Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə13/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   9   10   11   12   13   14   15   16   ...   90

30
№ 2 (14) Yay 2015 
 
uşaq səsləri asılacaq budaqlardan. 
yaaaa… 
daha… bahar da bir yanğındı. 
sonra…harda bir yanğın görsəm, 
harda bir tüstü burulsa… 
elə biləcəyəm ki, 
akasiyaların çiçək açan vaxtıdı. 
 
*** 
bir dəniz olsa…bir dəniz, 
bir gəmi çəksəm… bir kağız gəmi, 
gəmidə bir uşaq… bir uşaq… 
əlimdən yapışsa…yapışsa, 
məni uzaqlara aparsa…aparsa ….  
aparsa…uşaqların ölmədiyi yerə. 
 
*** 
ağlıma gəldi ki, mən mən deyiləm, 
mən orda qalmışam, oralar məndə. 
ömür də bölünüb ağa, qaraya, 
ağlar uzaqlarda, qaralar məndə. 
heç mənlik deyilmiş bu yol, bu yöntəm, 
hər karvan dalınca ulayan itəm, 
bir az da qürbətəm, bir az da vətən
haralar varıymış… haralar məndə. 
dərdə diz basmaqdan, dizlərim yara, 
izimə düşürəm, izlərim yara, 
ayağım, ürəyim, gözlərim yara, 
yeriyir, yüyürür yaralar məndə. 
 
*** 
kəndimizdə bir dəli şair varıydı... 
hirslənəndə deyirdi ki, 
başımdan şeir töküb özümü odlayacam. 
  
 *** 
 daha gözlərimdə 
ulduz gəzdirə bilirəm
nə bir qız. 
daha gözlərimdə su daşıyıram... 
şəkildə gözlərim buludlu çıxır. 
*** 
hardasa bir qız var, hardasa bir qız... 
hələ də budaqdan budağa çıxır. 
gözümü bir anlıq qaçırdan kimi, 
o saat gözümdən qırağa çıxır. 
  
bilmir ki, hara var, hara yox, hara... 
hər gün gün yandırır ayrılıqlara. 
bir qız günlərindən sonra e, sonra... 
qadın günlərini qırığa çıxır. 
  
 günnəmək istədi, yağış qoymadı, 
bir qışa düşdü e, o qış qoymadı, 
daha çıxmadığı dam-daş qoymadı, 
indi də qələmnən varağa çıxır. 
  
 *** 
Atam deyirdi, 
o uşaqlara dəyməyə gedəndə, 
bir balaca oğlan çəkdi məni 
yetimxana divarlarının küncünə... 
On yaşı olardı, ya olmazdı... 
apardığım pay-püşə baxıb ah çəkdi: 
- Əmi, siqaret gətirmisən? 
  
*** 
sonra... bir xatirə yada düşür, 
və sonra kövrəlirəm... 
sonra da... 
şeirləri gözlərimdə suya çəkirəm. 
  
 *** 
 gözəlim… 
insanlar gülərkən mən ağlamışam, 
bilirsən necə ağlamışam, 
bənövşə kimi ağlamışam. 
bilirsən, bənövşə necə ağlayır, 
bənövşə barmaqlarımın ucu kimi... 
şeir-şeir ağlayır. 
  
gözəlim… 
bir xatirə qaldı orda, 
orda - Şuşada. 
Şuşadan sonra sən başlayırsan, 
sənnən sonra bənövşələr
bənövşələrdən sonra yetim sevgilər… 
  


                            Üç aylıq ədəbiyyat dərgisi 
31 
 
sevgilərdən sonra bir oğlan başlayır, 
o oğlandan sonra 
taa... heç nə başlamır. 
  
 *** 
 solğun havalarda 
qəbirlər qədər avazıyıram. 
nəfəsimi ayaz aparır, 
baxışlarımı şaxta vurur, 
gözlərimdə qırov bağlayır 
baxdığım şeir də... 
  
və ruhumu anlada bilmirəm 
avtobus şüşəsində 
başımı başına dirədiyim qadına... 
beləcə baş-başa gedirik xeyli... 
bir xeyli mən ona baxıram, 
o mənə... 
  
birdən ayılıram ki, 
ruhum yerində yoxdu. 
o qadın 
məndən qabaq düşüb şüşədən. 
  
*** 
 bir şeir necə gözəl olmaya bilirsə, 
elədi həyat. 
bir quş necə uçmaya bilirsə... 
bir uşaq necə böyüməyə bilirsə... 
  
və... yarpaq yaşılsız, 
gün qırmızısız 
insanlar sevgisizdi. 
  
bayaqdan sahildə oturub düşünürəm: 
- onda dəniz mavi idi. 
  
