dualamalıdır. İnama görə, burada onun əlinin izi qalmalıydı.
Əgər iz qalmasaydı, insanlar payın qəbul olunmadığını
düşünərək kədərlənirdilər.
P
ərdə arxasından qarılar ovsun oxuyurdular:
Ç
əkmişəm pərdəni ocaq üstünə,
Qoymuşam qazanı dəmə, Xızır, gəl!
Əl vur, çevir salavat,
Artsın evdə bərəkət.
Qonağımız bol olsun.
Evd
ən-evə yol olsun.
Fındıqlayar «səməni»,
Valeh eyl
ər görəni.
Bişirmişəm səməni,
Ətri tutub çəməni.
Ay
Allah, Xızır gələ,
Əl vura, izi qala.
Qazanım dolub-daşa,
Ver
əm qohum-qardaşa.
Kasa-kasa «s
əməni»,
X
əcil qoymaya məni [5, s.166].
S
əhər o başdan ağbirçəklərdən biri pərdənin arxasına
keçir, Xızırın əlinin izini görüb ətrafdakılara gözaydınlığı
verirdi. Qonaqlar pay-
püşlə bayrama gəlir, piyalələrdə
paylanmış səmənilərini yeyir, içindən çıxan fındığı cibinə
qoyub niyy
ət tutur, gələn Xıdır Nəbi bayramına qədər
177
saxlayırdılar. Uşaqlar balaca piyalələrdə evlərə səməni
paylaya-paylaya n
əğmə oxuyurdular:
Yaz g
əlir, hava qızır,
Xızır, Xızır!
Qayadan bulaq sızır,
Xızır, Xızır!
Bin-b
ərəkət gətir, gəl,
Xızır, Xızır!
Ağ atına otur, gəl,
Xızır, Xızır!
Yaşıllaşsın çəmənlər,
Xızır, Xızır!
Açılsın yasəmənlər,
Xızır, Xızır! [5, s.167]
S
əməni piyalələrini alanlar onları geri qaytararkən
piyal
ənin içinə kiçik hədiyyə, şirniyyat qoyurdular. Çünki,
inama gör
ə, qabı boş qaytarmaq olmazdı.
Marko Poloya gör
ə, tatar türk topluluqları Xıdır Nəbi
bayramını “Bəyaz” adı ilə anır, yerə bir
bəyaz örtük sərir,
üz
ərinə un səpir. Ertəsi gün səhər unun üzərində Xıdırın atının
izini axtarır, əgər onun üzərində at nalına bənzər işarə olurdusa,
d
ərhal həmin undan çörək (kömbə, girdə, köməc) bişirib
qohum-
əqrabaya paylayaraq yeyirdilər. M. Seyidova görə,
qovurğadan un çəkərək yükün altına qoyurdular. İnama görə,
gec
ə Xızır İlyas una əl vurub onu ovsunlayacaq ki,
gələn ilin
unu b
ərəkətli, çörəkləri bol olsun [33, s.104].
Bu yerd
ə qeyd etmək istərdik ki, bu adət digər türk
boylarında da mövcuddur. Tıva türkləri Şaqaa bayramı öncəsi
178
gec
ə astanaya, ya da öqün, yəni keçə çadırın qapısının üstünə
çöl t
ərəfdən yumruq boyda üç qar topası qoyurdular ki, aalı üç
d
əfə dolaşan Uluq Çedixan, yəni Dolaan (Böyük Ayı Bürcü)
öz atını onlarla sulasın. Öqdə tunc piyalələrdə ərinmiş yağın
içind
ə qoyun yunundan hazırlanmış piltə yandırılırdı... [170,
s.93].
Xızır Zində dağında yaşayan Xızır şamanizmdəki dağ
yiy
əsidir. Belə dağ yiyəsi xakas şamanizmində də mövcuddur.
Su yiy
əsi, od, ocaq, meşə yiyəsi də var.
Bir çoxları “səməni” ilə “səməni halvası”nı dəyişik salır.
“
Ədvalı halva”, “İsfahan halvası”… da adlanan bu halvanı
hazırlamaq üçün səməni rişələrindən alınmış nişastalı şirədən
b
ərk xəmir yoğurur, altına yağ tökürdülər.
Qolu güclü cavanlar
“qalaq”
adlanan uzun saplı, ucu dəmirli alətlə iri tiyanlarda
x
əmiri rəngi tünd mixəyi olana, yəni bişənə qədər
qarışdırırdılar.
Sonra da qoz ləpələri, bəhməz, darçın, zəncəfil,
istiot, hil, mix
ək… vurularaq qarışdırılan səməni ocaqdan
götürülür, yağlı əllərlə ondan yastı qoğallar, ya da küftələr
hazırlanır, üzərinə qoz ləpəsi yapışdırılırdı.
M. Seyidova gör
ə, istini təmsil edən Xızırla suyu təmsil
ed
ən İlyasın birləşməsi, yəni su ilə isti hava torpağa can verirdi.
Bu s
əbəbdən də adları qoşa çəkilir [24, s.110]. Mehlika Aktok
Kaşgarlının yazdığına görə, “… kökeni Tevrat`ta olan “İlyas”
“İlkyas” sözcüğünün zaman akımında değışerek “İlk Yaz”
terimi “İlyasa” dönüştüğü de bilinir” [47, s.169].
Maraqlıdır ki, Türkiyənin
Tunceli bölgəsindəki türklər
Xızır Nəbi bayramını 17 fevralda keçirir, qovurma, qovut
hazırlayır, Xızır Nəbi günü axşam çörəklə məzarlığı ziyarətə
gedir, orada çör
əkləri fəqir-füqəraya paylayır, məzarlarda bir
şam yandırıb qayıdırlar. Vanda fevralın ilk həftəsindən 27-ə
179
q
ədər üç həftə Xıdır Nəbi törənləri keçirilir. Çərşənbə
axşamları gecə heç kəs danışmaz, eləcə də niyyət tutub yatır,
yuxuda gördükl
ərini xeyrə yozurdular. Qovutdan çöçə bişirib
niyy
ətlə evin damına qoyurlar. İnama görə, qarğa çöçəni görüb
dimdikl
əsə, niyyət baş tutacaq. Doğu Anadolunun bir çox
bölg
ələrində «Boz atlı Xızır»a oruc da tutulur:
Şevketlu efendim sultanım vezir
Altmışbin kılıçlı yanında hazır.
Deryalar üstünde Boz atlı Hızır
Benli Boza binmiş o da geliyor [92, s.191].
Karacaoğlan
“
Kendü pir, atı Boz, donu yeşil”[ 92, s.139]
Maraqlıdır ki, türkiyəli araşdırıcı Ahmet Yaşar Ocak
M.Seyidovun Xızırla bağlı fikirlərinə diqqət çəkərək onların
yalnız Azərbaycan folklor materiallarına əsasən söylənildiyini,
dig
ər materialların tədqiqata cəlb olunmadığını iddia edir. O,
Aya Yorgi (Müq
əddəs Georgi – G.Y.) kultunun
nəzərdən
qaçırılmamasının vacibliyini önə sürür [92, s.145-146].
Qeyd etdiyimiz kimi, Novruzun keçirilm
ədiyi yerlərdə
Xıdırəlləz daha böyük coşqu ilə qeyd olunur. Köhnə
əşyalardan, çır-çırpıdan Xıdırəlləz atəşi, tonqalı yandırılır, hər
k
əs, hətta xəstələr də başqalarının yardımı ilə bu tonqalın
üz
ərindən tullanır, keçirilir. Toplaşanlar tonqalın külündən
alınlarına çəkirlər ki, göz dəyməsin [92, s.154]. Atəş kultundan
danışan Ahmet Yaşar Ocak “bu kültün Şamanizmde önemli bir
yeri”
olduğunun bilindiyini yazır [89, s.154). Ümumiyyətlə,
türk xalqlarında dairəvi köç olduğundan hər bir tayfanın öz
180