170
2.12. Azərbaycan Respublikası
Milli Məclisinin Kitabxanası
Müstəqillik illərində respublikamızın əldə etdiyi mədəni nailiy-
yətlərdən biri də Azərbaycan Respublikası Parlament Kitabxanasının
yaradılmasıdır. Parlament Kitabxanasının yaradılmasının təşəbbüskarı ulu
öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyev Milli Məclisin sədri
olarkən Parlament Kitabxanası yaradılması ideyasını irəli sürmüş və
kitabxananın təşkili üçün hazırlıq işlərinin aparılmasını Milli Məclis
aparatına tapşırmışdır.
1994-cü ildən başlayaraq kitabxananı təşkil etmək, onun statusunu,
vəzifələrini və strukturunu müəyyənləşdirmək üçün müxtəlif fikirlər,
rəylər və layihələr meydana çıxdı. Nəhayət, “Azərbaycan” qəzetinin
1994-cü il 26 oktyabr tarixli sayında Milli Məclisin deputatı Xeyrulla
Əliyevin “Azərbaycan Respublikasının Parlament Kitabxanası haqqında”
qanunvericilik təşəbbüsü qaydasında tərtib etdiyi qanunun layihəsi
müzakirə üçün çap edildi. Qanun layihəsi birmənalı qarşılanmadı. Milli
Məclisin deputatları, ziyalılar və kitabxana mütəxəssisləri tərəfindən
ciddi tənqid edildi, onun yenidən işlənməsi və müəllif tərəfindən irəli
sürülən bir çox səhv müddəaların layihədən çıxarılması məsləhət görüldü.
Bu layihənin qeyri-qənaətbəxş tərtib edilməsi haqqında görkəmli
mütəxəssislərdən Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq
kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun
və kafedranın dosenti Rasim Kazımovun “Azərbaycan” qəzetinin 14
dekabr 1994-cü il sayında “Parlament Kitabxanası necə olmalıdır” adlı
yazısı çıxdı. Bu yazıda Parlament Kitabxanasının M.F.Axundov adına
Respublika Dövlət Kitabxanasının bazasında yaradılması və ona
Parlament Kitabxanası statusu verilməsi haqqında layihə müəllifinin
qeyri-elmi, yanlış fikri yolverilməz hesab edilirdi. Məqalə müəllifləri
parlament kitabxanasının yaradılması fikrini alqışlayır, ona dövlət
kitabxanası statusuna bərabər statusun verilməsini lazım bilirdilər. Bu
kitabxana bütün dünyada olduğu kimi müstəqil olmalı, Milli Məclis
171
aparatı işçilərinin, mütəxəssislərin, millət vəkillərinin kitabxana-
informasiya tələbatını tam və operativ şəkildə ödəmək vəzifəsini öz
qarşısında qoymalı idi.
Milli Məclis deputatların, mütəxəssislərin, kitabxana ictimaiyyətinin
tənqidi qeydlərini nəzərə alaraq qanun layihəsini qəbul etmədi. Onun
yenidən işlənilməsini və müstəqil parlament kitabxanasının yaradılmasını
lazım bildi. Parlament Kitabxanası haqqında qanunun yeni layihəsini
hazırlamaq üçün üç nəfərdən ibarət komissiya yaradıldı. Bu komissiyaya
Milli Məclisin deputatı Xeyrulla Əliyev, Bakı Dövlət Universiteti
Kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfov və
M.F.Axundov adına Respublika Dövlət Kitabxanasının direktoru Leyla
Qafurova daxil edildilər. Komissiya qısa müddət içərisində qanun
layihəsini işləyib təsdiq üçün Milli Məclisə verdi. Qanun layihəsi Milli
Məclisdə 1997-ci ildə müzakirə edildi. Milli Məclis müzakirəyə təqdim
edilən layihənin qanun kimi yox, kitabxananın nizamnaməsi kimi qəbul
edilməsini məsləhət bildi. Beləliklə, Parlament Kitabxanasının
nizamnaməsinin Milli Məclis tərəfindən təsdiqi kitabxananın hüquqi
bazasının yaradılması üçün zəmin yaratdı.
Nizamnamədə kitabxananın statusu, strukturu, vəzifələri müəy-
yənləşdirildi. Kitabxanaya Milli Məclis aparatının işçilərinə,
mütəxəssislərə, ekspertlərə və Milli Məclis deputatlara kitabxana-
informasiya xidməti göstərən elmi kitabxana statusu verildi. Kitabxana
ilk növbədə öz fondunda qanun yaradıcılığı üçün zəruri olan
hüquqşünaslığa və qanunçuluğa dair ədəbiyyatı; beynəlxalq hüquqi
ədəbiyyatı, qanunlar külliyatını, məlumat kitablarını; ayrı-ayrı ölkələrin
ensiklopediyalarını, lüğətləri, sahəvi ensiklopediyaları toplamalı, qanun
yaradıcılığının informasiya bazası kimi fəaliyyət göstərməli idi.
Kitabxananın təşkilinin təxirəsalınmaz olduğunu nəzərə alan Milli
Məclisin rəhbərliyi qısa zamanda işçi qrupu yaratdı. İşçi qrupunun
qarşısında kitabxananı tezliklə formalaşdırmaq vəzifəsi qoyuldu.
Kitabxana Milli Məclisin yanında olan kiçik qiraətxananın bazasında
formalaşmağa başladı. Milli Məclisin sədri, professor Murtuz Ələsgərov
kitabxananın təşkilinə, onun maliyyəbşdirilməsinə xüsusi qayğı
göstərirdi. Tezliklə kitabxana üçün Milli Məclisin binasında geniş otaqlar
172
ayrıldı, kitabxana avadanlığı və kitabxana-informasiya işinin texniki
vasitələri və kompüterlərlə təmin edildi. Kitabxana fondunu
komplektləşdirmək üçün lazımi qədər vəsaitin ayrılması az müddət
ərzində fondun formalaşmasına şərait yaratdı.
Milli Məclis Milli Kitabxanaya, respublika əhəmiyyətli kitabxanalara,
elmi kitabxanalara və ali məktəb kitabxanalarına müraciət edərək onlarda
olan əlavə nəşrlərin, xüsusilə hüquqşünaslığa və qanunçuluğa aid
nəşrlərin və məlumat ədəbiyyatının Milli Məclis Kitabxanasına
verilməsini xahiş etdi.
Respublika kitabxanalarının köməyi nəticəsində qısa müddət
içərisində kitabxana fondunda xeyli ədəbiyyat toplandı. Həmçinin 1999-
cu ildə Milli Məclis “Kitabxana işi haqqında” Azərbaycan
Respublikasının Qanununu qəbul etdi. Bu qanunun 15-ci maddəsinə
əsasən Parlament Kitabxanasına profilinə uyğun iki pulsuz məcburi nüsxə
almaq hüququ verildi. Beləliklə, Parlament Kitabxanasını respub-
likamızda nəşr edilən yeni ədəbiyyatla ardıcıl komplektləşdirmək imkanı
yaradıldı.
Kitabxananın təşkilində Türkiyə Respublikasının Böyük Millət
Məclisinin mühüm rolu olmuşdur. TBMM-in Kitabxanası Azərbaycan
Parlament Kitabxananın təşkilinə mühüm metodik köməklik etmiş,
qiymətli hüquqi kitablar və qanunvericilik külliyatlarını kitabxanaya
bağışlamış, həmçinin müasir kitabxana-informasiya avadanlığı, stollar,
stullar, kitab rəfləri, ən mühümü isə yeni tipli kompüterlər hədiyyə
etmişdir.
1997-ci ilin mart ayında Parlament Kitabxanasının rəsmi açılışı oldu.
Kitabxananın açılışında TBMM-in sədri Mustafa Qələmli iştirak etmiş,
Azərbaycan Milli Məclisi Kitabxanasının açılışını mühüm hadisə kimi
qiymətləndirmiş, bu münasibətlə xalqımızı təbrik etmiş və öz xoş
arzularını bildirmişdir.
Hazırda kitabxananın fondunda 5 minə qədər kitab vardır. Bu
kitabların 2500 nüsxəsi Azərbaycan, 1200 nüsxəsi rus, 800 nüsxəsi isə
türk dilindədir. Digər xarici dillərdə isə ədəbiyyat azdır. Kitab fondu
məcburi nüsxələr və yeni ədəbiyyatın alınması yolu ilə komplektləşdirilir.
Kitabxana dövri mətbuatla komplektləşmə işinə ciddi fikir verir. 2005-ci
ildə kitabxana 42 adda qəzetə, 52 adda jurnala abunə yazılmışdır. Qəzet
və jurnallar fondunun genişlənməsinə böyük ehtiyac duyulmaqdadır.
Dostları ilə paylaş: |