*** 
daha kəpənək ömrüdü ömrümüz... 
daha bir-bir ölmürük
topa-topa ölürük. 
və ciyərimiz yanır. 
  
ciyərimiz elə yanır ki... 
kimsə üşüyəndə, 
az qalıram deyəm ki, 
götür ciyərimi geyin! 
  
***  
bir ayrılıq sabahıydı... 
alaqapının ağzındakı qara kötüyün 
üstündə oturub 
uzaqlara baxırdı Mina xala. 
büzmə tumanı yerin yarpaqlarını 
süpürürdü. 
biz də bir topa çöpə gülən 
uşaqlarıydıq... 
baxıb gülürdük Mina xalanın bozarmış 
tumanına, 
dişlərimizi ağardırdıq bir ayrılıq 
sabahına. 
amma Mina xalanın dişləri yoxuydu 
gülməyə, 
dodaqları ağzının içində qalmışdı 
büzülməkdən... 
və Mİna xala nəsə oxuyurdu 
damaqlarıyla. 
haaa qulaq verirdik...eşidə bilmirdik nə 
oxuduğunu... 
amma mızıltılar...çəpərlərin başından 
həyətlərə dolurdu, 
sonra evlərə...sonra da adamlar çıxırdı 
qapılarından. 
hərə öz küçüyünə yiyə çıxmağa 
tələsirdi 
alaqapının yanına... 
bir ayrılıq sabahıydı... 
Mina xala kötüyün üstündə öldü , 
biz də qorxaraq alaqapıdan üzü kəndə 
tərəf qaçdıq. 
arxamızca ayrılıqlar yüyürürdü. 
və...onnan sonra alaqapının yanındakı  
qara kötüyün üstündə oturan olmadı, 
döyüşlərdən gəlməyən oğlunu 
gözləyən olmadı. 
Mina xala axırıncı anaydı...gülə 
bilməyən, 


32
№ 2 (14) Yay 2015 
 
bütün analar ölmüşdü vətən şəhid 
verdikcə. 
və... hərdən mənə elə gəlir ki, bütün 
analar ölüb. 
indi... 
biz bir topa kənd uşağı dişimizi ağarda 
bilmirik, 
oynamağa qol qaldıra bilmirik, 
ondakı kimi...sevinə bilmirik. 
bir ayrılıq sabahıydı... 
baxıb gördüm ki, bütün sabahların üzü 
ayrılığadı. 
və dünyanın bütün qapıları üzümüzə 
örtülən  
Mina xaladı.  
 
*** 
adam olmayan küçələrdə 
qaçmaq istəyirəm. 
heç kimin baxmadığı bir sahildən 
suların üzündə daş oynatmağım gəlir. 
hərdən də var səsimlə bağırmaq 
istəyirəm. 
 
nə qaça bilmirəm küçələrdə, 
nə daş ata bilmirəm sulara, 
nə də çığıra bilmirəm. 
 
hər şey içimnən keçir... 
içimdə qaçıram,  
suları daşlayıram 
və var səsimlə bağırıram... 
 
sonra içimin sükutunda gülürəm. 
kimsə heyrətlə mənə baxır; 
-xanım, nəyimə gülürsünüz...? 
 
 
söz tapa bilmirəm deməyə
üzbəüzdəki bir qoca da mənə baxıb 
gülür.... 
amma...mən elə bilirəm, 
qocanın gözləri mənnən də keçib gedir 
uzaqlara... 
gedir küçələrdə qaçmağa, 
sulara daş atmağa 
və səsi gəldikcə bağırmağa. 
 
onda bir həqiqətin çılpaqlığını 
anlayıram... 
anlayıram ki...bu şəhərdə  
mənim kimiləri çoxdu- 
küçəsi olmayanlar, 
sahili olmayanlar, 
səsi olmayanlar. 
 
*** 
 vaxtın üstüylə yüyürürəm sahildə... 
ayağımın altında xırçıldıyır 
qum saatının saniyələri, 
dəqiqələri, saatları. 
 
ayağımın altından sovrulur 
bir ömrün qumları. 
 
vaxtın üstünə çıxmışam... 
bütün sahil mənim vaxtım. 
və qum evciyi tikirəm 
vaxtımnan.... 
sonra sular yuyur vaxtımı. 
 
sularda axır saatım. 
 
*** 
yaşadıqlarımı unutmaq üçündü...bu 
şəhər də, 
bu ögey küçələr, 
bu yad üzlər, 
bu soyuq adamlar da. 
 
it yiyəsini tanımadığı bir vaxtda
it kimi darıxmaqlar dolur canıma. 
ən çox...özümnən ötrü darıxıram. 
balaca əllərimnən, 
yüyrək ayaqlarımnan, 
dupduru gözlərimnən ötrü 
başımı divarlara vururam. 
 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə