Üç aylıq ədəbiyyat dərgisi
19
çöldən, döyüş zolağından keçib gedir.
Yaralı polk komandirini xilas edir.
Soruşurlar necə gəlib çıxmısan buraya?
Gəldiyi yolu söyləyir. Aydın olur, onun
gecə, ayaqla keçib getdiyi yerlər büsbütün
minalanıbmış. Allah adamı saxlayanda
belə
saxlayır.
Necə
toxunmayıb,
bastamayıb, himə bəndmiş.
İbiş dayım müharibədən sonra
Cəbrayılda səhiyyə şöbəsinin müdiri oldu.
Sonra getdi Karyaginə. Daha sonra
tubdisponserin baş həkimi oldu. Rentgen
kabinəsində işlədi. Yaşlandı, azarladı,
yataqdan
qalxa
bilmədi,
adamları
tanımadı. Biz ona baş çəkirdik. Arvadı
Zeynəb bakılı qızı idi. Tələbə vaxtı mən
bir para ay da dayımın qaynatasıgildə,
Zeynəbin anasıgildə qalmışdım. Mehriban
insanlardı. İbiş dayım institutu qurtarıb
Zəngilanda işləməyə gedəndə Zeynəb
xanımı
da
oraya
tibb
bacısı
göndəribmişlər. Zəngilanda bir-birini
bəyənib, sevişiblər. Biz eşitmişdik, İbiş
dayımın nişanlısı var. Müharibənin
bitməyinə doğru, bizimkilər Avropaya
girdikdən sonra o da bir çox əsgərlər,
zabitlər kimi evə sovqat – bağlama
göndərirdi. Zeynəb xanım müharibə illəri
Bakıda, qospitalda işləmişdi. Dayım ona
bağlama- sovqat göndərirmiş. Karyaginə,
anasına
da
sovqat
göndərirmiş
Avropadan. İbrahim dayım kefcil, yeyib-
içən
adamdı.
Cəbrayılda
Əyyub
Murtuzayevlə, Fərhad Kərimovla. Əhməd
Hüseynovla – Şabanın atası oturub durar,
yeyib-içərmişlər. Bakıya komandirovkaya
gələndə məni tapır, Kömürçü meydanı –
Kubinkaya aparıb, pivə ilə lülə kababa
qonaq eləyirdi.
Məhəmmədəli
kişinin
İbrahimdən sonrakı övladı mənim anam-
Tavaddı. Ondan sonrakı Nabat xalamdı, o,
Bəhram adlı oğlana ərə getmişdi. Bəhram
əmi sonralar, müharibə illəri Cəbrayılda
çörəksatandı. Müharibə illəri kartoçka ilə
verilən çörəyi o çatdırırdı əhaliyə. Bazar
başında, Dairəittifaqın altında bir taxta
köşkü vardı. Çörək kürəxanadan xərəklə
daşınardı həmin köşkə. Əhali düzülürdü
növbəyə.
Başlanırdı,
kartoçkalarla
verilməyə. Bəhram əmi baməzə, zarafatcıl
kişi idi. Arxada qalanlar ancaq arvad-
uşaq, bir də qoca-qaltağ kişilərdi. Bəhram
kişi dərdli əhalini, ərinin, oğlunun qara
kağızı,
"itdi"si
gəlmiş
insanları
ovundururdu. Dinc, sakit, dava-şavasız,
yumşaq insandı. Mənim rəhmətə getmiş
Nabat xalamın əriydi. Anamın Bacısı
Nabat qəşəngmiş. Tavad onu tez-tez yada
salırdı, çox istəyirdi, adları da yaraşırdı:
Tavad, Nabat. Nabat xalam gəlinkən
ölmüşdü, uşaqları olmamışdı. Bəhram kişi
sonradan bir də evlənmişdi, Səkinə adında
bir qız almışdı. Mən Səkinəni xala
sanırdım, onun oğlanları Bəhmən, Arif də
"xalaoğlu" deyirdilər bizə. Bəhmən
mənimlə oxumuşdu, mən bir il, ikinci
sinfi Karyagində oxumuşdum, Sərdarov
məktəbində. Onda Bəhmən də mənimlə
bir sinifdə idi, Arifsə Ziba ilə yaşıddı,
onunla oxumuşdu. Arif şuluqdu, Bəhmən
qoçaq oğlandı. Biz kürəxanadan isti
qalac-buxankaları xərəyə yığıb, daşıyıb
çörək dükanına gətirincə, ötürhaötürlə
dükana yığanda çörəklərin qazmağının
böyür-başını qoparıb, gizlincə cibimizə,
qoyun-qoltuğumuza doldururduq. Arif
bunu güdürdü, qoymasın. Görsə də
utandığından, qorxusundan, dava-şava
düşməsin deyə dinmirdi. Sonra Bəhram
dayıgil köçüb Karyaginə getdilər.
Nabat xalamdan balacası Əbil
dayımdı. Karyagində pedtexnikum bitirib.
Dədəli kəndində müəllimlik edirdi. Dədəli
Karyaginə, şəhərə ən yaxın, birinci
kənddi. Yol üstündə, sərin kəhrizləri
vardı.
Çox
halda
Cəbrayıldan
Karyaginə otuz kilometrəcən yolu ayaqla
miniksiz gəlib gedirdilər, bizimkilər də.
Mən uşaq olsam da onlara qoşulurdum.
Arvadlarla, Əsmət nənəmin bacısı Səkinə
xala ilə, Kamalın anası Zeynal arvadı ilə
yolu Balyand dağından aşıb gedirdik.
Balyand dağının bu üzü, günbatanı
Cəbrayıl, gündoğanı Füzuli kəndləridi –
Qarakollu,
Pirəhmədli,
Qoçəhmədli,
Qozluçay,..
Qarğabazarına
çatdıqmı,
20
№ 2 (14) Yay 2015
deyirdik daha Karyaginə yaxınlaşmışıq.
Dədəli – İşıqlı Füzuliyə bitişikdi. Belə
səfər dəstələrinə qoca xalam, Məşədi
Abışın bacısı Əsmət nənəmin kiçik bacısı
Səkinə xalam başçılıq edirdi. Mən onu və
oğlu Qəzənfəri “Gedənlərin qayıtmağı”
romanımda
göstərmişəm.
Olduqca
maraqlı bir insandı Səkinə xalamız. İki-üç
ərə getmişdi, bircə övladı vardı –
Qəzənfər, onun ilk əri də faytonçu idi.
Qəzənfərin uşaqlığı eləcə qohum-
əqrəbanın evlərində keçmişdi, Səkinə
xalanın evi yoxdu. Hər gecə bir evə qonaq
gedir, o evdə, gah başqasında məclis
qurur, elə oradaca gecələyirdi. Məzəli
söhbətləriylə qohumları əyləndirirdi.
Səkinə
xalamız
sovet
hökumətinin “qabağa çəkdiyi”, mədəni
inqilab illərində “çadra doloy” şuarı
altında dirçələn qadınlardandı. O, səhnəyə
də çıxır, teatrda oynayır, oxuyurdu.
“Arşın mal alan”da xala, “Leyli və
Məcnun”da Leylinin anası olur, bir az
batıq, amma yatımlı səsiylə oxuyur,
zəngulə vururdu. Qardaşlarının, lap da
Məşədi Abışın belə “arsız –artist” işlərinə
görə ondan xoşu gəlmir, sevmirdilər onu.
Amma biz istəyirdik, o da bizi çox
iştəyirdi. Zarafatla söyürdü: “Köpəy oğlu.
Dədən…. yesin, qurumsaq köpəy oğlu”.
Daha nə söyüşləri yoxdu.
Karyagində
yaxşı
teatr
yaranmışdı, onlar Cəbrayıla tamaşalar
verməyə tez-tez gəlirdilər, Səkinə xalam
da hərdən onlara qoşulurdu. Səkinə
xalanın bircə oğlu vardı faytonçu
Nərimandan. O, gecələr haraya getsə
yeganə uşağı-Qəzənfəri də özü ilə
aparırdı, “Qəzi” deyirdi ona.
Səkinə xalam bizi çox istəyirdi.
Qış gecəsi gəlirdi, bizə, bacısı qızıgilə.
Məmmə ilə də araları pis deyildi, Məmmə
onun zarafatlarından sınmırdı, Səkinə
xalam axı, Məmmənin başsız, yiyəsiz
uşaqlığını, Məhəmmədəligilə düşməyinin
tarixçəsini bilirdi. Uzun qış gecəsi məzəli
hekayələr danışan Səkinə nağılına ara
verib bir eşmə eşib, ya hazır papiros
çıxarıb məni səsləyirdi: “Ə, köpəyoğlu!
Bunu ordan yandır ver mana!” Ordan –
yəni
yanan
sobanın
deşiyindən.
Qapıcıqdakı üç dəlikdə alov qızarırdı.
Mən də papirosu o dəyirmi deşik-dəlikdən
soxub, yanmağı üçün sümürürdüm. Bu
yolla məni də dadandırmışdı. Axır vaxtlar
sorurdum, verirdim ona. “Ə, qurumsaq!
…..
Dədən
yesin,
bunu
yarıdan
ötürmüsən!” Söyürdü, biyabırçı sözlər
söyləyirdi, kimsə də onun bu latayırlarına
baş qoşmur, incimirdi.
Axırda ərə getdiyi, yoxsa
oğulluğa, qardaşlığa götürdüyü Əziz adlı
mantyor onun yanında qalırdı. Bir qəşəng
çovustan tikmişdi, Çinar kəhrizinin arxı
üstə. Bu arxla kəhrizin suyu o tay,
Mirzəcanlı bağlarına gedirdi. Qəşəng
çovustandı, Əziz oraya işıq çəkmişdi.
Səkinə
xalanın tək oğlu Qəzənfər
müharibəyə getdi və “itdi” sorağı gəldi.
Öldü Səkinə xalamız. Bütün
kələkləri, məzəlilikləri ilə dadlı-duzlu
xalamız.
Deyirdim bəs, o, dünya durduqca
qalacaq, yaşayacaq.
Əbil dayım dedim ki, Dədəlidə
müəllimdi, ən yaxın kənddi. Onun
“yelsopedi” vardı. Yelsopedlə gedib
Dədəli
məktəbində
dərslərini
keçib,
qayıdırdı evə. Çatan kimi məni, ya Şuranı
göndərib kəhrizdən sərin su gətirdirdi. Bir
vedrə suyu qabağa qoyub stəkanla
başlayırdı içməyə. Nə qədər: yarışdı,
bənsdi, kim çox içər – bəlkə, on stəkan su
vurur, yanğısı sönmürdü. İndi düşünürəm,
bəlkə,
şəkəri
varmış,
diabetmiş,
bilmirmişlər. Amma o sayaq cavan
adamda diabet olardımı? Çox sağlam,
güclü oğlandı Əbil dayım. İdmanla da
məşğul olurdu, həyətdə iki gilas ağacının
arasında
turnik
düzəltmişdilər.
Güləşirdilər. Şir kimi biləkləri vardı. Orta
boy, bir suyu anam Tavada oxşayan,
tökməbədən cavandı, qızğın gülüşü vardı.
Dodağını
dodağına
sıxıb,
zurna
züyültüsünü xatırladan səs çıxarır,
mənimlə əylənir, oxşayır, məni oynadırdı.
Bir il 38-39 dərs ilini mən Karyagində
oxudum. Onda Əbil dayım, Səfər dayım
məni sınayır, dindirirdilər. Söz vermişdi: