Üç aylıq ədəbiyyat dərgisi
21
“Yaxşı oxusan, sənə çəkmə alacam.
Velosiped
alacam”.
Mən
onların
siyirməsini
töküşdürürdüm,
özləri
olmayanda. Gözəl, alabəzək qalstukları
vardı. Karyagin Cəbrayıla nisbətən daha
tez “mədəniləşmişdi”. Ziyalısı çoxdu bu
şəhərin. Hələ o vaxt, qalstuk bağlamağa
başlamışdılar.
Mənim Karyagində oxumağım
belə olmuşdu .
Otuzuncu illərin əvvəllərindən
başlayaraq “savadsızlığı ləğv” şüarı işə
düşmüş,
savad kursları yaranmağa
başlamışdı.
Əyalətdə,
rayon
mərkəzlərində, hətta kəndlərdə yazı-pozu
öyrədir, qoca-yaşlı adamlara da yazıb-
pozmaq
dərsi
keçirdilər.
Məktəb
şagirdləri, yuxarı siniflərdə oxuyan
oğlanlar, qızlar qonşulara təhkim edilir,
məhlədə savadı olmayanlara əlifba, yazı-
pozu öyrədirdilər, axşamlar dərsdən
qurtarandan sonra. Qardaşım Cəmilgil
şagird ola-ola bir növ məhlənin, qapı-
qonşunun müəllimi olmuşlar. Qocalar,
savadsız
qadınlar
bu
dərslərə,
savadlanmağa böyük maraq göstərir,
həvəslənir, yuxarı sinif şagirdləri də qapı-
qonşunu,
qohumları,
yerliləri
savadlandırmaqla ölkəni bürümüş mədəni
yüksəlişdə iştirak edirdilər. Guya bununla,
qarıların, evdar arvadların əlifba, yazı-
pozu oxuması ilə işlər düzələcəkdi. Bunun
üstündən, kurslar açılmış, sənət, peşə
məktəbləri işə qoşulmuşdu.
Məhəmmədəli babamın böyük
oğlu, mənim böyük dayım barədə
demişdim. Ondan kiçiyi Dədəli kənd
məktəbinin müəllimi Əbil dayım da
müharibə başlayan təki getdi. Çağrış yaşı
idi. O, tankçı idi, tank vzvodunun
komandiri, kiçik leytenantdı, beləcə
ulduzlu paqonla, hər çiynində bir ulduz,
furaşkalı şəklini də göndərmişdi. Dolu,
möhkəm, qarabuğdayı, qızğın , istiqanlı
oğlan… Onun tankını vurdular, özü də
döyüşdə, tankın içində yanmışdı, bu
barədə
evlərinə
hissədən
məktub
gəlmişdi. Ortancıldan kiçik oğul Səfər
dayım
–
cavanlıqdan
səhnəyə
meyillənmişdi, o da Səkinə xalam təki,
artistlik eləyirdi. Arada gedib Bakıda
rəssamlıq məktəbinə girmişdi. Füzuli
teatrının səhnə tərtibatı, dekor işini o
görürdü. Biz onunla öyünürdük, “teatr
çıxarırdılar”. Cəbrayıla da arabir gəlir,
tamaşa, səhnə əsəri göstərirdilər. Onun,
Səfər dayımın sayasına biz artistləri,
oxuyub
çalanları
tanıyırdıq.
Yer
olmadığından, artistlər qastrola gələndə
hərəsi burada, Cəbrayilda bir tanışın
qonağı olur, tamaşa gedəsi günlərdə
onlarda qalırdılar. Səfər dayım bəzən
Ağabalanı – Abdullayev, bir erməni
aktrisası vardı onu, bir gözü mayıf
Mürşüd Haşımlını bizə gətirirdi. Anam,
atam artist tayfasını arsız, sırtıq, qaraçı
sanırdılar. Elə ki, darvazamızda Səfər
dayım bir neçə yoldaşı ilə görükdü, Tavad
deyinirdi: “Gəldilər”!
Səfər dayım da müharibəyə
getdi. Tezliklə əlindən yaralanıb qayıdıb
gəldi və ömrünün axırınadək Karyagin
teatrında işlədi. Komikdi, bununla belə
onun Qacarı unudulmazdı. Yaxşı artist
sayılırdı. Amma mədəniyyət naziri bir ara
öz yerliləri, karyaginli olsa da, ömrünü
teatra vermiş bu qabiliyyətli kişiyə, heç
bir ad-filan vermədilər. Əritdi ömrünü
teatr, sənət üçün, eləcə də adsız-sansız
rəhmətə getdi. Oğlu Elxan qalıb, qızı
Brilyant. Qız atası kimi sənətə meyl salıb,
oxuyandı – müğənnidi. Amma oxuduğunu
mən görməmişəm. Onun məclisində
olmamışam. Elxan bir ara dükanda işlədi,
tutuldu, ilişdi, yatdı. O gün Yasamal
bazarında görmüşəm. Qaçqındılar, balıq
alverilə ailəsini saxlayır. Arvadı qanacaqlı
qızdı. İki-üç kərə avtobusda Yasamala
gələrkən
məni
tanıyıb, salamlaşıb,
demişəm gəlin bizə. Hər kəs başı
hayında, qaçqınlıqda ömür sürüb, bir
təhər dolanırlar.
Səfər
dayımdan
balacası
Səmayə xalamdı. Səmayə xalam gözəldi.
Nə Karyagində, nə də Cəbrayılda o boy
buxunda, o gözəllikdə qız tapmazdın. İri,
qonur gözlü, ağ-maya. Qıçları, qolları
qulac-qulac,
çöhrəsi
kövrək,