanlarını, sistemin tətbiqinin səmərəliliyini nəzərə 
alaraq 2004-cü ilin may ayında MDB məkanında geniş yayılmış 
avtomatlaşdırılmış sistemi (İRBİS-64) tətbiq etməyi məqsədəmüvafiq 
hesab etmişdir. 
Məlum olduğu kimi, bu sistem Rusiya Dövlət Elmi Texniki Ümumi 
Kitabxanası tərəfindən tətbiq edilmiş, onun müxtəlif variantları Rusiyanın 
və bir sıra xarici ölkələrin kitabxanalarında müvəffəqiyyətlə  tətbiq 
edilməkdədir. Kitabxanalarda tətbiqi-təcrübi baxımdan olduqca asan olan 
bu sistem bütün beynəlxalq standartlara cavab verir. Sistem həmçinin 
beynəlxalq biblioqrafik standartlara və formatlara uyğunlaşdırılmışdır. Bu 
sistemin qəbul edilməsi kitabxananın kompleks kompüterləşdirilməsinə 
və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına  şərait 
yaratmışdır. 
Kitabxana respublikamızda  İRBİS-64 sistemini ilk dəfə  qəbul edən 
kitabxana olduğundan bu sahədə böyük təcrübə toplamış və bu sistemi  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə