Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə99/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   95   96   97   98   99   100   101   102   ...   105

Araşdırmalar  Yaz  bayramının  bir  neçə  istiqamətdə 
inkişafını  göstərdi. Kiçik Çillənin  çıxması  ilə  bir ünsürün – 
Gün
əşin  sıra  ilə  əvvəlcə  havanı,  sonra  suyu,  daha  sonra  isə 
torpağı  cana  gətirdiyini gördük. Nəs günlər olan 
ç
ərşənbələrdən, xüsusilə də Boz ayın, yəni ilin son ayının son 
ç
ərşənbələrindən qorunmaq, qurtulmaq məqsədilə  çərşənbə 
axşamları hər çərşənbəyə uyğun ayinlərin keçirilməsinin şahidi 
olduq.  İlin  axırıncı  çərşənbəsinin isə  daha böyük sevinclə 
qarşılanması  da  məntiqə  uyğundur.  Deməli, xalq çərşənbələri 
onları  sevdiklərindən deyil,  tezcə  xoşluqla  keçib  getməsini 
arzuladıqlarından keçirir,  yəni qarşılayır.  “Necə  qarşılayarsan, 
el
ə  də  yola salarsan” prinsipini əsas götürərək  ilin  son  ayının 
ç
ərşənbələri özünəməxsus tərzdə qarşılanır.  
İl Başı, ilin, ayın axır gecəsi il təhvil olan gündür. Bəzən 
Axır  çərşənbə  ilə  üst-üstə  də  düşür.  İl  günün  müxtəlif 
saatlarında  təhvil  olduğundan  xalq  onu  şəhər yerlərində  daha 
çox  top  atılmasından,  car  çəkilməsindən  bilirdi.  Amma  Axır 
ç
ərşənbənin qorxusu onu daha  yaxşı  qarşılamağa  məcbur 
edirdi.  Əksər bölgələrimizdə  məzarlıqlar,  dünyasını 
d
əyişənlərin ailələri üçüncü –  Ölü çərşənbəsində  ziyarət 
edilirdis
ə, bəzi yerlərdə, xüsusilə  də  Bakıda  məhz Bayram 
günü qadınlar qəbir üstünə gedərdilər.  
Dörd ünsürün adının çərşənbələrə verilməsi 1990-cı ilin 
mart ayından başlamışdır. Hakimiyyətin zəiflədiyi, böhrandan 
çıxış  yolunun  görünmədiyi Ayaz Mütəllibov hakimiyyəti 
zamanı  xalqın  başını  hind  filmləri və  qondarma çərşənbələrlə 
qatmağa  başladılar.  Təəssüf  ki,  bu  işdə  elə  folklorşünas 
aliml
ərdən istifadə etdilər. İlk dəfə ünsürlərin çərşənbələrə aid 
edildiyini m
əhz 1990-cı  ilin  mart  ayında  A.Nəbiyevin 
“Kommunist” q
əzetindəki  yazılarında  görürük.  Xalq  bütün 
349 
 


ç
ərşənbələrdə  çal-çağır  etməmişdir.  Xalqdan  alınanın  xalqa 
qaytarılmamasının,  qondarma  çərşənbə  adlarının  salınmasının 
(“ab-at
əş-xak-bad”) nəticəsidir ki, bu gün belə  sıralamalarda 
t
ək sadə  xalq deyil, alimlər, hətta Nazirlik səviyyəsində 
“b
ələdçi  kitab”  kimi  işıq  üzü  görən “çap məmulatları”nda  da 
çaşqınlıq  davam  edir  (Boz  aya  beş  çərşənbənin 
“yerl
əşdirilməsi”)... Bütün çərşənbələrdə  çal-çağırın,  bol 
yem
ək süfrəsinin,  əylənən,  tonqaldan  atılan  insanların 
televiziya  kanallarından  təbliği  çərşənbələrin  əsas  anlamını 
ortadan  qaldırmış,  nəinki adət-ənənədən, hətta digər türk 
x
alqlarından  da  uzaqlaşdırmışdır.  Hər çərşənbənin özünə 
m
əxsus keçirilmə  qaydası  var.  Çoxsaylı  adlar  arasında 
ümumil
əşdirmələr  apardıqdan  sonra  əksər bölgələrimizdəki 
sıralama belədir: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) 
Ölü ç
ərşənbəsi;  4)  Axır  çərşənbə.  Odun,  ocağın,  Novruz 
tonqalının  da  atəşpərəstliklə  heç bir əlaqəsi yoxdur. Kökü 
şamanizmə  dayanan bir çox ayin və  mərasimlərimizdən biri 
olan odla paklanma, sağalma da qədim ayinlərimizdəndir. 
Bel
əliklə, tədqiqata cəlb olunan türklərin  mövsüm 
m
ərasimlərinin  tarixi-müqayisəli öyrənilməsi  bu  xalqların 
z
əngin  etnoqrafik  materialları  arasında  mövcud  oxşarlıq  və 
f
ərqlilikləri və onların yaranma səbəblərini meydana çıxartdı.  
Mövzunun  genişliyi,  faktik  materialın  bolluğu  mövzu 
üz
ərində  araşdırmaların  gələcəkdə  də  davam etdirilməsinə  
imkan verir. 
 
 
 
 
 
350 
 


 
İNFORMATORLARIN  SİYAHISI 
 
1. 
Bair  Vladimir  Oydup  oğlu  (1937-ci il təvəllüdlü), Bay 
Tayqa rayonunun Kara Xöl k
əndi (Tıva). 
2.   
Balcan Ayla Mehmet qızı (1960-cı il təvəllüdlü), Güzelyurt 
(Türkiy
ə). 
3. 
Baraşkova  Mariya  Andrey  qızı  (1933-cü il təvəllüdlü), 
Asxıs rayonu (Xakasiya). 
4.  Bayramova Nahid
ə  Mahmud  qızı  (1936-cı  il  təvəllüdlü), 
Ağstafa rayonu, Dağ Kəsəmən kəndi (Azərbaycan). 
5. 
Budak  Feyzullah  Feyzullah  oğlu  (1951-ci il təvəllüdlü), 
Sivas şəhəri (Türkiyə). 
6. 
Demir  Nikolay  İvan  oğlu  (1940-2001),  Ataki  şəhəri 
(Moldova). 
7.  Gülm
əmmədova Abuhəyat  Qasım  qızı  (1902-2003), 
Qazax rayonu, C
anallı kəndi (Azərbaycan). 
8.  Kal
ə  Todur  Aleksey  oğlu  (1942-2002),  Çadır-Lunqa 
şəhəri (Qaqauz Yeri). 
9.  Karagöz Lidiy
a  Maksim  qızı  (1939-cu il təvəllüdlü), 
Kişinyov şəhəri (Moldova). 
10. 
Karagöz  Stepan  Sergey  oğlu  (1932-ci il təvəllüdlü), 
Odessa vilay
əti, Bolqrad şəhəri (Ukrayna). 
11. 
Kışlalı  Vasiliy  Anatoliy  oğlu  (1941-ci il təvəllüdlü), 
Odessa vilay
əti, Bolqrad şəhəri (Ukrayna). 
12. 
Kızlasov  Nikolay  Afanasi  oğlu  (1932-ci il təvəllüdlü), 
Abakan şəhəri (Xakasiya). 
13.  
Koçak Yıldız. (1950-ci il təvəllüdlü), Çankırı (Türkiyə). 
14. 
Kunqaa  Şarap  Kalbak  oğlu  (1945-ci il təvəllüdlü),  Kızıl 
şəhəri (Tıva). 
351 
 


15.  Kös
ə  Minə  Vasiliy  oğlu  (1935-2000), Komrat rayonu
Beşalma kəndi (Qaqauz Yeri). 
16. 
Kuular Nikolay Sembil oğlu (1923-cü il təvəllüdlü), Kızıl 
şəhəri (Tıva). 
17. 
Kuular  Badat  Davınday  oğlu  (1926-2000), Süt Xöl 
rayonunun Ak Aksı kəndi (Tıva). 
18. 
Kurti  İvan  Nikolay  oğlu  (1929-1999), Suvorov rayonu, 
Stepanovka k
əndi (Moldova). 
19.  
Çakır Sevim (1948-ci il təvəllüdlü), Çankırı (Türkiyə). 
20. 
Maruneviç  Mariya  Vasiliy  qızı  (1928-2004), Komrat 
şəhəri (Qaqauz Yeri). 
21. 
Maynoqaşeva  Valentina  Yevgeni  qızı  (1929-cu il 
t
əvəllüdlü), Abakan şəhəri (Xakasiya). 
22.  M
əmmədova Güləmayıl  Kamil  qızı  (1934-2000), Gəncə 
şəhəri (Azərbaycan). 
23.  M
əmmədov  Koroğlu  Kamil  oğlu  (1930-2004), Qazax 
rayonu, C
anallı kəndi (Azərbaycan). 
24.  M
əmmədov Nəriman  Əhməd  oğlu  (1929-2004), Tovuz 
rayonu, Düz Qırıxlı kəndi (Azərbaycan). 
25.  M
əmmədova  Rozaliya  Əhməd  qızı  (1942-2016),  Bakı 
şəhəri (Azərbaycan). 
26. M
əmmədov Fərman  Əhməd  oğlu  (1936-2011), Tovuz 
rayonu, Düz Qırıxlı kəndi (Azərbaycan). 
27.  
Meydanlı Naime (1955-ci il təvəllüdlü), Çankırı (Türkiyə). 
28. 
Odabaşıoğlu  Gülay  (1960-cı  il  təvəllüdlü),  Beypazarı 
(Türkiy
ə). 
29. 
Oyun  Seren  Oyduu  oğlu  (1938-ci il təvəllüdlü), Bay 
Tayqa rayonunun Kööp Söök k
əndi (Tıva). 
30. 
Sarqov  Valeriy  Karl  oğlu  (1942-ci il təvəllüdlü),  Taştıp 
rayonu (Xakasiya). 
352 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə