Üç aylıq ədəbiyyat dərgisi
25
dalandan dolanıb girirdin içəri. Cəmil də
hərdən onlara baş çəkirmiş.
Səriyyə xala Səkinə xalanın
böyük qızı, Səttar dayı, Qaffar dayının,
Aminə müəllimənin bacısı idi, Cəbrayılda
bizim evlərimizin arasında bircə qarğı
çəpərdi. Sonra onların evini Məmmədxan
– dostum Eldargil aldılar.
Onda Salyan kazarmına yerləşən
sahədə indiki təki bina, yaşayış yoxdu,
təkcə hərbi kazarmdı. Biz də kazarma
yerləşən dikin başına çıxırdıq. İçəri sifariş
göndərirdik, gəlsin Cəmil.
Birinci görüşümüzdə anam onun
boynunu qucaqladı. Boyu qalxmışdı.
Əynindəki əsgər geyimi, yaşıla çalan
şalvarı, köynəyi bir az gendi, başında
pilotka idi. Pilotka başının ortasını
tuturdu, yanlarını gün yandırmışdı.
Çöllərdə məşq keçirdilər. Anam fətir
gətirmişdi, yemək gətirmişdi. Bakıda da
dolanışıq çətindi, əhali kartoçka ilə çörək,
ərzaq alırdı. Cəmil ona gətirdiyimizdən
yeyir,
ciblərini
parçaladığı
fətirlə
doldururdu.
Bir
kərə
çökəkdə
təzəcə
quraşmışdıq, komandirləri dikin başında
göründü. Demə, icazəsiz gəlibmişlər.
Qışqırdı komandir. Dərədə ana-bala,
oğullarla
atalar
görüşür,
süfrələr
açılmışdı. Hamı cəld qalxdı və əsgərlər
kazarma
qaçdılar.
Komandirdən
qorxurdular. Az keçmiş Cəmil genə gəldi.
Bu dəfə komandirdən icazə almışdılar.
Papılı Həsən müəllimin qardaşı Hüseyn
müəllim
də
burada
idi,
əsgərdi.
Cəbrayıldan başqa tanışlar da vardı.
Acgözlüklə yeyir, ehtiyat götürürdülər.
Cəmil buraya gələnədək ilk gün nə baş
verdiyini də danışdı. Hamama aparıblar,
onların geyimi yaxşı idi. Demişdilər guya
hərbi məktəbdə təlim keçsələr də istirahət
günləri öz paltarlarını geyib şəhərə çıxa
biləcəklər. Paltarını verib bir oğlan
saxlasın, hamamdan çıxanda alar. Oğlan
götürüb onun geyimini aradan çıxmışdı.
Üzü təzəcə tüklənmişdi. Deyirdi bizi
vadar edirlər, ülgüc təki iti şüşə parçası ilə
üzümüzü qaşıyaq. Əməlli tük çıxsın.
Yoxsa, bunlar bığ yeri tərləməmiş
uşaqlardı.
Görünür,
orasını
düşünürmüşlər, bu gün-sabah bunlar
cəbhəyə, döyüşə gedəcəklər. Birdən
bilmək olmaz, biri əsir düşdü, keçdi
almanların əlinə. Almanlar görəcəkdilər,
Sovet hökuməti üzündən tük çıxmayan
uşaqları
səfərbər
eləyib.
Bundan
bilərdilər, bu, son səfərbərlikdi, canlı
qüvvə tükənib, düşmən total səfərbərliyə
keçib. Bu hərbi sirr idi. Düşmən
döyüşdüyü ölkənin insan gücünü, ehtiyatı
biləcəkdi.
Doğrudan
doğruya
sovet
hökuməti yaşı əsgərliyə çatan son nəsli
aparmışdı. Keçmişdilər qoca- qaltaq, yaşlı
adamları da çağırır, aparırdılar.
Məmməni də apardılar. Onları
gətirmişdilər Biləcəriyə. Orada saf-çürük
etmişdilər, yararlı olanlar bir yana,
yararsızlar başqa yana. Məmmə hərbi işə
yaramayanların
arasına
düşmüşdü.
Bununla
da
qurtulmış,
qayıtmışdı
Cəbrayıla, evimizə.
Cəmilgil səhərdən axşama gərgin
təlim keçirdilər. Çıxırdılar Bakı həndəvəri
çöllərə. Sürünmək, atəş , hücum, əziyyətli
keçirdi. Onun əlbəyaxa süngü vuruşu
məşqində şah barmağı yaralanmışdı.
Axşama dönəli təlimdən, çöllərdən
qayıdırdılar, takım-takım , bölüklər
gəlirdi. Hamısı eyni geyimli, eyni
görünüşlü əsgərlərdən onu seçməyimiz
üçün dəstədə ikən sarıqlı əlini qaldırırdı.
Oradaca bilirdik ki,Cəmildi, özünü nişan
verirdi. Bir az sonra gələcək bizim
yanımıza. Elə də olurdu. Beş gün, bir
həftə qalırdıq Bakıda, hər gün ona baş
çəkirdik. Anam bişirib - düşürüb aparırdı.
Məhlədə uzun növbə ilə “ponçik” də
satırdılar, mağazada, kartoçkasız. Biz
dayanırdıq növbəyə və ondan da alırdıq.
Səriyyə xalanın oğlu – Fərmanı da
aparmışdılar orduya. Əri – Salman kişi
haradasa “ bronlu” yerdə, hərbi sayaq işdə
idi.
Cəmil
Böyük
Vətən
Müharibəsində ağır, həlledici döyüşlərdə
vuruşmuşdu. İrkutski-Pinski diviziyası