Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə52/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   48   49   50   51   52   53   54   55   ...   92

 
161
6.  İsmayılov N.İ. və Hacıyeva Q.S. Kitabxanada ölkəşünaslıq 
(diyarşünaslıq) və biblioqrafik fəaliyyət. B.: Mütərcim, 2004.-112 s. 
7. Biblioqrafiyanın biblioqrafiyası: Biblioqrafik göstərici (1996-
2000) / Tərt. ed.: pedaqoji elmlər namizədi N.İ.İsmayılov.-B.: Mütərcim, 
2004.-12 s. 
8.  İsmayılov N.İ. və  Vəzirova R.Ə. Biblioqrafik tərtibatın 
metodikası.-B., 2004.- 56 s. 
9.İsmayılov N.İ. Elmi-təbii ədəbiyyatın biblioqrafiyası.-B., 2004.- 78 
s. 
Bu vəsaitlər geniş oxucu kütləsi və kitabxana işi sahəsində çalışan 
əməkdaşlar, tələbə  və müəllimlər üçün əvəzedilməz bir mənbədir və 
gələcək nəsillərə də öz qiymətli köməyini göstərəcəkdir. 
Kitabxana hazırda ölkədə gedən sosial-siyasi və iqtisadi islahatlara 
uyğun olaraq sahibkarlığın informasiya təminatının təşkili sistemində 
mühüm yer tutur. 
 
2.11. Azərbaycan Respublikası Prezidenti 
İşlər İdarəsinin Kitabxanası 
 
Müstəqillik illərində Azərbaycan Respublikasının mədəni həyatında 
çox mühüm hadisə baş verdi. Ulu öndər Heydər  Əliyevin təşəbbüsü və 
göstərişi ilə Azərbaycan Respublikası Prezidenti İşlər  İdarəsinin 
Kitabxanası (ARPİİK) və Azərbaycan Respublikası Milli Məclisinin 
Parlament Kitabxanası yaradıldı. Hər iki kitabxana Azərbaycanın 
müstəqilliyinin yadigarıdır. Çünki dünyanın bütün müstəqil dövlətlərinin 
tarixinə  nəzər saldıqda məlum olur ki, müstəqil dövlətlərin atributları 
sırasında prezident kitabxanaları  və parlament kitabxanaları mühüm yer 
tutur. Prezident Aparatının və Parlamentin strukturuna daxil olan bu 
kitabxanalar öz statusu etibarilə dövlət kitabxanalarıdır. 
XX  əsrdə Azərbaycan ikinci dəfə müstəqilliyini  əldə etdikdən sonra 
kitabxana işinə olduqca böyük qiymət verən, onu xalq, millət üçün, 
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, 
 
 
 
 
 
 
 


 
162
zəka mənbəyi adlandıran ümummilli liderimiz Heydər  Əliyev kitabxana 
işini dövlət işi hesab edir, onun ümumxalq qayğısı ilə  əhatə edilməsini 
lazım bilirdi. O deyirdi: “Kitabxanaya daimi hörmət xalqımızın” 
mənəviyyatını nümayiş etdirən amillərdən biridir”. 
Azərbaycan Respublikası Prezidenti İşlər  İdarəsi Kitabxanasının 
yaradılması ideyasını irəli sürən ulu öndər dövlət aparatında çalışan 
işçilərə yüksək kitabxana-informasiya xidməti göstərmək, dövlətin qəbul 
etdiyi bütün fərmanları, qanunları,  əsasnamə  və  sərəncamları, digər 
dövlət sənədlərini toplamaq, qorumaq və saxlamaq üçün Prezident 
Kitabxanasının yaradılmasını lazım bilmişdi. Ulu öndərimizin bilavasitə 
xeyir-duası ilə yaradılan Prezident Kitabxanası öz fondunun zənginliyi, 
oxuculara xidmət işinin yeni forma və üsulları, müasir kitabxana-
informasiya texnologiyası ilə  təmin edilməsi cəhətdən hazırda 
respublikamızda çox mühüm mədəni, elmi və informasiya əhəmiyyəti 
kəsb edən bir kitabxanaya çevrilmişdir. Kitabxana 2003-cü ildə Bakı 
şəhərinin iki ən qədim kitabxanasının: Mərkəzi  Şəhər Kitabxanasının 
(keçmiş Lenin adına kitabxana) və Azərbaycan Respublikası Prezidenti 
İşlər İdarəsi təsərrüfat şöbəsi nəzdində olan kitabxananın (keçmiş Siyasi 
Maarif Evinin Kitabxanası) bazasında təşkil edilmişdir. 
Məlumdur ki, tezliklə  fəaliyyətə başlamalı olan kitabxananı “quru 
yerdə” yaratmaq mümkün olmadığından Prezident Aparatı tərəfindən işçi 
qrupu təşkil edilmiş və bu işçi qrupunun qarşısında kitabxana üçün bina 
müəyyənləşdirmək, az bir müddətdə kitabxana fondunu təkmilləşdirmək, 
onu işlək hala salmaq vəzifəsi qoyulmuşdu.  İşçi qrupu müəyyən 
axtarışdan və araşdırmalardan sonra Prezident Kitabxanasını Bakı Şəhər 
Mərkəzi Kitabxanasının bazasında və binasında təşkil etməyi məsləhət 
bildi. Mən bir kitabxana mütəxəssisi kimi qeyd etməliyəm ki, bu, çox 
düzgün seçim oldu. Belə ki, Bakı Şəhər Mərkəzi Kitabxanası şəhərimizin 
ən qədim və zəngin kitabxanası olduğundan onun zəngin bədii ədəbiyyat 
fondu ilə yanaşı çox nadir tarixi kitablar fondu, Bakı kitabxanalarının heç 
birində olmayan incəsənət əsərləri fondu var idi. 
 
  
 
 


 
163
 
İkinci tərəfdən kitabxananın şəhərin lap mərkəzində gözəl arxitektura 
nümunəsi olan yaraşıqlı binası var idi. Düzünü desək, 200 ildən artıq 
tarixi olan bu bina uzun müddət təmir edilmədiyindən, baxımsızlıq 
üzündən qəza vəziyyətində idi. İşçi qrupu bu binanın bərpası üçün vəsait 
almağa müvəffəq oldu. Bina əsaslı surətdə yenidən quruldu, müasir 
kitabxana binası halına gətirildi. Bunu işçi qrupunun böyük xidməti hesab 
etmək olar. Belə bir cəhəti də xüsusilə qeyd etmək istəyirəm ki, işçi 
qrupu çox haqlı olaraq kitabxananı ancaq Prezident Aparatı  işçilərinin 
yox, bütün oxucuların üzünə açdı ki, bu da respublikamızda müstəqillik 
dövründə kitabxana işinin demokratik əsaslar üzərində qurulmasına bariz 
sübutdur. Kitabxananın nadir arxitektura nümunəsi hesab edilən 
üçmərtəbəli binası müasir Şərq üslubunda və tikinti texnologiyasının son 
nailiyyətləri  əsasında yüksək zövqlə  təmir edilmiş, dünya standartlarına 
cavab verən kitabxana binası halına gətirilmişdir. Burada oxucuların 
tələbatına müvafiq zallar: incəsənət  ədəbiyyatı zalı; böyük oxu zalı; 
xüsusi zal; internet zalı; neft və kütləvi ədəbiyyat zalı; nadir kitablar zalı; 
müxtəlif mədəni-kütləvi tədbirlər, mühazirələr, elmi seminarlar, dəyirmi 
stollar, görüşlər mətbuat konfransları, sərgilər, disputlar, təqdimatlar 
keçirmək üçün qədim  Şərq memarlıq üslubunda işlənmiş, hər cür 
avadanlıqla, qiymətli mebellərlə təchiz edilmiş 100 nəfərlik konfrans zalı 
yaradılmışdır. İki kitabxananın kitab fondunun birləşdirilməsi nəticəsində 
zəngin və nadir fond yaradılmışdır. Hazırda fondda 400 min nüsxəyə 
yaxın kitab vardır. Maliyyə  cəhətdən böyük imkanlara malik olan 
kitabxana komplektləşmə planına uyğun olaraq öz fondunu yeni 
kitablarla ardıcıl olaraq komplektləşdirməyə nail olunmuşdur. 
1999-cu ildə prezident Heydər  Əliyev tərəfindən imzalanmış 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, 
kitabxanaya Azərbaycanda nəşr edilən bütün kitablardan öz profilinə 
uyğun pulsuz məcburi nüsxə almaq hüququnun verilməsi fondun yerli 
nəşrlərlə davamlı komplektləşdirilməsinə  şərait yaratmışdır. Kitabxana 
həmçinin öz fondunu komplektləşdirmək üçün xarici nəşrlərin  əldə 
edilməsinə xüsusi diqqət yetirir ki, bu da xarici ədəbiyyat fondunun  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə