Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə51/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   47   48   49   50   51   52   53   54   ...   92

 
158
 
8.   Kitabxananın beynəlxalq əlaqələrinin canlandırılması və s. 
Bu tədbirlər planının tərkib hissəsi olaraq, əvvəlcə  təşkilati işlər 
həyata keçirilmiş, kitabxananın fəaliyyətinin hüquqi bazasını təmin edən 
sənədlər  əsasında işlərin görülməsi üçün zəmin yaradılmışdır. 2003-cü 
ilin may ayında təcrübəli, peşəkar kitabxanaçı-biblioqraflardan ibarət bir 
qrup mütəxəssisi özündə birləşdirən “RETK-nın kitabxana şurası” 
yaradılmışdır ki, bu şuranın vəzifəsi də gündəlik və perspektiv 
məsələlərin həllində professionalların iştirakını təmin etməkdir. 
Bundan sonra Azərbaycan Respublikası Elmi Texniki Kitabxanasının 
əsasnaməsi hazırlanıb təsdiq edilmişdir. Kitabxananın  əsasnaməsinə 
uyğun olaraq, bütün digər struktur bölmələrin  əsasnamələri işlənib 
hazırlanmış, həmçinin işçilərin iş bölgüsü müəyyənləşdirilərək hər bir 
əməkdaşın tutduğu vəzifəyə görə konkret vəzifəsi dəqiqləşdirilmişdir. 
İlk günlərdən əməkdaşların hüquqlarının qorunmasına önəm verilmiş
işə  qəbul edilmiş bütün işçilərlə  əmək müqaviləsi bağlanaraq, onlara 
hüquq və  vəzifələri izah edilmişdir. Məzuniyyətlərin, iş normasının, 
istirahət günlərinin düzgün verilməsi,  əməyin müvafiq qaydada 
ödənilməsi, təhsil alan işçilərə və azyaşlı uşağı olan qadınlara güzəştlərin 
edilməsi və s. sahələrdəki mövcud nöqsanlar tez bir zamanda aradan 
qaldırılmış, hazırkı qanunların tələblərinə istinad edilmişdir. Kitabxanada 
işə daha peşəkar, daha savadlı kadrlar qəbul edilmişdir ki, onlar da 
səmərəli iş üsulları ilə rəhbərliyin etimadlarını doğrultmuşlar. 
Ölkəmizin daxili və xarici siyasətini, bu siyasətdə ölkə  rəhbərliyinin 
uğurlu addımlarını, əhalinin sosial rifahı sahəsindəki durmadan və ardıcıl 
həyata keçirilən tədbirləri, elmə  və elm xadimlərinə dövlətin göstərdiyi 
diqqət və qayğını daim müşahidə edən kitabxana kollektivi hər  şeyi 
düzgün ayırd edərək, 2003-cü ilin 15 oktyabrında keçirilən prezident 
seçkilərinə böyük ruh yüksəkliyi ilə qatılmış, ən ağıllı seçim etməklə qəti 
olaraq İlham Əliyevi dəstəkləmiş, ona səs vermişlər. 
Seçkilərdə İ.Əliyevin uğurlu qələbəsindən sonra kitabxananın bir qrup 
işçisi “Uğurlu seçki strategiyası” adlı fundamental biblioqrafik məlumat 
kitabının hazırlanması istiqamətində işə başlamışdır. 
 
 
 


 
159
Bu məlumat kitabı prezident seçkilərində qalib gəlmiş İ.Əliyevin seçki 
marafonu dövründəki çıxışı, məruzələri, görüşləri ilə bağlı  mənbələri 
toplayıb oxuculara təqdim etmək məqsədi ilə hazırlanır. 
Perspektiv iş planının tərkib hissəsi kimi kitabxananın maddi-texniki 
bazasının möhkəmləndirilməsi və işçilərin əmək şəraitinin yüksəldilməsi 
sahəsində az bir zamanda çoxlu işlər görülmüşdür. Məsələn, “8-ci 
kilometr” adlanan sahədə yerləşən Respublika Patent Fondunun binası 
Avropa standartları  səviyyəsində  əsaslı  təmir olunmuş,  əməkdaşların 
rahat və məhsuldar işləmələri üçün yeni mebel dəstləri alınmış, iş otaqları 
kondisionerlərlə, televizor və yeni tipli kompüterlərlə təchiz edilmişdir. 
RETK-nın  əsas binası da təmir edilmiş, kitab fondlarında və 
kabinetlərdə  işıqlandırma və istilik sistemləri mövcud sanitar-texniki 
tələblərə uyğun olaraq yenidən quraşdırılmışdır. Nahar zamanı və asudə 
vaxtlarında işçilərin istirahəti və oxucuların istədikləri vaxt dincəlməsi 
üçün binanın  ətrafında abadlıq işləri aparılmış, xüsusi mədəni istirahət 
kompleksi yaradılmışdır. Kitabxana üçün alınan yeni kompüterlər və 
surətçixarma-surətçoxaltma avadanlıqları oxuculara xidmətin səmərəli 
təşkilində mühüm əhəmiyyət kəsb edir. 
2004-cü ilin aprel ayında agentliyin tövsiyələri və  rəhbərliyi ilə 
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent 
üzrə Dövlət Agentliyinin nəzdində RETK-nın filialının bazasında 
Naxçıvan Muxtar Respublikasının Elmi Texniki Kitab-xanası yaradılmış 
və bu kitabxana öz fəaliyyətində RETK-nın qabaqcıl iş  təcrübəsini  əsas 
götürmüşdür. Bu, respublikamızın mədəni həyatında çox mühüm hadisə 
hesab edilə bilər. 
RETK-nın Gəncə  şəhərində yerləşən filialının da maddi-texniki 
bazasının təkmilləşdirilirməsi və yeni ədəbiyyatla təchiz edilməsi 
diqqətdən kənarda qalmamışdır. 2005-ci ilin avqust ayında 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Gəncə 
şəhər şöbəsinin inzibati binasında kitabxana üçün geniş otaqlar ayrılaraq 
təmir edilmiş və kitabxananın istifadəsinə verilmişdir. Bu da öz  


 
160
növbəsində həmin kitabxananın işçilərinin tabeliyində olduqları müvafiq 
şöbənin  əməkdaşlarına daha yaxından, operativ xidmət etmək imkanı 
vermişdir. 
Uzun illər boyu keçmiş sovet respublikaları ilə pozulmuş  əlaqələrin 
bərpası yolunda mühüm addımlar atılmışdır. Rusiyanın Elmi Texniki 
Kitabxanası  və digər elm mərkəzləri ilə  ənənəvi  əməkdaşlığın bərpa 
edilməsi, habelə belə bir əməkdaşlığın qonşu Gürcüstanla yaradılması 
məqsədilə həmin respublikalara əməkdaşlar ezam olunmuş, birgə planlar 
hazırlanmışdır. Belə  əməkdaşlığın nəticəsidir ki, RETK dəfələrlə 
beynəlxalq fondlardan, habelə Rusiya və Ukraynadan yeni-yeni müxtəlif 
nəşrləri alaraq öz fonduna daxil etmişdir. 
Respublikamızda və ölkədən kənarda müvafiq sahələr üzrə yeni nəşr 
edilən kitabların və digər çap məhsullarının alınıb oxucuların istifadəsinə 
verilməsi işi  ən vacib məsələlərdən olduğuna baxmayaraq, maliyyə 
çətinliyi üzündən 90-cı illərin  əvvəllərində olduqca az miqdarda 
ədəbiyyat daxil olmuşdur. 2003-cü ildən yeni ədəbiyyatın alınması 
qaydaya salınmışdır. 
Kitabxanada son dövrlər biblioqrafik fəaliyyətin aktivləşməsi prosesi 
baş vermiş, oxucu sorğularının daha dərindən təhlili onlara göstərilən 
biblioqrafik xidmətin və biblioqrafik materialların daha yüksək tələblərə 
cavab verəcək səviyyəyə qaldırılması  zərurətini yaratmışdır. Son iki il 
ərzində kitabxananın rəhbərliyi və biblioqrafların  əməyi sayəsində 
doqquz adda nəzəri-metodik və biblioqrafik nəşr çap edilmişdir. Həmin 
vəsaitlər bunlardan ibarətdir: 
1. Azərbaycanda biblioqrafiyanın biblioqrafiyası Biblioqrafik 
vəsaitlərin göstəricisi - B.: Mütərcim, 2003.-112 s. 
2. Xəzər dənizi və neft (1954-2002): Biblioqrafik göstərici / 
Tərt.ed.N.İ.İsmayılov.-B.: Mütərcim, 2003.-48 s. 
3. Azərbaycan biblioqrafiyasının canlı salnaməsi / Tərt. ed. 
N.İ.İsmayılov.- B.: Mütərcim, 2003.- 96 s. 
4.  Исмайлов 
Н.И. 
Библиотечно-библиографические 
и 
информационные ресурсы Азербайджанской Республики: состояние 
и пути совершенствования.B.: Mütərcim, 2003.-136 c. 
5.  Respublika Elmi Texniki Kitabxanasına daxil olmuş  nəşrlərin 
biblioqrafık informasiya göstəricisi (1990-2003).- B., 2004.-32 s. 
  
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə